Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə304/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   300   301   302   303   304   305   306   307   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

619 


– Nə danışırsan, bu xoşbəxtliyə sözüm yoxdur, çox xoşuma gəlir, ona minnətdaram. Yağışlı-

çiskinli yayda çıxan günəşli günə bənzəyir. Amma hiss edirəm ki, çox çəkməyəcək. Belə 

xoşbəxtlik xeyirsizdir, adamı razı salır, lakin beləsi mənim xörəyim deyil. Yalquzağı yuxuya 

verir, hər şeydən doydurur. Ancaq adama ölüm bəxş edən xoşbəxtlik deyil. 

– Yalquzaq, ölmək mütləq lazımdır? 

– Mənə elə gəlir ki, lazımdır! Səadətimdən çox razıyam, hələ xeyli də ona dözə bilərəm. Ancaq 

ayılmaq, nəyinsə həsrətini çəkmək üçün bircə saatlığa ondan ayrı düşəndə, həmin xoşbəxtliyi  

əbədi saxlamağın deyil,  əzablara düçar olmağın həsrətini çəkirəm. Özü də şirin,  əvvəlkilərə 

bənzəməyən əzablar... Elə əzablar diləyirəm ki, məni öz xoşumla ölməyə hazırlaya bilsin! 

Hermine nəvazişlə, yalnız ona xas olan kədərli nəzərlərlə gözümün içinə baxdı. O gözəl, dəhşətli 

gözlər! Yavaş-yavaş, sözləri seçə-seçə, bir-birinin yanına düzə-düzə danışmağa başladı. Elə 

astadan danışırdı ki, güclə eşidirdim. 

– Bu gün   sənə bir şeyi demək istəyirəm. Elə şey ki, çoxdan bilirəm, lap sən də bilirsən, ancaq 

bəlkə də, indiyəcən heç özünə də deməmisən. İndi özüm haqqımda, sənin haqqında, ikimizin də 

taleyi haqqında bir söz deyəcəm. Harri, sən sənətkar, mütəfəkkir olubsan, çoxlu sevinc, inam 

görübsən, böyüklük,  əbədilik sorağına düşübsən, heç vaxt gözəlliklə, xırdalıqla 

kifayətlənməyibsən. Ancaq həyat səni qəflətdən oyadıb özünə qaytardıqca, bədbəxtliyin 

böyüyüb,  əzabların, hürkəkliyin, ümidsizliyin artıb, onların içində boğulmağa  başlayıbsan    və 

heç  nə,  hətta bir vaxtlar gözəl, müqəddəs bilib  

sevdiyin, pərəstiş etdiyin şeylər də, haçansa insanlara, ali məqsədimizə olan inamın da sənə 

kömək eləyə bilməyib. Hamısı öz mənasını itirib, çilik-çilik olub gedib. Sənin bu inamına nəfəs 

almaq üçün hava çatmayıb. Boğulmaq da ən qorxunc ölümdür. Düzdür, Harri? Taleyin belə 

deyil? 

Başımı yırğalayır, yırğalayır, yırğalayırdım.  



– Sənin daxilində başqa bir həyat təsəvvürü, inam, istək vardı,  – deyə sözünə davam etdi,  – 

böyük-böyük əməllərə, əzab çəkməyə, qurban getməyə hazır idin. Amma getdikcə hiss etməyə 

başladın ki, bu gün dünya səndən heç bir qəhrəmanlıq, heç bir qurbanlıq və buna bənzər əməllər 

istəmir. Həyat da igidlik və buna bənzər şeylərin meydanı olan qəhrəmanlıq dastanı deyil, 

insanların adicə yeməkiçməklə, qəhvəylə, toxunma corabla, kart oynamaqla, radio musiqisi ilə 

kifayətləndiyi bir meşşan daxmasıdır. Başqa diləyi olan, özündə qəhrəmanlıq, gözəllik istəyi 

gəzdirən, böyük şairlərə, müqəddəslərə pərəstiş edən adam səfehdir. Don Kixotdur. Demək, 

belə... Bu, mənim də başıma gəlib, dostum! Mən də bacarıqlı bir qız idim. Yüksək ideallarla 

yaşamaq, qarşıma böyük vəzifələr qoymaq, şərəfli işlər görmək üçün yaranmışdım. Mənim də 

bəxtim gətirə bilərdi, hansı şahınsa arvadı, hansı inqilabçınınsa sevgilisi, hansı dahininsə bacısı, 

hansı  əzabkeşinsə anası olardım. Ancaq həyat mənə həddən artıq yüksək zövqlü bir kurtizan qız 

olmağa icazə verdi. Elə bunun özü də böyük çətinliklər hesabına başa gəldi! Mənim taleyim də 

belə olub! Bir xeyli nə edəcəyimi bilmədim, uzun zaman günahı özümdə axtardım. Fikirləşdim 

ki, həyat həmişə axırda haqlı çıxır və mənim arzularıma gülübsə, deməli, hamısı səfeh imiş, 

haqsız imiş. Heç bunun da xeyri olmadı. Ancaq iti görən gözlərim, yaxşı eşidən qulaqlarım 

olduğundan, hər şeylə maraqlandığımdan bu həyata, tanışlarıma, qonşularıma, yüz cür adama, 

yüz cür taleyə diqqətlə baxa bildim və gördüm ki, Harri, mənim də arzularım səninkilər kimi min 

dəfə haqlı imiş! Həyat, gerçəklik isə – haqsız! Mənim kimi bir qadının özgə yol tanmayıb hansı 

pulgirinsə makinası arxasında oturub kasıb, mənasız bir həyat sürə-sürə qocalması, ya da puluna 

görə ona ərə getməsi, yaxud da fahişəyə bənzər bir məxluqa çevrilməsi eynilə sən tək adamın 

tənhalıq, qorxu, ümidsizlik içində ülgücə əl atması kimi insafsızlıqdır! Ola bilsin ki, mənim 

bədbəxtliyim maddi, əxlaqi, səninki isə mənəvi cəhətdən yaranıb – ancaq fərqi yoxdur, yolumuz 

bir olub. Elə bilirsən, nəyə görə fokstrotdan qorxduğunu, barlardan, rəqs zallarından zəhlən 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

620 


getdiyini, caz musiqisi və buna bənzər zir-zibildən iyrəndiyini başa düşmürəm? Hamısını lap 

yaxşı başa düşürəm, eyni zamanda, nə üçün siyasətdən zəhlən getdiyini də, partiyaların, 

mətbuatın çərənləməsindən, məsuliyyətsiz hay-küyündən olmuş və olacaq müha-ribənin 

dəhşətlərindən, bugünkü insanların düşüncə, oxumaq, qurub-yaratmaq,  

musiqi bəstələmək, bayram keçirmək, təhsil almaq tərzindən kədərləndiyini də bilirəm! Sən 

haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! 

Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona 

görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. 

Kim bu gün yaşamaq, yaşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi 

adam olmasın. Bu gözəl  

dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy 

əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola 

bilməz! 

O, baxışlarını yerə dikib fikrə getdi. 

– Hermine!  – deyə nəvazişlə dilləndim.  – Bacım, sənin nə iti gözlərin varmış! Ancaq buna 

baxmayaraq, mənə fokstrot öyrətdin! Sən nə fikirdəsən, bizim kimi adamlar, ölçü daşı bir az ağır 

gələnlər belə bir dünyada necə yaşaya bilir? Axı nə üçün belədir? Bu yalnız bizim zəmanədəmi 

belə oldu? Yoxsa həmişə belə olub? 

– Bilmirəm. Ulu dünyanın xətrinə deyərdim ki, yalnız bizim zəmanədə belə olub. Özü də bu, 

xəstəlikdir. Bu günün bədbəxtliyidir. Rəhbərlərimiz sürətlə, uğurla növbəti müharibəyə 

hazırlaşır, biz isə fokstrot oynayır, pul qazanır, şokolad yeyirik. Belə bir zəmanədə dünya çox 

təvazökar olmalıdır.  

Gəl ümid edək ki, bütün zəmanələr yaxşı imiş və yenə də yaxşı, zəngin, geniş, mənalı olacaq. 

Ancaq bunun bizə heç bir xeyri yoxdur. Nə bilmək olar, bəlkə də, həmişə belə imiş... 

– Həmişə belə olub? Dünya həmişə siyasətçilər, alverçilər, xidmətçilər, əxlaqsızlar dünyası olub 

və əsl insanlar da orada boğulub? 

– Deyə bilmərəm, bəlkə, elə olub, heç kəs də bilmir. Bir də nə fərqi? Mən isə, dostum, indi sənin 

ən çox sevdiyin, hərdən haqqında danışdığın, məktublarını oxuduğun o Motsart haqqında 

düşünürəm.  

Bəs onun taleyi necə olub? Onun yaşadığı zəmanədə dünyanı kim idarə edib, qaymağını yeyib, 

gərdişinə təsir eləyib, onun yaxşısını pisindən ayırıb, onu Motsarta  – alverçilərə, Motsarta  – 

düjündüjün dayaz adamlara bölüb? Bəs o necə ölüb, necə dəfn olunub? Mənə elə gəlir ki, həmişə 

belə olub və olacaq da! Məktəbdə adını «Dünya tarixi» qoyub  əzbərlətdikləri qəhrəmanlar, 

dahilər, böyük əməllər, böyük hisslər başdan-ayağa yalandır. Hamısını məktəb müəllimləri təlim 

məqsədilə uydurublar ki, uşaqların başını qatsınlar. Həmişə belə olub  və olacaq da!  Zəmanə, 

dünya, pul, hakimiyyət də xırdaların, dayazların olacaq, başqalarına  – əsl insanlara isə heç nə 

qalmayacaq. Yalnız ölümdən  

başqa... 

– Özgə heç nə? 

– Yox, bir də əbədiyyət. 

– Nəsillər üçün qoyub getdiyi adı, şöhrəti nəzərdə tutursan? 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə