Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
55
TURİZM COĞRAFİYASI
© S.H.Bağırlı
AZƏRBAYCANIN ƏSAS MÜALİCƏ TURİZM EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏ
S.H.Bağırlı
Azərbaycan Turizm və Menecment Universiteti,
Bakı ş. K.Rəhimov küç. 822/823
sara_baghirli@yahoo.com
Müalicə-sağlamlıq turizminin əsasını təbii turizm ehtiyatları və müasir texnoloji avadanlıqlar,
peşəkar kadrların fəaliyyət göstərdiyi xəstəxanalar təşkil edir. Azərbaycanda müalicəvi turizm po-
tensialı mineral-termal sular, mağara şəraitində, neft, palçıq, dərman bitkiləri kimi digər təbii vasi-
tələrlə müalicə imkanlarının olması ilə xarakterizə olunur. Məqalədə qeyd olunan turizm ehtiyatları,
onlardan istifadə imkanları, həmçinin istifadə edilməsində qarşıya çıxan problemlər, bu problemlə-
rin həlli yolları göstərilmiş və təkliflər irəli sürülmüşdür.
Giriş. Müalicə-sağlamlıq turizminin inkişafı tə-
bii turizm ehtiyatlarının olması ilə bağlıdır. Bu sa-
hənin fəaliyyətində mövsümilik amilinin təsiri hiss
olunmur, uzunmüddətliliyi, təşkili üçün xüsusi və
çoxsaylı maddi-texniki baza və peşəkar kadrlar tə-
ləb edilir. Müalicə-sağlamlıq turizminin hər hansı
bir ölkədə, turizm destinasiyasında formalaşması
və inkişafı iki amilin mövcudluğundan və təşkilin-
dən asılıdır. Bunlardan biri təbii resurslar və onun
əsasında qurulan infrastruktur, digəri isə elm və
texnologiyanın, eləcə də peşəkar ixtisaslı kadrların
köməyi ilə fəaliyyət göstərən müasir standartlı mü-
alicə ocaqları olan xəstəxanalardır [7]. Məhz bu
xüsusiyyətlərə əsasən də müalicəvi turizmin kurort
və kliniki turizm növləri ayrılır.
Azərbaycanın təbii müalicəvi turizm resursları
burada mineral və termal sular, mağara şəraitində,
neft, palçıq, dərman bitkiləri kimi digər təbii vasi-
tələrlə müalicə üsullarının tətbiqinə imkan verir.
Bu resursların ölkənin ayrı-ayrı regionları üzrə
paylanması müxtəlif təbii amillərdən asılıdır. Mi-
neral və termal sular ehtiyat və istifadə baxımından
ən çox Naxçıvan Muxtar Respublikası, Kəlbəcər
rayonu, ölkənin qərbində yerləşən Qazax, Tovuz,
Gədəbəy, Daşkəsəndə geniş yayılmışdır. Mineral
sular əsasən Kiçik Qafqazda və Naxçıvanda, termal
sular isə cənub zonasında və Abşeronda çoxluq təş-
kil edir. İqlimlə müalicə baxımından əhəmiyyət da-
şıyan mikroiqlim ehtiyatları Abşeron, Aran, Şab-
ran-Giləzi rayonlarında daha əlverişlidir. Marxal,
Çüxuryurd, Qonaqkənd, Qəçrəş kimi ərazilərdəki
hava şəraiti də oksigenin bol olması ilə əlaqədar
aeroterapiya prosedurunun aparılmasına, eləcə də
ürək-damar sistemi xəstəliklərinin müalicəsinə şə-
rait yaradır.
Digər tərəfdən, Culfada mövcud olan isti və qu-
ru hava şəraiti burada uroloji xəstəliklərin müalicə-
sinə imkan verir. Dəniz iqlimi kurortları, palçıqla
müalicə isə Xəzər sahili ərazilərdə yayılmışdır. İs-
tər dəniz iqlimi, istərsə də palçıqla müalicə üsulları
burada sinir, tənəffüs
və ürək-damar sistemi xəstə-
liklərinin
müalicəsində səmərəlidir
.
Abşeron
yarım-
adasının
şimal hissəsində Novxanı, Bilgəh, Pirşağı,
şimal-şərqində Zağulba, Buzovna, Şüvəlan, Mər-
dəkan, cənubunda isə Sahil, Hövsan və Şıx kurort
zonalarında kompleks kurort amilləri, dəniz sahil-
lərində yaradılmış sanatoriya, pansionat, istirahət
mərkəzləri də müalicəvi turizm baxımından ol-
duqca qiymətlidir və əsas etibarilə bu zonalar mə-
də-bağırsaq, dayaq-hərəkət, ürək-damar sistemi
xəstəliklərinin müalicəsi üçün səmərəli hesab olu-
nurlar [2, s.182-193].
Yuxarıda adları çəkilən ehtiyatlarla yanaşı,
Azərbaycanda sağlamlıq turizminin perspektivləri
məhz neftlə və mağara şəraitində müalicəyə əsas-
lanmalıdır. Neftlə müalicə Naftalanda, mağara şə-
raitində təbii duzla müalicə isə Duzdağda həyata
keçirilir. Bu mərkəzlər təkcə ölkəmizdə deyil, dün-
yanın bir çox regionlarında da tanınmışdır.
Müalicəvi turizm resurslarının çoxsaylı olması-
na baxmayaraq, ölkədə əsas ehtiyatlar kimi məhz
mineral və termal suların bir qismi, palçıq və neft
üsulu ilə müalicə, eləcə də karst mağarasında mü-
alicə metodları digər resurslarla müqayisədə daha
çox istifadə edilir. Bu nöqteyi-nəzərdən Azərbay-
canın əsas müalicə turizm mərkəz və ya
obyektləri
kimi Duzdağı, Naftalanı və mineral suları qeyd et-
mək lazımdır.
Tədqiqatın əsasları. Adı çəkilən təbii resursla-
rın zənginliyi ölkəmizdə müalicə-sağlamlıq turiz-
minin geniş potensialı və perspektivi olduğunu
göstərir. Bu baxımdan Azərbaycanın təbii müalicə
ehtiyatlarının araşdırılması, onlardan turizm məq-
sədilə istifadənin və bu zaman üzə çıxan çatışmaz-
lıqların araşdırılması aktual məsələlərdəndir. Təd-
qiqatın əsas məqsədi və obyekti təbii-müalicə ehti-
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
56 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
yatlarından istifadədə yaranan problemlərin öyrə-
nilməsi və onların istifadəsinə mane olan amilləri
müəyyənləşdirməkdən, həlli yollarını göstərmək-
dən ibarətdir.
Hazırda dünyada fərqli təbii müalicə üsulları
geniş yayılmışdır. Bunlardan mağara şəraitində tə-
bii müalicə metodunu xüsusilə qeyd etmək olar.
Mağaraların geoloji quruluşundan asılı olaraq bu-
rada fərqli xəstəliklərin müalicəsi aparıla bilər. Ma-
ğara turizmi və ya speleoturizm növünün məqsədi
mağaralarla maraqlanan şəxsləri bu relyef formala-
rı ilə tanış etmək, orada araşdırma aparmaq, gör-
mək, quruluşu haqqında yeni məlumatlar əldə et-
mək imkanının yaradılmasıdır.
Ölkəmizdə mağara şəraitində müalicə imkanı
tətbiq edilir ki, bunun da əsas nümunəsi yalnız
Azərbaycanda deyil, eləcə də dünyada tanınan
Duzdağdır. Duzdağ Naxçıvan Muxtar Respublika-
sı ərazisində yerləşən çoxsaylı, lakin xarakter eti-
barilə analoqu olmayan müalicə mərkəzlərindən
biri hesab edilir. Duzdağ Fizioterapiya Mərkəzi
adlandırılan bu müalicəvi duz şaxtası 1979-cu ildə
Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında
qədim duz mədənlərinin bazası əsasında təşkil
olunmuşdur. Naxçıvan Fizioterapiya Xəstəxana-
sında xəstələr ən əvvəl 2-3
gün xəstəxana ərazisin-
də adaptasiya olunurlar. Bundan sonra saat 18:00-
dan – 8:00-a qədər böyüklər 20-24 seans, uşaqlar
isə 14-18 seans yeraltı şöbədə müalicə alırlar. Bu
müddət xəstəliyin ağırlığından, xəstəliklərdən,
ümumiyyətlə, xəstənin səhhətindən asılı olaraq də-
yişilə bilir. Bundan əlavə, müşahidələrə və mərkəz-
dən verilən məlumata əsasən, qeyd etməliyik ki, la-
zım gəldikdə xəstələr dərman preparatları ilə təmin
edilir, fizioproseduralar aparılır, masaj xidmətləri
göstərilir.
Bununla belə, mümkün qədər dərmanlardan az
istifadə etməyə üstünlük verilir. Speleoterapiya
xəstələrdə remissiya dövrü, yəni boğulma tutmala-
rının olmadığı sakit dövrdə tətbiq olunur. Duzdağ-
da bronxial astma (tənəffüs yollarının xəstəlikləri)
və ağciyər-bronx sisteminin digər qeyri-spesifik
xəstəlikləri müalicə olunur və əldə edilən məluma-
ta görə, müalicə başa çatdıqdan sonra uşaqlarda 80-
85%, böyüklərdə isə 65-70% yaxşılaşma müşahidə
olunur. Müqayisə üçün qeyd etməliyik ki, dünyada
karst mağaralarında müalicə üsulu olduqca az yer-
də tətbiq olunur; istər bu amil, istərsə də Duzdağda
müalicə effektivliyinin yüksək nəticəsi buranın öl-
kə turizmi üçün nə qədər böyük əhəmiyyətə malik
olduğunu bir daha sübut edir. Lakin bu turizm eh-
tiyatının dünyada kifayət qədər tanıdılmaması, rek-
lam işinin yaxşı təşkil edilməməsi kimi başlıca sə-
bəblərlə əlaqədar, burada xarici turist qəbulu azlıq
təşkil edir. Əsas turist kontingentini isə yerli əhali,
ölkə vətəndaşları, İran İslam Respublikası, Türkiyə
Cümhuriyyəti kimi qonşu ölkələrdən gələn turistlər
təşkil edir.
Digər tərəfdən, ölkəmizdə ən qiymətli təbii sər-
vətlərdən biri Naftalan nefti olub, Gəncə-Qazax iq-
tisadi rayonunun deyil, ümumilikdə Azərbaycanın
əsas təbii-rekreasiya ehtiyatlarından biri hesab edi-
lir. Mərkəz Gəncə şəhərindən 48 km cənub-şərqdə
yerləşir. Naftalan nefti ilə müalicə müddəti xəstələ-
rin vəziyyətindən və xəstəliklərin irəliləməsindən,
göstərişdən asılı olaraq 14-15 günlük nəzərdə tutul-
muşdur. Vannalar şəraitində müalicə müddəti 10-
15 dəqiqəlik seanslar şəklində həyata keçirilir və
80-85%-lik müsbət nəticə əldə edilir. Naftalan nef-
tinin köməyi ilə ümumilikdə 80-ə yaxın xəstəliyin
müalicəsi həyata keçirilir. Bunlardan xüsusilə sü-
mük-əzələ sistemi xəstəliklərində (revmatik, artrit,
travmatik artrit, miozit, epikondilit), sümük sınıq-
ları fəsadlarının aradan qaldırılmasında, hərəkət-is-
tinad, mədə-bağırsaq sistemi xəstəliklərində (xro-
niki qəbzlik, həzmin pozulması) nevroloji, damar
(qan dövranı pozğunluqları, ateroskleroz, varikoz
genişlənmə, flebit), uroloji, ginekoloji, qadın və ki-
şi cinsiyyət orqanı xəstəliklərinin, oynaq və oynaq-
ətrafı yumşaq toxuma xəstəliklərinin, infeksion
xəstəliklərin və dəri (dəmirov, allergik dermatitlər,
seboreya, keratodermiya, heyrodermit) xəstəlikləri
ilə yanaşı qaraciyər, radikulit, revmatizm kimi
dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində
böyük əhəmiyyət kəsb edir [1].
Əslində, Naftalanın müalicə ehtiyatından hələ
sovet dövründə də istifadə edilirdi. Buradan çıxan
neft digər ölkələrə göndərilərək müalicə məqsədilə
dərman preparatlarının hazırlanmasında
istifadə
olunurdu. Lakin təəssüf ki, turizm məqsədilə onlar-
dan geniş istifadə həmin dövrlərdə mümkün olma-
mışdır. Dünyada unikal olan bu neftin bazasında,
xüsusilə müstəqilliyimizin bərpasından sonrakı il-
lərdə müəssisələr yaradılmağa başlanmış, müalicə-
vi neftdən sağlamlıq turizmi məqsədilə istifadəyə
diqqət artırılmışdır. Bununla belə, fikrimizcə, bu
resursun əhəmiyyəti ilə müqayisədə ondan istifadə
məhduddur və dünyada istənilən səviyyədə tanın-
mır. Bu isə digər təbii turizm ehtiyatlarında olduğu
kimi, onların istifadəsində qarşıya çıxan əsas prob-
lemlərdəndir.
Qeyd olunduğu kimi, müalicəvi turizm baxı-
mından xüsusi əhəmiyyətli təbii resurslardan biri
balneoloji ehtiyatlar olan mineral və termal sular-
dır. Ölkəmizdə 1500-dən artıq mineral və termal su
mənbəyi vardır. Bunlar kimyəvi tərkibinə və xüsu-
siyyətlərinə görə fərqlənirlər. Ona görə də müxtəlif
istiqamətlərdə qruplaşdırılırlar. Bu təbii ehtiyatın
zənginliyinə baxmayaraq, təəssüf ki, yalnız 30 mi-
neral qrup su yatağında tam geoloji tədqiqat işi