Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə288/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   284   285   286   287   288   289   290   291   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

587 


parıldayan ala gözlərini, soyuqluq yağan hamar alnını, gicgahında pırpızlanmış birçəklərini 

aydınca görürdüm. Mehribanlıqla, bir az da rişxəndlə qeydimə qalmağa başladı, şərab gətirtdi, 

qədəhini qədəhimə vurdu, ayaqqabılarıma baxdı: 

– Aman Allah, haradan gəlirsən belə? Elə bil, Parisdən buracan piyada gəlibsən. Axı bal  

şənliyinə bu cür gəlməzlər... 

Gah «bəli», gah «xeyr» dedim, bir az güldüm. Susdum ki, o danışsın. Xoşuma gəlirdi və özümə 

də lap mat qalmışdım, çünki belə cavan qızlardan uzaq gəzmiş, onlara etibar eləməmişdim. 

Rəftarı elə idi ki, bu cür rəftar indi mənə çox lazımdı. Ah, həmin vaxtdan hər an, hər saat eləcə 

oldu. Mənə lazım olan qədər ehtiyatlı, mənə lazım olan qədər istehza ilə davranırdı. Bir 

buterbrod da sifariş verib, məni güclə yedirtdi. Şərab süzüb: «Bir qurtum iç,  – dedi,  – ancaq 

birdəfəyə içmə».  Sonra mənim üzüyolalığımı təriflədi. 

– Əhsən!  – deyib məni həvəsləndirdi.  – Səninlə yola getmək asandır. Gəl mərcə girək, sən 

çoxdandır heç kimin sözünu eşitmirsən, eləmi? 

– Bəli, mərci uddunuz. Bəs bunu haradan bildiniz? 

– Elə çətin şey deyil. Üzüyolalıq da yemək, içmək kimi bir şeydir – kim onların üzünü çoxdan 

görməyibsə, ona minnət eləmək lazım deyil. Mənim dediklərimi eləməkdən xoşun gəlir, düzdür? 

– Elədir, böyük məmnuniyyətlə! Özünüz hər şeyi bilirsiniz. 

– Səninlə dolanmaq asandır. Bəlkə də, dostum, səni evdə gözləyəni də, nədən qorxduğunu da 

deyə bilərdim. Lakin özün bilirsən ki, bu haqda danışmağa dəyməz. Elədir? Boş şeydir! Kim 

özünü asmaq istəyirsə, gedib asacaq. Çünki bunun bir səbəbi var. Əgər hələ yaşayırsa, onda 

yalnız həyatı haqqında düşünməlidir. Bundan asan heç nə yoxdur. 

– Ah,  – dedim,  – belə asan olsa nə vardı ki! Allah özü şahiddir ki, həyatım haqqında çox  

düşünmüşəm, ancaq xeyri olmayıb. Bilmirəm, özünü asmaq, bəlkə də, çətindir... Ancaq yaşamaq 

ondan da betərdir! Allah özü bilir, necə çətindir! 

– Yaxşı, özün görəcəksən ki, asandan da asandır. Əvvəlini artıq başlamışıq: eynəyini sildin, 

yedin, içdin. Gərək indi də şalvarını, ayaqqabını bir az qaydaya salasan – bunlar mütləq lazımdır. 

Sonra mənimlə şimmi oynayacaqsan. 

– Görürsünüzmü,  – yenə coşdum,  – haqlı imişəm! Mənim üçün dünyada sizin dediyinizi  

eləməməkdən çətin şey yoxdur. Təəssüf ki, bunu bacarmayacağam. Nə şimmi, nə vals, nə polka, 

nə bilim daha nələr... nələr  – heç birini oynaya bilmirəm. Ömrümdə rəqs etməyi öyrənməmişəm. 

İndi gördünüzmü hər şey dediyiniz qədər də asan deyilmiş?!Qəşəng qızın qan kimi qırmızı 

dodaqlarında təbəssüm oynadı, oğlan kimi qısa vurulmuş başını  

buladı. Ona baxanda elə bildim ki, uşaqlıq çağlarımda vurulduğum Roza Krayslerdir, gəlib 

durub, ancaq onun saçları qonur idi, bir az da qaraya çalırdı. Yox, bilmədim, bu tanımadığım qız 

mənə kimi xatırlatdı. Bircə onu bildim ki, kimsə lap uzaqda keçmişdən, oğlan çağlarımdandır. 

– Yavaş,  – o, səsini ucaltdı,  – yavaş! Deməli, rəqs edə bilmirsən? Heç bacarmırsan? Hətta 

unestep də? Özün də deyirsən ki, Allah bilir, həyatda nə qədər çətinlik görmüsən! Deməli, yalan 

danışıbsan, əzizim, heç yaşına yaraşmır. Əgər rəqs etmək istəmirsənsə, necə deyə bilərsən ki

yaşamaq qeydinə qalıbsan? 

– Əgər bacarmıramsa?.. Axı heç öyrənməmişəm. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

588 


Güldü: 

– Ancaq yazmağı, oxumağı öyrənibsən. Düzdür, yəqin, saymağı da bilərsən, bunlardan  əlavə, 

çox güman ki, latın, fransız dillərini nə bilim, daha nələri öyrənmisən?! Mərc gələrəm ki, on ya 

on iki il məktəbə gedibsən, sonra instututda oxumusan, hətta, bəlkə, dissertasiya da yazıbsan, Çin 

dilində, ya da ispanca danışa bilirsən. Yoxsa belə deyil? Deməli, belədir! Ancaq rəqs öyrənməyə, 

azacıq da olsun, vaxt, pul tapmayıbsan... Belə de... 

– Ata-anam günahkardır,  – özümə bəraət qazandırdım,  – latını, yunanı, bütün dediklərinizi 

öyrənməyə onlar məcbur edib. Ancaq rəqsə qoymayıblar. Bizlərdə dəb deyildi, heç özləri də 

bacarmırdı... 

Soyuq nəzərlərlə, ikrahla üzümə baxdı və yenə sifətində məni təzədən gənclik illərinə qaytaran 

bir ifadə düyünləndi. 

– Belə de... Demək, ata-anan günahkar imiş! Bu axşam «Qara Qartal»a gəlməyə onlardan icazə 

alıbsan? Alıbsan? Deyirsən, çoxdan ölüblər? Aha, belə de! Deməli, cavanlığında çox itaətkar 

olduğun üçün rəqs etməyi öyrənmək istəməyibsən... Qoy olsun! Ancaq heç inanmıram ki, sən 

onda quzu kimi uşaq olubsan. Bəs sonra? Bu uzun illəri neyləyibsən? 

– Ah!  – deyə boynuma almalı oldum.  – Heç özüm də bilmirəm. Oxudum, musiqiyə getdim, 

kitablarla məşğul oldum, yazıb-pozdum, gəzib-dolaşdım... 

– Həyat haqqında lap qəribə təsəvvürlərin var. Deməli, həmişə çətin, mürəkkəb işlərə başın 

qarışıb, asanları isə unudubsan? Vaxt olmayıb? Həvəs yox idi? Qoy olsun! Allaha şükür ki, sənin 

anan mən deyiləm... Hə, sonra da özünü elə göstəribsən ki, guya, həyatın hər sahəsinə baş 

vurubsan, ancaq heç nə tapmayıbsan... Yox, belə yaramaz! 

– Çox danlamayın! – xahiş elədim. – Axmaqlığımı özüm də bilirəm. 

– Yaxşı, yaxşı, mənə nağıl danışma! Heç də axmaq deyilsən, cənab professor, hətta deyərdim ki, 

çox ağıllısan! Mənə elə gəlir ki, ağıllı axmaqsan,  əsl professorsan. Bir buterbrod da ye, sonra 

danışarsan. 

Yenə buterbrod gətirtdi, üstünə düz səpdi, bir az da xardal çəkdi, kəsib özünə də götürdü, məcbur 

eləyib məni də yedirtdi. Yedim! Rəqsdən başqa, nə deyirdisə, eləyirdim. Kiminsə dediyini 

eləmək, kiminsə yanında oturmaq nə gözəl imiş! Səndən nəsə soruşur,  əmr edir, danlayır... Əgər 

professorla arvadı da belə eləsəydilər, küçələrə düşməzdim. Yox, yox, yaxşı ki, belə oldu, yoxsa 

çox şey itirərdim! 

– Heç adını demədin? – qəflətən soruşdu. 

– Harri. 

– Harri? Bu ki uşaq adıdır! Saçlarına dən düşsə də, lap uşaqsan, Harri. Çox uşaqsan, bir adam 

lazımdır ki, sənə qulluq eləsin. Daha rəqs barədə danışmayacam. Başını niyə elə qırxdırmısan?  

Arvadın, istəklin yoxdur? 

– Arvadım yoxdur, ayrılmışıq. İstəklim var, ancaq burada yaşamır, hərdənbir görürəm, çox vaxt 

da sözümüz düz gəlmir.  

Astadan fit çaldı: 

– Deyəsən,  çox çətin  adamsan ki,  səninlə heç  kim yollaşa bilmir.  İndisə de görüm bu axşam 

nə olmuşdu ki, küçələri əldən salırdın? Dalaşmışdın? Pul uduzmuşdun?  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə