Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 93 
 
ləsi bağlanır. Məlum olduğu kimi, həm şimal və cə-
nubu,  həm  də  şərq  və  qərbi  bildirən  demarkasion 
xətt Azor adalarından 370 liq qərbə, 46
0
 30
/
 çəkilir 
və Braziliya avtomatik olaraq portuqal taxt-tacının 
mülkiyyətinə  çevrilir.  İndiki  Braziliyanın  ucqar 
qərb hissəsindən başqa, Amerika qitəsi bütünlüklə 
ispan krallarının tabeliyinə keçir. Bununla da Yeni 
Dünyanın  siyasi  coğrafiyası  yaranır  və  bu,  Roma 
papasının möhürü ilə möhkəmlənir. 
Beləliklə,  portu-
qallar  Roma  papası 
VI Aleksandr Borci-
anın  vasitəsilə  is-
panlara  qarşı  xüsusi 
fənd işlədərək, gələ-
cəkdə  8,5  mln.  km
2
 
ərazini  əhatə  edən 
Braziliyanın 
əldə 
edilməsinə nail olur-
lar.  Belə  bir  ədalət-
siz  bölgü  ispanların 
haqlı  zəhmətlərinin 
üstündən xətt çəkirdi. 
Ona  görə  ki,  rəsmi 
olaraq  ilk  dəfə  Braziliya  sahillərinə  ispan  dəniz 
səyyahları – Visente Pinson və Diyeqo Lepe qədəm 
qoymuşdular. Lakin bizim dövrdə Latın Amerika-
sının ən böyük ölkəsinə sahib olmaqda portuqallar 
Pedro Kabraldan daha çox, taxt-taca bütün varlığı 
ilə sadiq olmuş Duarti Pireyraya minnətdar olmalı-
dırlar. Ona görə ki, bir çoxlarına Atlantik okeanının 
qərbində torpaq  tapmaq  tapşırığı  verilsə  də,  onlar 
həmin  işi  yerinə  yetirə  bilməmişdilər.  Pireyra  isə 
həmin missiyanın öhdəsindən artıqlaması ilə gəldi. 
Çünki kral II Juana hava-su kimi lazım olan torpaq 
aşkarlanmış və təcrübəli kapitan, ispanlarla növbəti 
danışıqlara başlanmamışdan əvvəl özünü Avropa-
ya çatdıra bilmişdi. Bu azmış kimi o, Tordesilyas 
danışıqlarında bilavasitə iştirak etmiş və Roma pa-
pasının  vasitəsilə  ispanların  aldadılmasında  mü-
hüm rol oynamışdır. Bundan əlavə, Pireyra portu-
qal kralına öz sədaqətini nümayiş etdirərək, ölənə 
qədər həmin sirri içində saxlamağı bacarmışdı.  
Tordesilyas  müqaviləsindən  sonra  ispan  mo-
narxları mütəmadi olaraq Cənubi Amerikanın, xü-
susən  də  Braziliyanın  sahillərinə  ekspedisiyalar 
göndərməyə başladılar. Visente Pinson 8
0
, Diyeqo 
Lepe 10
0
, 5
0
 30
/
, Bartolome Roldan 5
0
 30
/
, Alonso 
de Mendosa isə təxminən 7
0
 c.en dairəsində sahilə 
çıxıb,  orada  tədqiqat  işləri  aparmışdılar.  Visente 
Pinson, Diyeqo Lepe, Pedro Alonso Ninyo, Alonso 
Oxeda sahilə yan alan kimi şimal-qərb, Bartolome 
Roldan,  Alonso  de  Mendosa  isə  cənub-qərb 
istiqamətində  Braziliya  sahillərini  tədqiq  et-
mişdilər. Hətta onlardan biri Pedro Alonso Ninyo 
demarkasion  xətdən  qərb  tərəfə  çıxıb  həmin  əra-
zilərin tədqiqi ilə məşğul olmuşdu. 
 
 
 
1
 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий, II том. Москва, “Просвещение”. 1982. 
стр.54. 
2
 История средних веков. Абрамсон М. Л., Кириллова А. А., Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого 
Н. Ф. – 2-е изд. исп. и доп. – М., «Просвещение», 1986. стр.393. 
3
 Португальская колониальная империя, СИЭ, т. 11, с. 451-452. 
 
 
Yazıçı-tədqiqatçı Ramiz Dəniz 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tordesilyas müqaviləsinə 
əsasən iki krallıq arasında olan 
demarkasion xətt 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
94                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
YUBİLEYLƏR VƏ TƏDBİRLƏR
 
 
Hüseyn Xəlilov − 75 
Oktyabrın 27-də coğ-
rafiyaşünas alim, AMEA 
akad.  H.Ə.Əliyev  ad. 
Coğrafiya  İnstitutunun 
Geomorfologiya  və  təbii 
risklər  şöbəsinin  müdiri, 
coğrafiya elmləri doktoru 
Hüseyn  Ağamalı  oğlu 
Xəlilovun  75 yaşı tamam 
olmuşdur.
 
 
H.A.Xəlilov  1942-ci 
ildə  Füzuli  rayonunun 
Hüngütlü  kəndində  ana-
dan olub. 1966-cı ildə mühəndis-geoloq ixtisası üz-
rə Azərbaycan Dövlət Universitetinin geoloji-coğ-
rafiya fakültəsini bitirib. Həmin ildə təyinatla Qa-
zaxıstanda işləyib və oradan da hərbi xidmətə ça-
ğırılıb.  Ordudan  tərxis  olduqdan  sonra  o,  Kiçik 
Qafqaz geoloji ekspedisiyasında (1968-1969) işlə-
yib. 
 1969-cu  ildən  AMEA  akad.  H.Ə.Əliyev  ad. 
Coğrafiya İnstitutunda çalışır. Burada o, mühəndis 
(1969-1971), kiçik elmi işçi (1971-1982), baş elmi 
işçi (1982-1991), sektor müdiri (1991-1994), qrup 
rəhbəri (1994-2003), aparıcı elmi işçi (2003-2007), 
baş elmi işçi (2007-2016) vəzifələrində çalışıb,  ha-
zırda isə institutun ilk və aparıcı şöbələrindən biri 
olan Geomorfologiya və təbii risklər şöbəsinə rəh-
bərlik edir. 1997-2009-cu illərdə Azərbaycan Milli 
Ensiklopediyası Elmi Mərkəzində redaksiya müdi-
ri işləyib. 
1980-cı ildə “Kiçik Qafqazın şimal-şərq hissə-
sinin morfostruktur təhlili” mövzusunda namizəd-
lik,  2004-cü  ildə  isə “Kiçik  Qafqazın  şərq  hissəsi 
timsalında  morfostruktur  və  paleogeomorfoloji 
təhlil  və  relyefin  öyrənilməsinin  axtarış  əhəmiy-
yəti” mövzusunda doktorluq dissertasiyalarını mü-
dafiə etmişdir.  
H.A.Xəlilov ölkəmizdə və onun hüdudlarından 
kənarda “Geomorfologiya və təkamül coğrafiyası” 
sahəsində, xüsusilə də dağlıq ərazi relyefinin mor-
fostruktur və paleogeomorfoloji təhlili istiqamətlə-
ri üzrə tanınmış mütəxəssisdir. O, geomorfologiya-
nın ən perspektivli sahələrindən olan morfostruktur 
təhlil və paleogeomorfologiya, onların tətbiqi, xü-
susilə də faydalı qazıntı yataqlarının geomorfoloji 
axtarışı məsələləri ilə əlaqədar və eləcə də geomor-
fologiyanın  metodoloji  və  problem  məsələlərinin 
həlli  istiqamətində  müstəqil  elmi  tədqiqat  işləri 
aparır və bu sahədə mühüm nəticələr əldə etmişdir. 
Onun  geomorfologiyanın  -  obyektin  “geomorfo-
sfera”, öyrənilmə prinsipinin “korrelyativlik”, rel-
yefin əmələgəlmə və təkamülü mexanizminin “ge-
odriftogenal”,  düzəlmə  səthi  və  denudasion  kəsi-
min “abrazion-dissent”, intruzuv və ekstruziv küt-
lələrin  dinamikliyinin  “intralabillik”  konsepsiya-
ları, morfostruktur və morfoskulpturların yeni pla-
netar səviyyədə genetik və taksonomik təsnifatları 
tədqiqatçının əsas uğurlarındandır. 
H.A.Xəlilov çöl-ekspedisiya işlərinin təşkilatçı-
sı və rəhbəri, yerinə yetirilən plan və təsərrüfat mü-
qaviləli elmi tədqiqat işlərinin və hesabatların əsas 
və  müştərək  icraçısı  olub.  O,  “Qafqazın  regional 
geomorfologiyası”  (Moskva,  1979),  “Azərbayca-
nın relyefi” (Bakı, 1993), “Azərbaycan Respubli-
kasının konstruktiv coğrafiyasl” (I c., Bakı, 1996; 
II c., Bakı, 1999; III c., Bakı, 2000), “Azərbaycanın 
paleogeomorfologiyası”  (Bakı,  2011),  “Azərbay-
can Respublikasının coğrafiyası” (I c., 2014; II c., 
2015),  “Naxçıvan  Muxtar  Respublikasının  coğra-
fiyası” (I və II c.) monoqrafiyalarının, “İzahlı geo-
morfoloji lüğət” (2012), “Azərbaycanın neotekto-
nik xəritəsi” (Moskva, 1991), “Azərbaycanın geo-
morfoloji xəritəsi” (Bakı, 1996), və “Azərbaycanın 
Milli Atlası”nın (2014) icraçı müəlliflərindən biri, 
“Kiçik  Qafqazın  morfostrukturları”  (Bakı,  1999) 
monoqrafiyasının və 200-dən çox elmi məqalə və 
tezisin müəllifidir. 
H.A.Xəlilov AMEA Geologiya İnstitutunun ye-
rinə yetirdiyi Azərbaycanın nadir geoloji obyektlə-
rinin öyrənilməsi üzrə dövlət proqramının əsas ic-
raçılarındandır. O, bir sıra elmi konfransların işti-
rakçısı  olub,  əsərləri  Rusiya,  Gürcüstan, Türkiyə, 
İspaniya, İtaliya, Yaponiya və İngiltərədə çap edi-
lib. 
H.A.Xəlilov gənc elmi kadrların hazırlanmasın-
da da fəal iştirak edir. O, 19981-ci ildən BDU-nun 
Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasın-
da  xüsusi  fənlərdən  mühazirə  oxuyur.  Onun  rəh-
bərliyi ilə bir sıra diplom işləri və magistr disser-
tasiyaları müdafiə edilib. H.A.Xəlilovun rəhbərliyi 
altında  2  nəfər  namizədlik  dissertasiyası  müdafiə 
etmiş, 6 nəfər dissertasiya işlərini başa çatdırmış, 8 
nəfər isə davam etdirir. O, institutun Elmi Şurası və 
Dissertasiya Şurasının üzvü və həmin şuranın ixti-
saslaşdırılmış  Elmi  Seminarının  rəhbəri,  “Coğra-
fiya və təbii resurslar”, “İnsan və Yer”, Kemerova 
Dövlət Universitetinin “Xəbərləri” jurnallarının re-
daksiya heyətlərinin üzvüdür. 
Redaksiya heyəti
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə