Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 53 
 
və müvafiq olaraq, 0,3 və 1,3 günə bərabər olmuş-
dur. Deməli, yay fəsillərində həm şimaldan cənuba, 
həm də qərbdən şərqə doğru güclü küləkli günlərin 
sayı azalmışdır. 
Payız fəsilində Ənzəli akvatoriyasının qərb və 
şərq hissələrində güclü küləkli günlərin sayı artmış 
və müvafiq olaraq 4,8 və 1 günə, cənub-şərq akva-
toriyasında isə nisbətən azalma baş vermiş və 1 gü-
nə bərabər olmuşdur. Bu fəsildə akvatoriyada güc-
lü küləklərin  paylanması yaz fəslindəkinə oxşar-
dır. 
Qış fəsilində güclü küləkli günlərin sayı payıza 
nisbətən artmış (33 gün), amma  yaydakından çox 
olmamışdır.  Ənzəli  akvatoriyasının  qərb  və  şərq 
hissələrində  və  cənub-şərq  akvatoriyasında  güclü 
küləkli günlərin sayı əvvəlki fəsillərə nisbətən ar-
tım olmuş və müvafiq olaraq 7; 1,5 və 1,8 günə çat-
mışdır 
Güclü  küləklərin  çoxillik  paylanması  Ənzəli 
akvatoriyasının qərb hissəsində 20, şərq hissəsində 
3,5, cənub-şərq akvatoriyasında  isə 4,2 günə bəra-
bər olmuşdur. Bu isə onu göstərir ki, Ənzəli akva-
toriyasının  qərb,  şərq  hissələrində  və  cənub-şərq 
akvatoriyasında il ərzində müvafiq olaraq 2; 0,4 və 
0,5 gün güclü küləkli keçmişdir (şəkil 5). 
 
Ənzəli və Cənub-şərq akvatoriyalarının kü-
lək rejimi arasındakı əlaqələr. Tədqiqat akvato-
riyalarındakı külək rejimi 4 məntəqənin analoq kü-
lək  sıralarının  təhlili  ilə  aparılmışdır.  Bu  məntə-
qələr arasındakı məsafələrə diqqət yetirsək, görərik 
ki, meridian üzrə məntəqələr arasındakı məsafələr 
bir-birlərinə  bərabər  olub,    təxminən  111  km-dir. 
38-ci  və  39-cu  paralellərdə  yerləşən  məntəqələr 
arasındakı  məsafələr  isə,  paralel  qövsünün  1
0
-lik 
uzunluğu düsturu vasitəsilə hesablanmış və  müva-
fiq olaraq, 87,65 və 86,43 km-ə bərabər olmuşdur 
[4]. 
Ənzəli akvatoriyasının qərb, şərq, cənub hissə-
lərinin  və  cənub-şərq  akvatoriyasının  çoxillik  kü-
lək rejiminin orta sürətləri hesablanmış və müvafiq 
olaraq 4.4, 2.9, 1.2 və 3.0 m/s-yə təşkil etmişdir [5]. 
R.M. Məmmədovun hesablamalarında isə bu gös-
təricilər 4,0-4,5 m/s aralığında dəyişir [1]. 
Seçilmiş məntəqələr Xəzər dənizinin cənubunu 
tam əhatə etdiyindən məntəqələrdəki külək rejim-
inin istiqamət və sürəti arasındakı əlaqələrin möv-
cudluğunu  bildirən  cüt  korrelyasiya  əmsalları  da 
hesablanmışdır [5].  
Hesablamalardan  Ənzəli  akvatoriyasının  qərb 
hissəsindəki küləyin sürəti ilə şərq hissəsindəki kü-
ləyin sürəti arasında yaxşı korrelyasiya əlaqəsinin 
mövcud olduğu aşkar edilmişdir. Bu isə adı çəkilən 
akvatoriyanın qərb və şərq hissələrindəki külək sü-
rətinin  bir-birinə  çox  yaxın  olmalarının  göstərici-
sidir.  Digər  bir  zəif  əlaqənin  isə  cənub  hissəsi ilə 
şərq hissəsindəki küləklərin istiqamətləri arasında 
olduğu  aşkar  edilmişdir.  Qum  adası  rayonundakı 
küləklərin  sürəti  ilə  Ənzəli  akvatoriyasının  qərb 
hissəsindəki küləklərin sürəti arasında çox zəif əks-
əlaqənin  olduğu  da  hesablamalardan  məlum  ol-
muşdur.  
Ümumiyyətlə,  Xəzərin  cənubunda  müşahidə 
edilən küləklərin istiqamətləri arasında zəif korrel-
yasiya əlaqəsinin və hətta əks-əlaqənin olması ak-
vatoriyada külək istiqamətlərinin dəyişkənlik gös-
təricisidir.  Digər hallarda da istər istiqamət, istərsə 
də sürət sıraları arasında çox zəif müsbət əlaqənin 
olduğu hesablamalardan alınmışdır. Bütün bu kə-
miyyətlər  onu  göstərir  ki,  akvatoriyadakı  külək 
rejimi müxtəlifdir. Bu kimi təhlillə yanaşı, akvato-
riyada  qısamüddətli  (1-3  gün)  davam  edən  güclü 
küləklərin (1997-ci il 19-23 mart) istiqamət və sü-
rətləri arasındakı cüt korrelyasiya əmsalları hesab-
lanmışdır. Bu zaman Qum adasında müşahidə olu-
nan  küləyin  sürəti  və  istiqaməti  ilə  Ənzəli  və  cə-
nub-şərq akvatoriyalarındakı küləklərin sürət və is-
tiqamətləri arasında çox zəif əlaqənin olduğu aşkar 
edilmişdir. 
Nəticə. Ənzəli və cənub-şərq akvatoriyalarının 
çoxillik külək rejiminin sürət və istiqamətləri ara-
sındakı mövcud əlaqələrin kəmiyyət göstəricilərinə 
əsasən,  demək  olar  ki,  Cənubi  Xəzərə  daxil  olan 
güclü küləklər Xəzərin cənubunda əhəmiyyətli də-
rəcədə həm istiqamət, həm də sürət dəyişmələrinə 
məruz qalır və hətta əks-istiqamətli küləklər də mü-
şahidə  olunur. 
 
ƏDƏBİYYAT 
1.  Məmmədov  R.M.  Xəzər  dənizinin  hidrometeo-
roloji atlası. Bakı, “Nafta-Press” ,2014. 300 c. 
2. Монографический справочник. Том IV.  Кас-
пийское море (Под ред. Ф.С. Терзиева, А.Н. Косаре-
ва, А.А. Керимова). Санкт – Петербург. Гидрометео-
издат, 1992 г., 360 с.  
Şəkil 5. Ənzəli və cənub-şərq akvatoriyalarında 
güclü küləklərin çoxillik dövrdə təkrarlanması, 
günlə
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
54                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
3.  Мадат-заде  А.А.  Синоптико–климатическое 
районирование  Каспийского  моря.  Тр.  Ин-та  гео-
графии АН Азерб. ССР, Т. IV, Баку 1954 г. с. 11-20. 
4.  Paşayev  A.M.,  Məmmədov  Q.S.,  Quliyev  H.İ., 
Əhmədov İ.H. Aeronaviqasiyada kartoqrafik proyeksi-
yalar., “Nafta Press ”., 2006-cı il,303 səh. 
5. Рождественский А.В., Чеботарев А.И. Статис-
тические  методы  в    гидрологии.  Л:  Изд-во  Гидро-
метеоиздат, 1974-416 с. 
 
THE PERENNIAL WIND REGIME IN THE 
ANZALI AND SOUTH-EAST WATERS OF THE 
CASPIAN SEA 
Z.S.Allahverdiyev 
The article has been  devoted to the research of the 
perennial  wind  regime  in  the  Pahlavi  and  South-East 
waters of the Caspian Sea. 
In  the  research  have  been  implemented  calculation 
of the perennial wind both directionally and speed divi-
sionally, their seasonal iteration, investigated their dis-
tribution  regularity.  Have  been  inspected  the  intercon-
nection between the wind regimes of the nearby stations 
and their simultaneous distribution. 
 
МНОГОЛЕТНИЙ РЕЖИМ ВЕТРА В  
АНЗАЛИ И ЮГО-ВОСТОЧНОЙ 
АКВАТОРИЯХ КАСПИЙСКОГО МОРЯ 
З.С.Аллахвердиев 
Статья  посвящена  исследованию  многолетнего 
ветрового режима в Пехлеви и юго-восточной аква-
ториях Каспийского моря.  
В работе произведен расчет многолетнего ветра 
по направлениям и скоростям, их сезонной повторя-
емости,  исследованы  закономерности  их  распреде-
ления. Рассмотрена взаимосвязь режима ветра близ-
лежащих станций и их синхронное распределение. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə