Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
1   2   3   4   5   6

 

strukturunu  açıqlamağa  səy  göstərir.  O,  həmçinin  psixi  instansiyalar  –  O,  Mən,  Fövqəl-məni  –ayırd  edərək, 



individual xüsusiyyətləri etnik və sosial qrupların davranışı ilə əlaqələndirməyə çalışmışdır. 

    Mrünün son onilliyində Freyd fəal işdən uzaqlaşmış, fəlsəfə, mədəniyyət və dinin analizi ilə məşğul olmuşdur. 

Onun  baxışları  “Bir  illüziyanın  gələcəyi”  (1927)  və  “Moisey  və  təkallahlıq”  (1939)  məqalələrində  öz  əksini 

tapmışdır. 1938-ci ildə Avstriyanın işğalından sonra Freyd təqiblərə məruz qalır. Faşistlər onun bütün əmlakını, o 

cümlədən kitabxanasını müsadirə edirlər. Freydin dörd bacısı həbs düşərgəsində həlak olur. Yalnız Amerikanın 

Fransadakı  səfirliyinin  vasitəçiliyi  və  Psixoanaltik  cəmiyyətlərin  ödədiyi  böyük  məbləğdə  rüsum  Freydə 

İngiltərəyə mühacirət etməyə imkan verdi. Burada Freyd 21 sentyabr 1939-cu ildə 83 yaşında vəfat etdi. 

    Üçlü quruşlu struktur: 

    O(id), Mən (ego), Fövqəl-mən (superego). 

 Topoqrafik  model  yalnız  psixi  materialın  şüura  müvafiq  mövqeyini  təsvir  edərək,  psixi  funksiyaların  müxtəlif 

tiplərini  nəzərə  almır.  Bunu  üçün  “O”,”Mən”,  və  ”Fövqəl-mən”  anlayışlarına  istinad  edən  psixi  aparatın  üç 

quruluşlu strukturundan istifadə olunur. “O” –anlayışı əksər bioloji tələbatları və primitiv meylləri əhatə edir. O-

nun hərəkətverici qüvvəsi məmnunluq (qənaətlənmək) prinsipidir. Bu prinsipə əsasən meyllər həmin andaca qane 

edilməli, ləzzət almaq üçün yollar aranmalıdır, ağrıdan isə uzaqlaşmaq gərəkdir. “O”-na məxsus olan seksual və 

aqressiv meyllər aclıq, susuzluq, özünü qoruma instinki kimi impulsları şüura qatdıqda mütləq qaydada senzuraya 

məruz qalır və insan üçün daha münasib şəklə salınır. 

     Adi  həyatda  “mən”  sözü  insanı  digərlərindən  fərqləndirmək,  onun  fərdiliyini  vurğulamaq  məqsədi  daşıyır. 

“Mən” termininin psixoanalitik mənası bundan fərqlənir. Burada “Mən” daxili meyllərlə xarici aləmin reallıqları 

arasında əlaqə yaradan komponent kimi başa düşülür. Başqa sözlə, “Mən” ixtiyarında olan fikirlər, hisslər və s. 

vasitəsiylə  “O”-nun  ortaya  atdığı  meyllər  ilə  “Fövqəl-mən”in  məram  və  məqsədlərini  uzaqlaşdırmağa  çalışır. 

“Mən”in  əsas  funksiyası  qeyri-mütənasib  meyllərin  qradiasiyasını  qurmaq  və  onları  daha  mütənasib  meyllərlə 

əvəz  etməkdir.  Beləliklə,  ətraf  mühitlə  kompromis  əldə  olunur  və  şəxsiyyətin  müdafiəsi  həyata  keçirilir.  Çox 

zaman  bu  funksiya    şüurlu  xarakter  daşıyır.  Uşaq  böyüdükcə  valideynləri  və  digər  adamlarla  ünsiyyəti 

genişləndikcə  “Mən”  inkişaf  edir.  Bu  inkişaf  özünü  qoruma  vərdişlərinin  əldə  olunması,  eləcə  də 

ümumiləşdirmə, mühakimə, nitq və s. kimi intellektual funksiyaların təkmilləşməsi ilə əlaqədardır. Mükəmməl və 

sağlam “Mən” yetkin şəxsin həyatda stresslərə qarşı uyğunlaşa bilməsini şərtləndirir. 

      “Fövqəl-mən”in  funksional  xarakterini  daha  yaxşı  başa  düşmək  üçün  bədii  obrazı  –  “Qızıl  açar”  nağılında 

Buratinoya  həyatın  mənəvi  prinsiplərini,  ideyalarını  şərh  edən  ocaq  çəyirtkəsini  xatırlamaq  yerinə  düşərdi. 

“Fövqəl-mən”in funksiyası bizim fikirlərimizin, əməllərimizin ideal standartlara nə qədər uyğun gəldiyinə nəzarət 

etməkdir.  Beləliklə,  “Fövqəl-mən”  “İdeal-mən”  standartını  formalaşdırır  və  bu  baxımdan  “vicdan”  anlayışına 

yaxınlaşır. 

     Psixoseksual inkişaf 

   Freydin  baxışlarına görə, insanın  əsas  instinktləri cinsi meyl  və  aqressiya meylidir.  Bunlar bir-biri  ilə  seksual 



enerji- libido ilə əlaqədardır. Hal-hazırda libido anlayışı altında yalnız seksual enerji deyil, ümumiyyətlə, ləzzət 

almağa  yönəlmiş  enerji  nəzərdə  tutulur.  Psixoanaliz  nəzəriyyəsinə  görə  uşağın  inkişafı  ləzzət  almaq  istəyi  ilə 

qırılmaz  bağlı  olub,  müəyyən  mərhələdən  keçir.  Bu  mərhələlərdən  hər  biri  çox  əhəmiyyətlidir.  Hər  hansı  bir 

mərhələdə ləngimə və ya prosesin tamamlanmaması baş verərsə, bu yetkin yaşda psixi pozuntuya gətirib çıxara 

bilər. 

      Oral  mərhələ  (doğulandan  18  aya  qədər).  Yeni  doğulmuş  uşaq  köməksiz  olub,  himayəyə  ehtiyacı 

olduğundan, dərhal öz əhatəsi ilə münasibətlər qurmağa can atır. Bu dövrdə cinsi meyl özünü qoruma instinkti ilə 

qırılmaz  şəkildə  bağlı  olur.  Uşağın  əsas  tələbatı  qidaya  olan  tələbatıdır.  Buna  görə  də  uşağın  əksər  arzuları, 

maraqları,  əməlləri  ağız  nahiyəsi  ilə  əlaqədardır.  Enerjinin  (libido)  çox  hissəsi  burada  toplanır.  Beləliklə,  ağız 

nahiyəsini ilk erogen zona adlandırmaq qəbul olunmuşdur. Ilk dəfə uşaq onu əmizdirərkən oxşayan və yırğalayan 



 

anası  ilə  münasibətlər  yaradır.  Bu  “əlavə”  rituallar  təhlükəsizlik  və  insanlara  inam  hissi  ilə  assosiasiya  olunur. 



Eyni  zamanda  qayğı  və  diqqətin  kifayət  qədər  olmaması  uşaqda  inamsızlıq  və  qorxu  yaradır.  Bəzən  uşaq  öz 

tələbatını  ödəyə  bilmədikdə,  qışqırıb,  ağlamalı  olur.  Belə  davranış  uzun  müddət  davam  etməzsə,  özünü 

sakitləşdirmə vərdişləri aşılayır və qəzəbdən qorunma mexanizmlərini inkişaf etdirir. Bu həmçinin körpəyə özünü 

başqalarından fərqləndirməyə imkan verir. O anlayır ki, istədiyi hər bir vaxt anası onun  yanında olmur. Yetkin 

şəxslərin  davranışlarının  bəzi  formaları  infantil  adlanır.  Bu,  onların  psixoseksual  inkişafın  oral  mərhələsində 

ləngimələri  ilə  əlaqədardır.  Lüzumsuz    xahişlər  etmək,  başqalarından  güclü  asılılıq,  məsuliyyətsizlik,  rədd 

cavablarına qarşı dözümsüzlük belə davranış üçün xasdır. Şəxsiyyətin oral tipinə aid edilən bu cür adamların arzu 

və  fantaziyaları  çox  vaxt  ağız  nahiyəsi  ilə  əlaqədar  olur.  Bir  sıra  adətlər-siqaret  çəkmək,  dırnaqları  gəmirmək, 

dodqları dişləmək, saqqız çeynəmək oral mərhələ ilə əlaqədardır. 

    Anal  mərhələ  (1,5-2,5  yaşlar).  Sinir  sistemi  inkişaf  etdikcə  uşaq  öz  ifrazat  proseslərinə,  sidikburaxma  və 

defekasiyaya  nəzarət etməyə başlayır. Bu, bir tərəfdən, ifrazat funksiyalarına bilavasitə maraq, digər tərəfdən öz 

bədəninə  nəzarət  etmək  imkanlarının  genişlənməsi  səbəbindən  uşağın  bundan  həzz    almasına  gətirir.  Uşaq 

ayaqyoluna getmək istədikdə böyüklər onu tərifləyir, özünü buladıqda isə danlayırlar. Bu mərhələni normal keçən 

uşaq  gələcəkdə  intizamlılıq;  müstəqillik  kimi  keyfiyyətlər  qazanır.  Valideynlər  bu  mərhələyə  sərt  yanaşdıqda 

uşaqda utancaqlıq və ikrah hissi yaranır, doğmalarına qarşı qorxu və narazılıq meydana çıxır. Son nəticədə belə 

hisslər anal xarakteri formalaşdırır. Bu cür şəxslər qənaətcil, həddən artıq səliqəli, tərs, xırdaçı olurlar. 



      Fallik mərhələ (2,5-4 yaşlar). Uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiyyət orqanlarına yönəlir. 

Bu  mərhələdə  cinsiyyət  orqanları  yeni  həzz  mənbəyinə  çevrilir.  Oğlan  və  qızlarda  cinsi  fərqlər  özünü  bariz 

şəkildə  göstərir.  Artmaqda  olan  hərəki  və  intellektual  fəallıq  maraqları  ödəmək,  təşəbbüs  göstərmək,  sadə 

məsələləri  həll  etmək  imkanı  verir.  Adətən,  valideynlər  müəyyən  çərçivədə  btəşəbbüsü  təqdir  edir  və  uşaqda 

ləyaqət  hissini  tərbiyə  edirlər.  Beləliklə,  fallik  mərhələ  şəxsin  özünə  qarşı  münasibətinin  formalaşması  üçün 

mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  mərhələ  anormal  keçilərsə,  narsistik  tip  şəxsiyyət  formalaşır.  Bu  tipə  qeyri-

yetkinlik hissi, ən xırda hadisələrə qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır. 

     Edip  kompleksi  mərhələsi  (4-6  yaşlar).  Edip  kompleksi  öz  adını  Sofoklun  “Çar  Edip”  əsərindən 

götürmüşdür.  Bu  əsərin  baş  qəhrəmanı  bilməyərəkdən  öz  doğma  atasını  öldürüb,  öz  anası  ilə  evlənir.  Freydin 

fikrincə,  bu  rəvayət  müəyyən  dövrdə  meydana  çıxan,  lakin  sonralar  şüurdan  sıxışdırılıb  çıxarılan  uşaq 

fantaziyalarına bənzəyir. Bu baxışdan əks cinsli valideyn libidonun əsas obyektidir. Bu arzu qısqanclıq və eyni 

cinsdən olan valideynlə rəqabət hissi doğurur. Oğlan anasına vurulur və onu sevdiyi və eyni zamanda qorxduğu 

atasına  qısqanır  (Edip  kompleksi).  Qızlarda  bu  proses  Elektra  kompleksi  adını  almışdır.  Uşaqlar  fantaziyanı 

həqiqətdən  yaxşı  fərqləndirə  bilmədiklərindən  onlara  elə  gəlir  ki,  rəqibləri  bu  hisslərdən  xəbər  tutarsa,  onları 

cəzalandıracaq. Edip kompleksi normal həll olunarsa, uşaq öz meyllərinin əbəs olduğunu dərk edir və onda özünü 

eyni cinsdən olan valideynə oxşatmaq istəyi yaranır. Belə olan təqdirdə uşaq valideynlərinin davranışını normal 

qəbul  edir.  Özünü  atasına  oxşadaraq,  oğlan,  anasına  bənzəyən  qadınla  evlənməyə  meyl  edir.  Bütün  deyilənləri 

qızlara da şamil etmək olar.Məsələn, atasının yalnız ona məxsus olmasına nail ola bilməyən qız atasının adət və 

zövqlərini götürməklə qənaətlənə bilər. Edip kompleksinin həll olunmaması gələcəkdə nevrozlara səbəb olur. 



    Latent  mərhələ  (6-12  yaşlar).  Bu  dövrdə  uşağın  seksual  tələbatı  zəifləyir.  Onun  marağı  fiziki,  intellektual, 

sosial  vərdişlərin  qazanılmasına  yönəlir.  Uşağın  dünyası  genişlənir,  onun  tanıdığı  adamlar  artır.  Məktəb  və, 

ümumiyyətlə, ailədən kənarda ünsiyyət, uşağa yeni adamlarla özünü müqayisə etməyə, ailədə qazandığı vərdişləri 

dəyişməyə  və  ya  möhkəmlətməyə  imkan  verir.  Bu  dövrdə  uşaq  adətən,  özünü  öz  cinsinin  nümayəndələri  ilə 

eyniləşdirməyə  çalışır.  Müxtəlif  oyunlarda  iştirak  edərkən,  qrup  daxilində  fəaliyyətə  xidmət  edən  müxtəlif 

rituallar,  qaydalar  işlənilir.  Qrup  daxili  davranış  standartlarının  ödənilməsi  ünsiyyət  vərdişlərinin  yaxşı 

mənimsənilməsinə  xidmət  edir.  Yaşıdları  ilə  münasibətdə  uğursuzluqlar  isə  qeyri-kamillik  və  acizlik  hissi 

formalaşdırır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə