Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
1   2   3   4   5   6

 

     Genital  (yeniyetmə) mərhələ. Pubertat  dövründə hormonal  dəyişikliklər, cinsi orqanların inkişafı ilə seksual 

aktivlik  də  yüksəlir.  Eyni  zamanda  cinsi  yetişmə  prosesində  yeniyetmələrin  maraqları  yalnız  seksuallıqla 

məhdudlaşmır. Yeniyetmələr başqaları tərəfindən necə qəbul olunmalarına çox fikir verirlər. 

     Özünü  yaşıdları  ilə  eyniləşdirmək  və  valideynlərindən  ayrılmaq  cəhdləri  mühüm  əhəmiyyət  kəsb  edir. 

Valideynlərin  qiymətləndirdiyi bir çox mənəvi dəyərlərə yenidən baxılır. İlk pərəstişkarlıq və seksual təcrübə çox 

zaman  bu  dövrə  təsadüf  edir.  Bir  çox  hallarda,  valideyn  himayəsindən  azad  olmuş  yeniyetmələr  daha  artıq 

müstəqillik  əldə  edirlər.  Genital  mərhələ  qarşılıqlı  hörmət  əsasında  qurulmuş  gələcək  seksual  münasibətlər 

baxımından çox əhəmiyyətlidir. 

      E.Erikson  (1963)  digər  inkişaf  konsepsiyası  irəli  sürmüşdülər.  Onun  nəzəriyyəsinə  görə,  uşaq  aşağıdakı 

münaqişələri həll etməlidir: 

     a)İnamsızlığa  qarşı  inam  –  uşaq  üçün  vacib  olan  obyektlərlə  əlaqələrin  nə  dərəcədə  mümkün  və  etibarlı 

olması; 

     b)Utancaqlığa  qarşı  sərbəstlik  –  öz  bədəninə  və  fikirlərinə  nəzarətin  nə  dərəcədə  həyata  keçirilməsini 

aydınlaşdırmaq; 

    c)Günah hissinə qarşı təşəbbüs – Edip kompleksi mərhələsinə nə dərəcədə uyğun gəlməsi; 

    ç)İnamsızlığa qarşı mətnlik – İntellektual səviyyə ilə əlaqədardır; 

    d)Qeyri-müəyyənliyə qarşı müqavimət – özünü şəxsiyyət kimi dərk etmə ilə əlaqədardır; 

    e)Yaxınlığa qarşı təcrid olunma - ətrafdakılarla dolğun münasibətlərlə əlaqədardır. 

      Digər  psixoanalitik  D.Ştern  öz  “Mən”inin  bu  həyatda  dərk  olunmasını  aşağıdakı  mərhələlərə  bölməyi  təklif 

etmişdir: 

     1.Dünyaya gəlmənin dərk olunması; 

     2. Özünün kainatın mərkəzində duyulması; 

    3.”Mən”in subyektivliyinin dərk olunması; 

    4.Xarici aləmlə verbal əlaqənin duyulması. 

    Neofreydizm 

     Hələ Freyd sağ ikən onun tələbələrindən bəziləri insan seksuallığının həlledici əhəmiyyət daşıdığını iddia edən 

müəllimlərinə  qarşı  çıxış  edirdilər.  Söhbət  ilk  növbədə  Karl  Qustav  Yunqdan  (1875-1961)  gedir.psixoanaliz 

nəzəriyyəsi  ilə  tanış  olmazdan  əvvəl  Yunq  kəşf  etdiyi  assosiativ  testi  ilə  məşhurlaşmışdı.  Freydlə  işləyən 

müddətdə Yunq psixoanaliz metodlarını psixi xəstəliklər klinikasında tətbiq etməyə başladı. Onun yuxuların izahı 

haqqında  yazmış  olduğu  əsərləri  böyük  əks-səda  doğurdu.  Lakin  cinsi  meylin  şəxsiyyətin  əsası  və  nevrolik 

konfliktin  mənbəyi  kimi  qiymətləndirilməsi  məsələsində  Freydlə  razılığa  gələ  bilməməsi  bu  iki  alimin  bir-

birindən uzaqlaşmasına səbəb oldu. Gələcəkdə Yunq “Analitik psixologiya” adlandırdığı yeni cərəyanın əsasını 

qoyur. Yunqun baxışlarına əsasən libidonu enerjiyə aid olan bir anlayış kimi başa düşmək lazımdır. Buna müvafiq 

olaraq, libido təkcə seksual deyil, istənilən digər tələbatların da ödənilməsinə yönələ bilər. 

     Şəxsiyyətin strukturunu müəyyən edən bir neçə arxetip daha mühüm əhəmiyyət kəsb edir. Bunlara “persona” 

–sosial mühitin tələbləri ilə fərdi tələbatı uzaqlaşdırmağı çalışan zahiri imic; “anima” və “animus” – insanda kişi 

və  qadın  başlanğıcları  xarakterizə  edən  anlayış;  “kölgə”  –  heyvani  instinktləri  özündə  birləşdirən  anlayış  və 



“özününkü” – şəxsiyyətin mərkəzi olub bütün tendensiyaları tarazlaşdıran anlayışlar aiddir. 

    Yunq psixikanın 4 əsas funksiyasını göstərmişdir: təfəkkür, emosiyalar, duyğular və intuisiya. Bunların idarəsi 

daxili  aləm  (introversiya)  və  ya  xarici  aləm  (ekstroversiya)  vasitəsilə  həyata  keçirilir.  Buna  əsaslanaraq,  yunq 

xarakterlərin  yeni  tipologiyasını  təklif  etmiş  və  iki  şəxsiyyət  tipi  ayırd  etmişdir:  introvert  (özünə  yönəlmiş, 



qapalı) və ekstrovert (xaricə yönəlmiş sosial fəallığa meylli).Əlkimyanın tarixindən götürülmüş bu anlayışlardan 

istifadə edərək, Yunq analitik terapiyaya öz modifikasiyasını vermişdir:  Müalicə “özününkü”nün açıqlanması 




 

və  şüurun  genişlənməsindən  ibarətdir.  Yunqun  terapiyasında  patologiya  zamanı  şəxsiyyətin  tamlığının 

pozulmasını göstərən yuxuların izah olunmasına xüsusi diqqət verilir. 

     Freyddən  uzaqlaşmış  psixoanalizin  digər  görkəmli  nümayəndəsi  Alfred  Adlerdir  (1870-1937).  “İndividual 

psixologiya”  adlanan  təlim  məhz  onun  adı  ilə  bağlıdır.  Freyddən  fərqli  olaraq,  Adler  şəxsiyyətə  təsir  edən 

faktorlardan bioloji deyil, sosial faktorları ön plana çəkir. Adlerin təliminin əsasında  “natamamlıq kompleksi”

kompensasiya,  ifrat  kompensasiya  anlayışları  durur.  Belə  ki,  bədən  orqanlarının  inkişafında  həqiqi  və  ya 

mövhumi  qüsurlar insanda natamamlıq  hissi  əmələ  gətirir.Onu aradan qaldırmaq məqsədi  ilə şəxs şüurlu və  ya 

şüursuz surətdə özünün yaradıcılıq imkanlarını səfərbər edir. Məsələn, alçaq boylu adamlar cəmiyyətdə mənsəb 

və  hörmət  qazanmağa  can  atır,  səhhəti  zəif  olanlar  inadkarlıqla  idmanla  məşğul  olaraq  öz  qüsurlarını 

kompensasiya etməyə çalışırlar. Kompensasiya müvəffəqiyyətsizliyə uğradıqda nevrotik pozuntular meydan çıxır 

–  insan  xəstəliyin  köməyi  ilə  özünə  hüsn-rəğbət  qazanmağa  çalışır.  Bəzən  ifrat  konsepsiya  meydana  çıxdığı 

hallarda həqiqi və ya rəsəvvür olunan qüsur həddən artıq güclü təxəyyülə gətirir ki, bu da müstəsna nailiyyətlər 

şəklində özünü büruzə verir. Yalnız əlverişli sosial münasibətlər zəminində insan natamamlıq hissiyyatına üstün 

gələ  bilər.  Əks  halda  şəxsiyyəti  məğlubiyyətin  etirafından  süni  surətdə  müdafiə  edən  nevrotik  simptomlar 

meydana çıxır. 

      Uzun  illər  Freydin  ənənələrinə  sadiq  qalan,  lakin  sonralar  ondan  uzaqlaşan  psixoanalizin  daha  bir 

nümayəndəsi Otto Rankdır (1884-1939). Onun freydizmdən uzaqlaşmasının səbəbi nevrozların inkişafında Edip 

kompleksini  qəbul  etməsi  olmuşdur.  Freyddən  fərqli  olaraq,  Rank  uşağın  doğularkən  aldığı  sosial  travmanı 

aparıcı  amil  hesab  edirdi.  Rankın  fikrincə,  infantil  seksuallıq  doğum  zamanı  yaranmış  təşvişə  qarşı  ikincili 

xarakter daşıyır. Məsələn, Ranka görə, mazoxizm doğuş zamanı duyulan ağrının ekvivalenti, sadizm isə uşağın 

bətndaxili həyatdan ayrılmasına qarşı pretraz reaksiyasıdır. Uşağın sonrakı inkişafı fərdi xüsusiyyətlərin meydana 

çıxması ilə bağlıdır.Özünü şəxsiyyət kimi müəyyənləşdirən insan “yox” sözünü işlədir və bununla da öz iradəsini 

ifadə  etmiş  olur,  lakin  öz  iradəsini  həyata  keçirən  şəxsdə  nədəsə  imtina  etdiyi  şəxsə  qarşı  günah  hissi  yaranır. 

İlkin təşvişi xatırlayan şəxs qorxur ki, onu ana bətnindən qovduqları kimi ailədən də qovarlar. Nəticədə insanın 

özünütəsdiq imkanları məhdudlaşır. Şəxsiyyətin inkişafında Rank üç mərhələ ayırd edir: 



     1.

 Öz tələbatlarını təmin etmək; 

     2.

 Özünün və özgələrinin tələbatları arasında münaqişə; 

    3.Avtonom yaradıcılıq “Mən”inin formalaşması. 

   Öz  müşahidələrinə  əsaslanan  Rank  psixoanalitik  terapiyanın  yeni  formasını  təklif  etdi.  Müalicənin  əsas 

məqsədini Rank inisial təşvişi aradan qaldırmaqda və günah hissi doğurmadan şəxsi iradəni həyata keçirməkdə 

görürdü. İradənin həyata keçirilməsi geniş sərbəstlik qazanmaq, indiki və gələcək hadisələri analiz etməkdə özünü 

göstərirdi. 

    Psixoanalitik fikrin yeni inkişafı 40-50-ci illərə təsadüf edir. Ikinci dünya müharibəsi ərəfəsində psixoanalizin 

bir  çox  xadimləri  Amerikaya  mühacirət  etdilər.  O  illərdə  mövcud  olan  iqtisadi-siyasi  vəziyyət  psixoanalizin 

nəzəriyyə  və  praktikasına  yenidən  baxılmasını  tələb  edirdi.  Pasiyentlər  və  onların  şikayətləri  Freyd  və  onun 

həmkarlarının  qarşılaşdığı  hallardan  köklü  şəkildə  fərqlənirdi.  İqtisadi  böhranın  –  “Böyük  Depressiya”nın 

nəticələri: aldadılmış hisslər, intihar “epidemiyaları”, Hitler faşizminin və Stalin kommunizminin yaxınlaşmaqda 



olan  təhlükəsi,  işğal  olunmuş  ərazilərdən  gələn  qaçqınlar  –  bütün  bunlar  insanların  psixologiyasında  dərin  iz 

buraxmaya bilməzdi. Bu amillər psixoanalizdə infantil seksuallıq konsepsiyasından imtina edib diqqəti nevrozlara 

səbəb olan sosial şərait üzərində cəmləşdirməyi şərtləndirdi. 

      Karen  Horni  (1885-1953)  nevrozların  səbəbini  pasiyentlərin  durmadan  dəyişən  sosial  şəraitə  uyğunlaşa 

bilməmələri və potensial imkanlarla real nəticələr arasında uçurumun əmələ gəlməsi ilə əlaqələndirirdi.Valideyn 

himayəsindən, qayğı və nəvazişdən məhrum olan uşaq, özünü tənha və köməksiz hiss etdiyi kimi, təhlükəsizlik 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə