Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
1   2   3   4   5   6

 

sərhədləri  ilə  məhdudlaşmışdır.  O,  həmçinin  keçmişlə  əlaqədar  olan,  eyni  zamanda  gələcəkdə  davam  edəcək 



səbəb əlaqə anlayışları və dəyərlər aləmində bu hüdudlardan kənarda qalan hər bir şey dərketmənin vacib stimulu, 

azadlığın  mənbəyidir.  Ekzistensializm  baxımından  azadlıq  digərlərinin  iradəsindən  asılı  olmayaraq  qərar  qəbul 

etmək imkanı ilə əlaqədardır. Insan həmişə seçim qarşısında durur və seçimini etdikdə, onu, özü olmaq imkanına 

yaxınlaşdıran  şərtsiz  qərar  qəbul  etmiş  olur.  Ekzistensionalizm  insanın  təkmilləşməsi  yolunda  duran  çoxlu 

maneələri müəyyən etmişdir: 1)İndividual və kollektiv iradənin konfliktindən irəli gələn özü ilə ətraf arasındakı 

antoqonizmi  dəf  etmək  məcburiyyəti;  2)İnsanın  qeyri-kamilliyi  –  insan  həmişə  etdiyindən  daha  artıqdır  və 

ətrafına  bərabər  deyil;  3)  Ətraf  mühitlə  qənaətlənməmək  hissi  yaradan  varlığın  sonlu  olmasının  dərk 

olunması. 

 

     Geştalt psixologiya 

    Psixologiyanın öyrənilməsinə fəlsəfi mövqedən yanaşan ekzistensializmdən fərqli olaraq fenomenoloji cərəyan 

–  geştalt  psixologiya  təbiət  elmlərinin  ümumi  standartlarına  sadiq  olduğunu  bəyan  etmişdir.  Maraqlıdır  ki, 

psixologiya  ilə  əlaqələndirilən  təbiət  elmi  fizika  seçilmiºdir.  Bu  iºdə  geştalt  psixologiyanın  banilərinin 



(M.Vertheymer,  V.Keler,  K.Koffka,  K.Levin)  görkəmli  fiziklər  M.Plank  və  A.Eynşteynlə  şəxsi  tanışlıqları  az  rol 

oynamamışdır. Ekzistensializm insanların öz varlıqlarını konkret zaman anında necə dərk etdiklərini izah etməyə 

çalışdığı  zaman  geştalt-psixoloqlar  “insanlar  onları  əhatə  edən  aləmi  necə  qavrayırlar?”  sualına  cavab  tapmağa 

cəhd  edirlər.  Öz  qavrama  nəzəriyyələrini  geştaltçılar  qavramanı  sadə  duyğu  komponentlərinin  məcmusu  hesab 

edən nəzəriyyələrə qarşı qoyurdular. Yeni nəzəriyyə qavranılan obraza (geştalta) müstəqil və bütöv fenomen kimi 

baxmağı təklif edirdi.  

     Geştalt-psixologiyada  mərkəzi  yeri  “fiqur  və  fon”  konsepsiyası  tutur.  Fiqur  önə  doğru  qabaran  bütöv  bir 

törəmədir. O, fəzadan kontur vasitəsilə ayrılır ki, fon fiqurun arxasında fərqləri gah vazaya  (güldan), gah da iki 

sifət kimi qavranıla bilən qoşa təsvirə bənzədir. İnsanlar informasiyanı elə qəbul edib mənimsəyirlər ki, şüurda 

mərkəzi yeri vacib və əhəmiyyətli amillər tutur, az əhəmiyyət kəsb edənlər isə arxa plana keçirlər. Beləliklə, biz 

fondan  özümüz  üçün  aktual  olanı  seçirik  və  onu  geştalta  çeviririk.  Bu  proses  fiqurun  formalaşması  və 

əvəzolunması  xarakteri  daşıyır.  Onun  konfiqurasiyası  isə  cari  tələbatlardan  irəli  gəlir.  Konkret  tələbatla  bağlı 

olmayan  obyekt  və  hadisələr  fonu  təşkil  edir.  Tələbat  ödənilən  kimi  geştalt  tamamlanır,  yəni  öz  əhəmiyyətini 

itirərək arxa plana keçir, öz yerini formalaşan yeni geştalta verir. Geştalt dağılmadan dəyişdirilə bilməz. Tələbat 

ödənilmədikdə  geştalt  tamamlanmamış  qalır.  Tamamlanmamış  geştalt  psixi  proseslərə  mənfi  təsir  göstərən  bir 

sıra  problemlərin  mənbəyinə  çevrilir.  Geştaltın  formalaşması  ilə  insayt  anlayışı  sıx  bağlıdır.  İnsayt  intellektual 

məsələlərin  həllində  qəfləti  aydınlaşma  olub,  ona  müvafiq  bütün  uyğunlaşma  reaksiyalarını  dəyişdirmək 

xüsusiyyətinə  malikdir.  Bununla  əlaqədar  geştalt  psixologiya  şəxsiyyətin  indiki  identifikasiyasına  mane  olan  4 

mexanizmi nəzərdən keçirir: 

     Birləşmə - insanın özünü digər adamlardan fərqləndirə bilməməsi ilə əlaqədar mexanizmdir. Belə şəxs özünün 

“Mən”inin harada qurtarıb özgəsinin “Mən”inin haradan başlandığını dərk etmir. O həmişə “mən” əvəzinə “biz” 

sözü işlədir, öz fikir və hisslərini özgələrindən zorla ayırır; 

     Refrofleksiya – “Mən” və ətraf mühit arasındakı sərhədlərin “Mən”ə doğru yerdəyişməsidir. Belə pasiyent öz 

enerjisini kənara yönəltmək əvəzinə, özünə istiqamətləndirir. Məsələn, belə şəxs öz tələbatını ödəməyə çalışarkən 

əks-təsirlə qarşılaşırsa, özünə kənar obyekt kimi münasibət göstərməyə başlayır. Belə xəstələrin  “məndən tələb 



olunur”, “mənə ar gəlir”, “mən borcluyam” və s. ifadələrinə tez-tez rast gəlmək olar. 

    İntroyeksiya  –  Digər  insanların  əqidə  və  baxışlarını  onlara  tənqidi  yanaşmaq  və  dəyişdirmək  cəhdi 

göstərmədən olduğu kimi, əxz etməkdir. Nəticədə ətraf mühitlə olan sərhədlər “Mən”in içərilərinə doğru  yerini 

dəyişir və insan öz şəxsiyyətini formalaşdıra bilmir. Əgər bir-biri ilə uyuşmayan baxışlar introyeksiya olunursa, 

pasiyent onları birləşdirmək üçün sanki özü “bir neçə yerə bölünür”. 



10 

 

      Proyeksiya  –  İntroyeksiyaya zidd  olaraq, baş verən bütün  hadisələrin səbəbini və məsuliyyətini ətraf  aləmə 

aid etməkdir. Proyeksiya zamanı “Mən” ilə ətraf mühit arasındakı sərhəd dəqiq və aydın olsa da, kənara doğru 

yerini  dəyişir.  Belə  olduqda    şəxs  münasib  olmayan  bütün  cəhdlərini  ətraf  aləmə  məxsus  hesab  edir.  Geştalt 

terapiyanın  banisi  F.Periz  göstərilən  mexanizmləri  aşağıdakı  kimi  təsvir  edib:  “İntroyeksiyalı  şəxs  özünə 

başqalarına etmək istədiyini edir”. 

     Əxlaq nəzəriyyəsi və ya biheviorizm müasir tibbi psixologiyada aparıcı yerlərdən birini tutur. Bu nəzəriyyənin 

məşhurlaşması  bir  neçə  amillərlə  izah  olunur.  Əvvəla,  onun  diqqət  mərkəzində  fərdin  ətraf  mühitə  müntəzəm 

dəyişən münasibəti durur. İkincisi isə, biheviorizmin əsasında konkret məqsəd daşıyan ideya, empirik metod, əldə 

olunan  məlumatların  dəqiq  təsbit  edilməsi  durur.  Psixoterapiya  metodikası  kimi  biheviorizm  davranışın 

dəyişilməsinə  yönələn  bütün  kompleks  əməliyyatlarda  iztirabların  azalmasını  və  qarşılıqlı  anlaşmanın 

yaxşılaşdırılmasını  təklif  edir.  Bu,  xəstəliyin  spesifik  amili  araşdırılmadan  edilir.  Bu  da  öz  növbəsində 

bihevioterapiyanın universallığını şərtləndirir. 

     Biheviorizm nəzəriyyəsi dörd başlıca prisipə əsaslanır: 



1)

 

klassik  kondissionalizm;  2)  hal-hazırkı  kondissionalizm;  3)  sosial  əlaqələr  nəzəriyyəsi;  4)  koqnitiv 

nəzəriyyə. 

    Bu  prinsiplərin  hər  biri  müəyyən  mərhələlərdə  biheviorizmin  inkişafına  xidmət  etmişdir.  Buna  görə  də,  ilk 

növbədə, tarixə müraciət edək. 

     XIX əsrin sonlarında psixologiyada hakim sayılan subyektiv metodlar fərdi müşahidələrə əsaslanan obyektiv 

metodlarla əvəz olunmağa başlayır. Bu halda nə eksperimentatorun şəxsi təəssüratı, nə də sınanılanın özü haqda 

hesabatı nəzərə alınmır, yalnız sonuncunun obyektiv məlumatları əsas hesab edilir. Buna görə də, qeyd olunur ki, 

psixologiyanın predmeti təfəkkür yox, davranış olmalıdır. Əvvəllər belə hesab edilirdi ki, insanlar malik olduqları 

təfəkkürü ifadə edirlər. Əgər onu çağırarlarsa, o, səsə dönər, əgər maneəyə rast gələrlərdə, onu dəf edərlər. 

      Biheviorizmin  təşəkkül  tapmasında  Amerika  psixoloqu  Edvard  Torndayk  və  rus  fizioloqu  İvan  Petroviş 

Pavlovun adları dayanır. Taleyin hökmü ilə onlar özlərini heç vaxt biheviorist adlandırmamışlar. Torndayk (1874-

1949) öz eksperimentlərində “problemli yeşik”dənistifadə etmişdir. Təcrübə zamanı heyvanlar cölə çıxıb yemək 

götürmək  üçün  xüsusi  düyməni  basmalı  idilər.  Əvvəlcə  heyvanlar  çoxlu  nizamsız  hərəkətlər  edərək,  müxtəlif 

istiqamərdə qaçmağa başladılar, o vaxta qədər ki, onlardan birinin cəhdi uğurlu nəticələndi. Bundan sonra xaotik 

hərəkətlərin sayı azaldı, davranış isə müəyyən məqsədə yönəldilən xarakter şəklini aldı. “Cəhd, səhv və təsadüfi 

uğur”  prinsipi  situasiyanın  dəyişməsilə  yeni  növ  davranış  formasının  mümkünlüyünü  göstərdi.  Torndaykın 

“vəziyyət-reaksiya” layihəsi aşağıdakı əlamətlərlə xarakterizə olunurdu: 



1)

 

problemli vəziyyətin mövcudluğu

2)

 

Orqanizmin bütünlükdə ona qarşı durması; 

3)

 

Seçim axtarışında aktiv hərəkət; 

4)

 

Tapşırıq yolu ilə təlim. 

    Koqnitiv nəzəriyyə biheviorizmdə xüsusi yer tutur, onun əsas müddəaları bunlardır: 

1.

 



Təhsil prosesiidrakla, yəni əvvəlki təcrübə ilə bağlı olanı seçmək, kodlaşdırmaq, müqayisə etmək, daxili 

və  xarici  qıcıqlara  qarşı  cavab  formalaşdırmaq  üçün  əvvəlcədən  təyin  edilmiş  sxemlərin  yaranması  ilə 

əlaqədardır. 

2.

 



Insan  gözləyir  ki,  onun  cavab  reaksiyasının  müəyyən  nəticəsi  olacaq  və  bu  gözləmələr  ətraf  mühitdən 

gələn  bütün  siqnallarla  əlaqələnir.  Bu  zaman  bütün  gözləmələrin  səmərəliliyi  şəxsin  özünə  inamından, 

nəticələri proqnozlaşdırmaq qabiliyyətindən asılıdır. 

3.

 



Daxil olan siqnalların təhlili affekt və səbəbin yaranması baxımından birincili prosesdir. 

4.

 



Müxtəlif stress amilləri müəyyən idrak sxemi yarada bilər ki, bu da öz növbəsində tipik məntiqi səhvlərlə 

bağlı ola bilər. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə