Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 75 
 
klassik poeziyanın parlaq simalarından olan Ənvə-
rinin adı 1987-ci il Bakı nəşrində səhv olaraq Ən-
vari kimi göstərilib. Bütün bünlar Azərbaycan ədə-
bi təzkirələrinin, demək olar ki, əksəriyyəti fars di-
lində yazıldığından, bu dili bilməyən bir çox tədqi-
qatçılar üçün qaranlıq qalmışdır. Pakistanlı tədqi-
qatçı  Doktor  Seyyid  Əli  Rza  Nəqəvinin  azərbay-
canlı adlandırdığı Əbu Talib xan Təbrizi fars dilin-
də yazmışdır. Hazırda onun əlyazmaları dünya ki-
tab  xəzinələrində  mühafizə  olunur,  hətta  bir  sıra 
Avropa  dillərinə  belə  tərcümə  edilərək  çap  olun-
muşdur. 
Əbu Talib xan həm də təzkirə müəllifi olduğun-
dan  bu  əsərlər  içərisində  onun  «Xülasətül-əfkar» 
adlı əsəri mahiyyətinə görə daha maraqlı və daha 
önəmlidir.  25  illik  yaradıcılıq  məhsulu  olmuş  bu 
əsərdə (h.q. 1206-1207-ci illərdə) təxminən 492 şa-
ir haqqında ədəbi-coğrafi məlumatlar və nümunə-
lər toplanmışdır. Müəllif əsəri tamamladıqdan son-
ra orada müəyyən ixtisarlar və əlavələr etdiyindən 
bu rəqəm bəzi mənbələrdə kiçik fərqlərlə - 493 və 
bəzən  də  494  göstərilir.  Əsər farsdilli  şeir  və  təz-
kirəçilik  haqqında  müəllifin  mülahizələrini  açıq-
layan  müqəddimədən  və  əlifba  sırası  ilə  verilmiş 
bir sıra şairlərin yaradıcılıqlarından bəhs edən mə-
lumatlardan ibarətdir. Məşhur Əhməd Gülçin Mə-
aninin fikrincə, bu əsərdə bəzi klassik müəlliflərin 
ədəbi-coğrafi anlayışlar haqqında fikirlərindən ör-
nəklər verilmişdir. Doktor Nəqəvi bu təzkirəyə mü-
əllif tərəfindən yazılmış şərhləri xüsusi olaraq vur-
ğulamışdır. Eyni zamanda, ayrı-ayrı şairlərdən gə-
tirdiyi misalların beyt hesabı sayının göstərilməsini 
hətta nadir hadisə hesab etmişdir. 
Əbu Talib xan Təbrizi istifadə etdiyi mənbələr 
sırasında, öz növbəsində, böyük Azərbaycan təzki-
rəçisi  Əliqulu  xan  Valeh  Dağıstaninin  «Riyaz  əş-
şüəra»  təzkirəsinə  tənqidi  yanaşması  və  yeri  gəl-
dikcə ondan bol-bol istifadə etməsi çox böyük ədə-
bi hadisədir. Əbu Talib xan hətta bu təzkirəni tərtib 
edərkən quruluş baxımından “Riyaz əş-şüəra” təz-
kirəsindən nümunə  kimi istifadə etmişdir. 
Lakin Əhməd Gülçin Məaninin bu təzkirə haq-
qında bəzi iradları və subyektiv fikirləri ilə razılaş-
mayan  Əziz  Dövlətabadi  «Soxənvərani-Azərbay-
can»  əsərində  bu  elmşünaslıq  mənbəyinə  yüksək 
qiymət vermişdir. 
Əsərdə təqdim olunan Əvhədi Marağayi, Bədi 
Təbrizi,  Xaqani,  Şərif  Təbrizi,  Mücirəddin  Bey-
ləqani,  Füzuli,  Nizami,  Qətran  və  başqa  adlar  bu 
təzkirənin Azərbaycanın ədəbi-coğrafiyaşünaslığı-
nın yüksək dəyərindən xəbər verir. «Xülasətül-əf-
kar» təzkirəsinin dünya əlyazma xəzinələrində mü-
hafizə olunan bir çox nüsxələrinin sonunda müəlli-
fin əxlaq və hətta tibbi-coğrafiya elmi haqqında fi-
kirləri  1794-cü  ildə  yazdığı  «Lübbüs-siyər  və  cə-
hannüma» adlı əsərində öz əksinin tapmışdır. 
Tarix və coğrafiyadan bəhs edən və dörd bab-
dan ibarət olan bu axırıncı əsərin üçüncü babında 
qədim dövr yunan filosları ilə bərabər, müsəlman 
alim, fazil və şairləri haqqında da ilkin elmi məlu-
mat verilir. Mənbələrin verdiyi məlumatlara görə, 
103 səhifə həcmində olan bu əsərin “Xülasətül-əf-
kar” adlı müstəqil əlyazma nüsxələri də mövcud-
dur. 
Əbu Talib xan Təbrizi bir çox klassik ədəbi-ta-
rixi,  coğrafi  əsərlərin  müəllifidir.  «Təfzih  əl-qa-
felin» əsəri hicri-qəməri tarixi ilə 1211-ci ildə coğ-
rafiyaçı, kapitan Riçardsonun sifarişi ilə yazılmış-
dır. Orijinal mətni günümüzə çatmayan bu  əsərin 
ingilis dilində tərcüməsi 1885-ci ildə Allahabadda 
çap olunub. Müqəddiməsi nəsrlə olan bu tarixi əsər 
1804-cü ildə yazılmış və Səfəvi şahzadəsi Əbülfəth 
Soltan  Məhəmməd  Səfəviyə  hədiyyə  edilib.  Əlu 
Talib xan Təbrizi həmçinin klassik şeir növlərinin, 
demək olar ki, hamısını əhatə edən divan sahibidir 
və bu toplunun əlyazması indi Britaniya muzeyin-
də saxlanılır. Hətta Əlu Talib xan Təbrizinin bəzi 
şeirləri ingilis dilində 1807-ci ildə Londonda nəşr 
edilib. Bu əsərin Edinburq kitabxanasında saxlanan 
əlyazmasında  Əlu  Talib  xan  Təbrizinin  görkəmli 
səyyah  və  tarixçi  kimi  portreti  də  mövcuddur. 
Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-
tədqiqatçı  kimi  də  fəaliyyətindən  xəbər  verir.  O, 
məşhur Hafiz divanının 12 nüsxə əsasında mətnini 
bərpa edib 1200 tirajla çap etdirmişdir. Əziz Döv-
lətəbadinin fikrincə, bu, Hafiz divanının ədəbi mü-
hitdə ilk çaplarındandır.  
Əbu Talib xan Təbrizinin əsərlərinin, onun haq-
qında  yazılmış  mətnlərin  əldə  edilib  tərcümə  və 
tədqiq edilməsi  Azərbaycan  coğrafiyası  və  ədəbi-
tarixi  məlumatların  zənginləşməsinə  böyük  töhfə 
olardı. 
ƏDƏBİYYAT: 
1. 
Bağırov Əkrəm. Azərbaycan türkü Əbu Talıb 
Xan  Təbrizi.  Orta  əsr  əlyazmaları  və  Azərbaycan  mə-
dəniyyəti  tarixi  problemləri.  Ümummilli  lider  Heydər 
Əliyevin  anadan  olmasının  90-cı  ildönümünə  həsr 
olunmuş  XIII Respublika elmi konfransının materialları 
(Bakı, 24 may, 2013). Bakı, “Elm və təhsil”, 2013 s. 95-
97. 
2. 
Məhəmmədəli  Tərbiyət.  Danişməndani-Azər-
baycan (Tərcümə edənlər: İsmayıl Şəms, Qafar Kəndli). 
Bakı, 1987.  
3. 
V.Musalı. Azərbaycan təzkirəçilik tarixi. Bakı, 
2012. 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
76                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
A NEW SCIENTIFIC DISCOVERY IN THE 
HISTORY OF GEOGRAPHICAL THOUGHT 
H.T.Hagverdiyev, B.B.Kerimov 
The  article  gives  information  about  the  book  "Mə-
siri-Talibi fi biladi-ifrənci",  which brought Talib Khan 
Tabrizi  world  fame  in  the  history  of  Azerbaijan's  geo-
graphic thought. Until now, this work, unknown to the 
scientific  community  from  the  geographical  point  of 
view, has not been studied in the history of science se-
parately. 
 
НОВОЕ НАУЧНОЕ ОТКРЫТИЕ В 
ИСТОРИИ ГЕОГРАФИЧЕСКОЙ МЫСЛИ 
Г.Т.Ахвердиев, Б.Б.Керимов 
В статье дается информация о книге «Məsiri-Ta-
libi  fi  biladi-ifrənci»,  которая  принесла  Талиб  хан 
Тебризи  мировую известность в истории географи-
ческой мысли Азербайджана. До сих пор неизвест-
ная научной общественности с географической точ-
ки зрения эта работа не была изучена в истории на-
уки отдельно.  
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə