Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Yarımsəhra ərazilərində qoyunçuluq  inkişaf etdiyi 

üçün  burada  antropogen  səhralaşma  prosesi  daim 

güclənməkdədir.

Türkmənbaşı  şəhərində  gilli  səhra  yayılmışdır. 

Burada  sahil  boyunca salınmış  neft  kəmərləri  və mə­

dən  avadanlığı  suyun  altında  qalaraq  ətraf  mühit 

üçün  ciddi  təhlükə  yaradır.  Qısamüddətli  istirahət 

üçün  Türkmənistan  sahilində  yararlı  yer  Türkmən­

başı  şəhəri  yaxınlığındakı  Avaza  qəsəbəsidir.  Təbii 

ki, bu istirahət mərkəzi yalnız yerli əhəmiyyət daşıyır. 

Burada  aşkar  edilmiş  balneoloji  əhəmiyyətli  mineral 

sular  hələ  ki  genişmiqyaslı  istifadəsini  tapmamışdır. 

Çələkən yarımadasındakı  müalicə əhəmiyyətli  palçıq 

ehtiyatları  da eyni vəziyyətdədir.

Xəzər  dənizinin  bütövlükdə  şərq  sahillərində  ol- 

.duğu  kimi,  burada  da  ərazinin  mənimsənilməsi  yo­

lunda  həllini  tələb  edən  ən  vacib  məsələlərdən  biri 

bölgənin şirin su problemidir.  Bu  sahədə uğurlu irəli­

ləyiş kimi dəniz suyundan şirin su alınması üçün lazı­

mi  avadanlığın  quraşdırılması  və  istismarını  göstər­

mək olar.

Xəzərsahili ərazilərdə rekreasiya  təsərrüfatının in­

kişaf səviyyəsi  göstərir  ki,  müalicə  əhəmiyyətli  zən­

gin mineral və termal suların Xəzər boyunca geniş şə­

kildə  yayılmasına  və  bütövlükdə  əlverişli  təbii  iqlim 

şəraitinin  olmasına  baxmayaraq,  regionda  bu sahənin 

potensial  imkanlarından  çox  aşağı  səviyyədə  istifadə 

edilir.  Eyni zamanda, təbii mühitin mühafizəsi məsə­

lələrinə  də  lazımi  diqqət  verilmir.  İnanmaq  istəyirik 

ki,  neft sektoruna ayrılan  investisiyalar gələcəkdə tə­

biətin  mühafizəsi  məsələlərinin  yoluna  qoyulması 

üçün  şərait yaradacaq, Xəzər dənizində və onu əhatə 

edən  ərazilərdə  ekoloji  gərginlik  azalacaq,  bu  isə  öz 

növbəsində regionda rekreasiya təsərrüfatının  inkişa­

fına müsbət  təsir götərəcək.

67

XƏZƏR  REGİONUNDA 

NƏQLİYYATIN  İNKİŞAFI  v; 

ONUN  ƏTRAF  MÜHİTƏ  T(



Xəzər dənizi və onu əhatə edən ərazilər nəqliyyat 

infrastrukturunun  inkişafına  görə,  demək  olar,  “yeni 

renessans”  dövrünü  keçirir.  Regional  çərçivədən  kə­

nara çıxan iri  beynəlxalq layihələrin həyata keçirilmə­

si  nəqliyyatın  da  müvafiq  səviyyədə  inkişafını  tələb 

edir. Buna görə müxtəlif beynəlxalq qurumlar nəqliy­

yatla  bağlı  layihələrə həvəslə dəstək verirlər.

Məlumdur  ki,  Xəzər  dənizinin  coğrafi  mövqeyi, 

Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrinin  geosiyasi  ə h ə ­

miyyəti və regionda aşkar edilmiş zəngin neft-qaz e h ­

tiyatları iri dövlətlərin  marağına səbəb olmuşdur.  N ə ­

ticədə  transmilli  şirkətlər  regionda  fəaliyyətə  başla­

mış  və  iri  maliyyə  qurumlarının  dəstəyi  ilə  böyük 

nəqliyyat layihələrini həyata keçirməyə nail olmuşlar.

Xəzər dənizində əsas nəqliyyat növü,  aydın  məsə­

lədir ki,  dəniz  nəqliyyatıdır.

Limanların  rekonstruksiyası  nəqliyyat  əlaqələri­

nin  coğrafiyasının  genişlənməsinə  birbaşa  təsir  edir. 

Bununla  yanaşı,  ticarət  əlaqələrinin  həcmi  sahilyanı 

dövlətlərin  təsərrüfatlarının  ixtisaslaşmasından  asılı­

dır.  Belə  ki,  Xəzərin  şimal  limanlarından  cənub  isti­

qamətinə (Aktau - Ənzəli,  Türkmənbaşı  - Neka,  Ma- 

haçqala  -  Neka)  əsasən  neft  məhsulları  və  xam  neft 

daşınılır. Şərq - qərb istiqamətində isə karbohidrogen 

xammalı  ilə yanaşı,  pambıq  və digər kənd  təsərrüfatı 

məhsulları  da nəql edilir.

Xəzər  dənizinin  Qərblə  Şərq  arasında  yerləşməsi 

regiondan  keçən  nəhəng  Avropa  -  Qafqaz  -  Mərkəzi 

Asiya  nəqliyyat  dəhlizinin  yaradılmasına  səbəb  ol­

muşdur.  1993-cü  ilin  may  ayında  Avropa  İttifaqının 

mənzil-qərargahı  Brüsseldə  TRASEKA  (Transport 

Corridor  Europe  Caucaus  Asia)  beynəlxalq  nəqliyyat 

dəhlizi  vasitəsilə  Avropaya  çıxışı  təmin  edən  Böyük 

İpək  yolu  layihəsi  özünün  inkişafı  üçün  lazımi  bey­

nəlxalq  dəstək əldə etmişdir.  Xəzər dənizinin  liman­

ları  vasitəsilə  daşınan  yüklərin  həcmi  ildən-ilə 

artmaqdadır.  Belə  ki, TRASEKA  beynəlxalq  nəqliy­

yat  dəhlizi  üzrə  Asiyadan  Avropaya  1995-ci  ildə  əgər 

355  min  ton  yük  daşınmışdısa,  artıq  1999-cu  ildə  bu 

rəqəm 4,8 mln. tona, 2002-ci ildə isə  12 mln. tona çat­

mışdır.  Təbii  ki,  yükdaşımaların  bu  istiqamətdə  in­

tensiv  artımı  Xəzərin  əsas  limanları  olan  Bakı, 

Türkmənbaşı və Aktau  hesabına mümkün olmuşdur.

Kommersiya  cazibədarlığı  ilə  fərqlənən  TRASEKA 

layihəsinə  müxtəlif iri  maliyyə qurumları  dəstək ver­

mişlər.  Onlardan  Avropa  Yenidənqurma  və  inkişaf 

Bankını,  Dünya  Bankını  xüsusi qeyd etməyə dəyər.

Xəzər  dənizi  sahilində  yerləşmiş  dəniz  limanları­

nın  əksəriyyəti  çoxfunksiyalı  nəqliyyat  qovşağı  kimi 

bir  neçə  nəqliyyat  növünü  özündə  birləşdirmişdir.

Nəqliyyat  qovşağında  müxtəlif  nəqliyyat  növlərinin 

cəmləşməsi  yiikdaşımalarda  yüksək  iqtisadi  səmərə 

versə  də,  ərazidə  ekoloji  gərginliyin  yaranmasına  sə­

bəb  ola  bilər.  Odur  ki  nəqliyyatın  sahil  ərazilərində 

fəaliyyəti  ilə bağlı ətraf mühitin  mühafizəsi  məsələlə­

rinin həllinə xüsusi nəzər yetirilməsi tələb olunur.  Li­

manda dəmiryol  bərəsinin  fəaliyyəti  bu  məsələni  da­

ha  da aktuallaşdırır.  Son  on  il  ərzində  Xəzər dənizin­

də olan dəmiryol  bərəli  limanların  sayı  2  dəfə artaraq 

6-ya çatmışdır.  Təxminən  bir o qədər də sahildə neft 

terminallarının  sayı  artmışdır.  Dəniz  akvatoriyasında 

yük dövriyyəsinin artması isə ətraf mühitə neqativ tə­

sirin də xeyli  güclənməsinə səbəb olmuşdur.

Nəqliyyat  əlaqələrinin  genişləndirilməsi  məqsədi 

ilə hələ  1997-ci  ildə Azərbaycan, Türkmənistan, Özbə­

kistan və Gürcüstan arasında dəmir yollarının istismarı­

na  dair  əməkdaşlıq  haqqında  razılaşma  imzalanmışdır. 

Sonralar buna Qırğızıstan, Qazaxıstan, Ukrayna,  Bolqa­

rıstan  və  Rumıniya da qoşuldular.  Razılaşmaya əsasən, 

gömrük  tariflərinin  50%  azalması  nəzərdə  tutulurdu. 

Eyni  zamanda,  iştirakçı-ölkələrin  yükləri  üçün  nəqliy­

yat xidmətlərində müxtəlif imtiyazlar veriləcəkdir.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə