Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə291/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   287   288   289   290   291   292   293   294   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

593 


Ciddilik zəmanənin nişanəsidir. Bir sirri də sənə açım ki, ciddilik zəmanəni çox şişirdəndə 

yaranır. Bir vaxtlar mən də onu çox uca tuturdum, ona görə də yüz il yaşamaq istəyirdim. Ancaq 

görürsənmi, əbədiyyətdə zaman anlayışı yoxdur. Əbədiyyətin özü də yalnız bircə zarafata güclə 

bəs eləyən bir andır. 

Əslində, bundan sonra qoca ilə ciddi söhbət etməyə dəyməzdi. O, razılıqla ayaqlarını oynadır, 

cəld hərəkətlə əyilib-qalxırdı. Həmin anda primula çiçəyi döşündəki ulduzdan raket kimi çıxıb 

balacalaşdı, yox oldu. O, öz zahiri görünüşü, oynaqlığı ilə bərq vuranda, qeyri-ixtiyari 

fikirləşdim ki, bu kişi, ən azı, rəqs öyrənmək imkanını da əldən verməyib. Əntiqə oynayırdı. 

Həmin anda yenə əqrəb, daha doğrusu, Molli yadıma düşdü və Getedən soruşdum: 

– Deyin görüm, Molli burada yoxdur ki?  

Gete ucadan güldü. Stoluna tərəf gedib, siyirməni çəkdi, qiymətli  – ya dəridən idi, ya da  

məxmərdən – bir mücrü çıxardı, açıb mənə yaxın tutdu. Onun içindəki qara məxmərin üstündə 

qəşəng, qənirsiz  bir qadın qıçı işım-işım işıldayırdı. Dizdən azacıq bükülmüş, ayağının pəncəsi 

isə topuqdan zərif barmaqlara qədər  əyilmişdi. Vurğunu olduğum bu ayağı götürmək üçün  əlimi 

irəli uzatdım, iki barmağımın arasına almaq istəyəndə, oyuncaq, sanki, qımıldandı və birdən-birə 

şübhələndim ki, bəlkə, elə bayaqkı əqrəbdir. Gete, sanki, hər şeyi başa düşdü. Hətta, deyəsən, elə 

bunu da istəyirmiş. Məqsədi  

məni pərt eləmək, istəklə qorxunun arasında qoymaqmış. Həmin sehrli əqrəbciyi mənə lap yaxın 

tutdu, ona tərəf can atdığımı, lakin eymənib geri çəkildiyimi gördü və deyəsən, bundan  əsl 

ləzzət aldı. Öz qəşəng, qorxulu oyuncağı ilə məni oynada-oynada yenə də qocaldı, min yaşlı, ağ 

saçlı uluya çevrildi, saralıb-solmuş ixtiyar sifətində səssiz-səmirsiz bir gülüş oynadı. Sonra isə 

ucadan, qocalara məxsus bir rişxəndlə, mənalı-mənalı güldü. 

Oyanan kimi yuxu yadımdan çıxdı, ancaq bir azdan yenə xatırladım. Təxminən bir saata yaxın 

yatmışdım. Ömrümdə inanmazdım ki, belə musiqinin gurultusunda, səs-küydə, restoranda otura-

otura yuxuya gedə bilərəm. O sevimli qız qarşımda dayanıb, əlini çiynimə qoymuşdu. 

– Mənə iki-üç marka ver, – dedi, – orada bir az yeyəsi oldum. 

Pulqabımı verdim, götürüb getdi və tezcə də qayıtdı. 

– İndi sənin yanında bir az da otura bilərəm, sonra isə getməliyəm, görüşüm var. 

Qorxdum, tələsik soruşdum: 

– Kiminlə? 

– Bir cənabla, ay balaca Harri. Məni «Odeon» barına dəvət eləyib. 

– Ah, elə bilirdim, məni heç vaxt tək qoymayacaqsan. 

– Onda gərək dəvət eləyəydin. Artıq səni qabaqlayıblar. Neylək, pulun cibində qalar. «Odeon»u 

tanıyırsan? Gecəyarıdan sonra təkcə şampan şərabı verilir. Yumşaq kreslolar, zənci kapel1ası... 

əntiqədir! 

Bunların heç birini hesaba almamışdım. 

– Ah,  – deyə yalvarmağa başladım,  – gəl səni özüm dəvət eləyim! Fikirləşdim ki, dəvət nəyə 

lazımdır, axı dostlaşmışıq. Xahiş edirəm, icazə ver, səni istədiyin yerə dəvət eləyim. 

– Çox sağ ol. Ancaq özün bilirsən ki, söz verdin, gərək eləyəsən. Əgər «hə» demişəmsə,  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

594 


gedəcəyəm. Üz vurma! Demək, bunu içirsən, sonra da evə gedib rahatca yatırsan. Söz  ver ki, 

dediklərimi eləyəcəksən! 

– Yox, nə danışırsan, evə gedə bilmərəm. 

– Bu macəraları da burax getsin! Gete ilə haqq-hesabı çürütmədin?  (Bu anda yuxu yadıma 

düşdü). Əgər doğrudan da, evə gedə bilmirsənsə, burada qal, qonaq otaqları var. Birini sənin 

üçün tutum? 

Razılaşdım, soruşdum ki, onunla yenidən harada görüşə bilərəm. Bəs harada yaşayır? Demədi.  

Sadəcə olaraq, axtarmaq lazımdır, istəsəm taparam! 

– Səni bir yerə dəvət eləmək olmaz? 

– Haraya? 

– Hara istəsən, haçan istəsən... 

– Yaxşı, onda çərşənbə axşamı şam yeməyinə «Köhnə Fransiskalı»da görüşərik. Birinci  

mərtəbədə. Hələlik! 

Əl verdi. Ona yenicə diqqət yetirdim. Səsinə çox yaraşan ətli, gözəl, ağıllı, mehriban bir əl idi.  

Onu öpəndə rişxəndlə güldü. Son anda bir də geri döndü: 

– Gete haqqında da sənə bir söz demək  istəyirəm. Bura  bax  sənin  Gete   əhvalatın,  o şəkil 

məsələsi hərdən mənim də başıma gəlir... Özü də müqəddəslərlə...  

– Müqəddəslərlə? Sən elə dindarsan?  

– Yox, heyif ki, dindar deyiləm. Bir vaxtlar olmuşam və yenə də olacağam. Axı dindar olmağa 

vaxt da yoxdur. 

– Vaxt yoxdur? Buna da vaxt lazımdır? 

– Bəs  necə! Dindar olmaq üçün də vaxt  lazımdır. Bu  hələ azdır, vaxtdan asılı olmamaq da 

gərəkdir.  Əsl dindar ola-ola  gerçəklikdə yaşamaq, ona ciddi yanaşmaq  mümkün deyil: vaxt,  

pul, «Odeon» barı və sairə və sairə... 

– Aydındır. Bəs müqəddəslərin bunlarla nə işi? 

– Olar! Elə müqəddəslər var ki, onları lap çox istəyirəm. Məsələn, Stefan, müqəddəs Fransiska 

və sairə.. Hərdən onların, bəzən də Xilaskarın, Müqəddəs Məryəm ananın şəkillərinə rast 

gəlirəm. Elə saxtaları, təhrif edilmişləri, cılızları olur ki, sən Getenin şəklinə dözə bilmədiyin 

kimi, mən də onlara dözəmmirəm. O sevimli səfeh Xilaskarı, müqəddəs Fransiskanı bu cür 

görəndə, başqaları da ona «gözəldir», «əntiqədir» – deyəndə, əsl Xilaskara yazığım gəlir və 

fikirləşirəm: «Ah, camaata onun belə səfeh şəkli bəs eləyirsə, onda, görəsən, niyə yaşayıb, o cür 

dəhşətli  əzablar çəkib!» Ancaq onu da anlayıram ki, mənim təsəvvürümdəki Xilaskarın, 

Fransiskanın şəkli də adi bir insan şəklidir, əslinə heç uyğun gəlmir və mənim qəlbimdəki 

Xilaskar əsl Xilaskarın özünə də belə qəribə, səfeh görünə bilər.  

Bununla Getenin şəklini görəndə çıxardığın oyunlara haqq qazandırmaq istəmirəm. Yox, düz 

eləməyibsən. Demək istəyirəm ki, səni başa düşə bilirəm.  Siz alimlərin, sənətkarların başında 

çox qeyri-adi şeylər olur, ancaq siz də başqaları kimi adi insansınız və biz adi insanların da öz 

arzusu, öz istəyi var. Axı cənab alim, hiss elədim ki, Gete əhvalatını mənə danışmaq istəyəndə 

bir az pərt oldun:  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə