Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

54 
 
Qrey Venesiyanın planı yerləşən displeyə işarə etdi. 
– Santa-Kroçedə həmçinin Venesiya universitetinin ən qə-
dim  binaları  yerləşir.  İki  il  əvvəl  Seyhan  bu  universitetlə 
əlaqəli  olan  muzey  mühafizəçisini  öldürmüşdü.  Soyuq-
qanlılıqla, amansızcasına öldürmüşdü. Özü bu barədə dedi ki
guya bunu mühafizəçinin ailəsini – arvadı və qızını qorumaq 
üçün edib. 
Peynter onun zənnini təsdiq etdi: 
–  Ana  və  uşaq həqiqətən  bu rayonda  yaşayır.  Biz  ora  öz 
adamlarımızı  göndərdik  ki,  Seyhanın  dəqiq  yerini  müəyyən 
etsinlər. Amma düyməcik passivdir. Maksimal rüsxət iki mil 
təşkil edir. Hər ehtimala qarşı biz haminin ailəsinə nəzarət tət-
biq  etmişik.  Seyhan  başa  düşür  ki,  onu  çoxları  axtarır  və  ba-
cardıqca özünə diqqət cəlb etməməyə çalışır. İstisna deyil ki, o 
öz xarici görünüşünü dəyişib.  
Qrey  xatırladı  ki,  Seyhan  muzey  mühafizəçisinin  soyuq-
qanlı  qətlinə  bəraət  qazandırmağa  çalışanda  onun  üzü  sanki 
ağrıdan dəyişmişdi. Bəlkə onu geriyə − Venesiyaya “Gildiya” 
deyil, günah hissi gətirib. Bəs onun planları nədir? Bəs əgər o 
səhv edir? Bəlkə bütün bunlar məharətli kələkdir? 
Qrey yenidən gözlərini ekrana zillədi. 
Burda nəsə başqa bir iş vardı. 


55 
 
– Niyə siz bütün bunları mənə indi göstərirsiniz? – deyə 
Qrey soruşdu. 
“Siqma” bir ildən çoxdur ki, Seyhanı izləyir, bəs mərkəzə 
bu cür qəfil çağırış nəylə izah olunur? 
–  MTA  -dan  mərkəzi  idarənin  yeni  rəhbərinə  sərəncam 
gəlib,  o  da  bizimlə  əlaqə  saxladı.  Belə  ki,  Seyhanın  keçən  il 
boyu azadlıqda olmasına baxmayaraq, “Gildiya”nın fəaliyyəti 
barədə  əsaslı  məlumat  əldə  edilməyib.  Yuxarıda  əyləşənlər 
səbrlərini  itirib  dərhal  onun  tutulmasını  əmr etdilər.  Seyhanı 
Bosniyadakı MKİ -nin gizli düşərgəsinə göndərəcəklər.  
–  Axı  bu  ağılsızlıqdır!  Seyhan  heç  bir  vəchlə  da-
nışmayacaq. 
“Gildiya” 
haqqında 
müəyyən 
bir 
şey 
öyrənməyin yeganə yolu nəzarəti davam etdirməkdir. 
–  Razıyam.  Bədbəxtlikdən,  bu  fikri  bölüşən  ancaq  bizik. 
Əgər idarəyə əvvəlkitək Şon rəhbərlik etsəydi... 
Peynterin  bitirmədiyi  cümlədə  ağrı  duyulurdu.  Doktor 
Şon  Maknayt  “Siqma”nın  yaradıcısı  olub,  sonralar  METİPPİ-
yə  rəhbərlik  edirdi.  Keçən  il  “Siqma”nın  qərargahına  hücum 
zamanı  öldürülmüşdü.  METİPPİ-nin  yeni  rəhbəri  general 
Qreqori  Metkalf,  yeni  yerinə  öyrəşməyə  macal  tapmamış, 
həmin  hücumun  siyasi  nəticələrini  araşdırmağa  məcbur  idi. 
Onunla  Peynter  arasında  daima  toqquşmalar  baş  verirdi. 
Qrey  şübhələnirdi  ki,  yalnız  prezidentin  şəxsi  himayəsi 


56 
 
Peynter 
Krounu 
“Siqma”nın 
direktoru 
vəzifəsindən 
çıxarılmaqdan qoruyurdu. Lakin burda da son hədd vardı. 
– Metkalf digər kəşfiyyat idarələrilə pozuşmaq istəmir və 
bu məsələdə tamamilə MTA ilə şərikdir. 
– Deməli, Seyhanı tutacaqlar. 
Peynter çiyinlərini çəkdi: 
– Əgər bacarsalar. MKİ heç təsəvvür də etmir ki, kimə baş 
qoşur. 
– Mənim indi təcili heç bir işim yoxdur. Mən Venesiyaya 
yollana bilərdim. Köməyimi təklif edə bilərəm. 
–  Nədə  kömək?  Seyhanı  tutmaqda,  yoxsa  onun  giz-
lənməsində? 
Qrey  bir-birinə  zidd  hislərdən  baş  çıxarmağa  çalışaraq 
susurdu.  Nəhayət,    Peynterin  düz  gözlərinə  baxaraq 
qətiyyətlə dedi: 
– Mən nə əmr etsələr, onu yerinə yetirərəm. 
Direktor başını yellədi: 
–  Əgər  Seyhan  səni  görsə  və  ya  şübhələnsə  ki,  sən  Ve-
nesiyadasan,  o  saat  başa  düşəcək  ki,  onu  təqib  ediblər.  Biz 
yeganə üstünlüyümüzü itirərik. 


57 
 
Peynterin  haqlı  olduğunu  başa  düşən  Qrey  qaşqabağını 
tökdü. 
Telefon zəng çaldı və direktor dəstəyi qaldırdı. Qrey fik-
rini cəmləmək üçün bir az vaxt qazandığına sevindi. 
–  Nə  olub,  Brent?  –  deyə  Peynter  soruşdu.  O,  kö-
məkçisinin cavabına qulaq asdı və alnındakı qırış dərinləşdi. – 
Zəngi bura qoş. 
Sonra Peynter dəstəyi Qreyə uzatdı. 
– Leytenant Reyçel Veronadır, Romadan zəng vurur. 
Təəccübünü  gizlədə  bilməyən  Qrey  dəstəyi  aldı  və  qu-
lağına apardı. O, hər iki kişiyə arxasını çevirdi. 
– Reyçel? 
Qrey o saat onun səsindəki göz yaşlarını hiss etdi. Cavan 
qadın  hönkürmürdü,  lakin  onun  adi  halda  qıvraq,  tələsik 
nitqi indi hissələrə, ayrı-ayrı sözlərə ayrılırdı. 
– Qrey... mənə sənin köməyin lazımdır. 
– Hər nə istəsən. Nə baş verib? 
Onların  bir  neçə  aydır  ki,  ünsiyyətdə  olmağa  imkanları 
olmamışdı. Bir il ərzində Qrey və qarğa qanadı kimi qara saçlı 
bu qız birlikdə olmuşdular, hətta evlənməyi planlaşdırırdılar. 
Lakin  heç  nə  alınmadı  və  hər  ikisinin  razılığı  ilə  ayrıldılar. 


58 
 
İtalyan  karabineri  xidmətindən  ayrılmaq  barədə  Reyçel  eşit-
mək  belə  istəmirdi.  Eləcə  də  Qreyin  Ştatlarda  çox  dərin 
peşəkar  və  şəxsi  kökləri  vardı.  Aralarındakı  məsafə  isə 
həddən ziyadə böyük oldu. 
– Mənim əmim Viqor, – deyə Reyçel davam edirdi. Sözlər 
sürətli  axınla  süzüldülər,  sanki  Reyçel  göz  yaşlarına  qərq 
olmazdan  əvvəl hər  şeyi  çatdırmaq  istəyirdi.  –  Dünən  gecə... 
Müqəddəs Pyotr kilsəsində partlayış olub. Əmim komadadır. 
– İlahi, nə baş verib? 
Reyçel tələsik davam edirdi. 
–  Bir  keşiş  də  öldürülüb,  əmimin  keçmiş  şagirdlərindən. 
Partlayışda  terrorçulardan  şübhələnirlər.  Amma  mən...  məni 
istəmirlər... mən bilmirəm, kimə müraciət edim. 
–  Hər  şey  qaydasındadır.  Mən  ən  yaxın  reyslə  Romaya 
uça bilərəm. 
Qrey  çevrilib  Peynterə  baxdı.  Rəis  heç  bir  izahat  tələb 
etmədən başı ilə razılıq verdi. 
Monsinyor  Viqor  Verona  əvvəllər  artıq  iki  dəfə 
“Siqma”ya  kömək etmişdi.  Onun  arxeologiya  və  qədim  tarix 
haqda  biliyi,  həmçinin  katolik  kilsəsinin  başındakılarla  sıx 
əlaqəsi mü-vəffəqiyyət qazanmaqda həlledici rol oynamışdı. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə