Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə292/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   288   289   290   291   292   293   294   295   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

595 


gərək ideal hesab elədiyin şeyləri adi bir qıza başa salaydın, ona görə də özünə çox  əziyyət 

verəsi oldun. İndi sənə göstərmək istəyirəm ki, belə əziyyətə düşmək havayı şeydir, səni çox 

yaxşı başa düşürəm. Yaxşı, daha bəsdir, sənə yatmaq lazımdır. 

O çıxıb getdi və yaşlı bir xidmətçi də məni yalnız ikinci mərtəbəyə qaldırandan sonra yüküm 

olub-olmadığını soruşdu. Eşidəndə ki, heç nəyim yoxdur, dedi «yer pulunu»  əvvəlcədən 

verməliyəm.  

Sonra məni köhnə, qaranlıq pilləkəndən keçirib, balaca bir otağa gətirdi, tək qoyub getdi. İçəridə 

ensiz, çox qısa, qupquru taxta çarpayı vardı, divardan isə qılınc, Harribaldinin boyalı şəkli və bir 

də hansı ziyafətdənsə qalıb solmuş çələng asılmışdı. İndi bircə gecə köynəyi üçün nə istəsələr 

verərdim. Yaxşı ki, su, dəsmal vardı, yuyuna bildim. Sonra elə pal-paltarlı da uzandım, işığı 

yana-yana qoydum, xəyala daldım. Deməli, Gete ilə məsələni yoluna qoydum. Nə yaxşı ki, 

yuxuda özü yanıma gəldi! Bir də bu qəribə qız! Kaş, adını biləydim!  Qəflətən həyatıma bir insan 

daxil olmuşdu! Əcəlin  qüssəli, tutqun  

pərdəsini yırtaraq qəşəng, xeyirxah, mehriban, hərarətli  əlini mənə uzadan bir insan! Qəflətən 

yenə nəyinsə haqqında sevinclə, qayğı ilə, maraqla düşünməyə başlamışdım! Qəflətən bir qapı 

açılmışdı və həmin qapıdan mənə həyat verilmişdi! Bəlkə də, təzədən yaşaya bildim, təzədən 

adam oldum!  

Soyuqdan büzüşmüş, az qala donmuş qəlbim təzədən döyündü, zəif qanadlarını asta-asta 

tərpətməyə başladı! Gete yanıma gəlmişdi! Bir qız da məni yeməyə, içməyə, yatmağa məcbur 

etmişdi, mehribanlıq göstərmişdi, mənə gülmüşdü, «səfeh uşaq» demişdi! Həmin qəribə rəfiqəm 

sonra da müqəddəslərdən söhbət açaraq göstərmişdi ki, hətta  ən qəribə iztirabları belə mən tək 

çəkmirəm, heç də müəmmalı, düşgün bir müstəsna deyiləm. Özüm kimi bacı-qardaşlarım 

çoxdur. Başa düşənim var! Görəsən, ona bir də rast gələcəyəmmi? Əlbəttə! O çox etibarlıdır. 

«Söz verdin, gərək eləyəsən!» – dedi. 

Yenə yuxuya getdim, dörd-beş saat yatdım. Ayılanda saat onu keçmişdi; paltarım  əzik-əzik 

olmuş, özüm də lap kütləşmiş, yorulmuşdum; ancaq bununla belə, beynimdə dünənki dəhşətlərin 

izi hələ qalsa da, həvəsli, inamlı idim, ümid dolu fikirlərlə yaşayırdım. Evə qayıdanda dünənki 

dəhşətdən əsər-əlamət qalmamışdı. 

Pilləkəndə – araukariyanın yanında «xala»ya, yəni sahibəyə rast gəldim. Onu gec-gec də görsəm

mehriban təbiətindən çox xoşum gəlirdi. Ancaq bu görüş heç ürəyimdən olmadı, çünki çox 

yazıq, yuxulu görkəmim vardı, nə üzümü qırxmış, nə də başımı daramışdım. O, adətən, mənim 

təklik həvəsimə, hiss olunmadan gəlib-getməyimə ehtiramla yanaşardı. Amma bu gün, deyəsən, 

ətraf mühitlə aramdakı pərdə yırtılmış, bənd-bərə də uçub dağılmışdı. Qadın gülərək dayandı: 

– Bax buna gəzmək deyərəm, cənab Haller, heç axşam evə də gəlmədiniz. Yaxşıca yorulmuş 

olarsınız, yəqin... 

– Elədir,  – deyə mən də gülməli oldum.  – Dünən kefim lap kök idi. Evinizin sakitliyini 

pozmamaq xətrinə mehmanxanada gecələdim. Evinizdəki sakitliyə, səliqə-sahmana çox böyük 

hörmətim var, bəzən özümü burada artıq adam hesab eləyirəm. 

– Rişxənd eləməyin, cənab Haller! 

– Oh, mən yalnız özümə rişxənd edirəm. 

– Bu heç lazım deyil. Mənim evimdə özünüzü heç vaxt «artıq adam» hesab eləməyin. Necə 

istəyirsiniz, nə cür xoşunuza gəlir, elə də yaşayın. Mənim hörmətəlayiq kirəkeşlərim çox olub, 

hətta bəziləri həddən artıq yaxşı olublar, ancaq heç biri sizin kimi sakit deyildi və heç biri də 

məni sizin qədər narahat etmirdi. İndisə deyin görüm, çay istəyirsiniz? 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

596 


Etiraz etmədim. Çayı ulu babalarının şəkilləri, mebelləri ilə bəzədilmiş salonda verdi. Bir az da 

söhbət elədik. Bu mehriban qadın heç nə soruşmadan mənim həyatım, düşüncələrim haqqında 

bəzi şeyləri öyrəndi. Onlara diqqətlə, hər şeyi ciddi qəbul etməyən bir ana nəvazişi ilə, hamısına 

da kişi qəribəlikləri kimi baxan ağıllı bir qadın təbəssümü ilə qulaq asdı... Sonra söhbət bacısı 

oğlundan düşdü, məni qonşu otağa aparıb onun boş vaxtlarında düzəltdiyi radio cihazını 

göstərdi. Deməli, o zəhmətkeş cavan oğlan hər axşam «məftilsiz ötürmə» ideyasına qapılıb, 

texnika allahının qarşısında diz çökərək,  

ona dua edə-edə bu cihazı quraşdırırmış. Texnika allahı isə min illər  ərzində elə şeylər kəşf 

edərək yarımçıq qoyub ki, hər bir mütəfəkkir sonralar ondan ağıllı, məqsədyönlü şəkildə istifadə 

eləyə bilsin.  

Bu barədə də xeyli danışdıq, çünki xala bir az mövhumata meyil eləyir, dini söhbətləri 

xoşlayırdı. Ona dedim ki, bütün bacarıq və əməllərin mövcud vəziyyəti qədim hindlilərə yaxşı 

bəlli imiş, texnika isə, əlində, bu əməllərin çox cüzi bir hissəsini ümumi şüurun məhsuluna 

çevirib ki, səs dalğaları üçün, hələ tam təkmilləşməmiş də olsa, verici və qəbuledici quraşdırıla 

bilsin. O qədim idrakın əsl mahiyyətini, zamanın qeyri-reallığını texnika hələ də duya bilmir, 

ancaq,  əlbəttə, bütün bunlar nə zamansa «kəşf olunacaq», bacarıqlı mühəndislərin əlinə düşəcək. 

Bəlkə də, lap yaxın zamanlarda elə kəşflər olacaq ki, biz yalnız  ətrafımızdakı gündəlik 

hadisələri dinləməyəcək, Parisdə, Berlində çalınan musiqini Frankfurtda, Sürixdə eşitməyəcəyik, 

həm də bütün bunların hamısı, eləcə də başqaları harasa yazılıb saxlanacaq və biz də günlərin bir 

günü ya məftillərin köməyilə, ya da onlarsız, ya tərtəmiz, ya da qarışıq, Süleyman padşahın, 

Valter fon der Foqelvaydenin səsinə qulaq asacağıq. Bütün bunların hamısı radio sahəsindəki ilk 

addımlar kimi, insanı özündən, məqsədindən yayındıracaq, başını boş-boş şeylərlə, məntiqsız 

işlərlə qatacaq. Ancaq özümə yaxşı məlum olan bu həqiqətləri adət etdiyim tonda – acı-acı, 

zəmanəyə rişxənd eləyə-eləyə deyil, zarafatla, lağlağı ilə dedim, xala da gülümsədi və düz bir 

saat oturub çay içdik, ikimiz də bundan razı qaldıq. 

«Qara Qartal»dakı qəşəng, qəribə qızı çərşənbə axşamına dəvət eləmişdim və həmin günə 

qədərki vaxtı öldürmək mənə çox da asan başa gəlmədi. Axır ki, çərşənbə axşamı gəlib çıxanda, 

həmin qıza olan münasibətim dəhşətli dərəcədə aydınlaşdı. Yalnız onun haqqında düşünür, 

ondan çox şey umurdum. Hər şeyi ona qurban verməyə, hər şeyi onun ayaqları altına atmağa 

hazırdım, amma bununla belə, zərrə qədər də vurulmamışdım. Ancaq vay o günə ki, verdiyi 

sözün üstündə durmayaydı, ya da unudaydı, o dəqiqə düşəcəyim vəziyyəti bütün aydınlığı ilə 

təsəvvür edirdim: onda dünya yenə boşalar, günlər öz mənasını itirər, zülmətə dönər, o qorxunc 

sükunət, ölüm havası məni qoynuna alar, həmin lal cəhənnəmdən yeganə çıxış yolu yenə də 

ülgüc olardı. Bu bir neçə gündə ülgücdən lap zəhləm getmişdi, yenə elə əvvəlki kimi qorxunc 

idi. Əsl rüsvayçılıq ondaydı ki, ülgücü boğazıma çəkməkdən yaman qorxurdum, lap ürəyim 

qopurdu. Ölümdən elə qorxur, ona qarşı elə coşqun, elə inadla, elə həvəslə mübarizə aparırdım 

ki, görən deyərdi ki, dünyanın ən sağlam adamıyam, həyatım da lap cənnət bağıdır.  

Getdikcə də    həyatımın puçluğunu bütün aydınlığı ilə görür və anlayırdım ki, nə yaşamağa, nə 

də ölməyə qadir olmamağım, onların arasında çırpınmağım elə «Qara Qartal»dakı o balaca, 

qəşəng rəqqasənin işidir. O, həyata açılan balaca bir pəncərə, zülmət dolu qorxu dünyama düşən 

işartı, mənim xilaskarım, işıqlı dünyaya aparan yolum idi. Mənə ya ölməyi, ya da yaşamağı 

öyrətməliydi; öz möhkəm, qəşəng  əlini daşa dönmüş ürəyimin üstünə qoymalıydı ki, həyat 

hərarətindən od alıb ya çiçəklənsin, ya da yanıb külə dönsün. Heç bilmirəm onda bu güc, bu sehr 

haradandı, niyə, hansı tilsimin köməyi ilə mənim üçün  ən böyük mənaya dönmüşdü.  Bu haqda 

fikirləşə bilmirdim, fikirləşməyin mənası da yoxdu. Bilmək heç lazım da deyildi. İndi heç bir 

biliyin, heç bir fərasətin mənə xeyri dəyməz. Hamısından doymuşdum, elə bu müsibətli  əzablar 

da, rüsvayçılıq da öz vəziyyətimi aydınca görməyin, dərk etməyin nəticəsiydi! Görürdüm ki, o 

heyvan Yalquzaq qarşımda milçək kimi tora düşüb, taleyi həll olunur, nəfəsi tutula-tutula, yazıq-

yazıq torun içində çabalayır, az qalır, onu dişi ilə didib-dağıtsın. Bir kömək əli də qıraqdan ona 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə