Coğrafiya
və təbii resurslar, №1, 2015
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
93
dımlıda və Lerikdə daha yüksək – müvafiq olaraq
88,6% və 90,2% təşkil edir.
Cədvəl 1
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda kənd əhalisinin dinamikası
Qeyd: Cədvəl Dövlət Statistika Komitəsinin materialları (Azərbaycanın əhalisi. 1995-2013 (illik bülletenlər); Azərbaycan
Respublikası əhalisinin 1989-cu, 1999-cu və 2009-cu illər üzrə siyahıyaalınması) əsasında tərtib olunmuşdur.
Cədvəl 2
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda ən iri kəndlərin əhalisi
Qeyd: Cədvəl Azərbaycan Respublikası əhalisinin 1999-cu və 2009-cu illərin siyahıyaalınması materialları əsasında tərtib
olunmuşdur.
Son əhali siyahıyaalınmasının nəticələrinə
görə, iqtisadi rayonun ən iri kənd yaşayış məntə-
qəsi 8 min nəfərdən çox sakini olan Ərçivan (As-
tara rayonu) olmuşdur. Sonraki illərdə Ərçivana
qəsəbə statusu verilmişdir. Hazırda regionda ən iri
kənd yaşayış məntəqəsi Lənkəran rayonunun Bo-
ladı kəndidir (cədvəl 2).
Cədvəl 2-dən də göründüyü kimi, iqtisadi
rayonun ən iri kəndlərinin böyük əksəriyyəti üç
rayonun – Cəlilabad, Astara və Lənkəranın payına
düşür. Masallı rayonunun Dadva kəndi istisna ol-
maqla, bütün iri kəndlərdə əhalinin sayı artmışdır.
Digah, Mamusta, Şağlaser, Uzuntəpə kimi kənd-
lərdə əhali artımı daha sürətli getmişdir.
Dağlıq rayonlar olan Lerik və Yardımlıda
iri kəndlər nisbətən azdır. Bu rayonlarda əhalisi
hətta 3000 nəfərdən artıq olan heç bir kənd yox-
dur. Lerik rayonunda ən iri kəndlərdən Pirəsora
(2580 nəfər), əhalisi 1300-2000 nəfər arasında
olan Çayırd, Orand, Cəngəmiran, Soru və s. kənd-
Ərazi
Ə h a l i n i n s a y ı (m i n n ə f ə r)
Artım (faiz)
1989
1999
2005
2009
2013
1989-
2009
2009-
2013
Lənkəran-Astara iqtisadi
rayonu,
447,7
563,0
601,5
618,3
644,8
38
4,2
o cümlədən:
Astara
rayonu
53,6
65,8
71,2
74,1
69,2
44
0,9
Cəlilabad rayonu
96,7
122,6
132,3
136,4
144,1
41
5,6
Lənkəran rayonu
90,9
112,8
116,8
122,9
130,5
35
6,2
Lerik rayonu
48,0
56,7
62,7
67,2
70,7
40
5,2
Masallı rayonu
121,9
159,6
168,1
166,2
175,7
36
5,7
Yardımlı rayonu
36,6
45,4
50,4
51,5
54,6
41
6,0
Kəndin adı
(aid olduğu rayon)
Əhalinin sayı
(nəfər)
10 ildə
artım
(%)
Kəndin adı
(aid olduğu rayon)
Əhalinin sayı
(nəfər)
10 ildə
artım
(%)
1999
2009
1999
2009
Boladı (Lənkəran)
7742
8435
9,0
Şahağac (Astara)
4213
4621
9,7
Alar (Cəlilabad)
6210
7146
15,1
Vilvan (Lənkəran)
4177
4540
8,7
Uzuntəpə (Cəlilabad)
5686
6646
16,9
Şağlaser (Lənkəran)
3682
4502
22,3
Günəşli (Cəlilabad)
5749
6176
7,4
Privolnoye (Cəlilabad)
4235
4484
5,9
Üçtəpə (Cəlilabad)
5420
6021
11,1
Ocaqlı (Cəlilabad)
3811
4167
9,3
Şiyəkəran (Astara)
4587
5041
9,9
Sütəmürdov (Lənkəran)
3684
3949
7,2
Pensər (Astara)
4751
5023
5,7
Sabirabad (Cəlilabad)
3308
3816
15,4
Girdəni (Lənkəran)
4546
5014
10,3
Digah (Masallı)
2372
3780
59,4
Mamusta (Lənkəran)
3190
4704
47,5
Viravul (Lənkəran)
3323
3659
10,1
Dadva (Masallı)
5053
4622
–9,3
Maşlıq (Cəlilabad)
3279
3654
11,4
Coğrafiya və təbii resurslar, №1, 2015
94 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
ləri qeyd etmək olar. Yardımlıda isə 1500-2000
nəfər sakini olan Bozayran, Ostayır, Kürəkçi,
Ərus, Köryədi, Şəfəqli kəndləri fərqlənir.
Keçən əsrin 90-cı illərində Lənkəran-Astara
iqtisadi rayonunda doğum və təbii artım əmsalları
azalmışdır. Bununla belə, fikrimizcə, müasir dövr-
də iqtisadi rayon üzrə əhalinin təbii hərəkət gös-
təriciləri demoqrafik inkişaf və demoqrafik poten-
sialın güclənməsi baxımından əlverişli sayılma-
lıdır. Məsələn, 2012-ci ildə iqtisadi rayonun kənd
yerləri üzrə əhalinin 1000 nəfərə doğum, ölüm və
təbii artım əmsalları orta müvafiq surətdə 21,6,
5,0 və 16,6-ya bərabər olmuşdur. Çoxillik statistik
materialların təhlili göstərir ki, regionun ümumi
əhalisi hər il ən azı 11-13 min nəfər, kənd əhalisi
isə ən azı 9-10 min nəfər artır. Regionda doğum
və təbii artımın səviyyəsi onun insan resursları ilə
qənaətbəxş təmin olunmasına imkan verir.
Ümumiyyətlə, Lənkəran-Astarada kənd
əhalisinin çoxluğu və yüksək sıxlığı burada tor-
paqdan istifadəni intensivləşdirir. Əhali tərəfindən
mənimsənilən ərazilər getdikcə genişlənir. Tədqi-
qatlarda regionun torpaq ehtiyatlarının məhdud-
luğu nəzərə alınaraq, onun ərazisində infrastruktur
obyektlərinin yeraltı inşasının
zəruri olduğu göstə-
rilir (Əyyubov, Paşayeva, 2013).
Kəndlərin böyüməsi, onların sahəsinin ge-
nişlənməsi şəraitində yaşayış məskənləri ətrafında
məişət tullantılarından ibarət zibilxanalar yaran-
mışdır. Bununla bərabər, rekreasiya məqsədi ilə
sosial infrastruktur obyektlərinin tikilməsi nəticə-
sində meşələrə ziyan dəyir. Bu kimi problemlər
iqtisadi rayonda torpaq ehtiyatlarından səmərəli
istifadə olunması, onların qorunması məsələlərinə
diqqəti artırır.
Nəticə
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda
kənd məskunlaşmasına dair apardığımız tədqi-
qatın əsas nəticələri kimi aşağıdakıları qeyd etmək
olar.
İqtisadi rayonda kənd əhalisinin sıxlığı nis-
bətən yüksəkdir. Regionda ən az mənimsənilən
ərazilər yüksək dağlığı, həmçinin milli parkların
və Qızılağac körfəzi sahillərinin ərazisini əhatə
edir. Eyni zamanda, lokal məskunlaşma arealları
arasında kənd əhalisinin sıxlığına görə böyük
fərqlər müşahidə olunur. İnzibati rayonların əra-
zisi daxilində də kənd əhalisinin məskunlaşma-
sında qeyri-bərabərlik özünü büruzə verir. Kənd
məskunlaşmasına ərazinin relyef şəraiti və torpaq
örtüyünün məhsuldarlığı kimi təbii amillər daha
güclü təsir göstərir.
Region ərazisində 130-dək kəndin 200-ə
qədər, 320-dən çox kəndin 1000 nəfərədək sakini
vardır. Belə bir şəraitdə kiçik kəndlərin demoq-
rafik inkişafının tənzimlənməsi və həmin inkişafın
davamlılığına nail olunması vacibdir.
İqtisadi rayonda kəndlərin ümumi əhalisi-
nin artım tempi son onilliklərdə azalsa da, iqtisadi
rayonun xüsusən düzən sahələrində təbii şəraitin
və ehtiyatların məskunlaşma üçün əlverişli olması
ilə əlaqədar, burada ərazinin mənimsənilməsi
getdikcə intensiv xarakter alır. Belə ki, son illərdə
torpaqların özəlləşdirilməsi ilə kəndlilərə məxsus
torpaq sahələri artmış, bitkiçilik və heyvandarlıq
fəaliyyəti genişlənmiş, bununla bərabər, iqtisadi
rayonda çoxlu fərdi yaşayış evləri, villalar, çoxlu
istirahət-turizm mərkəzləri, digər infrastruktur
obyektləri tikilmişdir. Bununla da boş, mənimsə-
nilməyən ərazilər tədricən azalmış və təbiətə an-
tropogen təsir güclənmişdir.
Təkliflər
1. Lənkəran-Astara iqtisadi-coğrafi rayo-
nunda kənd əhalisinin ərazi üzrə proporsional və
səmərəli yerləşməsinin təmin edilməsi, məs-
kunlaşma və ərazinin mənimsənilməsi prosesində
yaranmış kəskin fərqlərin azaldılması regionun
davamlı demoqrafik inkişafının tərkib hissəsi
hesab edilməlidir.
2. Əhalinin ¾-nün
kənd sakinlərindən ibarət
olduğu iqtisadi rayonda dağlıq və dağətəyi
ərazilərin mənimsənilməsi çox vacibdir. Düzən və
sahilə yaxın ərazilərdə artıq formalaşmış kənd
aqlomerasiyaları mövcuddur. Əhalisi onsuz da
çox sıx olan Masallı və Lənkəran rayonları
əhalisinin dağ kəndlərinin sakinləri hesabına
kütləvi və kortəbii məskunlaşması məqbul de-
yildir. Dağlıq ərazilərdə isə pərakəndə yerləşmiş
kəndlər çoxdur. Onların davamlı inkişafı sosial-
iqtisadi, infrastruktur və nəqliyyat problemlərinin
vaxtında və məqsədəuyğun həll olunmasından
asılıdır. Dağlıq və dağətəyi ərazilərdəki inzibati
rayon mərkəzlərinin istehsal və qeyri-istehsal
sahələrinin kənd əhalisinin ehtiyaclarına cavab
verəcək şəkildə inkişaf etdirilməsi çox vacibdir.
Qeyd edilən bu problemlər həll olunmazsa, dağlıq
rayonlardan insanlar kütləvi şəkildə düzən ra-
yonlarına köçməkdə davam edər və bu prosesin
qarşısını almaq çətinləşə bilər.
3. Fikrimizcə, ərazinin məhdudluğu və əha-
linin nisbətən yüksək sıxlığı şəraitində kənd
təsərrüfatı ekstensiv yolla inkişaf etmiş Lənkəran-
Astarada yeni əkin sahələrinin salınması, plantasi-
yaların genişləndirilməsi deyil, məhsuldarlığın
yüksəldilməsi daha vacibdir.
4. İqtisadi rayonun əlverişli təbiəti, gözəl
meşə landşaftı olan ərazilərdə yerləşən nisbətən
qədim yaşayış məntəqələrində təbiət və kənd
(yaşıl) turizminin inkişafı üçün əlverişli şərait var-
dır. Xüsusilə əhalisi çayçılıq və subtropik meyvə-