Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə303/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   299   300   301   302   303   304   305   306   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

617 


Hələ bir axşam məni bundan da çox heyrətləndirdi. Yanıma gəlib dedi ki, iyirmi frank lazımdır, 

həmin pulu verim, əvəzində də Mariya bu axşam mənim olsun. 

– Pablo!  – Lap dəhşətə gəldim.  – Heç nə danışdığınızı bilirsiniz? Öz sevgilisini pula satmaq 

bizlərdə ən dəhşətli rüsvayçılıqdır! Sizin bu təklifinizi eşitməmiş olum, Pablo! 

Yazıq-yazıq üzümə baxdı: 

– Deməli, istəmirsiniz, cənab Harri! Yaxşı... Öz işinizi həmişə özünüz çətinə salırsınız...  

İstəmirsinizsə, bu axşam Mariya ilə yatmayın, pulu elə-belə verin. Qaytaracağam. Vacib 

lazımdır... 

– Axı nə üçün? 

– Aqostino üçün! Tanıyırsınızmı, ikinci skripkanı çalan o balaca oğlanı deyirəm? Səkkiz gündür 

ki, xəstədir, baxanı yoxdur. Bircə qəpiyi də qalmayıb, mənimki də qurtarıb. 

Maraq xətrinə və bir az da özümə cəza kimi birlikdə Aqostionun yanına getdik. Pablo süd

dərman alıb, məni onun qaldığı miskin çardağa gətirdi, yorğan-döşəyini çırpdı, içərinin havasını 

dəyişdi. Və bütün bunları da bacarıqlı tibb bacısı kimi cəld, incəliklə, işgüzarlıqla elədi. Sonra da 

həmin gecəni  səhərə qədər «Siti» barında saksafon çaldı. 

Hermine ilə tez-tez, uzun-uzadı, işgüzarlıqla Mariyadan, onun əllərindən, belindən, gülüş və 

öpüş tərzindən, rəqs etmək bacarığından danışırdıq. 

– Bunu sənə göstərib? – deyə Hermine bir dəfə soruşaraq, öpüş zamanı dili necə oynatmaq lazım 

olduğunu göstərdi. Xahiş etdim ki, özü göstərsin, ancaq qətiyyətlə rədd elədi: 

– Sonra göstərərəm, – dedi, – mən hələ sənin məşuqən deyiləm.  

Mariyanın öpüş ustalığını, bədəninin yalnız sevən kişilərə bəlli olan sirli gözəlliyini haradan 

bildiyini soruşdum.   

– Oho,  – dedi,  – bəs rəfiqə deyilik? Elə bilirsən bizim də bir-birimizdən gizli sözümüz var?  

Onunla bir yerdə çox yatmışam, çox oynamışıq... Hə, bəxtinə yaxşı qız çıxıb, çoxunun  

bilmədiklərindən xəbərdardır. 

– Hermine, ancaq mənə elə gəlir ki, sizin də gizli sözünüz var. Yoxsa, mənim haqqımda  

bildiklərinin hamısını ona danışıbsan? 

– Yox, bunlar tamam başqa şeylərdir. O, başa düşməz. Mariya  əsl möcüzədir. Bəxtinə yaxşısı 

çıxıb, ancaq səninlə aramızda elə şeylər var ki, xəbəri yoxdur. Əlbəttə, sənin barəndə çox 

danışmışam.  

O qədər danışmışam ki, xəbər tutsaydın, acıqlanardın, gərək səni ona sevdirəydim axı! Ancaq, 

dostum, nə Mariya, nə də başqası səni mənim kimi başa düşə bilməz. Ondan da bəzi şeyləri 

öyrənmişəm, indi Mariya sənin haqqında nə bilirsə, mən də bilirəm. Səni elə yaxından tanımışam 

ki, elə bil, tez-tez bir yerdə yatmışıq. 

Mariya ilə yenidən görüşəndə, Hermineyə də mənim kimi ürəyində yer ayırdığını, onun da 

bədənini, saçlarını, dərisini mənimki kimi hiss etdiyini, öpdüyünü, oxşadığını, duyduğunu 

bilməyim özümə çox qəribə, lap möcüzə kimi görünürdü. Qarşıma yeni, dolayı, mürəkkəb 

münasibətlər, əlaqələr, yeni məhəbbət, həyat növləri çıxır və Yalquzaq haqqındakı traktatda 

yazılan min cür qəlbi xatırlayırdım. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

618 


Mariya ilə tanışlığımdan maskarad balına qədər olan qısa vaxt ərzində çox xoşbəxt idim. Lakin 

buna heç vaxt qurtuluş, səadət kimi baxa bilmir, əksinə, həmişə hiss edirdim ki, bütün bunların 

hamısı jurnaldır, nəyəsə hazırlıqdır, hər şey irəlidədir, əsas məsələ bundan sonra gələcək. Rəqs 

eləməyi də kifayət qədər öyrənmişdim və mənə elə gəlirdi ki, son günlər dilimizdən düşməyən 

bala gedə bilərəm. Herminenin nəsə bir sirri vardı, nə qədər eləsəm də, bala hansı maskada 

gələcəyini demədi. Bircə onu dedi ki, tanıyacam, çətinlik çəksəm, özü kömək eləyəcək. 

Əvvəlcədən bilməsəm yaxşıdır. Mənim maska haqqındakı planlarımla da maraqlanmadı və 

qərara aldım ki, paltarımı heç dəyişməyim. Mariyanı da bala dəvət eləmək istəyəndə dedi ki, 

artıq bu bayram üçün kavaleri var, hətta biletini də göstərdi və mən görəndə ki, oraya tək gedəsi 

olacam, bir az pərt oldum.  

Sənət adamlarının hər il «Qlobus»da təşkil etdiyi bu bal şəhərin  ən məşhur maskarad balı hesab 

olunurdu. 

Həmin günlər Hermineni az-az görürdüm, ancaq bala bir gün qalmış yanıma gəldi. Gəlmişdi ki, 

ona aldığım bileti aparsın. Xeyli qaldı və aramızda olan söhbət mənə çox təsir elədi. 

– İndi vəziyyətin yaxşıdır, – dedi, – rəqs etmək sənə düşür. Bir ay əvvəl görən indi səni tanımaz. 

– Elədir, – cavab verdim, – çoxdan belə olmamışdım. Hamısı da sənin sayəndədir, Hermine. 

– Oho, gözəl Mariyanın sayəsində deyil? 

– Xeyr! Onu da  mənə    sən bağışlamısan. Lap möcüzədir! 

– Əsl sənə lazım olan məşuqədir, ay Yalquzaq. Qəşəng, cavan, şən, məhəbbət məsələlərində 

ağıllı! Hər gün də sənin olmur... Onu başqaları ilə bölüşməsəydin, yanına həmişə müvəqqəti 

qonaq kimi gəlib-getməsəydi, bəlkə də, belə şirin olmazdı. 

Bəli, doğrudan da elə idi! 

– Deməli, istədiklərinin hamısına yetibsən? 

– Yox, Hermine, elə deyil. Tapdığım yalnız gözəllik, cazibədarlıq, böyük bir sevinc, xoş bir 

təsəlli olub. Mən yalnız xoşbəxtəm. 

– Lap yaxşı! Özgə nə istəyirsən? 

– Çox şey! Bu xoşbəxtlikdən razı deyiləm, çünki onun üçün yaranmamışam, beləsi mənim 

məramım deyil. Mənim məramım bunun əksidir. 

– Bədbəxt olmaq? Axı sən kifayət qədər bədbəxt olubsan. Onda ülgücün qorxusundan evə gedə 

bilmədiyin gün... 

– Yox, Hermine, o başqa şey idi. Düzdür, onda çox bədbəxt olmuşdum, ancaq səfeh, mənasız 

bədbəxtlik idi. 

– Axı niyə? 

– Çünki elə olmasaydı, həmişə arzuladığım ölümdən qorxmazdım! Mənim istədiyim, həsrətini 

çəkdiyim başqa bədbəxtlikdir: eləsi ki, mənə böyük bir iztirab, ölüm həvəsi bağışlaya bilsin.  

Arzuladığım  bədbəxtlik və ya xoşbəxtlik bax  budur. 

– Səni başa düşürəm. Bu sahədə biz bacı-qardaşıq. Bəs Mariyanın bəxş etdiyi xoşbəxtliyə sözün 

nədir? Ondan niyə xoşun gəlmir? 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə