18
Gənc müstəntiq dəmirçixanaya qayıtmaq istəmirdi. Oğ-
lanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçən-
də Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.
– Nə məsələdir, abbat Orren?
Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.
– Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu
insanlar müqəddəs yeri necə təhqir ediblər! Təəccüblü deyil
ki, onlar hamısı Allahın bəlasına düçar olublar!
Martin abbatın ardınca tələsdi. Əyninə böyük olan isti
plaşında skelet kimi arıq rahib xəyalətə bənzəyirdi. Yalnız o,
İrlandiya sahilindəki ölü adaya ayaq basmış və oradakı
viranlığın şahidi olmuşdu.
– Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin ma-
raqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru
irəlilədi. Martinin onun ardınca getməkdən başqa yolu yox
idi. Onun daxilində qəmgin qaranlıq hökm sürürdü. Torpaq
döşə-məni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların
arxa-sında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz,
hün-dür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə
dü-şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası ör-
türdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu ax-
tarış aparan rahib etmişdi.
Mehraba yaxınlaşan abbat Orren əsən əli ilə iri daş par-
çasını göstərdi. O qəzəbindən əsirdi.
19
– Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində büt-
pərəst simvollarından naxış çəkmək!
Martin yaxın gəldi və mehrabın qarşısında diz çökdü.
Lövhənin üzündə çox güman ki, bütpərəstlərə aid yayılan
şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə
naxışlar əks olunmuşdu.
– Niyə möminlər belə bir günah işləyiblər?
– Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, –
Martin etiraz etdi.
O, əlini mehrabın üstü ilə apardı. Onun barmaqları ya-
rısilinmiş şəkillərin qədimliyini hiss etdi. Şübhəsiz onlar çox
qədim idilər. Martin arabaçının bu yerlərin lənətlənmiş,
qədim keltlər üçün isə müqəddəs olduğu və onların nəhəng
daşlarını əvvəlkitək təpələrin başındakı dumanlı meşələrdə
tapmağın mümkünlüyü haqqında dediyi sözləri xatırladı.
Martin qa-mətini düzəltdi. Görünür, bu daşlardan birini
Hayqlenə gəti-rib, kilsənin mehrab daşına çeviriblər.
– Əgər bu kənd sakinlərinin işi deyilsə, bəs bunu kim
edib? – abbat soruşdu.
O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzə-
rindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni
təsvir edirdi.
20
Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xa-
rabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri
müqəddəs sayırdılar.
– Bütpərəst xaçı, – Martin mızıldandı.
– Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıla-
rın üzərində qeyd olunmuşdu.
– Bəs bunun mənası nədir?
Abbat boynunda asılan gümüş xaça toxundu.
– Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-
şan, müqəddəs Patrik tərəfindən adadan qovulan ilanlar
bizim sahillərə keçiblər.
Martin başa düşdü ki, rahib gerçək meşə ilanlarını yox,
ilanabənzər – druidləri, qədim keltlərin başçılarına bənzər
əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.
21
Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlan-
diyadan qovdu.
Bu, altı əsr əvvəl baş vermişdi.
Martin dönərək kilsənin açıq qapısından ölü kəndə
baxdı. Onun beynində Jirarın sözləri canlandı: “Oğlan dolu
mədə ilə aclıqdan tələf olub”.
Bunda heç bir məna yox idi.
– Bütün bunları yandırmaq lazımdır, – abbat arxada don-
quldandı. – Torpağı isə günəş yandırar.
Martin sakitcə başını tərpətdi. Ancaq onun içində həyə-
can artırdı. Burda yaradılmış hər şeyi alov yox edə bilərdi? O
bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona
hələ çox var.
Müasir zaman
8 oktyabr, 23:55
Vatikan
Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.
22
Müqəddəs Pyotr kilsəsinin tavanını saxlayan ağır
mərmər sütunlar döşəməni ayrı-ayrı kapellalara, zallara,
taxçalara bö-lürdü. Müqəddəs məkanı böyük ustadların əl
işləri bəzəyirdi: Mikelancelonun “İsanın yasını tutmaq”,
Bernininin “Müqəd-dəs Pyotr taxtda” adlı tunc heykəli.
Marko bilirdi ki, bu daşlıq meşədə tək deyil. Hardasa
buralarda, təxminən kilsənin dərinliyində uyğun məqam göz-
ləyən ovçu gizlənib.
Üç saat əvvəl Covanni ata Romanın Qriqoryan Univer-
sitetində təhsil alarkən keçmiş rəhbəri və həmçinin kilsə xa-
dimi olan həmkarı – arxeoloqdan məktub almışdı. O adam
Markonu gecəyarısı burada görüşməyə dəvət edirdi.
Lakin məlum oldu ki, bu, tələ imiş.
Marko sütuna söykənib qanaxmanı bir-təhər saxlamağa
çalışaraq sağ əli ilə sol böyrünü sıxırdı. Yumşaq toxumalar qa-
bırğalaracan kəsilmişdi. Qaynar, yapışqan maye barmaq-
larının arasından axırdı. Keşiş sol əlində ona çox lazım olan
sübutu – ölçücə pul kisəsindən böyük olmayan qədim dəri ki-
səciyi tuturdu. O, bu kisəciyi elə sıxırdı ki, sanki bütün həyatı
ondan asılı idi.
Marko ehtiyatla sütunun arxasından nefi nəzərdən ke-
çirmək üçün azca yan tərəfə çəkildi və qanaxma gücləndi.
Ağır damcılar mərmər döşəməyə töküldü. Gözləmək
olmazdı, yoxsa, o, daha da zəifləyəcəkdi. Ürəyində dua
Dostları ilə paylaş: |