Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 79 
 
ƏDƏBİYYAT 
1. “Dədə Qorqud” kitabı (ensiklopedik lüğət), Bakı, 
2004. 
2. N. Rüstəmov : “Necə oldu ki, Qazan xan Mahmud 
xan oldu?” Bakı, 2009. 
3. Н.Рустамов: Российская Академия Наук, “Пе-
риод правления  Газанхана в конце XIII века в нача-
ле XIV века, “Москва, 2010. 
4.  N.  Rüstəmov:  Mahmudabad  şəhəri  haqqında  nə 
bilirik, “Xalq qəzeti”, 01.10.2009. 
 
 
GAZAN KHAN’S LIFE AND GEOGRAPHIC 
NAMES RELATING WITH HİS NAME 
N.Q.Rüstəmov 
Gazan Khan was born in 1271. When Gazan  Khan 
was king, he  was  just  24 years old. Gazan Khan was 
from tribe of Mongol. Gazan Khan had died at 33 years 
old in 1304.  
 Now there are some geographic names relating with 
Khan’s name.  “Sham Gazan” estate, Old Mahmudabad 
town which located in Salyan district. In addition, these 
geographic names still exist in Cabrayil, Agdam, Masal-
lı  and  Quba  districts.  Gazan  Khan  was  a  historical  fi-
gure. Moreover, he had been known with charity deeds 
by citizens. 
 
ЖИЗНЕННЫЙ ПУТЬ ГАЗАН ХАНА И 
СВЯЗАННЫЕ С ЕГО ИМЕНЕМ 
ГЕОГРАФИЧЕСКИЕ НАЗВАНИЯ 
Н.Г.Рустамов 
Газан хан родился в 1271 году. В 1295 году 24-х 
летний султан Махмуд Газан хан Аргун оглу стано-
вится правителем династии Эльханидов в Азербай-
джане. Газан хан будучи из рода Монголов поклон-
ялся Будде. В первые годы своего правления он при-
нимает  исламскую  веру  и  приказывает  окружаю-
щим называет его не Газанханом,  а Махмудханом. 
В 1304 году Газан хан скончался в Газвине в воз-
расте 33 лет. В данный момент сохранились геогра-
фические названия, связанные с именем Газан хана. 
В Тебризе имеется квартал “Шам Газан”, на терри-
тории Сальянского района находится древний город 
Махмудабад; в Джалилабаде Газан Кошки, в райо-
нах Джабраил, Агдам, Масаллы и Кубе имеются од-
ноименные села. Газан хан был исторической лич-
ностью  и своими добрыми делами завоевал народ-
ную любовь. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
80                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
GƏNC ALİMLƏRİN ÇÖL TƏDQİQATLARI
 
 
© E.A.Cəbrayılov, N.S.İmamverdiyev, X.T.Hüseynova  
DAĞLIQ ƏRAZİLƏRDƏ DAYANIQLI İNKIŞAFIN TƏDQİQİ  
(Şamaxı rayonunun timsalında) 
E.A.Cəbrayılov, N.S.İmamverdiyev, X.T.Hüseynova 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
Məqalədə Şamaxı rayonu Avaxıl və Dəmirçi kənd inzibati ərazi dairələrinin təbii-coğrafi və so-
sial-iqtisadi şəraiti təhlil olunaraq, ərazinin ekoturizm potensialı müəyyən edilmişdir. Əraziyə baxış 
keçirilmiş, hər bir yaşayış məntəqəsində əhali arasında sosial sorğu aparılmış, əhalinin həyat şəraiti 
və məşğuliyyəti öyrənilmişdir. Ərazinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla sosial-iqti-
sadi şərait təhlil edilmiş, mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlanmışdır. 
Dəmirçi kəndi model ərazi olaraq seçilmiş, ərazinin peyk şəkilləri əsasında torpaqdan istifadə xəri-
təsi tərtib olunmuşdur. 
Giriş.  Təbiətdən  səmərəli  istifadənin  aktual 
problemləri, əsasən, dayanıqlı inkişaf konsepsiyası 
və bundan irəli gələn insan və ətraf mühit arasın-
dakı problemlərlə əlaqəlidir. Bu konsepsiya qlobal 
olaraq  ilk  dəfə  1980-ci  ildə  Beynəlxalq  Təbiətin 
Mühafizəsi Birliyinin nəşr etdiyi dünya mühafizə 
strategiyasında öz əksini tapmışdır [8]. 1987-ci ildə 
isə bu termin BMT-nin Ətraf Mühit və İnkişaf üzrə 
Dünya  Komissiyasının  "Bizim  ümumi  gələcəyi-
miz" adlı hesabatında (Brundland Hesabatı) yer al-
dı [7]. Nəhayət, BMT-nin 1992-ci ildə Rio-de-Ja-
neyroda  təşkil  etdiyi  ətraf  mühit  və  inkişafa  dair 
konfransının “21-ci əsrin gündəliyi” adlı yekun sə-
nədində  [4,  6]  dayanıqlı  inkişaf  konsepsiyası  bir 
daha  yekdilliklə  qəbul  edilməklə  təkminləşdirildi 
və daha geniş şəkildə istifadə edilməyə başlanıldı. 
Dayanıqlı inkişaf dedikdə, elə bir inkişaf başa dü-
şülür  ki,  hazırkı  nəslin  öz  ehtiyaclarını  ödəməyə 
imkan verilməklə, eyni zamanda, gələcək nəsillərin 
ehtiyacları  da  təhlükə  altına  qoyulmur.  Konsepsi-
yanın  əsasını  ekoloji,  iqtisadi  və  sosial  məsələlər 
təşkil edir.  
Məqalədə  tədqiqatlar  bu  prinsiplər  əsasında 
aparılmışdır.  Respublikamızda  təbiətdən  istifadə-
nin davamlılığını və dayanıqlığını saxlamaqla, tə-
bii resursların ekoloji baxımından təhlükəsizliyinin 
təmin edilməsi kimi vacib məsələlər tədqiqatın ak-
tuallığını ortaya qoyur.  
Tədqiqat obyekti. Tədqiqat ərazisinə 5 yaşayış 
məntəqəsi  –  Şamaxı  inzibati  rayonunun  Avaxıl 
kənd inzibati ərəzi dairəsinə məxsus Y.Məmməd-
əliyev qəsəbəsi və Avaxıl kəndi, həmçinin Dəmirçi 
kənd inzibati ərəzi dairəsinə aid olan Dəmirçi, Sə-
falı və Zarat Xeybəri kəndləri daxildir (şəkil 1).  
Tədqiqat metodu. Tədqiqat zamanı tarixi, mü-
şahidə, sosial sorğu və müqayisə üsullarından isti-
fadə edilmişdir. Belə ki, 2016-cı ilin noyabr ayında 
tərəfimizdən qeyd olunan yaşayış məntəqələrinə və 
ətraf sahələrə baxış keçirlilmiş, müşahidə material-
ları toplanmışdır. Yerli sakinlər arasında elmi əhə-
miyyət kəsb edən iqtisadi-sosial şəraitlə bağlı sor-
ğu keçirilmiş, o cümlədən coğrafi-tarixi məlumat-
lar toplanmışdır. Alınmış materialların müqayisəsi 
və təhlili əsasında bir sıra nəticələr əldə edilmişdir. 
Yerli əhali ilə problemlər müzakirə edilərək müva-
fiq təkliflər hazırlanmışdır. 
 
Tədqiqat materiallarının təhlili. Tədqiqat əra-
zisi dağlıq relyefə malik olub, okean səviyyəsindən 
1100-2200 m yüksəkliklər arasında yerləşir. Ərazi-
nin ümumi sahəsi 71,4 km
2
  olmaqla,  Baş  Qafqaz 
silsiləsinin cənub hissəsini əhatə edir. Əsas zirvələr 
Kirvədağ (2146 m) və Hacıhaşımdır (1630 m). Də-
mirçi kəndindən cənub-şərqdə Dəmirçi palçıq vul-
kanı  yerləşir.  Tədqiqat  zonasında  mövcud  olan 
landşaft tipləri: orta və qismən yüksək dağlığın fıs-
dıq-vələs  və  palıd-vələs  meşələri,  alçaq  və  orta 
Şəkil 1. Tədqiqat ərazisinin peyk şəkili
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə