Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə289/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   285   286   287   288   289   290   291   292   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

589 


Bu suala cavab vermək çox çətin idi.– Görürsünüzmü,  – sözə başladım.  – Əslində, xırda şeydi. 

Bir professora qonaq getmişdim...  

Lakin mən özüm professor deyiləm... Hə, gərək heç getməyəydim, çünki adamlarla bir yerdə 

oturmağı, laqqırtı vurmağı çoxdan yadırğamışam. Ora gedəndə də hiss edirdim ki, axırı yaxşı 

qurtarmayacaq...  

Elə şlyapamı asanda, ağlıma gəldi ki, onu tez götürəsi olacam... Hə, o professorun evində, stolun 

üstündə bir şəkil vardı... Həmin səfeh şəkil məni özümdən çıxartdı...  

Sözümü kəsdi:   

– Nə şəkil? Niyə? 

– Getenin şəkli idi. Bilirsiniz də, şair Geteni deyirəm. Ancaq şəkildə özü kimi deyildi... heç 

demək də olmaz, yüz il bundan əvvəl ölüb... Hansı müasir rəssamsa onu təsəvvür elədiyi kimi 

çəkib.  


Həmin şəkil məni özümdən çıxartdı, lap zəhləm getdi... Bilmirəm, məni başa düşürsünüzmü? 

– Lap yaxşı başa düşürəm, narahat olma. Hə, sonrası!   

– Hələ bundan  əvvəl professorla da sözümüz düz gəlməmişdi. O da, demək olar ki, bütün 

professorlar kimi vətənpərvər idi, müharibə vaxtı xalqı aldatmaq üçün  əlindən gələni  

əsirgəməmişdi.  

Əlbəttə, bunu təmiz ürəklə eləmişdi. Mən isə müharibənin  əleyhinəyəm. Hə, burası bəsdir, 

sonrasını danışım. Gərək o şəklə heç baxmayaydım...   

– Gərək baxmayaydın. 

– Hə, birincisi, Geteyə yazdığım gəldi. Axı onu çox, lap çox sevirəm... Sonra da fikirləşdim ki... 

ya fikirləşdim, ya da hiss elədim... Elə bilirdim, özümə tay adamlarla oturmuşam, onlar da 

Geteni mənim kimi sevir, mənim kimi təsəvvür edirlər... Amma sən demə, bu zövqsüz, saxta, şit 

şəkilə vurulublarmış... heç görmürlər ki, həmin şəklin ruhu Gete ruhunun tam əksidir. Özü də 

çox xoşlarına gəlir... Bir də ki, mənə nə var, gəlir, qoy gəlsin... Ancaq birdən-birə onlara olan 

etibarım, dostluq, yaxınlıq, doğmalıq hisslərim sönüb getdi. Onsuz da, dostluğumuz elə möhkəm 

deyildi... Hə, ona görə də əsəbiləşdim, kədərləndim, gördüm ki, tək qalmışam, heç kəs məni 

anlamır! Başa düşürsünüz? 

– Burada başa düşülməyəcək nə var ki, Harri? Bəs sonrası? Şəkli başlarına çırpdın? 

– Yox, dişimin dibindən çıxanı deyib əkildim. Evə qayıtmaq istəyirdim, ancaq... 

– Ancaq evdə bu səfeh uşağı danlamaq, sakitləşdirmək üçün anası yox idi! Ah, Harri, az qala 

sənə yazığım gəlir, lan uşaqsan, özün kimisi yoxdur... 

Əlbəttə, onunla razı idim. Bir qədəh də şərab verdi. Əslində, indi mənə elə ana kimiydi. Ancaq 

hərdən görürdüm ki, çox gözəldir, çox cavandır. 

– Hə, deməli, – yenə sözə başladı, – deməli, Gete yüz il bundan qabaq ölüb, Harri də onu çox 

sevir, tamam başqa cür təsəvvür edir, necə göründüyünü bilir və özünün də buna haqqı var, elə 

deyilmi? Ancaq Getenin vurğunu olan rəssamın isə   onu təsəvvür etdiyi kimi çəkməyə haqqı 

yoxdur…  

Heç professorun da, ümumiyyətlə, heç kəsin yoxdur. Çünki bu, Harrinin ürəyincə deyil, sinirə 

bilmir, ona görə də mütləq dişinin dibindən çıxanı deyib  əkilməlidir. Ağıllı adam olsaydı, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

590 


rəssama da, professora da gülərdi, vəssalam. Axmaq olsaydı, «Gete»lərini onların təpəsinə 

çırpardı. Lakin o hələ uşaq olduğu üçün evə qaçır, özünü asmaq istəyir. Başına gələni gözəlcə 

anlayıram, Harri. Gülməli əhvalatdır. Gülməyim tutur. Dayan, belə tez-tez içmə! Burqund 

şərabını yavaş-yavaş içərlər, yoxsa adamı yandırar. Hər şeyi də sənə demək lazımdır, ay körpə 

uşaq! 

Baxışları on altı yaşlı dayələrin baxışı kimi ciddiləşdi. 



– Hə də, – razılıqla dilləndim, – hər şeyi deyin. 

– Nəyi deyim? 

– Nəyi bilirsiniz, hamısını. 

– Yaxşı, deyərəm. Bir saatdır sənə «sən» deyirəm, ancaq sən hələ də «siz»lə danışırsan. Həmişə 

də latınca, yunanca danışırsan. Çətin-çətin sözlər işlədirsən! Əgər qız sənə «sən» deyirsə və 

ondan da zəhlən getmirsə, ona «sən» de.  Hə, indi bir şeyi öyrəndin. Qaldı ikincisi: yarım saat 

bundan  əvvəl bildim ki, adın Harridir. Ona görə bildim ki, soruşdum. Ancaq mənim adımı sən 

hələ soruşmaq istəmirsən. 

– Yox, yox, nə danışırsız, istəyirəm.   

– Çox gecdir, körpə bala! İşdir bir də görüşsək, onda soruşarsan. Bu gün deməyəcəm. Hə, indi 

isərəqs etmək istəyirəm. 

O qalxmağa hazırlaşanda, ovqatım birdən-birə korlandı. Qorxdum ki, çıxıb gedəcək, tək 

qalacam, hər şey təzədən başlanacaq. Bayaqkı qorxu, bayaqkı dəhşət məni təzədən bürudü, elə 

bil, bircə anlığa kəsmiş diş ağrısı yenidən başladı, beynimdən tüstü çıxdı. Aman Allah, məni 

nələr gözlədiyini heç unuda bilərdimmi? Yoxsa nəsə dəyişmişdi? 

– Dayan! – ləliməyə başladım, – getməyin... Getmə! Əlbəttə, nə qədər istəyirsən, rəqs elə, ancaq 

çox uzaq getmə, qayıt gəl, qayıt! 

Gülə-gülə ayağa durdu. Elə bilirdim ucaboyludur, ancaq nazikbədən olsa da, çox hündür deyildi.  

Yenə kimisə xatırladım. Ancaq kimi? Tapa bilmədim... 

– Qayıdacaqsan? 

– Qayıtmağına qayıdacam, amma tez olmayacaq. Yarım saat, bəlkə də, bir saat çəkdi. Bir də 

deyim: gözlərini yum, bir az yat. Bu, sənə çox lazımdır. 

Durub yol verdim, getdi. Donunun ətəyi dizlərimə toxundu, gedə-gedə balaca dəyirmi güzgüyə 

baxdı, qaşlarını daradı, çənəsini kirşanladı. Sonra rəqs zalında gözdən itdi. Yan-yörəmə 

boylandım: tanımadığım üzlər, papiros çəkən kişilər, mərmər stolların üstünə dağılmış pivə, səs-

küy, qıyya, böyrümdə də rəqs musiqisi. Demişdi ki, yatım. Ah, körpə balam, sən haradan biləsən 

ki, mənim yuxum dovşandan da səksəkəlidir! Belə bir bazarda, özü də otura-otura, pivə 

parçlarının cingiltisində heç yatmaq olar? Bir qurtum şərab içdim, cibimdən siqar çıxardım, 

gözlərimlə kibriti axtardım, ancaq, əslində, heç çəkmək istəmirdim, ona görə də stolun üstünə 

qoydum. «Gözlərini yum!» – demişdi. Allah bilir bu səs onda haradan idi: əsl ana səsinə 

oxşayırdı; şəfqətli idi, ürəkdən gəlirdi. Gördüm ki, bu səsi eşitmək mənə xoş gəlir. İtaətkarlıqla 

gözlərimi yumdum, başımı divara söykədim, beynimə min cür səs düşdü. Belə yerdə yatmaq 

həvəsinə özüm də guldüm, istədim rəqs zalının qapısına yaxınlaşıb oğrunoğrun baxım – axı o 

qəşəng qızın necə oynadığına baxmalı idim – durmaq istədim, lakin indi bildim ki, saatlarla 

küçədə ora-bura qaçmaq məni lap yorub, əldən salıb, ona görə də yerimdən tərpənmədim. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə