5
Genital (yeniyetmə) mərhələ. Pubertat dövründə hormonal dəyişikliklər, cinsi orqanların inkişafı ilə seksual
aktivlik də yüksəlir. Eyni zamanda cinsi yetişmə prosesində yeniyetmələrin maraqları yalnız seksuallıqla
məhdudlaşmır. Yeniyetmələr başqaları tərəfindən necə qəbul olunmalarına çox fikir verirlər.
Özünü yaşıdları ilə eyniləşdirmək və valideynlərindən ayrılmaq cəhdləri mühüm əhəmiyyət kəsb edir.
Valideynlərin qiymətləndirdiyi bir çox mənəvi dəyərlərə yenidən baxılır. İlk pərəstişkarlıq və seksual təcrübə çox
zaman bu dövrə təsadüf edir. Bir çox hallarda, valideyn himayəsindən azad olmuş yeniyetmələr daha artıq
müstəqillik əldə edirlər. Genital mərhələ qarşılıqlı hörmət əsasında qurulmuş gələcək seksual münasibətlər
baxımından çox əhəmiyyətlidir.
E.Erikson (1963) digər inkişaf konsepsiyası irəli sürmüşdülər. Onun nəzəriyyəsinə görə, uşaq aşağıdakı
münaqişələri həll etməlidir:
a)İnamsızlığa qarşı inam – uşaq üçün vacib olan obyektlərlə əlaqələrin nə dərəcədə mümkün və etibarlı
olması;
b)Utancaqlığa qarşı sərbəstlik – öz bədəninə və fikirlərinə nəzarətin nə dərəcədə həyata keçirilməsini
aydınlaşdırmaq;
c)Günah hissinə qarşı təşəbbüs – Edip kompleksi mərhələsinə nə dərəcədə uyğun gəlməsi;
ç)İnamsızlığa qarşı mətnlik – İntellektual səviyyə ilə əlaqədardır;
d)Qeyri-müəyyənliyə qarşı müqavimət – özünü şəxsiyyət kimi dərk etmə ilə əlaqədardır;
e)Yaxınlığa qarşı təcrid olunma - ətrafdakılarla dolğun münasibətlərlə əlaqədardır.
Digər psixoanalitik D.Ştern öz “Mən”inin bu həyatda dərk olunmasını aşağıdakı mərhələlərə bölməyi təklif
etmişdir:
1.Dünyaya gəlmənin dərk olunması;
2. Özünün kainatın mərkəzində duyulması;
3.”Mən”in subyektivliyinin dərk olunması;
4.Xarici aləmlə verbal əlaqənin duyulması.
Neofreydizm
Hələ Freyd sağ ikən onun tələbələrindən bəziləri insan seksuallığının həlledici əhəmiyyət daşıdığını iddia edən
müəllimlərinə qarşı çıxış edirdilər. Söhbət ilk növbədə Karl Qustav Yunqdan (1875-1961) gedir.psixoanaliz
nəzəriyyəsi ilə tanış olmazdan əvvəl Yunq kəşf etdiyi assosiativ testi ilə məşhurlaşmışdı. Freydlə işləyən
müddətdə Yunq psixoanaliz metodlarını psixi xəstəliklər klinikasında tətbiq etməyə başladı. Onun yuxuların izahı
haqqında yazmış olduğu əsərləri böyük əks-səda doğurdu. Lakin cinsi meylin şəxsiyyətin əsası və nevrolik
konfliktin mənbəyi kimi qiymətləndirilməsi məsələsində Freydlə razılığa gələ bilməməsi bu iki alimin bir-
birindən uzaqlaşmasına səbəb oldu. Gələcəkdə Yunq “Analitik psixologiya” adlandırdığı yeni cərəyanın əsasını
qoyur. Yunqun baxışlarına əsasən libidonu enerjiyə aid olan bir anlayış kimi başa düşmək lazımdır. Buna müvafiq
olaraq, libido təkcə seksual deyil, istənilən digər tələbatların da ödənilməsinə yönələ bilər.
Şəxsiyyətin strukturunu müəyyən edən bir neçə arxetip daha mühüm əhəmiyyət kəsb edir. Bunlara “persona”
–sosial mühitin tələbləri ilə fərdi tələbatı uzaqlaşdırmağı çalışan zahiri imic; “anima” və “animus” – insanda kişi
və qadın başlanğıcları xarakterizə edən anlayış; “kölgə” – heyvani instinktləri özündə birləşdirən anlayış və
“özününkü” – şəxsiyyətin mərkəzi olub bütün tendensiyaları tarazlaşdıran anlayışlar aiddir.
Yunq psixikanın 4 əsas funksiyasını göstərmişdir: təfəkkür, emosiyalar, duyğular və intuisiya. Bunların idarəsi
daxili aləm (introversiya) və ya xarici aləm (ekstroversiya) vasitəsilə həyata keçirilir. Buna əsaslanaraq, yunq
xarakterlərin yeni tipologiyasını təklif etmiş və iki şəxsiyyət tipi ayırd etmişdir: introvert (özünə yönəlmiş,
qapalı) və
ekstrovert (
xaricə yönəlmiş sosial fəallığa meylli).Əlkimyanın tarixindən götürülmüş bu anlayışlardan
istifadə edərək, Yunq analitik terapiyaya öz modifikasiyasını vermişdir: Müalicə “özününkü”nün açıqlanması
6
və şüurun genişlənməsindən ibarətdir. Yunqun terapiyasında patologiya zamanı şəxsiyyətin tamlığının
pozulmasını göstərən yuxuların izah olunmasına xüsusi diqqət verilir.
Freyddən uzaqlaşmış psixoanalizin digər görkəmli nümayəndəsi Alfred Adlerdir (1870-1937). “İndividual
psixologiya” adlanan təlim məhz onun adı ilə bağlıdır. Freyddən fərqli olaraq, Adler şəxsiyyətə təsir edən
faktorlardan bioloji deyil, sosial faktorları ön plana çəkir. Adlerin təliminin əsasında “natamamlıq kompleksi”,
kompensasiya, ifrat kompensasiya anlayışları durur. Belə ki, bədən orqanlarının inkişafında həqiqi və ya
mövhumi qüsurlar insanda natamamlıq hissi əmələ gətirir.Onu aradan qaldırmaq məqsədi ilə şəxs şüurlu və ya
şüursuz surətdə özünün yaradıcılıq imkanlarını səfərbər edir. Məsələn, alçaq boylu adamlar cəmiyyətdə mənsəb
və hörmət qazanmağa can atır, səhhəti zəif olanlar inadkarlıqla idmanla məşğul olaraq öz qüsurlarını
kompensasiya etməyə çalışırlar. Kompensasiya müvəffəqiyyətsizliyə uğradıqda nevrotik pozuntular meydan çıxır
– insan xəstəliyin köməyi ilə özünə hüsn-rəğbət qazanmağa çalışır. Bəzən ifrat konsepsiya meydana çıxdığı
hallarda həqiqi və ya rəsəvvür olunan qüsur həddən artıq güclü təxəyyülə gətirir ki, bu da müstəsna nailiyyətlər
şəklində özünü büruzə verir. Yalnız əlverişli sosial münasibətlər zəminində insan natamamlıq hissiyyatına üstün
gələ bilər. Əks halda şəxsiyyəti məğlubiyyətin etirafından süni surətdə müdafiə edən nevrotik simptomlar
meydana çıxır.
Uzun illər Freydin ənənələrinə sadiq qalan, lakin sonralar ondan uzaqlaşan psixoanalizin daha bir
nümayəndəsi Otto Rankdır (1884-1939). Onun freydizmdən uzaqlaşmasının səbəbi nevrozların inkişafında Edip
kompleksini qəbul etməsi olmuşdur. Freyddən fərqli olaraq, Rank uşağın doğularkən aldığı sosial travmanı
aparıcı amil hesab edirdi. Rankın fikrincə, infantil seksuallıq doğum zamanı yaranmış təşvişə qarşı ikincili
xarakter daşıyır. Məsələn, Ranka görə, mazoxizm doğuş zamanı duyulan ağrının ekvivalenti, sadizm isə uşağın
bətndaxili həyatdan ayrılmasına qarşı pretraz reaksiyasıdır. Uşağın sonrakı inkişafı fərdi xüsusiyyətlərin meydana
çıxması ilə bağlıdır.Özünü şəxsiyyət kimi müəyyənləşdirən insan “yox” sözünü işlədir və bununla da öz iradəsini
ifadə etmiş olur, lakin öz iradəsini həyata keçirən şəxsdə nədəsə imtina etdiyi şəxsə qarşı günah hissi yaranır.
İlkin təşvişi xatırlayan şəxs qorxur ki, onu ana bətnindən qovduqları kimi ailədən də qovarlar. Nəticədə insanın
özünütəsdiq imkanları məhdudlaşır. Şəxsiyyətin inkişafında Rank üç mərhələ ayırd edir:
1.
Öz tələbatlarını təmin etmək;
2.
Özünün və özgələrinin tələbatları arasında münaqişə;
3.Avtonom yaradıcılıq “Mən”inin formalaşması.
Öz müşahidələrinə əsaslanan Rank psixoanalitik terapiyanın yeni formasını təklif etdi. Müalicənin əsas
məqsədini Rank inisial təşvişi aradan qaldırmaqda və günah hissi doğurmadan şəxsi iradəni həyata keçirməkdə
görürdü. İradənin həyata keçirilməsi geniş sərbəstlik qazanmaq, indiki və gələcək hadisələri analiz etməkdə özünü
göstərirdi.
Psixoanalitik fikrin yeni inkişafı 40-50-ci illərə təsadüf edir. Ikinci dünya müharibəsi ərəfəsində psixoanalizin
bir çox xadimləri Amerikaya mühacirət etdilər. O illərdə mövcud olan iqtisadi-siyasi vəziyyət psixoanalizin
nəzəriyyə və praktikasına yenidən baxılmasını tələb edirdi. Pasiyentlər və onların şikayətləri Freyd və onun
həmkarlarının qarşılaşdığı hallardan köklü şəkildə fərqlənirdi. İqtisadi böhranın – “Böyük Depressiya”nın
nəticələri: aldadılmış hisslər, intihar “epidemiyaları”, Hitler faşizminin və Stalin kommunizminin yaxınlaşmaqda
olan təhlükəsi, işğal olunmuş ərazilərdən gələn qaçqınlar – bütün bunlar insanların psixologiyasında dərin iz
buraxmaya bilməzdi. Bu amillər psixoanalizdə infantil seksuallıq konsepsiyasından imtina edib diqqəti nevrozlara
səbəb olan sosial şərait üzərində cəmləşdirməyi şərtləndirdi.
Karen Horni (1885-1953) nevrozların səbəbini pasiyentlərin durmadan dəyişən sosial şəraitə uyğunlaşa
bilməmələri və potensial imkanlarla real nəticələr arasında uçurumun əmələ gəlməsi ilə əlaqələndirirdi.Valideyn
himayəsindən, qayğı və nəvazişdən məhrum olan uşaq, özünü tənha və köməksiz hiss etdiyi kimi, təhlükəsizlik