Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
71
Əslində, bu hadisələr və toponimlər “Kitabi
Dədə Qorqud” dastanında real şəkildə öz əksini
tapmışdır. Bunları əyani şəkildə izləmək üçün
dastanın özünə müraciət edək.
Dastanda Qazan xan Salur oğlu Uruzun dalınca
at ilə Dərbəndə yollanır. Həmin ərazinin toponim-
ləri aşağıda verilmiş şeir parçasında aydın şəkildə
göstərilir:
Qalxıban
yerimdən duru gəldim,
Yelisiqara qazılıq atımı bütün mindim
Qara dağı dünən
keçdim
Ala dağın qobusun, Ala dağı
Dünən keçdim
Ərquru yatan Ala dağı keçdim
Kərklü-kürklü çayı dünən keçdim
Bir həftəyə Dərbəndə çatdım
Düşmən oraya qonmuş idi.
Bəli, bu toponimlər Ələt ilə Ağdərə arasında
(Xızı) rast gəlinən yerlərin adlarıdır.
İlkin olaraq, Qazi xan (Qazan) Qaradağı keçir.
Dastanın tədqiqatçıları “Qaradağ” toponimini ayrı-
ayrı ölkələrin ərazilərinə şamil edirlər. Ancaq
məsələyə başqa yöndən yanaşmaq lazımdır. Bu
adların ilkini o biri toponimlərlə ardıcıllıq təşkil
edir. Əslində, söhbət məhz həmin Qara dağdan
gedir.
Dastanda
qeyd
edilən
Qara dağ
müqəddəsliyə, xanəgaha bağlanan (xanəgah
dərvişlərin, rəislərin oturduğu yerə deyilir) Qara
dağdır ki, Ələtdən Mərəzəyə tərəf 60 km-likdə
yerləşir. Ondan sonra Qazi, yəni zolaq şəklində
olan dağ gəlir.
2-ci məna isə qalibiyyət döyüşü olan yeri bil-
dirir. Burada qədim qəbiristanlıqlar vardır (Ərəb-
qədim kəndinin arxasında. Mərəzə, Qobustan əra-
zisi). Qazi dağından sonra Ərquru yatan, Ala dağın
qobusu gəlir. Ərquru isə, əslində, Ərvahlar (yəni
ruhlar olan yer, muğamlarda Ruh Əl Ərvah mu-
ğamı) yatan Ala dağın ətəyi,
uzunluğu bir neçə km
olan qobudur (yarğan, dərə). Ala isə “müqəddəs
dağ” mənası verən yerdir ki, onun ətəyindəki mey-
danda, Demiskinin sözlərinə görə, persilər, yəni za-
hidlər, abidlər Piri Mərəzədə dini ayinlər keçirər-
mişlər. Qurbançı kəndindən Xızıya tərəf (bir neçə
km uzaqda) indi Qozlu çay kimi adlanan Kərkli
çay, sonra Ağdərə yaxınlığında Kürklü, (“Türklü”)
çayı gəlir. Qazan xan buradan dünən keçməklə
(doğrudan da, bu məsafə atla birgünlük yoldur) bir
həftəyə Dərbəndə çatır. Onu da deyək ki, Dərbənd
qapısına aparan dağ yolunun ətrafındakı ərazilərdə
qışlaqlar yerləşir. 2-ci bir tərəfdən, Qazılıq dağı ki-
mi verilən Baba dağına gedən yolda Şöklü Məlikin
qoşunları qoyunları aparmaq istəyir ki, bu da Mə-
rəzə ərazisində (Nərimankənd) Baba adlanan qə-
dim uca bir qalanın ətəyidir. Qaraca Çobanın qar-
daşları orada dəfn olunublar və indi bu qəbirlər zi-
yarətgahdır. Yerlərin əsl adı isə Şaibilər, Qaiblər
olmalıdır. Bundan əlavə, dastanda adı çəkilən Do-
nuzluq, İlanlı (ala ilanın məskəni) və b. yerlər də
məhz Qobustandadır. Dastanda verilən Qobustanın
Qönçə bulaq (Qonçu), Nuh, Musa bulağı kimi hid-
ronimlər də Qonçu qışlağındadır. Qanlı axar sular
Ceyrankeçməz çayına işarədir. Dəmyə yerə məx-
sus olan bu çayın suyu yayda qırmızı rəngə çalır.
Həmin ərazidə bu gün də axan təbii bulaqların izi
tarixin dərinliklərinə gedib çıxır. Mövlana (Molla)
bulağı Ala dağın aşağısında, Vəli bulağı Aladağın
solunda, Kükürdlü bulaq Qurbançı kəndinin arxa-
sında, Qaradağ, Qazi dağ, Ala dağ, Qaiblər-Şaiblər
dağı və onun arxasında bu gün də insanlara xidmət
edən Qarı körpüsü, yəni qədim körpü həm də Dəli
Domrulun körpüsüdür ki, Dərbənd qapısında, Dər-
bəndə gedən yolda öz ömrünü yaşamaqdadır. Bəli,
bu toponimlər kod açarları kimi bəyan edir ki, das-
tandakı hadisələr bu yerlərdə cərəyan edib, ilkin si-
vilizasiya da məhz buradan başlamışdır və əlamət-
ləri də təsdiqedici faktlar kimi qalmaqdadır. Yazda
da, qışda da buzu, qarı əriməyən Qazılıq dağının
adı çəkilir, bu da, təbii ki, Baba dağıdır. Ətrafı gül-
çiçəkli, ana südü kimi məlhəmli dağ çiçəkləri... Xı-
zırın, İlyasın yaralarını sarımaları məhz bu ərazidə
baş verib. Xızırın namazgahı xalqın dilində indi də
Çiçidə öz adı ilə qalmaqdadır [8].
Qaradonlu piri (Bəklə kəndi) – müqəddəslik
rəmzini daşıyır (qara “26” mənalı sözdür). Don isə
birbaşa qara paltar geyən (don kimi) dərvişlərə işa-
rədir. Pirlərin adı dərvişlərin toplandığı, ayinlərin
oxunduğu müqəddəs ziyarətgah ocağı anlamını ve-
rir.
Sarı pir (Bəklə kəndi) – “sarı” sözü sırf
atəşpərəstlərə, yəni günəşə səcdə edənlərə, ilkin
allaha itaət edənlərə bağlı sözdür. “Baş sarı tel”,
“simayi şəms” havaları ilə vəhdətdədir. Avestada
işlədilən sarı dəvə, ulduz və b. adlarla bağlı sözdür
ki, birbaşa İbrahimin dininə, zərdüştlərə bağlanır.
Gədəki piri - əslində, bu pirin adı gədəki deyil,
“Gərd”əki piri olmalıdır.
Gərd – gəzən, adlayan fələk mənasında. Yəni
günahları bağışlayan, ümid verən, acizliyi, zəifliyi
aradan götürən pir.
Sofyagil piri - əslində, bu pir sofiya deyil, Sov-
mabil piri adlandırılmalıdır. Sovma ibadətgah,
oruc, ibadət yeri, ibadət güşəsi, hücrə mənasını bil-
dirən toponimdir.
2-ci mənada Sovgənd kimi işlədilməlidir. Sov-
gənd – andiçmə, and, yəni tövbə piri kimi qəbul
edilir.
Damlamaca kəndinin pirləri:
Damcılı pir (qaya-
nın içərisindəki kiçik gölə görə müqəddəs sayılır);
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
72 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Şana nənə piri;
Xoruz piri;
Qotur piri;
Dəmirov pi-
ri;
Övlad piri;
Arzu, istək, dilək piri;
Ağac piri.
Bunlar da təsdiq edir ki, bura ilkin insanların
məskən saldıqları məkan olmuşdur.
Şorsu qaynağı Damlamaca kəndi ilə qonşu əra-
zidədir. Qədim heyvandarlıq və əkinçilik məkanı-
dır. İlk baxışdan
adama elə gəlir ki, şor qaynaq su-
yunun şorluğuna görə belə adlandırılıb. Əslində isə
bu, ərazinin süxurlarına işarədir.
1) Şor –şoranlıq mənasındadır.
2) Su – isə üçmənalı söz olub, birinci anlamda
tərəf mənasını bildirir.
Muğanlı Hacıqabulla sərhəd ərazi və şoranlıq
tərəf olduğu üçün bu adı almışdır.
Yekəxana kəndinin ərazisində, eyni zamanda,
bir sıra müqəddəs pirlər də mövcuddur. Bunlardan
ən güclüsü Şeyx Eyyub baba ziyarətgahıdır. Şeyx
Eyyub babanın nəsli XVIII əsrdə Ərəbistandan gə-
lib. Onların qəbiristanlığı “Acı dərə” adlanan sahə-
dədir. O nəsildən olanların hamısı orada dəfn olu-
nublar. İkinci müqəddəs yer “Əlqayıt baba” piridir.
Bunlardan əlavə, ərazidə “Yel piri” (el arasında
ona Yıxıx baba da deyirlər) də sayılıb-seçilən ziya-
rətgahlardan sayılır.
Bədənində yel xəstəliyi (revmatizm) olanlar bu
pirə pənah gətirir, qurban kəsir və şəfa tapırlar.
Ərazidə, eyni zamanda, ziyil, göz pirləri olan
inanc yerlərinə də rast gəlinir.
Burada “Şəhid daşları”adında 5-6 ədəd sandıq-
şəkilli qəbirlərdən ibarət inanc ocağı vardır. Deyi-
lənlərə görə, bu qəbirlər XIII əsrdə monqollarla dö-
yüşdə həlak olan vətənpərvərlərin qəbirləridir. Bu
gün də yerli əhali bu qəbirləri müqəddəs yer kimi
ziyarət edir.
Qobustana məxsus Nərmankəndin (Nəriman-
kənd) özündə və qışlaqlarında çoxlu sayda pir
ocaqları vardır. Onlardan bəziləri haqda qısa da ol-
sa, məlumat vermək yerinə düşər:
Mərdan piri − Mərdan adlı müqəddəs şəxsin
adını daşıyır.
Həmyə piri – Həmyə qışlağındadır. Çəpər piri-
dir. Həm də burada həmyə quyusu vardır (6).
Hacı Qaraxan baba – Şəfi qışlağında olan qə-
dim pirdir. Pirin dar qapısı vardır, içəri ancaq sü-
rünə-sürünə girmək mümkündür. Qədim pirdir.
İçərisində sandıqşəkilli daş var, qəbir isə yoxdur.
Ola bilsin ki, daşın altında nə isə basdırılıb. Onu da
deyim ki, Qazan Xanın qardaşının da adı Qaraxan
olub, özü də məhz bu ərazilərdə məskunlaşıbmış.
Seyrək də olsa, insanlar buraya ziyarətə gəlirlər. Bu
pirin son əsrlərin Qaraxan adlı insanlar ilə heç bir
əlaqəsi yoxdur.
Sarı pir (Nabur kəndi) − deyilənə görə, pirin ol-
duğu yerdən götürülən torpaq, su sarılıq, ciyər, ast-
ma xəstəliklərinə şəfa gətirir.
Abdulkərim piri − Qabustanın ən ağır, ən möcü-
zəli piridir. Buraya hətta başqa rayonlardan da zi-
yarətə gəlirlər. Bütün bunlar təsdiq edir ki, Nabur
kəndinin torpağı minerallarla zəngin, suları isə sə-
rin və şəfavericidir. Heyvandarlıq və əkinçilik,
bostançılıq üçün əlverişlidir. Qozluçayın kənarında
yerləşən kəndin gözəl mənzərəsi vardır. Sakinləri
zəhmətkeş və torpağa bağlı insanlardır. Aşıqları,
müğənniləri, söz ustaları adnandı.
Yel piri (Poladlı kəndi) – yel xəstəliyinə şəfa
verdiyi təcrübədə təsdqini tapmışdır. Onun torpağı
məhlul halına salınıb xəstənin bədəninə sürtülür.
Yabanı (yavanı) piri − Qazi dağında, Qobustan
inzibati rayonunun ərazisində, Cəmcəmli və Ərəb-
qədim kəndlərinin sərhədində yerləşir. Hündürlüyü
dəniz səviyyəsindən 827 m-dir. Pirin adı əslində
Yəbanı kimi tələffüz edilməlidir.
Qoşqalar (Qəşqalar) piri − deyilənə görə, ürək-
keçmə xəstəliyinə şəfa verir.
Göyəc ocağı – öskürəyə, boğaz ağrısına şəfa
verir.
Yara piri – Qobustanın bir çox yerlərində belə
pirlər var. Pirin ərazisindən qaynayan kükürdlü su-
yu torpağa qataraq
məhlul düzəldib, bədəndəki ya-
raya, dəmirova yaxılarsa, onlar tezliklə yox olub
gedər. Bunlar təcrübədə öz təsdiqini tapıb.
Sündü kəndi də pirlərin bol olduğu bir məkan-
dır. Bu pirlərin şəfaverici gücü onlara üz tutanlara
yaxşı məlumdur.
Ziyil piri – torpağını, daşını ziyil olan ələ və
başqa əzalara sürtdükdə qısa müddətdə ziyillər
təmizlənir.
Öskürək piri – torpağını suya qatıb içdikdə
öskürək qısa müddətdə kəsilir.
Dəmirov piri - heyvanlara və ya insanlara dəmi-
rov düşdükdə pirin toprağını suya qarışdırıb sürt-
dükdə xəstə qısa müddətdə (bir neçə saat ərzində)
şəfa tapır. Dəfələrlə sınaqdan çıxarılıb.
Səfyabanı bibi piri – insanların üz tutduğu mü-
qəddəs ocaqdır. İnsanların inam gətirdiyi bir qadı-
nın adı ilə bağlıdır.
Pir Eyvaz – qeyb olan bir şəxsin şərəfinə tikil-
miş çox qədim gümbəzli pirdir. Müxtəlif niyyətlər-
lə bura ziyarətə gəlirlər.
Pirim saat – təriqət başçısına məxsus gümbəz-
dir. Əslində, onun adı Pirim saat deyil, Pirim sadat-
dır. Bu da müqəddəs pir, ziyarət ocağı mənasını
verir.
Nüsrət piri – Nüsrət adlı etiqad edilən bir şəxsin
adı ilə bağlıdır. Pirə ətraf kəndlərdən müxtəlif niy-
yətlərlə ziyarətə gəlirlər.
Mal piri – pirdəki bulağın suyundan torpağa qa-
rışdırmaqla mallarda olan yara-xora, dəmirov və
başqa dəri xəstəliklərini müalicə etmək üçün is-
tifadə edilir.