Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
1   2   3   4   5   6

 

hissini itirmiş yetkin insan da dünyada özünü aciz və zəif hiss edir. Məhz təhlükəsizliyə nail ola bilməməklə bağlı 



yaranan təşviş nevrozların əsasını təşkil edir. 

    Seksual  pozuntular  və  aqressiv  davranış  isə  həmin  təşvişin  nəticəsi  kimi  izah  olunur.  Horninin  fikrincə, 

artmaqda  olan  təşvişdən  qorunmaq  üçün  insanlara  tərəf  hərəkət,  insanlardan  uzaqlaşmağa  doğru  hərəkət  və 

insanların əleyhinə doğru hərəkət meydana çıxa bilər. Bu istiqamətlərdən hər hansı birinin üstünlük təşkil etməsi 

nevrotik  şəxsiyyəti  formalaşdırır.  Bu  zaman  ya  xidmətkeş,  hamıya  rəğbət  göstərən  adam,  ya  cəmiyyətdən  ayrı 

düşmüş,  soyuq  təbiətli  insan,  ya  da  hökmlü,  aqressiv  şəxsiyyət  formalaşır.  Horninin  qadın  seksuallığına  həsr 

olunmuş  işləri  böyük  şöhrət  qazanmışdır.  O,  haqlı  olaraq  göstərirdi  ki,  psixoanaliz  kişilər  tərəfindən  işlənib 

hazırlandığından qadınların psixoseksual inkişafını əks etdirən bir çox aspektlər düzgün izah olunmamışdır. Horni 

pasiyentin  öz  problemlərini  həll  etmək  üçün  seçdiyi  yolu  analiz  etməyi  təklif  etmiş  və  bununla  psixoanaliz 

texnikasını xeyli dəyişmişdir. 

    Horninin baxışları bir çox məqamlarda Erix Fromun (1900-1980) ideyaları ilə səsləşir. Müasir cəmiyyəti tarixi 

inkişafda təhlil edən From belə bir qənaətə gəlir ki, insan fərdi azadlığa nail olduqca təhlükəsizlik hissini itirir. 

Odur  ki,  itirilmiş  təhlükəsizlik  hissini  qaytarmaq  məqsədi  ilə  şəxsiyyət  “azadlıqdan  qaçma”  patoloji 

mexanizmlərinə  əl  atır.  Fromun  aqressiv  və  auto-aqressiv  davranışa  həsr  etdiyi  əsərləri  böyük  müvəffəqiyyət 

qazanmışdır.  “İnsanın  ruhu”,  “İnsan  destruktivliyinin  anatomiyası”  kitablarında  From  müxtəlif  tarixi 

şəxsiyyətlər – Hitler, Himler, Stalini misal gətirərək destruktiv davranışın müxtəlif formalarını araşdırır. Fromun 

öz  əsərlərində  nağıl  və  əfsanələrə  müraciət  etməsi  də  çox  böyük  maraq  doğurur.  Freyddən  fərqli  olaraq,  from 

burada  seksual  deyil,  sosio-psixoloji  və  mədəni-tarixi  aspektləri  ön  plana  çəkir.  Fromun  baxışları  daha  ətraflı 

şəkildə aqressiya və suisidə həsr olunmuş fəsildə əks edilmişdir. Psixoterapiyanın əsas məqsədini From insanın 

mənliyinə nüfuz etmək və onun yaradıcı qüvvələrini neqativ amillərdən azad etməkdə görürdü. 

    Müasir psixoanalizin formalaşmasında Harri Stek Sallivan (1892-1942) böyük rol oynamışdır. Sallivan Freyd 

nəzəriyyəsinə  yeni  baxışlar  gətirmiş  ilk  Amerika  analitiki  olmuşdur.  Sallivana  görə  şəxsiyyət  konsepsiyası 

hipotetik konstruksiyadır. Həqiqətən cərəyan edən real qarşılıqlı münasibətlərdir. Şəxsiyyətin fərdi təhlükəsizliyi 

ilə bağlı təşviş hissini Sallivan insanlar arasındakı qarşılıqlı baxımından qiymətləndirirdi. 

     İnsanın təşəkkül tapması onun valideynləri ilə qarşılıqlı münasibətləri kontekstində baş verir. Bu münasibətlər 

baxımından  insanda  özü  haqqında  rəy  formalaşır  (məsələn,  ana  narahat  olarkən,  onun  təşvişi  möcüzəli  şəkildə 



uşağa  ötürülür  və  sonradan  hər  dəfə  təhlükəsizliyinin  pozula  biləcəyini  duyduqda  təşviş  meydana  çıxır). 

Şəxsiyyətin  təşəkkül  prosesinin  birinci  mərhələsində  reallıq  qeyri-mükəmməl  qavranılır  (protaktik  təfəkkür)

Sonradan  bu,  simvolik  təfəkkürlə  əvəz  olunur,  o  da  öz  növbəsində  yerini  sintaktik  təfəkkürə  verir.  Bir  tərəfdən 

şəxslər arasında qarşılıqlı münasibətlər yaratmaq tələbatı, digər tərəfdən təhlükəsizliyi itirmək qorxusu bu prosesi 

hərəkətə gətirir. Ona görə də Sallivan psixoanalitik terapiya fokusunda pasiyentin ətrafdakılara qarşı münasibətini 

qiymətləndirməyi  təklif  etmişdi.  Psixoterapevtik  prosesdə  həkimin  xəstəyə  qarşı  fəal  mövqeyi  həlledici  rol 

oynayır. 

      Müasir  psixoanalitiklərin  baxışlarında  olan  fərqlərə  və  Freydin  ilkin  nəzəriyyəsindən  xeyli  uzaqlaşmalarına 

baxmayaraq, psixoanaliz təliminin psixikanın struktur quruluşu, psixi proseslərin qeyri-şüurlu xarakteri, psixoloji 

müdafiə mexanizmləri və s. haqqındakı müddəaları bu günə kimi öz əhəmiyyətini saxlamaqdadır. 

         Psixodinamikanın əsasları 

    Psixoanalizin əsas postulatlarını rəhbər tutaraq, müasir psixodinamik nəzəriyyə insan psixikasının quruluşunun 

iki modelini nəzərdən keçirir: 

    Topoqrafik model – şüur, şüuraltı, şüursuzluq. 

    Freyd  tərəfindən  təklif  olunmuş  topoqrafik  model  fikirlərin,  hiss  və  duyğuların  şüur  üçün  nə  qədər  anlaşılan 

olmasına əsaslanaraq, psixikanı üç tərkib hissəsinə bölür. Təbii ki, bu tərkib hissələri duyulmaz olub beyində heç 

bir məkana malik deyil. Bunlar nəzəri konstruksiyalar olub, klinik prosesləri düzgün başa düşməyə xidmət edir. 



 

      Şüur  –  bizim  dərk  etdiyimiz  fikir  və  duyğuları,  eləcə  də  xarici  mühitdən  qəbul  olunan  sensor  məlumatları 

özündə birləşdirir. 

      Şüuraltı  –  yalnız  diqqəti  onların  üzərində  cəmləşdirdikdə  meydana  çıxan  fikirlər,  emosiyalar,  xatirələrdən 

ibarətdir.  Məsələn,  insanların  əksəriyyəti  şüurunda  mümkün  olan  zəlzələ  haqqında  fikirlər  saxlamır,  lakinbir 

zəlzələ  haqqında  düşündükdə,  yəni  bu  mövzuya  xüsusi  olaraq  müraciət  etdikdə,  həmin  fikirlər  meydana  çıxır. 

Beləliklə,  şüuraltının  əsas  məqsədi  senzura  funksiyasını  yerinə  yetirməkdir.  Senzura  qeyri-şüuri  materialın  – 

təşviş  yarada  bilən  fikir  və  meyllərin  şüura  keçməsinin  ya  tamam  qarşısını  alır,  ya  da  onu  dəyişdirib  tanınmaz 

hala  salır.  Məsələn,  gənc  qızın  yaxşı  tanımadığı  cavan  oğlana  qarşı  cinsi  meyli  güclü  həyəcana  səbəb  ola  bilər 

(əlbəttə,  əgər  bu  meyl  qızın  mənəvi-etik  baxışlarına  zidd  gedirsə).Odur  ki,  senzura  bu  impulsların  ya  tamamilə 

qarşısını  alır,  ya  da  əks  hissə,  məsələn,  ədavət  hissinə  çevrilir  (təbii  ki,  gənclər  arasında  olan  bütün  qərəzli 



münasibətləri bu nöqteyi-nəzərdən izah etmək olmaz). 

     Şüursuzluq  –  şüur  üçün  əlçatmaz  olan  fikir.  Meyl  və  fantaziyaların  məkanıdır.  Bunların  üzərində  diqqəti 

cəmləşdirdikdə belə şüur onları dərk edə bilmir. Belə fikir və duyğular itmir, sadəcə olaraq, yaddaşa buraxılmır və 

buna görə də dolayı yolla, səhv sözlər, yanlış xatirələr, yuxular və nevrozlar aşkar olunurlar. 

        Fenomenologiya 

      Psixoanalizlə eyni vaxtda Almaniya və İsveçrədə psixologiyanın yeni cərəyanı yarandı. Fenomenologiya adını 

almış bu cərəyanın əsasını xəstələrin ruhi həyatının subyektiv təzahürlərinin öyrənilməsi təşkil edir. Bu metodun 

əsas məqsədi sağlam və patoloji psixi proseslərin müşahidəsi və təsviridir. Psixologiyanın digər cərəyanlarından 

fərqli  olaraq  fenomenologiyada  müşahidələrin  sayı  deyil,  ayrılıqda  götürülmüş  hər  bir  hadisənin  mahiyyətinə 

varmaq,  onun  dərinliyinə  nüfuz  etmək  mühüm  əhəmiyyət  kəsb  edir.  Beləliklə,  əsas  informasiya  mənbəyi  kimi 

təcrübi məlumatlar və testlərin nəticələri deyil, pasiyentin özünün nəql etdiyi subyektiv duyğular və düşüncələr ön 

plana çəkilir. 

     Fenomenologiyanın baniləri Hüsserel və Yaspersin fikrincə, konkret xəstənin ayrılıqda götürülmüş subyektiv 

hisslərinin  öyrənilməsi  digər  xəstələrə  də  xas  olan  qanunauyğunluqları  aşkara  çıxarmağa  imkan  verir.  Digər 

tərəfdən  ümumi  qanunauyğunluqlar  çərçivəsindən  kənara  çıxan  unikal  və  təkrarolunmaz  təsadüflər 

fenomenologiya üçün qiymətli hesab olunur. Psixi həyatın ümumi kontekstindən müəyyən fenomenləri ayıraraq 

şəxsin subyektiv hisslərini ətraf aləmin obyektiv şəraitinə qarşı qoymaq fenomenologiyanın əsas prinsipini təşkil 

edir.  Bu  zaman  müşahidə  və  təsvir  tədqiqatçının  şəxsi  təfəkkür  modelindən  və  nəzəri  konsepsiyalarından  asılı 

olmadan  həyata  keçirilməlidir.  Əvvəlcədən  belə  qəbul  edilmişdir  ki,  fenomenlərdən  hər  biri  tədqiqatçının 

marağından asılı olaraq müxtəlif baxımdan qiymətləndirilə bilər. 

    Fenomenlərin təsnifatı həyat  proseslərindən, onların  psixi  sferaya aid  edilməsindən asılıdır. Belə ki,  obyektiv 

həqiqətin  dərk  olunması,  bir-birindən  xeyli  fərqlənən  qavrama  və  təsəvvür  fenomenlərin  iştirakı  ilə  həyata 

keçirilir.  Qavrama  obyektiv  xarakter  daşıyır,  xarici  mühitdə  meydana  çıxır,  kifayət  qədər  aydınlığa  malik  olur, 

yaxşı yadda qalır, şəxsin iradəsindən asılı olur. 

   Ekzistensial psixologiya 

  Birinci  və  ikinci  dünya  müharibələrinin  acınacaqlı  nəticələri,  ağır  iqtisadi  vəziyyət,  cəmiyyətin  humanizm 

dehumanizasiyası,  eləcə  də,  insan  psixologiyasını  bioloji  mövqedən  izah  etmək  cəhdlərinin  iflasa  uğraması 

psixologiyada  fenomenologiya  cərəyanının  ekzistensional  cərəyana  transformasiyasına  təkan  verdi. 

Ekzistensionalizm cərəyanının əsasını ekzistensiya “insanın özü-özündə mövcudluğu”, eləcə də onun azadlığı və 

daxili  aləminin  formalaşması  üçün  məsuliyyət  daşınması  təşkil  edir.  Ekzistensionalizm  nümayəndələri 

L.Binsvanker, Q.Haydaqqer, S.Kyerkkoqor və Kuntsa görə insan varlıq, şüur və mənəviyyatı özündə birləşdirən, 

digər canlılardan fərqlənən yeganə məxluqdur. İnsan, nəinki yaşayır və duyur, həmçinin yaşadığını və duyduğunu 

bilir.  Bu  bilik  onun  subyektiv  kateqoriyaları  obyektivlərdən  fərqləndirmək  qabiliyyətindən  irəli  gəlir.  Öz 

varlığının  dərk  olunması  subyektiv  kateqoriyadır.  Ekzistensialistlərin  fikrincə,  hər  bir  şəxs  zaman  və  məkan 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə