Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 73 
 
İymiş girdə pirin (Təklə kəndi) − adının iki yo-
zumu  var:  1-ci,  kükürdlü  su  mənasını  verir,  2-ci, 
İmaş adlı dinə bağlı çox mötəbər bir şəxsi bildirir. 
Şeyx Həsən Bəsri pirin adı (Təklə kəndi) − orta 
əsrlər dövrünə aid toponimdir. Bu pir xəstə ziya-
rətçilərdə  ruhun  oyanmasına  kömək  edən,  özünə-
qapılmanı aradan götürən gücə malikdir. 
Tonabağ  tövbə (Təklə kəndi) piri kimi tanınır. 
Qədim toponimlər sırasına daxildir.  
Sofi Əziz piri (Xilmilli, əslində Hilmilli) kəndi 
– burada Safi Əziz adlı bir şəxs dəfn olunmuşdur. 
Sağlığında əməlləri və dinə bağlılığı ilə hörmət qa-
zandığından dünyasını dəyişəndən sonra qəbri zi-
yarətgaha çevrilmişdir. 
Tuti piri (Şıxlar kəndi) - yerli əhalinin dediklə-
rinə görə, çoxlu insanların ziyarət edib, şəfa tapdığı 
məkan kimi ad qazanmışdır. 
Ərçənini  piri  (Şıxlar  kəndi)  –  pirin  adı  təhrif 
olunmuşdur. Əslində, onun adı Ərçarə kimi veril-
məlidir.  Ər-igid,  mərd,  carə  isə  -  nəyəsə  kömək 
etmək anlamında işlənir. 
Şəhidlər piri (Şıxlar kəndi) – Qobustan kəndlə-
rinin əksəriyyətində şəhidlər məzarlığına rast gəli-
nir. Onlar tariximizin müxtəlif dövrlərinə aiddir. 
Novruz Əli piri (Şıxlar kəndi) – yerli sakinlərin 
söylədiklərinə  görə,  burada  Novruz  Əli  adlı  bir 
şəxs dəfn olunmuşdur.  
Nəticə. Qobustan pirlərinin tarixi digər pirlərlə 
müqayisədə daha qədimdir. Bir qisim pirlər tarixin 
daha  qədim  qatlarına,  o  cümlədən  atəşpərəstlik 
dövrünə  gedib  çıxır.  Qobustan  pirlərinin  toponi-
mik, tarixi-coğrafi baxımdan yenidən araşdırılma-
sına  ehtiyac  vardır.  Qobustan  pirlərinin  yenidən 
tədqiqi, təbii ki, tarixşünaslığa və digər elm sahə-
lərinə  çox  fayda  verə  bilər.  Alimlərdən  Məşədi-
xanım  Nemət,  Nürəddin  Bəndəliyev  və  başqaları 
Qobustan pirləri haqqında xeyli məlumat versələr 
də,  bu  pirlərin  tarixi,  onların  yaranma  səbəbləri 
haqqında  yeni  araşçdırmalara  ehtiyac  vardır.  Pir-
lərin tarixi və müqəddəs şəxslərə bağlılığının tarixi 
baxımdan  düzgün  araşdırılması  bir  çox  təhrifləri 
aradan qaldırıb, gerçəkliyi üzə çıxara bilər.  
 
ƏDƏBİYYAT 
1. A.Salamzadə. Şamaxı əsəri. 1948, səh. 85-89. 
2. Azərbaycan xalq dastanları, I cild 1965, səh. 77-
99. 
3. Cəfərqulu Rüstəmov. “Qobustan dünyası”, 1994, 
səh. 119-124. 
4. Şakir Qabıssanlı (Həmzəyev), Azərbaycan xalça-
larının açılmamış şirləri, Bakı- 2014, Təhsil Nəşriyyatı, 
səh. 175-176. 
5. Məşədi Xanım Nemət. Azərbaycan pirləri, Bakı – 
1992, səh. 68-70. 
6. Paşa Yaqub. Şıx Eyyub Baba, Bakı – 2010, səh. 
42-43. 
7.  Ərəb  və  fars  sözləri  lüğəti,  Yazıçı  Nəşriyyatı, 
1985, səh. 536-721. 
8.  “Kitabi  Dədə  Qorqud”,  Bakı,  1962,  səh.  20-42, 
səh. 124. 
9.  N.S.Bəndəliyev.  Dağlıq  Şirvanın  toponimləri. 
Elm Nəşriyyatı, 2009, səh. 190. 
10. Q.Sailov. F.A.Deminskinin məlumatlarında Şir-
van-Qobustan mahalı, Bakı, 2007. 
 
 
TOPONYMS OF GOBUSTAN 
ADMINISTRATIVE TERRITORY 
Sh.A.Hamzayev 
The paper reflects certain stages of our history, sac-
red places among other names of the administrative ter-
ritory  of  Gobustan.  These  historical  stages  include  the 
historical  periods  of  the  Middle  Age,  Zoroastrianism 
and  fire-worship  At  the  same  time,  a  special  place  is 
taken by the proven curative property of the land taken 
from  these  sacred  places.  Despite  their  antiquity,  they 
still remain places of pilgrimage. Various historical ma-
terials are systematically used in the article. The origin 
of  the  names  of  sacred  sites  has  been  reliably  studied 
from the point of view of history and location. 
 
НАЗВАНИЯ ПИРОВ ("СВЯТЫХ МЕСТ") В 
ГОБУСТАНСКОМ АДМИНИСТРАТИВНОМ 
РАЙОНЕ 
Ш.А.Хамзаев 
Пиры, входящие в топонимы Гобустанского ад-
министративного района, отращают в себе опреде-
ленные  ступени  нашей  истории.  Эти  исторические 
этапы  охватывают  исторический  период  средневе-
ковья и огнепоклонников. В то же время особое мес-
то занимает вера людей в лечебные свойства земли, 
взятой из этих святых мест. Несмотря на древность, 
они  и  сейчас  остаются  местами  паломничества.  В 
статье  системно  использованы  различные  истори-
ческие материалы. Происхождение названий святых 
мест достоверно изучено с точки зрения истории и 
местонахождения. 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
74                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
COĞRAFİYA TARİXİ
 
 
© A.T.Haqverdiyev, B.B.Kərimov 
 
COĞRAFİ FİKİR TARİXİNDƏ YENİ ELMI TAPINTI 
A.T.Haqverdiyev, B.B.Kərimov 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
Məqalədə Azərbaycanın coğrafi fikir tarixində yeni tədqiqat səhifələrindən biri sayılacaq Əbu 
Talib xan Təbriziyə aid, ona dünya şöhrəti gətirmiş üç cilddən ibarət «Məsiri-Talibi fi biladi-ifrənci» 
adlanan səyahətnaməsi haqqında məlumat verilmişdir. Coğrafi baxımdan elmi ictimaiyyətə məlum 
olmayan bu əsər elm tarixində ayrıca kompleks şəkildə tədqiq edilməmişdir. 
Azərbaycanın coğrafi fikir tarixində yeni səhi-
fələrdən  biri sayılan  Əbu Talib  xan Təbriziyə  aid 
üç  cilddən  ibarət  «Məsiri-Talibi  fi  biladi-ifrənci» 
adlanan səyahətnamə müəllifinə dünya şöhrəti gə-
tirmişdir. İndiyə qədər bu klassik əsər Azərbayca-
nın tarixi coğrafiyasında ayrıca tədqiqat obyekti ki-
mi araşdırılmamışdır. Onun haqqında Azərbaycan 
elmi ictimaiyyətinin bilgisi azdır. Onun bioqrafiya-
sında  ancaq  Azərbaycan  təzkirəçiliyi  (Təzkirə  – 
zikr  –  ərəbcə  yadasalma)  sahəsində  fəaliyyəti  ilə 
bağlı qısa məlumatlar verilmişdir. 
Əbu Talib xan Təbriziyə dünya şöhrəti gətirmiş 
«Məsiri-Talibi fi biladi-ifrənci» adlanan əsəri Əziz 
Dövlətabadi son bir neçə əsrin ən yaxşı səyahətna-
mələrindən  biri  adlandırır:  «Şirin  və  oxunaqlı  bir 
dildə yazılmış bu  əsərdə müəllifin Avropaya olan 
beşillik səfərinin (1799-1804) coğrafi təəssüratları 
öz əksini tapıb. Əbu Talib xanın səfər zamanı oldu-
ğu ölkələr və şəhərlər siyahısına nəzər salsaq, tari-
xi-coğrafi zənginliyinə görə bu səfəri dünya səya-
həti də adlandırmaq olar. Kəlküttə-Keyptaun (Cə-
nubi Afrika) - İrlandiya - Uels - London - Fransa – 
İtaliya - Malta adası - İzmir - İstanbul - Bağdad - 
Bəsrə - Bombey - Kəlküttə marşrutu ilə həyata keç-
miş bu səfərdə müəllifin qələmə aldığı təəssüratlar 
bu ölkələrdə yaşayan xalqların həyat tərzi, adət və 
ənənələri,  şəhərlərdə  olan memarlıq  abidələri,  ki-
tabxanalar, teatr və konsert salonlarının, zavod və 
fabriklərin  təsviri  əsərin  qiymətli  tarixi-coğrafi 
əhəmiyyətindən xəbər verir. Bu əsər yazıldığı dil-
dəki  nəşrindən  hələ  iki  il  əvvəl  əlyazma  əsasında 
Çarlz Stüart tərəfindən 1810-cu ildə ingilis dilinə 
tərcümə olunaraq Londonda iki cilddə nəşr olunub. 
Eyni tərcümə yeni əlavələrlə birlikdə 1814-cü ildə 
təkrar çap olunub. Əsərin farsca orijinal nəşri mü-
əllifin oğlu Mirzə Həsənəli və Mir Qüdrətəli adlı 
başqa bir şəxsin redaktəsi ilə 1812-ci ildə Kəlküt-
tədə işıq üzü görüb. Əsərin başqa Avropa dillərinə 
və urdu dilinə olan tərcümə və nəşrləri də mövcud-
dur. Əbu Talib xan Təbrizinin adına məhz Avropa 
və  London  səfərindən  sonra  Ləndəni-Londonlu 
nisbəsi də əlavə olunub». 
Səyahətnaməsi ilə yanaşı, Azərbaycan təzkirə-
çilik  tarixinin  ən  maraqlı  simalarından  biri  əslən 
azərbaycanlı, lakin Hindistanda doğulmuş və bütün 
həyatı  boyu  bu  diyarda  yaşamış  Əbu  Talib  xan 
Təbrizidir.  Onun  atası  Hacı  Məhəmməd  xan  bin 
Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfahan 
şəhərindən  Hindistana  mühacirət  edib  və  (h.q. 
1165) miladi tarixi ilə 1751-ci ildə bu diyarın Lək-
hnay  şəhərində  oğlu  Əbu  Talib  dünyaya  gəlib: 
«Həmin  şəhərdə  də  boya-başa  çatmış  və  demək 
olar, müstəqil mütaliəsi sayəsində biliklərə yiyələ-
nib. Əbu Talib yüksək savad almış güclü hafizəyə 
malik, istedadlı bir şəxs olub. O, XVIII əsr Hindis-
tan tarixinə hakim dairələrə yaxın olan tarixi səya-
hətçi,  yazıçı-şair,  təbiyyətşünas,  ədəbiyyatşünas-
təzkirəçi, səfərnamə müəllifi kimi daxil olub. XX 
əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özü-
nün məşhur «Danişməndani - əsəri ilə təzkirəçilik 
tarixinin tədqiqində müstəsna xidmətləri olmuşdur. 
Əhməd Gülçin Məaninin «Tarixe-təzkirehaye-far-
si» və pakistanlı alim Doktor Seyyid Əli Rza Nə-
qəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi «Təz-
kirenevisiye-farsi dər Hendo Pakestan» adlı əsərlə-
rində Təbrizinin  bioqrafiyası  və əsərləri  haqqında 
maraqlı  faktlar  təqdim  edilmişdir.  Həmçinin 
«Azərbaycan  təzkirəçilik  tarixi»  adlanan  kitabda 
tədqiqatçı V.Musalı da Təbrizi haqqında məlumat 
verməyə cəhd göstərmişdir, lakin təəssüf ki, yarım 
səhifəlik  həmin  yazıda  Məhəmmədəli  Tərbiyətin 
«Danişməndani-Azərbaycan» əsərində verilən mə-
lumatların 1987-ci il Bakı nəşrində bəsit və yanlış 
tərcümə  olunmasına  baxmayaraq,  məntiqi  mənası 
olmuşdur.  Bütün  bunlarla  yanaşı,  Məhəmmədəli 
Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə 
bağlı  verdiyi  səhv  rəqəm  (h.q.1220-ci  il  əvəzinə 
h.q. 1221-ci il) yenidən təkrar olunur. Əslində, Əbu 
Talib  xan  Təbrizinin  ölümü  ilə  bağlı  «Miftah  ət-
təvarix»  əsərində  onun  oğlu  Mirzə  Yusif  Bağırın 
sifarişi  ilə  yazılmış  tarix  qeyd  olunub.  Farsdilli 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə