Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə295/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   291   292   293   294   295   296   297   298   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

601 


həyatım»dan nə qalmışdı ki? Hamısı çilik-çilik olub öz mənasını itirməmişdimi? Ancaq şübhə 

etmirəm ki, o birilərini  – şəxsi problemlərimi, qayğılarımı başa düşəcək. Bir  azdan onunla 

Yalquzaq, traktat haqqında, indiyəcən yalnız özümün bildiyim, heç kəsə demədiyim şeylər 

barədə danışacağıq.  

Dözməyib o dəqiqə başladım: 

– Hermine, bu yaxınlarda başıma qəribə iş gəlib, tanımadığım bir adam mənə çap olunmuş bir 

kitab verib, yarmarka reklamlarına oxşayır, içində də mənim başıma gələnlər, nə edəcəyim  

olduğu kimi yazılıb.  Özün de, qəribə şey deyil? 

– O kitabçanın adı nədir ki? – ötəri soruşdu. 

– «Yalquzaq haqqında traktat»dır. 

– Oho, Yalquzaq! Əntiqə adı var. Həmin Yalquzaq da sənsən? Mütləq sən olmalısan? 

– Hə, mənəm. Mən yarıinsan, yarıcanavaram və ya özümə belə gəlir. 

Cavab vermədi. Sınayıcı nəzərlərlə, diqqətlə gözümün içinə, əllərimə baxdı. Bircə anlığa sifətinə 

bayaqkı kimi dərin ciddilik, qüssəli iztirab çökdü. Mənə elə gəldi ki, nə fikirləşdiyini duydum; 

görəsən, məndəki canavarlıq onun «son əmr»ini yerinə yetirməyə bəs edəcəkmi?! 

– Yəqin, bu da öz uydurmandır,  – yenə şənlənməyə başladı,  – ya da xoşuna gəlirsə, poetik 

fantaziyandır. Lakin mənasız da deyil. Bu gün canavar deyilsən, ancaq onda göydən düşmüş 

kimi restorana girəndə, bir az vəhşiyə oxşayırdın, mənə də xoş gələn bu oldu. 

Qəflətən dayandı, elə bil, nəsə yadına duşdü, həyəcanla dedi: 

– Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz!  

Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər. 

– «Təbii» nədir? Bununla nə demək istəyirsən?   

– Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı 

iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, 

nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik 

eləməz.  

Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən? 

Başa düşürdüm. 

– Heyvanlar çox vaxt kədərli olur, – sözünə davam etdi, – insan da nə vaxtsa diş ağrısına, pul 

itirdiyinə görə deyil, bircə saatlığa həyatı olduğu kimi dərk etdiyi üçün kədərlənəndə, onun da 

kədəri əsl kədər olur və onda bir az heyvana oxşayır. Həmin anda insan çox kədərli görünür, 

ancaq həmişəkindən təbii, həmişəkindən gözəl olur. Bunlar həqiqətdir! Birinci dəfə görəndə sən 

də eləydin, ay Yalquzaq! 

– Yaxşı, Hermine, bəs mənim haqqımda yazılan kitaba sözün nədir? 

– Ah, bilirsənmi, həmişə fikirləşməkdən xoşum gəlmir. Bu barədə ayrı vaxt! Bir gün verərsən, 

oxuyaram. Ya da yox, əgər nə vaxtsa oxuyası olsam, özün yazdığın kitablardan verərsən. 

Qəhvə istədi və sanki, bir anlığa nədənsə narahat oldu, dalğınlaşdı, sonra yenə üzü güldü,  

deyəsən, fikirləşib axtardığını tapdı. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

602 


– Aha! – Sevinclə dilləndi. – Tapdım! 

– Nəyi? 


– Fokstrot! Bayaqdan o barədə düşünürdüm. De görüm, hərdən bir-iki saat rəqs eləmək üçün 

otağın var? Eybi yox, lap balacası da yarayar, təki səndən aşağı mərtəbədə yaşayan olmasın ki, 

yuxarıda tıqqıltı eşidən kimi gəlib dava-dalaş salmasın. Demək, varındır, lap yaxşı! Onda rəqs 

etməyi evdəcə öyrənərsən. 

– Elədir, – çəkinə-çəkinə dilləndim, – daha yaxşı. Ancaq elə bilirdim, musiqi də lazım olacaq. 

– Əlbəttə, lazım olacaq. Bura bax, musiqini mağazadan alacaqsan; uzaqbaşı rəqs müəlliminə 

verəcəyin qədər xərcin çıxacaq. Müəllimə verəcəyin isə qazanc qalar, özüm öyrədərəm. Elə 

eləsən, istədiyimiz vaxt musiqimiz olacaq, qrammofon da axırda qazanc qalacaq. 

– Qrammofon? 

– Bəs necə. Balaca bir cihaz  alarsan, iki-üç dənə də val... 

– Əla!  – Səsimi ucaltdım.  – Əgər, doğrudan da, mənə rəqs etməyi öyrədə bilsən, axırda o 

qrammofonu qonorar kimi sənə verəcəm. Razısan? 

Bunu çox cəsarətlə desəm də, ürəkdən gəlmədi. Zəhləm gedən həmin cihazı kitablarla dolu 

balaca iş otağımda heç cür təsəvvür edə bilmirdim və rəqslə də o qədər aram yox idi. Fikirləşdim 

ki, bu da bir fürsətdir, sınamaq olar, ancaq  əmindim ki, yaşım keçib, ağırlaşmışam, daha öyrənə 

bilmərəm.  

Zərbə zərbə üstündən gəlir, hamısı da çox gözlənilməz, ağır olurdu, hiss edirdim ki, köhnə 

ərköyün bir musiqi bilicisi kimi qrammofona, caza, müasir rəqs musiqisinə qarşı daxilimdə nə 

vardısa, hamısı ayağa qalxıb. Əslində, heç kəs ürək eləyib məndən öz otağımda  – Novalisin, Jan 

Polun yanında, xəyallarımın sığınacağına çevrilmiş bir hücrədə Amerikanın son dəbli rəqs 

estradalarını çaldırmağı, həmin havaya da oynamağı tələb edə bilməzdi. Ancaq indi bunu tələb 

eləyən «bir kimsə» deyil, Hermine idi, onun da əmr etməyə ərki çatırdı. Razılaşdım. Əlbəttə, 

razılaşdım. 

Səhəri gün nahar vaxtı qəhvəxanada görüşdük. Mən gələndə Hermine artıq içəridə oturub çay 

içirdi və adıma rast gəldiyi bir qəzeti təbəssümlə mənə göstərdi. Vətənimin çox həyasız irticaçı 

qəzetlərindəndi, vaxtaşırı da mənim haqqımda kəskin həcvlər verirdi. Müharibə başlayanda ona 

qarşı çıxmış, qurtaranda da hamını dincliyə, səbirli olmağa, insanlığa, özünütənqidə çağırmış, 

gündən-günə kəskinləşən, azğınlaşan, vəhşiləşən milli çalışdırmanın  əleyhinə çıxmışdım. Bu da 

növbəti hücumlardan biriydi, ancaq pis yazılmışdı, yarısını redaktor özü quraşdırmış, yarısını da 

ona oxşayan qəzetlərdən çırpışdırmışdı. Məlum şeydi ki, yalnız köhnəlmiş ideologiyanın 

müdafiəçiləri belə pis yaza bilər, öz təsərrüfatını belə baxımsız qoyar, belə başdansovdu idarə 

edə bilərdi. Hermine həmin məqaləni oxuyandan sonra xəbər tutmuşdu ki, Harri Haller ziyankar 

adamdır,  əsli-kökü bilinmir və əlbəttə, nə qədər ki, belə adamlar, belə fikirlər yaşayır, gənclər də 

qatı düşməndən qisas almaq üçün mübariz ovqatda deyil, sentimental bəşəri ideyalar ruhunda 

tərbiyə olunacaq, deməli, ana vətənin də işləri heç vaxt düz gətirməyəcək. 

– Bu, sənsən?  – deyə Hermine adımı göstərdi.  – Elə isə özünə yaxşıca düşmən qazanmısan,  

Harri. Bunlar səni əsəbiləşdirmir? 

Bir neçə sətir oxudum: eyni şeylərdi, belə çeynənmiş, ürəkbulandıran sözlərə çoxdan adət  

etmişdim. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə