Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
1   2   3   4   5   6

11 

 

Koqnitiv  nəzəriyyəyə  görə  əsas  məntiqi  səhvlər  keçmiş  neqativ  təcrübəni  baş  verən  hadisələrlə 



əlaqələndirən fikirlər ola bilər. Bunlara aiddir: 

1.

 



Dixotom (haçalanmış) təfəkkür – buraya ifratçılıqla araşdırmaq qabiliyyəti daxildir. Yəni “hər şey və ya heç 

nə”, “yaxşı-pis”, “qara-ağ”.Məsələn, insan belə hesab edir: “ya mən xoşxasiyyətəm və hamıya lazımam, ya 

da pisəm və heç nəyə yaramıram”. 

2.

 



Öz  tutduğu  işlər  haqqında  yanlış  fikir  söyləməyə,  özünə  bir  “ad”  qoymağa  çalışmaq.  Məsələn:  səhvə  yol 

vermiş adam “mən səhv etmişəm” demək əvəzinə “mən nə ağılsızam” deyə düşünür. 

3.

 

Fövqəl nəticə -“həmişə” və ya “heç vaxt” kateqoriyaları ilə düşünmək. Məsələn, xəstə hesab edir ki, o, artıq 



heç vaxt sağlam olmayacaq. 

4.

 



Selektiv filtrasiya – mənfi hadisələri artırmaq, müsbətləri isə minimuma endirmək. Məsələn, həkim bir çox 

xəstələri uğurla müalicə edir, onlardan yalnız birində residiv (xəstəliyin qayıtması) baş verərkən, o belə bir 

nəticəyə gəlir ki, pis mütəxəssisdir. 

5.

 



Reallığı inkaretmə - müsbət amillərə tamamilə əhəmiyyət verməmək. Məsələn, insan hər hansı bir uğur əldə 

etdikdə “bu nədir ki, bunu hamı bacarar” deyir. 

6.

 

Əsassız nəticə - kifayət qədər obyektiv dəlil olmadıqda tez bir nəticəyə gəlmək. Məsələn, oğlan qıza zəng 



edir, lakin dəstəyi qaldıran olmur, o, düşünür ki, qız onunla danışmaq istəmir. 

7.

 



Şişirtmə - əhəmiyyətsiz səbəbdən çaxnaşmaya meyllilik.  Məsələn, avtomobilində bir balaca nasazlıq olan 

adam belə hesab edir ki, onun təmiri böyük xərc tələb edir və yeni avtomobil alsa daha yaxşı olar. 

8.

 

Emosional şərtləndirmə - öz emosiyalarını real qəbul etmək. Məsələn, bir nəfər təyyarə ilə uçmaqdan qorxur 



və elə hesab edir ki, bu uçuşlar doğrudan da qorxuludur. 

9.

 



Günahı  şəxsiləşdirmə  -  bütün  uğursuzluqların  səbəbini  özündə  axtarmağa  çalışmaq.  Məsələn,  uşağı 

xəstələndiyinə görə qadın özünü pis ana hesab edir. 

10.

 

Hədsiz  cavabdehlik  –  “bu  mənim  borcumdur  (vəzifəmdir)”  və  ya  “bu  mənim  borcum  (vəzifəm)  deyil” 



kateqoriyaları ilə düşünmək. Məsələn, tələbə əmindir ki, o, yalnız əla qiymət almalıdır, ona görə də imtahan 

qabağı möhkəm həyəcan keçirir. 

 

 

                      Koqnitiv prosesi izah edən sxem 



 

 

 



 

 

 



   

 

 



 

 

 



 

    Daxili və xarici srimullar 

           Koqnitiv quruluş 

  Yaxın və uzaq keçmişin xatırlanması 

         Koqnitiv məzmun 

Birincisi, adaptiv və qeyri-adaptiv idrak 

sxemləridir ki, buraya fərdin özü haqqında 

şərtsiz və əməli cəhətdən dəyişməyən 

təsəvvürləri daxildir. Ikincisi şərti və mümkün 

dəyişikliklərə yol verən sxemlərdir. 

 

     İnterpretasiya (izah) prosesi 



  Baş verən hadisələri mövcud olan sxemlərdə 

əlaqələndirir. Çox vaxt tipik məntiqi səhvləri 

də buraya daxil edir (bax:yuxarı)

 



12 

 

 



 

 

 



 

 

 



 

 

 



 

      İndi  isə  verilən  sxemin  üzərində  həm  psixiatriya  və  ümumtibbi  təcrübədə,  eləcə  də  gündəlik  həyatda  rast 

gəlinən,  ən  geniş  yayılmış  iki  pozuntunu  –  depressiya  və  həyəcanı  araşdırmağa  çalışacağıq.  Belə  bir  hadisəni 

nəzərdən  keçirək:  oğlan  sevdiyi  qızın  telefon  zəngini  gözləyir,  lakin  bu  baş  vermir  (xarici  stimul).  Bu  zaman 

oğlanın yaddaşında əvvəlki uğursuzluqlarla bağlı xoşagəlməz xatirələr canlanır (koqnitiv quruluş), bu da “mənim 

sevimli  olmağım  üçün  kifayət  qədər  keyfiyyətlərim  yoxdur”  məzmunlu  birinci  idrak  sxemi  ilə  və  “əgər  səni 

sevmirlərsə,  həyat  mənasızdır”  məzmunlu  ikinci  sxemlə  bağlıdır.  Bu  sxemləri  hazırda  baş  verən  hadisələrlə 

əlaqələndirərkən cavan oğlan tipik məntiqi səhvlərə yol verir. Beləliklə, o, özünə qarşı münasibətdə (“mən heç bir 



əhəmiyyəti  olmayan  adamam”),  ətrafına  qarşı  münasibətdə  (“o,  məni  heç  vaxt  sevməyib”,  “məni  heç  nə 

sevindirmir”)  və  gələcəyə  münasibətdə  (“mən  heç  vaxt  xoşbəxt  olmayacağam”)  mənfi  nəticəyə  gəlir.  Bunların 

hamısı  insanı  ruh  düşkünlüyünə  düçar  edir.  O,  heç  bir  işlə  məşğul  olmaq  istəmir,  tanışlardan  qaçır  və  sosial 

mühitdən təcrid olunmağa can atır. 

   Başqa  bir  misal  –  bir  nəfər  vacib  səfərə  çıxmalıdır.  Lakin  onun  yaddaşında  əvvəlki  səfərlə  bağlı  xoşagəlməz 

təəssüratlar saxlanmışdır. Bu təəssüratlar öz növbəsində zəif uyğunlaşma xarakterli olan “yad (qərib) yerdə mən 

köməksiz oluram” adlı idrak sxeminin fəallaşmasında iştirak edir. Sonra verilmiş sxemi indiki səfərə tətbiq edən 

inteqrasiya  prosesi  baş  verir.  Beləliklə,  həmin  adam  “mən  heç  yerə  getməyə  hazır  deyiləm”  (özünə  qarşı 

münasibət), “məni tamamilə yad insanlar əhatə edəcək” (ətraf mühitə münasibət), “səfərin nəticələri haqqında heç 

nə demək mümkün deyil, hər şey çox pis qurtara bilər”  (gələcəyə ümidsizlik) kimi nəticələrə gəlir. Bu fikirlər onu 

təşvişə  salır  və  çaşqınlığa  səbəb  olur.  Bütün  bunlar  insanın  davranışında  hərəki  nigarançılıq  şəklində  özünü 

göstərir və o, səfərin başlayacağı vaxtı uzaqlaşdırmağa (və ya təxirə salmağa) çalışır. 

  Davranış,  əhval-ruhiyyə  və  koqnitiv  nəticə  arasındakı  əks  əlaqənin  olduğunu  göstərən  oxlara  diqqət  yetirmək 

istərdik. Bu komponentlər həmişə bir-birini möhkəmləndirir və koqnitiv prosesin digər komponentləri ilə qapalı 

dövrə əmələ gətirir. Bunlar koqnitiv sxemin saxlanılması və müəyyən şəraitdə yenidən canlanacağını göstərir. 

             Koqnitiv-bihevioterapiya (KBT) 

    Son  illərdə  koqnitiv  –  bihevioterapiya,  psixoterapiyanın  müasir  metodları  arasında  önəmli  yerlərdən  birini 

tutur.  Bu,  onunla  əlaqədardır  ki,  psixoterapevtik  təsirin  digər  üsulları  iləmüqayisədə  KBT  bir  sıra  üstünlüklərə 

malikdir. İlk növbədə, bu üsulun universal xarakter daşımasını, yəni nəinki zəif həyəcanlı pozuntularda, eləcə də 



13 

 

ağır davranış pozuntularında, hətta sizofreniyada istifadə edildiyini qeyd etmək lazımdır. Bundan başqa  KBT-nın 



dəqiq  məqsədi  və  konkret  (digər  terapiya  formalarına  nisbətən  çox  qısa)  müddəti  vardır.  Həmçinin 

psixoterapevtin  şəxsi  keyfiyyətləri  burada  başlıca  rol  oynamır.  Bu  üsul  psixoterapiyanın  digər  formaları  və 

dərman  terapiyası  ilə  yaxşı  uyğunlaşır.  Nəhayət,  KBT-də  istifadə  olunan  terapevtik  üsulların  geniş  imkanları 

pasiyentin ətraf mühitə olan münasibətinə hərtərəfli təsir göstərməyə şərait yaradır. 

      KBT  Levinson,  Volpe  Ayzenk  tərəfindən  işlənmiş  bihevio-terapevtik  üsulların,  Bek,  Elis  və  Mihenbaum 

tərəfindən  təklif  olunmuş  koqnitiv  terapiyanın  üsulları  ilə  uyğunlaşdırılıb  işlənməsinə  əsaslanır.  Bu  terapiya 

formasının  hər  ikisi  sərbəst  istifadə  oluna  bilər,  lakin  onlardan  daha  çox  kompleks  şəkildə  istifadə  olunur. 

Davranış  pozuntularının  üstünlük  təşkil  etdiyi  nəzərə  çarparkən,  bihevioterapiyanın  üsulları  əsas  götürülür, 

koqnitiv  terapiya  isə  tamamlayıcı  vasitə  kimi  istifadə  olunur.  Təfəkkür  prosesində  baş  verən  pozuntuların  və 

emosional pozuntuların dominantlıq təşkil etdiyi hallarda isə koqnitiv terapiya əsas, bihevioterapiya isə köməkçi 

rol oynayır. 

        Bihevioterapiya əməliyyatları 

    Proqressiv  relaksasiya  texnikası.  Qeyd  olunduğu  kimi  həyəcan  relaksasiyasının  formalaşmasında  əzələ 

gərginliyi  və  vegetativ  pozuntular  mühüm  əhəmiyyətə  malikdir.  Ona  görə  də,  skelet  əzələlərinin  tonusunun 

enməsinə  və  tənəffüsün  rənziminə  yönəlmiş  xüsusi  məşqlərdən  istifadə  həyəcanın  zəifləməsinə  kömək  edir. 

Əməliyyat əzələlərin boşalmasını təmin edən məşqlərin müntəzəm olaraq yerinə yetirilməsi ilə başlayır, sonra o, 

stress halının qarşısının alınmasına yönəldilir. Bu üsuldan yuxsuzluğun müalicəsində, psixosomatik pozuntularda 

(məsələn, hipertoniyanın başlanğıc mərhələlərində) və digər funksional pozuntulardan istifadə olunur. 

     Ekspozisiya  texnikası  allerqologiyada  istifadə  olunan  desensibilizasiya  prinsiplərinə  əsaslanır.  Əvvəlcə, 

qorxu hissi yaradan müxtəlif hadisələr araşdırılır və onların törətdiyi affektin şiddətlənmə ardıcıllığı siyahısı tərtib 

edilir.  Sonra,  tədricən  bir  qədər  yüngül  hadisələrdən  daha  ağır  hadisələrə  doğru  ya  reallıqda,  ya  da  hadisələri 

təsəvvür etməklə pasiyent öz  vəziyyətini idarə etməyi öyrənir. Məsələn, metro ilə hərəkət etməkdən qorxan adam 

birinci  eskalatordan düşməyi  öyrənir, sonra qısa məsafəyə  yerdəyişmə  edir, daha sonra isə axırıncı dayanacağa 

qədər  gedir. Ekspozisiyanın  alternativ üsulları  da vardır:”yükləndirmə” üsulu  qorxu reaksiyası  zəifləyənə qədər 

psixi travma törədən hadisə dəfələrlə təkrarlanır və “daxili partlayış” baş verən mərhələyə çatdırılır. 

    Siqnal  texnikası  şərti  refleks  yaratmaq  üçün  təyin  edilir.  Məsələn,  enurezi  olan  xəstələrdə  zənglə  bağlı  olan 

xüsusi ötürücüdən istifadə olunur. Sidik iifrazı zamanı zəng çalınır və xəstə  oyanır. Bir müddətdən sonra onda 

klassik şərti refleks  yaranır. Beləliklə, xəstə sidik ifrazına çağırış olarkən artıq zəngsiz oyanır və  ya sidik xaric 

etmədən sakit yaranır. 

     Reaksiyanın  qarşısının  alınma  texnikası  eyni  bir  işi  təkrar  yerinə  yetirməyin  arasındakı  vaxtı  uzatmaqdan 

ibarətdir.  Sarışan  hərəkətlərin  aradan  qaldırılmasında  istifadə  olunur.  Məsələn,  sarışan  hərəkət,  əl  yumaqdan 

əziyyət çəkən xəstəyə təklif edilir ki, “çirkli” əşyanı tutandan sonra əlini yumamış başqa bir işlə məşğul olsun. 

      Bihevioral analiz davranış pozuntularını – onların başvermə tezliyi və ifadə dərəcəsini müəyyənləşdirməkdən 

ibarətdir.  Çox  vaxt  əlamətlərin  məhz  hansı  hallarda  meydana  çıxdığı  məlum  olmayanda,  xəstəliyin  konkret 

əlamətlərini üzə çıxarmaq üçün istifadə olunur. Bihevioral analiz təkcə davranış texnikasına sələflik etmir, o, öz-

özlüyündə xəstənin diqqətini konkret hadisəyə cəlb edən bir texnikadır. 

     Möhkəmlətmə  texnikası  müsbət  və  mənfi  möhkəmlətmədən  istifadə  olunur.  Müsbət  möhkəmlətmə  nə  ilə 

tamamlanmış stimulyasiyadan ibarətdir ki, bu da gələcəkdə məqsədyönlü davranışın davamlılıq imkanını artırır. 

Mənfi möhkəmlətmə hansısa stimulların kənar edilməsi ilə bağlıdır. Bu da müsbət möhkəmlənmələrə göstərilən 

təsirlərin itirilməsi hesabına lazımi davranışın möhkəmlənmə imkanını artırır. Müsbət və mənfi  möhkəmlənmə 

“pis”, “yaxşı” və ya “tənbeh”, “təltif” kimi anlayışlarla eyni deyil. Şəkərli diabetdən əziyyət çəkən xəstə müsbət 

möhkəmlətməni pəhriz saxladığına görə təriflənərkən alır. Elə bu xəstə pəhriz saxladığına görə təriflənərkən alır. 




14 

 

Elə  bu  xəstə  pəhriz  saxladığına  görə  mənfi  möhkəmlətmə  də  alır.  Bu  yaranmış  şəraitdə  insulin  inyeksiyasını 



kəsməklə bağlıdır. 

     Modelləşdirmə  texnikası  psixoterapevtik  davranış  tərzini  təqlid  etməkdən  ibarətdir.  Bu  üsul,  xüsusən 

uşaqlarla  işləyərkən,  onları  öyrətmək  üçün  yaxşı  vasitə  olub,  rol  oyunları  ilə  birlikdə  istifadə  olunur. 

Modelləşdirmənin böyüklərin müalicəsinə tətbiqi mütəxəssislərdə fikir ayrılığı yaradır. 

     Neqativ  təcrübə  texnikası  eyni  bir  hərəkətin  dəfələrlə  təkrarlanması  zamanı  reaktiv  tormozlanma  əmələ 

gəlməsinə əsaslanır. Üzündə səyirmə (tik) olan xəstəyə səyirmələr azalana qədər iradi olaraq, həmin səyirmələri 

təkrarlamaq təklif olunur. 

      Özünə nəzarət texnikası özünü müşahidə, özünü möhkəmlətmə və özünü qiymətləndirmə proseduralarından 

ibarətdir.  Burada  müalicəyə  əsas  məsuliyyət  xəstənin  öz  üzərinə  düşür,  terapevt  isə  yalnız    məsləhətləri  ilə 

kifayətlənir. Məsələn: hipodinamiyadan və çox yeməkdən əziyyət çəkən xəstə müntəzəm olaraq, müəyyən qədər 

idmanla  məşğul  olur  və  özünə  qida  rasionu  tərtib  edir.  Bəzən  öz  məqsədinə  çatarkən,  özünü  mükafatlandırır 

(məsələn, özünə nə isə alır), sonra tərtib etdiyi proqramın  nəticələri qiymətləndirilir. 

      Sosial  uyğunlaşma  texnikası  özünə  inam  yaratmaqdan,  həyat  vərdişləri  öyrənməkdən,  sosial  vərdişlərə, 

ünsiyyət bacarığına yiyələnməkdən ibarətdir. 



       Özünə  inam  yaratmaq  həyəcan  və  köməksizliyin  yaranması  ilə  bağlı  olan  hallarda  verbal  və  qeyri-verbal 

davranışın  (baxış,  mimika,  jest)müxtəlif  formalarının  təkmilləşdirilməsi  üsuludur.  Şəxsiyyətin  anankastik  və  ya 

asılı tipinə aid olan qorxaq və utancaq adamlar üçün məsləhət görülür. 

      Həyat vərdişlərini öyrənmək – buraya əsas funksiyaların (yemək hazırlamaq, mənzilin təmizlənməsi və s.) 

yerinə yetirilməsi, vaxtın düzgün bölünməsi, vəsaitin idarə olunması daxildir. Xroniki psixi xəstəliklərdən əziyyət 

çəkənlərə kömək göstərmək üçün bu üsullardan istifadə olunur. 



       Sosial  vərdişlərə  yiyələnmək  müxtəlif  sosial  hadisələri  rollarla    oynayaraq  artıq  mövcud  olan  vərdişlərin 

möhkəmləndirilməsindən  ibarətdir.  Bu  vərdişlər  real  hadisələrdə  təcrübədən  keçirilir,  davranışın 

qiymətləndirilməsi üçün videoyazılardan da istifadə oluna bilər. 

      Ünsiyyət  bacarıqlarını  öyrənmək  müxtəlif  insanlarla  ünsiyyət  yaratmaq  “göz-gözə  danışmaq”,  telefon 

əlaqəsi  qurmaq,  kütlə  qarşısında  çıxış  etmək  kimi  xüsusiyyətlərin  inkişaf  etdirilməsindən  ibarətdir.  Bu  zaman 

müxtəlif verbal üsullardan və məşğələlərdən istifadə olunur. 

       Adversional texnika şərti refleks yaratmaq üçün neqativ qıcıqlardan, cəza formasından istifadə texnikasıdır. 

Alkoqolizmin müalicəsində istifadə edilən, iyi və dadı alkoqola uyğun olub, öyümə və qusma yaradan apomorfin 

inyeksiyası  və  ya  kökəlmənin  müalicəsində  zəif  tokvurmadan  istifadə  buna  klassik  misal  ola  bilər.  Bu  üsulun 

geniş istifadəsinin qarşısını alan onun etik cəhətdən qeyri-qənaətbəxş olmasıdır. 



          

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə