Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə293/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   289   290   291   292   293   294   295   296   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

597 


tərəf uzanır. İndi bu iztirablarımın, ruhi xəstəliyimin, tilsimə düşməyimin,  əsəbiliyimin kökü, 

səbəbi haqqında ən ağıllı, dərin mülahizələr söyləyə bilərdim, çünki onun mexanizmini 

görürdüm. Ancaq indi mənə nə bilmək, nə də anlamaq lazımdı. Bunların deyil, təəssüratın, 

qərarın, təkanın, sıçrayışın həsrətindəydim! 

Bu bir neçə günü gözləyərkən, rəfiqəmin verdiyi sözün üstündə durmağına şübhə etməsəm də, 

axırıncı gün çox həyəcanlandım, inamımı itirdim. Ömrümdə heç bir axşamı belə səbirsizliklə 

gözləməmişdim! Ancaq bu gərginlik, səbirsizlik nə qədər dözülməz olsa da, o qədər də ləzzətli 

idi: nəsə gözləməyin, nədənsə sevinməyin daşını çoxdan  atmış bir ümidsizin bütün günü 

narahatlıq, qorxu, çılğın ümidlər içində özünü ora-bura vurması, görüş anını, söhbətləri, həmin 

gecənin təəssüratlarını bircə-bircə gözləri önünə gətirməsi, üzünü qırxması, paltarını dəyişməsi 

(özü də xüsusi bir səliqə ilə təzə köynək geyinməsi, təzə qalstuk taxması, ayaqqabılarının bağını 

dəyişməsi) təsəvvürəgəlməz dərəcədə gözəl, əntiqə, həm də tamamilə yeni bir şeydi. Qoy bu 

ağıllı, sevdalı qız kim olur-olsun, nə məqsədlə mənə yaxınlaşır-yaxınlaşsın  – fərqi yoxdur, 

həyatıma daxil olmuş, həmin möcüzə baş vermişdi: mən yeni bir insan, yeni bir həyat həvəsi 

tapmışdım! Əsas məsələ bu idi ki, hamısı davam edir, o cazibənin sehrindən çıxa bilmir, o 

ulduzun ardınca gedirdim. 

Onu təzədən gördüyüm anı heç vaxt unutmaram! Köhnə, rahat restoranda, balaca bir stolun 

arxasında oturmuşdum. Heç bir lüzum olmasa da, yeri əvvəlcədən telefonla sifariş vermişdim və 

indi də əyləşib yeməklərin siyahısına baxırdım. Rəfiqəm üçün aldığım bir cüt qəşəng səhləb 

çiçəyini içində su olan stəkana qoymuşdum. Onu xeyli gözləməli oldum, ancaq gələcəyinə 

əmindim, həyəcanım da keçib getmişdi. Axır ki, gəlib çıxdı, asılqanın yanına çatanda dayandı, 

diqqətli, bir az da sınayıcı nəzərlərlə, parıldayan qonur gözlərilə məni salamladı. Şübhəli-şübhəli 

xidmətçinin onunla necə rəftar etdiyini izlədim. Yox, Allaha şükür ki, elə bir məhrəmlik, 

yaxınlıq olmadı, həddən artıq nəzakətlədavranırdı. Ancaq tanış idilər, qız onu «Emil» deyə 

çağırırdı. 

Səhləb çiçəklərini verəndə güldü: 

– Nə əcəb, Harri! Mənə nəsə hədiyyə eləmək istəyirdin, eləmi? Ancaq bilmirdin, necə eləyəsən.  

Heç onu da bilmirdin ki, mənə nəsə hədiyyə eləməyə ərkin çatır, ya yox, birdən bunu təhqir 

hesab eləyərəm, ona görə də gedib səhləb çiçəyi alıbsan ki, nə olacaq, adicə guldür, ancaq,  

əslində, çox bahadır. Çox sağ ol, çox sağ ol! Bir şeyi də deyim ki, səndən hədiyyə ummuram. 

Düzdür, kişilərin hesabına yaşayıram, ancaq sənin hesabına yaşamaq istəmirəm. Gör necə 

dəyişibsən! Heç tanımaq olmur!  Bir neçə gün  əvvəl, sanki, dəyirmandan çıxmışdın, indisə az 

qala adama oxşayırsan. Yeri gəlmişkən,  mənim əmrlərimi yerinə yetirdin? 

– Hansı əmri? 

– Nə tez yadından çıxdı? Yəni deyirəm ki, indi fokstrot oynaya bilirsən? Deyirdin ki, ən böyük 

arzun məndən əmr almaqdır, ən çox xoşladığın da mənə qulaq asmaq!  Yadına düşdü? 

– Bəs necə! Elədir ki var! Ciddi sözüm idi. 

– Ancaq bununla belə rəqs etməyi öyrənmədin? 

– Məgər onu belə tez, bir-iki günün  içində öyrənmək olar? 

– Əlbəttə! Fokusu bir, bostonu isə ikicə saata öyrənərsən. Tanqo isə çox çəkər, heç lazımın da 

deyil. 

– Ancaq əvvəlcə sənin adını öyrənsəm yaxşı olar! 



Susaraq bir anlığa məni süzdü: 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

598 


– Bəlkə, özün tapasan? Tapa bilsən, çox şad olardım. Mənə bir yaxşı-yaxşı bax! Heç hiss  

eləməyibsən ki, hərdən oğlana oxşayıram? Məsələn, elə indinin özündə? 

Bəli, sir-sifətinə diqqətlə baxanda gördüm ki, düz deyir, həqiqətən, oğlana oxşayır. Bir az da 

baxan kimi, sifəti hər şeyi açıb dedi, məni öz uşaqlığıma qaytardı, dostumu xatırlatdı. Onun adı 

Herman idi. Qız, sanki, bircə anlığa həmin Hermana döndü. Heyrətlə dedim: 

– Əgər oğlan olsaydın, adın Herman olardı. 

– Kim bilir, bəlkə də, oğlanam, paltarımı dəyişmişəm, – deyə bic-bic gülümsədi. 

 Bu ifadə izahatda verilib. 

Tapdığıma çox sevindi, gülə-gülə başı ilə təsdiqlədi. Həmin anda şorba gəldi, yeməyə başladıq.  

Lap uşaq kimi sevindi. Xasiyyətində xoşuma gələn, məni ovsunlayan ən gözəl, özünəməxsus 

cəhət o idi ki, tam ciddi olduğu halda birdən-birə şənlənə bilirdi və ya  əksinə; bunları eləyəndə 

də heç dəyişmirdi, sanki, ağıllı uşaqdı. İndi bir anlığa şənləndi, öz fokstrotu ilə məni çaş-baş 

qoydu, hətta ayağımı da basdı. Ləzzətlə xörəyi təriflədi, dedi ki, belə geyinib-kecinməyə çox 

əziyyət çəkmiş olaram, ancaq xarici görkəmimdə çatışmazlıq hələ də çoxdur... Aralığa salıb 

soruşdum: 

– Necə elədin ki, birdən-birə oğlana oxşadın, mən də adını tapdım? 

– Ah, hamısını özün elədin. Bəs sən başa düşmürsən, cənab alim, mən ona görə xoşuna gəlirəm, 

ona görə lazımam ki, sənin üçün güzgü rolunu oynayıram, mənim daxilimdə elə bir şey var ki, 

səni başa düşür, sənə cavab verir?! Əslində, bütün insanlar bir-biri üçün güzgü olmalıdır, bir-

birinə cavab verməlidir, tən gəlməlidir, ancaq sənin kimi qəribə adamlar lap möcüzə olur, tez 

tilsimə düşür, başqalarının gözündən heç nə oxuya bilmir, heç nə də veclərinə gəlmir. Belə bir 

tip qəflətən onun gözlərinin içinə baxan, ona cavab verən, doğma görünən adama rast gələndə, 

əlbəttə, sevinir. 

– Sən hər şeyi bilirsən, Hermine! – deyə heyrətlə qışqırdım. – Necə deyirsən, elə də var! Ancaq 

sən tamamilə ayrı adamsan! Sən mənim əksimsən, məndə olmayanların hamısı səndə var. 

Cavabı çox qısa oldu: 

– Sənə elə gəlir. Belə daha yaxşıdır. 

Doğrudan da, mənim üçün sehrli güzgüyə dönmüş sifətinə indi qalın bir ciddilik pərdəsi çəkilirdi 

və qəflətən tamam örtüldü, faciəli bir sifətə çevrildi. Asta-asta, hər sözdə dayana-dayana dedi: 

– Bura bax, ogün dediklərini unutma. Dedin ki, sənə əmr eləyim, əmrimə tabe olmaqdan xoşun 

gəlir. Bunu unutma ha! Onu da bil ki, balaca Harri, mən sənin üçün nəyəmsə, sifətim sənə hər 

şeyi necə açıb deyirsə, nəyəsə daxilən bağlıyamsa, doğmayamsa, demək sən də mənim üçün 

eləsən. Bu yaxınlarda «Qara Qartal»da səni o cür yorğun, ümidsiz, ölgün görən kimi bildim: nə 

desəm, eləyəcəksən, ürəyimdən keçdi ki, sənə əmr eləyim. Mən də bunu edəcəyəm, ona görə də 

söhbətə başladım və dost olduq. 

Elə ciddi, elə gərgin danışırdı ki, hamısını başa düşə bilmirdim və onu bu söhbətdən  

yayındırmağa, sakitləşdirməyə çalışdım. Ancaq yalnız qaşlarını dartmaqla: «Lazım deyil», – 

dedi, sərt nəzərlərlə üzümə baxdı, buz kimi soyuq bir səslə sözünə davam etdi: 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə