AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ
YA DİGƏR ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ
TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI
MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ AZƏRBAYCAN
RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA
DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №
8, maddə 475; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 258; 2004-cü
il, № 3, maddə 133; 2005-ci il, № 10, maddə 871; 2009-cu il, № 2, maddə 46) 1-
ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 11-ci abzas aşağıdakı redaksiyada verilsin:
“terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı
olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən,
bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102,
214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə
tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının,
təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud
göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə
yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını
bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya
verilməsidir;”;
2. aşağıdakı məzmunda 12-ci abzas əlavə edilsin:
“pul vəsaitləri və ya digər əmlak - əldə edilmə üsulundan asılı olmayaraq,
istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz
əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt göndərişləri,
səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də daxil
olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı
digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar.”
II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, №
5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455;
2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8,
maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12,
I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə
321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1,
maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə
994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr
1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr
560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049,
1080, 1090, №12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə
602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009-cu il, №5, maddə 315,
№7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-
IIIQD nömrəli və 4 dekabr tarixli 924-IIIQD nömrəli Qanunları) aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1. 32.5-ci maddədə “alətləri gizlətməyi, belə alətləri almağı və yaxud
satmağı” sözləri “pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul
vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə
etməyi, yaxud sərəncam verməyi” sözləri ilə əvəz edilsin;
2. 193-1.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma, yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər
əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş
şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul
vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin
məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan
istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər
əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin,
onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların
və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi -”;
3. 194-cü maddədə:
3.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: “Maddə 194. Cinayət
yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə,
onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə ”;
3.2. 194.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə
xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya
onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini
gizlətmədən onlara sərəncam vermə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
4. aşağıdakı məzmunda 202-2-ci və 203-1-ci maddələr əlavə edilsin:
“Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və
yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş
məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi
və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan
vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min
manatadək miqdarda cərimə və ya min manatdan üç min manatadək miqdarda
cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində “insayder” dedikdə
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci
maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.”
“Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
203-1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola
bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə
qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən
razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsi, külli
miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min
manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan
informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min
manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.”;
5. 214-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə
Əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər
əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin
102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə
tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının,
təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud
göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə
yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını
bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi
-
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində
və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror
aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan
qaldırmır.
2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs
hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür
terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584;
2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr
680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165,
№ 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə
692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə
228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab,
maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7,
10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6,
maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə
900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4,
maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8,
maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994,
995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3,
maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr
923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4,
№ 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560,
561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11,
maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr
1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146,
152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464,
№ 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885,
№ 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2,
maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, №
7, maddələr 517, 518, 519, № 8, maddə 611, Azərbaycan Respublikasının 2009-
cu il 20 oktyabr tarixli 896-IIIQD, 897-IIIQD, 26 noyabr tarixli 923-IIIQD, 4
dekabr tarixli 924-IIIQD, 929-IIIQD və 15 dekabr tarixli 931-IIIQD nömrəli
Qanunları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 212-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan
tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin
bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az
miqdarda gəlir əldə etməklə törədildikdə -
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 212-ci maddəsində “insayder” dedikdə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə
tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 212-ci maddəsində “az miqdarda” dedikdə yeddi min
manatadək olan məbləğ başa düşülür.”;
2. 234-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya
digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud
sərəncam vermə
Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya
digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud
onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə
görə -
inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz
manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 234-cü maddəsində “az miqdarda” dedikdə min
manatadək olan məbləğ başa düşülür.”;
3. 360.1-ci maddədə “348-3” rəqəmindən sonra “(monitorinqdə iştirak
edən digər şəxslərə münasibətdə)” sözləri əlavə edilsin.
IV. Azərbaysan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab),
maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə
233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321,
№ 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890; 2005-ci
il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10,
maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64; № 5,
maddə 390; № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il,
№ 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008-ci il, № 6, maddə
462, № 7, maddələr 606, 607; № 12, maddələr 1045, 1049; 2009-cu il, № 5,
maddə 315, № 7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr
tarixli 923-IIIQD nömrəli Qanunu) 215.3.1-ci maddəsində “202, 202-1, 203,”
rəqəmləri “202 - 203-1,” rəqəmləri ilə əvəz edilsin.
V. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, №2, maddə 58) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 1.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya
digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət
törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə
pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud
həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər
əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata
keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya
digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam
verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan
hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya
gizlədilməsidir;”;
2. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.4. terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı
olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən,
bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102,
214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə
tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının,
təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud
göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə
yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını
bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya
verilməsidir;”;
3. 1.0.11-ci maddədə “hər hansı xidmətindən” sözlərindən sonra “daimi və
ya qeyri-müntəzəm” sözləri əlavə edilsin;
4. 4.0.8-ci, 4.0.11-ci və 6.1.3-cü maddələrdə “hüquqi” sözləri “fiziki və ya
hüquqi” sözləri ilə əvəz edilsin;
5. 5.1-ci maddədə “müştərinin və benefisiarın eyniləşdirilməsi,
verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması və bu Qanunun 7.2-ci
maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələbinə”
sözləri “9-11-ci və 12-1-ci maddələrinin tələblərinə” sözləri ilə əvəz edilsin;
6. aşağıdakı məzmunda 5.4-cü və 6.5-ci maddələr əlavə edilsin:
“5.4. Hüquqi şəxs olan monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun
12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər.
6.5. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər
tərəfindən bu Qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsinə
nəzarətin həyata keçirilməsi qaydaları müvafiq nəzarət orqanları tərəfindən
müəyyən edilir.”;
7. 7-ci maddə üzrə:
7.1. 7.1-ci maddədə “(bundan sonra - limit) Azərbaycan Respublikasının
Mərkəzi Bankı” sözləri “maliyyə monitorinqi orqanı” sözləri ilə əvəz edilsin;
7.2. 7.2-ci maddədə “monitorinq olunur” sözləri “barədə məlumatlar
monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən
maliyyə monitorinqi orqanına təqdim olunur” sözləri ilə əvəz edilsin;
7.3. 7.2.3-cü maddədə “bank hesablarından həyata keçirilən əməliyyatlar”
sözləri “pul vəsaitləri və ya digər əmlakla əməliyyatları” sözləri ilə əvəz edilsin;
7.4. aşağıdakı məzmunda 7.2.5-ci, 7.4-cü və 7.5-ci maddələr əlavə edilsin:
“7.2.5. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti
qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə əsasən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada siyahısı təsdiq edilmiş şəxslərlə əməliyyatlar.
7.4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
tələblərinə davamlı olaraq riayət etməyən dövlətlərin fiziki və ya hüquqi şəxsləri
ilə işgüzar münasibətlərə və əməliyyatlara dair məhdudiyyətlər və ya xüsusi
tələblər müəyyən edilə bilər.
7.5. Monitorinq iştirakçılarının bu Qanunun 7.3-cü maddəsində nəzərdə
tutulan dövlətlərdə (ərazilərdə) fəaliyyət göstərən filialları və törəmə hüquqi
şəxsləri yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunmursa bu sahədə
Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin tələblərinə əməl etməlidir. Monitorinq iştirakçılarının xarici
filiallarına və törəmə hüquqi şəxslərinə cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə əməl edilməsi onların
yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunursa, monitorinq iştirakçıları
bu barədə müvafiq nəzarət orqanlarına yazılı məlumat verməlidir.”;
7.5. 7.3-cü maddənin birinci cümləsində “maliyyə monitorinqi orqanı
tərəfindən müəyyənləşdirilir” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən
edilmiş
qaydada
maliyyə
monitorinqi
orqanı
tərəfindən
müəyyənləşdirilir və dərc olunur” sözləri ilə əvəz edilsin;
7.6. 7.3-cü maddənin ikinci cümləsində “həmin siyahı” sözlərindən sonra
“və bu Qanunun 7.2.5-ci maddəsində göstərilən şəxslərin siyahısı” sözləri əlavə
edilsin;
8. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Müştərilərin və benefisiarların eyniləşdirilməsi
9.1. Monitorinq iştirakçılarına anonim hesabların, uydurma adlara
hesabların və anonim əmanət hesablarının açılması, anonim depozit
sertifikatlarının buraxılması qadağandır.
9.2. Monitorinq iştirakçıları aşağıdakı hallarda müştərinin və benefisiarın
eyniləşdirilməsi üçün tədbirlər görməlidir:
9.2.1. işgüzar münasibətlər yaradılmasından əvvəl;
9.2.2. on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan
artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan
əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi
olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
9.2.3. məbləğindən asılı olmayaraq hesab açılmadan həyata keçirilməsi
gözlənilən pul köçürməsindən əvvəl;
9.2.4. pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya
terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün
kifayət qədər əsaslar yaradan hallar olduqda;
9.2.5. müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə
məlumatlarının doğru olmadığı aşkarlandıqda.
9.3. Əməliyyatın ümumi məbləği əməliyyatın icra olunmasından əvvəl
məlum deyilsə, müştərinin və benefisiarın eyniləşdirilməsi əməliyyatın
məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
9.4. Hüquqi şəxsin eyniləşdirilməsi onun nizamnaməsinin və dövlət
qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş
surəti əsasında aparılır. Monitorinq iştirakçıları hüquqi şəxsin adından çıxış edən
səlahiyyətli nümayəndədən notariat qaydasında təsdiq olunmuş etibarnaməni
tələb etməli və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası üçün
tədbirlər görməlidir. Monitorinq iştirakçıları hüquqi şəxsin nizamnaməsi və
dövlət qeydiyyatına alınması haqqında sənəd əsasında hüquqi şəxsin hüquqi
ünvanını, təşkilati-hüquqi formasını, təsisçilərin adını, həmçinin hüquqi şəxsin
hüquqi statusunu müəyyən etməlidirlər.
9.5. Fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında
aparılır.
9.6. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı
tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.
9.7. Eyniləşdirmə üçün təqdim olunan şəxsiyyəti təsdiq edən sənədin
surəti, habelə müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin,
nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamənin, notariat qaydasında
təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması
haqqında sənədin surətləri monitorinq iştirakçısında saxlanılmalıdır.
9.8. Monitorinq iştirakçıları bu Qanunun 9.2-ci maddəsində nəzərdə
tutulan hallarda etibarlı mənbələr vasitəsilə müştəri və benefisiar barəsində əldə
olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməlidir.
Monitorinq iştirakçıları hüquqi şəxs olan müştərinin səhmdarlarının və hüquqi
şəxsin rəhbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Monitorinq
iştirakçıları hüquqi şəxs olan müştəriyə nəzarəti həyata keçirən, hüquqi şəxsin əsl
sahibi olan və ya son nəticədə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki
şəxslərin müəyyən edilməsi üçün də tədbirlər görməlidir.
9.9. Hüquqi şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər
aşağıdakılardır:
9.9.1. hüquqi şəxsin təqdim etdiyi məlumatların hüquqi şəxslərin dövlət
reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;
9.9.2. hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən,
internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatların əldə
olunması;
9.9.3. əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə
məlumatları ilə üzləşdirilməsi.
9.10. Fiziki şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər
aşağıdakılardır:
9.10.1. doğum haqqında şəhadətnamə, pasport, sürücülük vəsiqəsi və ya
digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;
9.10.2. mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən
istismar haqqı üçün mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,
order, icarə və ya kirayə müqaviləsi əsasında yaşayış yeri üzrə qeydiyyatın
təsdiqlənməsi.
9.11. Monitorinq iştirakçıları müştərinin onlarla işgüzar münasibətlərinin
məqsədi və mahiyyəti barədə məlumatı müştəridən əldə etməlidir.
9.12. Monitorinq iştirakçıları müştərinin işgüzar münasibətləri və həyata
keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi qaydada
yeniləşdirilməsi üzrə tədbirlər görməlidir. Monitorinq iştirakçıları tərəfindən
məlumatların mütəmadi qaydada yeniləşdirilməsi üzrə tətbiq olunan tədbirlər
aşağıdakılardır:
9.12.1. həyata keçirilmiş əməliyyatın müştəri, onun sahibkarlıq fəaliyyəti
və vəsaitlərinin mənbəyi barədə məlumatlara uyğun gəlməsinin təmin edilməsi
məqsədilə həmin əməliyyatın təhlili;
9.12.2. yüksək riskli müştərilər və ya işgüzar münasibətlər barədə mövcud
olan məlumatların tədqiq edilməsi yolu ilə müştərinin eyniləşdirilməsinə dair
əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi.
9.13. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan eyniləşdirmə və
verifikasiya tədbirləri ilə yanaşı, monitorinq iştirakçıları aşağıdakı yüksək riskli
əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir:
9.13.1. qeyri-rezident müştərilərlə əməliyyatlar;
9.13.2. pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın idarə
olunması həvalə olunmuş hüquqi şəxslərlə əməliyyatlar;
9.13.3. nominal saxlayıcı olan və ya sənədli adsız səhmlər buraxmış
hüquqi şəxslərlə əməliyyatlar;
9.13.4. xarici banklarla müxbir hesabları vasitəsilə həyata keçirilən
əməliyyatlar;
9.13.5. bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulan əməliyyatlar.
9.14. Monitorinq iştirakçıları tərəfindən tətbiq olunan əlavə eyniləşdirmə
tədbirləri aşağıdakılardır:
9.14.1. hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla
əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin
aydınlaşdırılması;
9.14.2. hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak
paylarının öyrənilməsi;
9.14.3. digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və əgər
mümkündürsə pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq
məlumatların əldə edilməsi və üzləşdirilməsi.
9.15. Əməliyyatın tərəflərini bu Qanunla müəyyənləşdirilmiş qaydada
dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar barədə
eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri
və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının
doğru olmadığı aşkarlandıqda, monitorinq iştirakçıları müvafiq əməliyyatı həyata
keçirməməli, işgüzar münasibətləri yaratmamalı, hesab açmamalı və bu Qanunun
11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidir.
9.16. Monitorinq iştirakçıları müştərilərinin fəaliyyətinin xüsusiyyətləri
nəzərə alınaraq, işgüzar münasibətləri bu Qanunun qüvvəyə minməsinə qədər
yaranmış və hal-hazırda davam edən müştərilərinin eyniləşdirilməsi və
verifikasiyası üçün tədbirlər görməlidir.
9.17. Monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə
alınaraq müştərinin və benefisiarın eyniləşdirilməsi üçün qanunla müəyyən
edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.
9.18. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan
və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət
məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər və
daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidməti göstərən fiziki və ya
hüquqi şəxslər bu maddədə nəzərdə tutulmuş eyniləşdirmə tədbirlərini yalnız
limitdən yuxarı məbləğdə nağd şəkildə aparılan əməliyyatlar həyata keçirilərkən
tətbiq etməlidirlər.
9.19. Monitorinq iştirakçıları bu Qanunun 9.2.1 və 9.2.2-ci maddələrində
göstərilən hallarda müştəri və ya benefisiara münasibətdə sadələşdirilmiş
eyniləşdirmə və verifikasiya qaydalarını tətbiq edə bilərlər. Sadələşdirilmiş
eyniləşdirmə və verifikasiya qaydaları müştərinin, işgüzar münasibətlərin və ya
maliyyə əməliyyatlarının törədə biləcəyi risklər üzrə aparılan dəyərləndirmə
əsasında maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.”;
9. aşağıdakı məzmunda 9-1 və 9-2-ci maddələr əlavə edilsin:
“Maddə 9-1. Xarici dövlətlərin siyasi xadimləri
9-1.1. Monitorinq iştirakçıları bu Qanunun 9-cu maddəsində nəzərdə
tutulan eyniləşdirilmə və verifikasiya tədbirləri ilə yanaşı, daxili nəzarət
sistemləri çərçivəsində müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi
xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlər görməlidir.
9-1.2. Xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar münasibətlər yalnız
monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında yaradıla bilər.
Müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğu
işgüzar münasibətlərin yaradılmasından sonra məlum olursa, işgüzar
münasibətlər monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında davam
etdirilə bilər.
9-1.3. Monitorinq iştirakçıları xarici dövlətlərin siyasi xadimləri olan
müştəriləri və ya benefisiarların pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi
barədə məlumatlar əldə etməlidir.
Maddə 9-2. Qeyri-adi əməliyyatlar
Monitorinq iştirakçıları bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq-
aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatını və
mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib
etməlidirlər. Zərurət yarandığı təqdirdə hesabat qanunvericiliklə müəyyən edilmiş
qaydada maliyyə monitorinqi orqanına və ya nəzarət orqanlarına təqdim
edilməlidir.”
10. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 10. Eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla
əməliyyatlara dair sənədlərin saxlanması öhdəliyi
10.1. Monitorinq iştirakçıları bu Qanunun 9-cu maddəsində qeyd olunan
eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair
sənədlərin, habelə bu Qanunun 9-1-ci və 9-2-ci maddələrində nəzərdə tutulan
əməliyyatlara dair sənədlərin qanunvericiliklə daha uzun müddət nəzərdə
tutulmayıbsa, aşağıda göstərilən müddət ərzində məlumat daşıyıcılarında və ya
elektron formatda saxlanmasını təmin etməlidirlər:
10.1.1. müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin
eyniləşdirmə sənədləri - müştərinin hesabının bağlanmasından və ya müştəri ilə
hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il;
10.1.2. müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər
əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların
aparılması üçün əsas və s.) və bu Qanunun 11-ci maddəsi üzrə hazırlanan
məlumatlar - əməliyyat başa çatdıqdan sonra ən azı beş il.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan sənədlər müvafiq
sorğu əsasında monitorinq iştirakçıları tərəfindən maliyyə monitorinqi orqanına
və ya nəzarət orqanlarına təqdim edilməlidir.
10.3. Bu Qanunun 10.1-ci maddəsində göstərilən müddət, zərurət yarandığı
təqdirdə nəzarət orqanları və ya maliyyə monitorinqi orqanı tərəfindən hər bir
xüsusi halda uzadıla bilər.”;
11. 11-ci maddədə:
11.1. maddənin adında “Monitorinq iştirakçıları tərəfindən məlumatların”
sözləri “Məlumatların” sözü ilə əvəz edilsin;
11.2. 11.1-ci maddədə “9.12-ci maddələrində” sözləri “9.15-ci
maddələrində, monitorinqdə iştirak edən digər şəxslər isə bu Qanunun 7.2-ci və
9.15-ci maddələrində” sözləri ilə əvəz edilsin;
11.3. 11.1.4-cü maddədə “9.3-9.5-ci” sözləri “9.4-9.6-cı” sözləri ilə əvəz
edilsin;
11.4. 11.3-cü və 11.4-cü maddələrdə “9.12-ci” sözü “9.15-ci” sözü ilə əvəz
edilsin;
12. 12-ci maddədə:
12.1. maddənin adında, 12.1-ci, 12.1.5-ci, 12.1.7-ci, 12.1.8-ci və 12.2-12.4-
cü maddələrdə ismin müvafiq hallarında işlənilmiş “və monitorinqdə iştirak edən
digər şəxslər” sözləri çıxarılsın;
12.2. 12.1.2-ci maddədə “və verifikasiyasına” sözlərindən sonra “,
müştərinin və benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun
müəyyən edilməsinə” sözləri əlavə edilsin;
13. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:
“Maddə 12-1. Birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə
etməklə işgüzar münasibətlərin yaradılması
12-1.1. Monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsində texnoloji vasitələrdən istifadə edilməsinin qarşısının
alınması üçün tədbirlər görməlidir.
12-1.2. Monitorinq iştirakçıları texnoloji vasitələrdən istifadə etməklə
birbaşa əlaqə qurmadan yaradılan işgüzar münasibətlərin və ya aparılan
əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara malik
olmalıdır. Monitorinq iştirakçıları bu daxili qayda və prosedurları müştəri ilə
işgüzar münasibətlərin yaradılmasında, habelə müştərinin işgüzar münasibətləri
və həyata keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi
qaydada yeniləşdirilməsində tətbiq etməlidir.
12-1.3. Bu Qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulan daxili qayda və
prosedurlara
monitorinq
iştirakçılarının
birbaşa
əlaqədə
olmadıqları
müştərilərinin eyniləşdirilməsinə və verifikasiyasına dair tədbirlər daxil
olmalıdır.”;
14. 14-cü maddədə “uyğun olaraq” sözlərindən sonra “vicdanla” sözü
əlavə edilsin;
15. aşağıdakı məzmunda 17.8-ci maddə əlavə edilsin:
“17.8. Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq ona məlumat
təqdim olunmalı olan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların siyahısına
və limitinə, bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin və bu
Qanunun
7.2.5-ci
maddəsində nəzərdə tutulan şəxslərin siyahısına,
sadələşdirilmiş eyniləşdirilmə və verifikasiya qaydalarına, bu Qanunun 6.2-ci
maddəsində nəzərdə tutulmuş halda nəzarətin həyata keçirilməsi qaydalarına,
məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi qaydalarına, daxili
nəzarət sistemlərinin hazırlanması tələblərinə, cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdim
olunma formasına dair normativ xarakterli aktlar qəbul edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2010–cu il
№ 973–IIIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 mart 2010–cu il, № 64).
Dostları ilə paylaş: |