Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə290/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   286   287   288   289   290   291   292   293   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

591 


Ana tapşırığına  əməl edərək artıq yatırdım. Özü də şirin-şirin yatır, yuxu da görürdüm. Aydın, 

gözəl bir yuxu idi. Çoxdan beləsini görməmişdim. Yuxuda görürdüm ki: 

...Köhnə dəbli qəbul olağında oturub gözləyirdim. Əvvəlcə yalnız onu bilirdim ki, 

əlahəzrətlərdən biri məni yanına çağırtdırıb, sonra yadıma düşdü ki, cənab fon Gete özü qəbul 

edəcək. Heyif ki, buraya yaxın adam təki deyil, hansı jurnalınsa müxbiri kimi gəlmişdim. Bu da 

məni çox narahat edirdi, heç cür başa düşmürdüm ki, hansı şeytan məni belə işə qoşub. Bundan 

əlavə bir əqrəb də heç rahatlıq vermirdi. Əvvəlcə üzdə idi, qıçımla yuxarı dırmaşırdı. Əlbəttə, bu 

balaca qara həşərata imkan vermədim, o dəqiqə vurub saldım, ancaq hara düşdüyünü görmədim, 

axtarıb tapmağa da ürək eləmədim. 

Həm də tam əmin deyildim: bəlkə də, mənim gəldiyimi Geteyə deyil, Matissona demişdilər. Bir 

dəfə onu yuxuda Bürgerlə dəyişik salmışdım, Molliyə yazılmış şeirləri onunku bilmişdim. Yeri 

gəlmişkən, Mollini görməyi yaman arzulayırdım, onu incə, məlahətli, şən bir qadın kimi 

təsəvvür edirdim. Kaş o lənətə gəlmiş redaksiyanın tapşırığı ilə gəlməmiş olaydım! Bu 

narazılığım getdikcə artdı, tədricən Geteyə sarı yön aldı, birdən-birə ona qarşı olmazın şübhələr, 

məzəmmətlər yarandı. Bax buna qəbul deyərəm! Ancaq əqrəb qorxulu da olsa, haradasa lap 

yaxında da gizlənsə, ola bilsin ki, heç də pis əlamət deyildi. Mənə elə gəldi ki, bəlkə də, yaxşı 

əlamətdir, çox güman ki, Molli ilə əlaqəsi var: ya onun elçisidir, ya da Heraldika heyvanıdır. 

Qadın məkrinin, günahlarının  əcəb qorxulu Heraldika heyvanı! Bəlkə, bu heyvanın adı elə 

Vulpius idi? Ancaq həmin anda xidmətçilərdən biri qapını açdı, durub içəri girdim. 

Bəstəboy, zabitəli Gete qarşımda dayanmışdı və doğrudan da, klassik sinəsində böyük bir ulduz 

ordeni parlayırdı... Sanki, yenə dövlət işləri ilə məşğul olur, gələnləri qəbul edir, özünun 

Vaymardakı muzeyindən yenə də dünyanın gərdişinə nəzarət edirdi. Çünki məni görər-görməz, 

qarğa kimi udqunaudquna başını yırğaladı və şəstlə dedi: 

– Deməli, siz cavanlar bizim özümüzlə, işlərimizlə tam razı deyilsiniz? 

– Elədir ki var! – Onun nazik baxışları üstümə soyuq su çilədi. – Biz cavanlar, əslində, sizinlə 

razı deyilik, cənab qoca! Siz həddən artıq təntənəlisiniz,  əlahəzrət, həddən artıq lovğa, həddən 

artıq təkəbbürlü, həddən az da səmimi! Ən vacibi axırıncısıdır: həddən az səmimisiniz! 

Bəstəboy qoca başını bir az irəli uzatdı və onun sərt, rəsmi adamlara xas büzülmüş dodaqlarında 

ani bir təbəssüm düyünlənəndə, özü də birdən-birə canlananda, ürəyim ayağımın altına düşdü. 

Çünki qəflətən «Qürub göylərdən endi» şerini xatırladım, yadıma düşdü ki, o şerin sözləri bu 

kişinin ağzından çıxıb. Əslində, həmin andaca təslim oldum, basıldım və gərək onun qarşısında 

diz çökəydim. Lakin özümü şax tutdum, onun təbəssümlü dodaqlarından qopan sözlər qulağımda 

cingildədi: 

– Aha, belə çıxır ki, səmimi olmadığımı mənə irad tutursunuz? Danışığa bax! Bəlkə, bir az 

xırdalayasınız?! 

Həvəslə, çox böyük bir həvəslə xırdalamaq istəyirdim: 

– Cənab fon Gete, bütün dahilər kimi, siz də insan həyatının mənasızlığını, puçluğunu lap yaxşı 

bilmisiniz, duymusunuz: bir anın səadətini də, onun acınacaqlı şəkildə saralıb-solduğunu da, 

coşqun, müqəddəs bir məhəbbətlə təbiətin itirilmiş məsumluğu uğrunda əbədi ölüm-dirim 

mübarizəsinə girişən  

ən ülvi hisslərin yalnız və yalnız gündəlik həyatın amansız dustaqlığı ilə mükafatlandırıldığını 

da, dəhşətli heçlikdə, kamilləşməyə deyil, gəldi-gedərliyə,  əbədi çarpışmalara, diletantlığa 

məhkum olduğunu da  – bir sözlə, insan olmağın mənasızlığını, müsibətlərini, puçluğunu 

bilmisiniz. Bütün ömrünüz boyu da hamısının  əksini vəsf etmisiniz, inamdan, nikbinlikdən dəm 

vurmusunuz, özünüzü də, başqalarını da yalandan  əbədiyyətə, mənəvi mübarizənin mənasına 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

592 


inandırmağa çalışmısınız. Siz daha dərinə gedənləri, həqiqətin ümidsiz səsini rədd edərək, onu 

özünüzdə də, Klaystda da, Bethovendə də boğmusunuz. İllər uzunu özünüzü elə aparmısınız ki, 

guya, bilik qazanmaq, kolleksiya toplamaq, çoxlu məktub yazmaq, onları yığıb saxlamaq, 

Vaymarda keçirdiyiniz qocalıq illəri bir anı əbədiləşdirmək, təbiətə ruh vermək üçün yeganə yol 

imiş, halbuki birincini mumiyalaşdırdınız, ikincini isə müəyyən bir üslub qəlibində qrimə 

çevirdiniz. Sizə irad tutduğumuz qeyri-səmimilik də elə budur. 

Qoca müşavir fikirli-fikirli gözlərimin içinə baxdı. Dodaqlarındakı təbəssüm hələ də qalırdı.  

Sonra verdiyi sual isə məni lap heyrətləndirdi: 

– Belə olan halda, deməli, Motsartın «Sehirli fleyta» sından da zəhləniz gedir?! –Etiraz etməyə 

imkan vermədi, sözünə davam etdi: 

– «Sehrli fleyta» həyatı şirin bir nəğmə kimi təsvir edir, gəldi-gedər hisslərimizi əbədi, ilahi bir 

şey kimi vəsf edir, nə cənab Klaystla, nə də cənab Bethovenlə razılaşır, nikbinliyi, inamı 

tərənnüm edir. 

– Bilirəm, bilirəm!  – deyə acıqlı-acıqlı qışqırdım.  – Allah bilir, dünyada  ən çox sevdiyim bu 

«Sehrli fleyta» haradan ağlınıza gəldi!  Ancaq Motsart səksən iki il yaşamayıb və heç vaxt da 

sizin kimi əbədiyyət, səliqə-sahman, quru ləyaqət eşqinə düşməyib, özünü çəkməyib. Yalnız 

ilahi nəğmələrini oxuyub, vaxtsız ölüb. Özü də kasıb… şöhrətsiz… 

Nəfəsim tutuldu. Beş-on sözdə min dənə şeyi demək lazımdı, alnımda tər puçurlanırdı. 

Ancaq Gete mehribanlıqla dedi: 

– Bəlkə də, mənim səksən iki il yaşamağım, doğrudan da, bağışlanılmazdır. Ancaq bu  

yaşamaqdan, siz fikirləşdiyiniz qədər də həzz almamışam. Haqlısınız, həmişə əbədiyyətə can 

atmışam, həmişə ölümdən qorxmuşam, onu yaxın buraxmamışam. Mənə elə gəlir ki, bütün 

görkəmli şəxsiyyətləri yaşadan da elə ölümə qarşı mübarizə, mütləq, inadkar həyat həvəsidir. 

Ancaq gənc dost, buna baxmayaraq, son nöqtənin ölüm olduğunu səksən iki yaşında inamla 

sübuta yetirdim, lap məktəbli kimi ölsəm də, belə olardı. Əgər mənə bəraət qazandıra biləcəksə, 

onu da deyim ki, təbiətimdə uşaqlıq, hər şeyə maraq, oynamaq, vaxtı öldürmək həvəsi çox olub. 

Beləliklə də, bu oyunu qurtarmaq vaxtının  

çatdığını başa düşmək üçün mənə çox vaxt lazım olub. 

Bu sözləri deyəndə bic-bic gülümsədi, sanki, dəcəllik edirdi. Getdikcə böyüdü, sifətindəki quru 

rəsmiyyətçilik, saxta ləyaqət nişanəsi çəkilib getdi. Hər yandan Gete nəğmələrinin melodiyaları 

səsləndi, Motsartın «Bənövşə»sini, Şubertin «Ətrin yenə bürüyüb meşələri, düzləri» mahnısını 

eşitdim.  

Getenin yanaqları allandı, gəncləşdi, güldü və doğmaca qardaşı kimi gah Motsarta, gah da 

Şubertə oxşadı, sinəsindəki ulduza çəmən çiçəklərindən çələng hörüldü, lap ortasından 

pardaxlanmış sarı bir primula çiçəyi baş qaldırdı. 

Qocanın zarafata salıb suallarımdan, ittihamlarımdan bu cür yayınması xoşuma gəlmədi,  

məzəmmətlə üzünə baxdım. O bir az  əyilərək, uşaq ağzına dönmüş ağzını qulağıma 

yaxınlaşdırdı və pıçıldadı:  

– Oğlum, sən qoca Geteyə həddən artıq ciddi yanaşırsan. Çoxdan ölüb getmiş qocalara ciddi 

yanaşmaq olmaz, yoxsa xətirlərinə dəyər. Biz ölməzlərin ciddilikdən xoşu gəlmir, zarafatı 

sevirik.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə