Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə294/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   290   291   292   293   294   295   296   297   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

599 


– Gərək sözündən qaçmayasan, körpə bala. Bax indidən deyirəm, yoxsa peşman olarsan. Hələ 

məndən çox  əmrlər alacaqsan, hamısını da yerinə yetirəcəksən. Qorxma, yaxşı, xoşagələn  

əmrlər də olacaq, sənə ləzzət verəcək. Lap axırda da son əmrimi yerinə yetirəcəksən, Harri. 

– Yetirəcəm! – Qeyri-ixtiyari dilləndim. – Axırıncı əmrin nə olacaq? 

Nə olduğu ürəyimə dammışdı, ancaq Allah bilir, haradan duymuşdum. Soyuğa çıxmış adamlar 

kimi üşərgələndi, yavaş-yavaş öz xəyal dünyasından ayrılmağa başladı. Gözlərini üzümdən 

çəkmirdi.  

Birdən-birə lap tutuldu: 

– Ağıllı adam bunu sənə deməzdi. Ancaq hələlik ağıllı olmaq istəmirəm, Harri, bu dəfə heç 

istəmirəm. Tamam başqa cür olmaq istəyirəm. Diqqətlə qulaq as! İndi eşidəcəksən, bir azdan 

unudacaqsan, dediyimə güləcəksən, sonra da ağlayacaqsan. Qulaq as, körpə balam! Səninlə 

ölüm-dirim oyunu başlamaq istəyirəm, qardaş, ancaq başlamazdan əvvəl kartımı açıb sənə 

göstərmək istəyirəm. 

Bu sözləri deyəndə elə gözəldi ki, adamın ağlı başından çıxırdı. Alışıb-yanan gözlərindən mənalı 

bir kədər süzülürdü. Deyərdin ki, onlar hər  əzaba qatlaşıb, heç birinə də «yox» deməyib. 

Çətinliklə danışırdı, elə bil, nəsə mane olurdu. Sanki, bərk şaxtaya düşmüş, sifəti donmuşdu, ona 

görə də çənəsi tərpənmirdi. Ancaq hərdən görünən dilinin ucu ağzında tərpəndikcə dodaqlarına, 

cəhənglərinə heç də baxışlarına, səsinə uyuşmayan şirin bir həssaslıq, həzin bir nəşə süzülürdü. 

Qısa qıvrım saçları şumal qaşlarına dağılmışdı və hərdən düz orada  – saçların töküldüyü yerdə 

oğlana oxşarlığın, hermafrodit sehrin həzin dalğası baş qaldırırdı. Qorxa-qorxa ona qulaq 

asırdım, ancaq, elə bil, huşum özumdə 

deyildi, sanki, alayuxulu idim. 

– Məndən ona görə xoşun gəlir ki, – sözünə davam etdi, – səbəbini demişəm – səni yalqızlığın 

əlindən almışam, cəhənnəmin qapısından qaytarmışam, təzədən ayıltmışam. Ancaq səndən daha 

çox şey umuram. İstəyirəm ki, mənə vurulasan. Dayan, etiraz eləmə, qoy sözümü axıracan 

deyim! Hiss edirəm ki, məndən çox xoşun gəlir, mənə minnətdarsan, ancaq hələ vurulmayıbsan. 

Lakin elə eləməliyəm ki, vurulasan, çünki bu, mənim peşəmdir. Axı mən özümu kişilərə  

sevdirməklə dolanıram.  

Ancaq yaxşı yadında saxla, elə bilmə ki, sənə valeh olduğum üçün belə eləyirəm. Sənə 

vurulmamışam, Harri. Sən necə, mən də elə... Ancaq mən sənə nə üçün  lazımamsa, sən də mənə   

onunçün lazımsan.  

İndi ona görə sənə lazımam ki, hər şeydən ümidini üzübsən, bir təkan lazımdır ki, səni itələyib 

suya salsın, təzədən ayıltsın. Ona görə lazımam ki, rəqs etmək öyrədəcəm, gülmək  öyrədəcəm, 

yaşamaq öyrədəcəm. Ancaq sən mənə bu gün lazım deyilsən, sonralar gərək olacaqsan, özü də 

çox vacib, xeyirli bir iş üçün! Özümü sənə sevdirəndən sonra, axırıncı əmrimi verəcəm, sən də 

onu yerinə yetirəcəksən.  

Həm sənin üçün yaxşı olacaq, həm də mənim üçün. 

O, qonur-bənövşəyi rəngli, yaşıl damarlı səhləb çiçəklərindən birini qaldırdı, başını ona tərəf 

əyib, diqqətlə gülə baxdı: 

– Sənin üçün asan olmayacaq, ancaq eləyəcəksən. Əmrimi yerinə yetirərək məni öldürəcəksən.  

Dediyim bu idi. Daha heç nə soruşma! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

600 


Səhləb çiçəyinə baxa-baxa susdu, sifətindəki gərginlik çəkilib getdi elə bil, ləçək çırtıltı ilə 

açıldı, baxışları hələ də bir nöqtəyə zillənib qalsa da, dodaqlarına qəfil, zərif bir təbəssüm qondu. 

Oğlan saçı kimi qıvrımsaçlı başını buladı, bir qurtum su içdi, birdən yadına düşdü ki, qabağında  

yemək var, iştahla, ləzzətlə onun üstünə düşdü. 

Bu etirafın hər sözünü aydınca başa düşmüşdüm, son əmrini də deməmişdən duymuşdum, hətta 

«məni öldürəcəksən» deyəndə də diksinmədim. Hər sözü  inandırıcı  idi, tale yazısı kimi 

səslənirdi və hamısını da qəbul etdim, heç bir müqavimət göstərmədim, lakin bütün bunlar nə 

qədər ciddiliklə deyilsə də, gerçəkliyinə tam inana bilmirdim. Qəlbimin bir hissəsi onun 

ağzından çıxan sözləri bircə-bircə canına çəkib hamısına inanır, o biri hissəsi isə özünə təsəlli 

verə-verə deyirdi ki, bax çox ağıllı, sapsağlam, özünə inanan Hermine də hərdən sayıqlayır, onun 

da qürub edən çağları olur. Son söz ağzından çıxan kimi qeyri-reallıq, xəyal dünyası öz qalın 

pərdəsini bu qəribə səhnənin üzünə çəkdi. 

Ancaq mən hələ də Hermine kimi  kəndirbaz cəldliyilə həqiqətin, gerçəkliyin qoynuna atıla 

bilmirdim. 

– Demək, nə vaxtsa səni öldürəcəm? – Mən yenə də bayaqkı sözlərin təsiri altındaydım, o isə 

artıq gülür, böyük bir cidd-cəhdlə boşqabındakı quş ətini doğrayırdı. 

– Elədir,  – deyə soyuqqanlılıqla başını tərpətdi.  – Daha bu barədə kifayətdir, yemək lazımdır, 

Harri. Zəhmət olmasa, mənə bir az salat gətirt. İştahan yoxdur? Mənə elə gəlir, başqalarında öz-

özünə alınan şeyləri sənə öyrətmək lazımdır. Hətta yeməkdən ləzzət almağı da! Elə isə bura bax, 

körpə balam, bu, ördək bududur, onun dümağ ətini sümükdən ayıranda əsl bayram olur, adamın 

iştahı açılır, əvvəlcə həyəcanlanır, sonra ürəyi sevinclə döyünür, elə bil, sevən adam ilk dəfə öz 

sevgilisinin köynəyini çıxarmağa kömək edir. Anladın? Yox? Sən lap qoyunsan ki! Dayan, indi 

bu buddan bir az sənə verərəm, özün görərsən. Bax belə... indi ağzını aç! Ah, sən heç adam içinə 

çıxası deyilsən ki! İlahi, indi də gözü onun-bunun üzündə qalıb ki, onu yedirtdiyimi görən 

oldumu?! Qorxma, ay yetim, səni utandırmaram! Əgər nədənsə zövq almaq üçün sənə başqasının 

icazəsi lazımdırsa, deməli, doğrudan da, yazıq adamsan! 

Bir az bundan əvvəlki səhnə, elə bil, yerli-dibli olmamışdı və adam heç inanmaq istəmirdi ki, bu 

gözlər bir neçə dəqiqə əvvəl dəhşət içərisində bircə nöqtəyə zillənib qalmışdı. Ah, belə eləyəndə, 

Hermine lap həyatın özü kimi olur, hökmü  əvvəlcədən bilinməyən bir ana dönürdü. İndi 

yeməkləməşğul idi, gah ördək budu, gah da salat götürürdü. Tort, likör də bir ayrı məna kəsb 

eləyirdi, sevincin, ittihamın, söhbətin, fantaziyanın mövzusuna çevrilmişdi. Boşqablar 

yığışdırılan kimi təzə bir fəsil başladı. Mənə təpədən-dırnağacan bələd olan, həyatı, bəlkə də, 

bütün müdriklərdən yaxşı başa düşən bu qadın uşaqlıq edirdi. Bircə anın həyat adlı oyununu çox 

məharətlə oynayaraq, məni zorla öz şagirdinə çevirirdi. Heç bilmirəm bu, müdriklik idi, yoxsa 

adi sadəlövhlük – ancaq kim ki bir anın hökmü ilə yaşamağı bacarır, kim ki gündəlik həyatla 

ayaqlaşmağın, rastına çıxan hər xırda gülün qədrini bilir, kim  

ki hər anın dəyişən hökmünü qiymətləndirir, onun həyatdan qorxusu olmaz! 

Bəlkə, iştahası böyük olan, ağzının dadını çox yaxşı bilən bu şən uşaq həm də özünə ölüm 

diləyən bir xəyalpərvər, ruhi xəstə, ya da qəsdlə özünü sevdirib, adamı quluna çevirmək istəyən 

bir afət idi? Yox, ola bilməzdi! Sadəcə olaraq, özünü bütün varlığı ilə bircə anın ixtiyarına verir, 

eşitdiyi hər bir şad xəbəri də, qəlbinin dərinliklərindən qopan səksəkələri də eyni dərəcədə qəbul 

edir, onları daxilən yaşayırdı. 

Vur-tut ikicə dəfə gördüyüm Hermine haqqımda artıq hər şeyi bilirdi, sanki, heç nəyi ondan 

gizlətmək mümkün deyildi. Ola bilsin ki, mənəvi dünyamı tam başa düşmür, musiqiyə, Geteyə, 

Novalisə, Bodlerə münasibətimi bütün varlığı ilə dərk etmirdi, lakin bunun özu də sual altındaydı 

və çox  güman ki, heç biri də onun üçün çətin olmazdı. Qoy bir də lap çətin olsun, axı «mənəvi 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə