Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 87 
 
MARAQLI ELMİ MƏLUMATLAR 
 
ABDAL ÇAYININ ŞƏLALƏLƏRİ 
 
2017-ci  ilin  oktyabr  ayında  AMEA  akad. 
H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşla-
rı – c.e.d. H.Xəlilov, g.m.f.e.d. R.Fətəliyev və ta-
rixçi-araşdırmaçı, həvəskar coğrafiyaçı C.Qasımov 
tərəfindən Zəyəm çayının sağ qolu Abdal çayı üzə-
rində aşkar edilməsi iddia olunan şəlalələr kaskadı 
və ətrafının öyrənilməsi məqsədilə ilkin çöl-tədqi-
qat işləri aparılmışdır. 
Abdal  şəlalələri 
kaskadı  Tovuz  rayo-
nunun  Çobansığnaq 
kəndindən  3  km  şi-
malda,  Sığnaq  dağı-
nın (Sıcıx d.-1472 m) 
şərq 
yamacında, 
onun 
zirvəsindən 
təqribən  1  km  məsa-
fədə  eyniadlı  çayın 
dərəsində 
yerləşir. 
Çay dərəsinin meyil-
liyi  çox  yüksək,  ya-
macları  dik  və  sıx 
meşəlikdir. 
Çayın 
kəsib keçdiyi  vulka-
nik  mənşəli  sərt  qa-
yalar dərəboyu piyada hərəkəti  çətinləşdirir və bə-
zən mümkünsüz edir. Bu səbəbdən dərə insan aya-
ğı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ 
və  sol  suayırıcılarının  yastı  yalları  boyu  yerləşən 
kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.) 
sakinlərinin  böyük  əksəriyyəti  bu  şəlalələrin 
mövcudluğundan tam xəbərsizdir. İlk dəfə olaraq, 
C.Qasımov  bu  dərənin  və şəlalələrin  özəlliklərini 
foto-video materiallarla internet saytlarında ictima-
iyyətə açıqlamış və videosüjeti bu yaxınlarda Coğ-
rafiya İnstitutuna da təqdim etmişdir. 
Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan 
Abdal  çayı  Tovuz  rayonunun  dağlıq  hissəsində, 
Zəyəm çayının orta axınında yerləşən kiçik bir dağ 
çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) 
və  Dondar  (2017,7  m)  dağlarının  yamaclarındakı 
bulaqlardan  götürərək,  əvvəlcə  şimal,  sonra  isə  
Sığnaq  dağını  keçərək  şimal-qərb  istiqamətində 
axıb, Zəyəm çayına tökülür. Çayın uzunluğu təx-
minən  14  km,  mənsəbinin  dəniz  səviyyəsindən 
hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 
1300 m-dən çox düşməsi, onun yatağının meyillilik 
dərəcəsinin xeyli yüksək (90-100‰) olmasını şərt-
ləndirir. Bu da ərazinin erozion-denudasion xarak-
terli cox mürəkkəb relyefə malik olduğuna dəlalət 
edir və şəlalələrin əmələgəlməsi üçün əlverişli şə-
rait yaradır. 
Çöl tədqiqatı zamanı Abdal çayı üzərndə şəlalə-
lər kaskadının mövcudluğu təsdiqləndi, onların ko-
ordinantları və iki ən xarakterik şəlalənin ilkin pa-
rametrləri müəyyənləşdirildi, çay dərəsinin və ətraf 
ərazinin relyef xüsusiyyətləri, şəlalələrin əmələgəl-
mə səbəbləri və onların  turizm əhəmiyyəti araşdı-
rıldı, yuxarıdan dron vasitəsilə foto-video çəkilişlər 
aparıldı. 
 
Abdal çayı hövzəsinin ərazisi geomorfoloji ba-
xımdan Kiçik Qafqazın şimal-şərq yamacının orta 
və alçaqdağlıq qurşağın təmasında, Şəmkir antikli-
nor quruluşlu qırışıqlı-qaymalı tektonik-maqmatik 
mənşəli günbəzvarı massivlə təmsil olunmuş eyni-
adlı  morfostrukturun  şimal-qərb  hissəsində  yerlə-
şir. Səthi sıx erozion-denudasion dərələr ilə kəskin 
parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. 
Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb 
litoloji-petroloji tərkibli və  tektonik dislokasiyaya 
məruz qalmış vulkanik və qismən də vulkanik-çök-
mə  süxur  kompleksləri  üzrə  formalaşmışdır.  Belə 
ki, şəlalələr burada, əsasən, Mezozoy erasının Yura 
dövrünün Erkən Bayos əsrinin  vulkanoklastları və 
lavalarından,  Son  Bayos  əsrinin  kvars-plagiopor-
firləri  və  onların  tuflarından,  tuf-brekçiya  və  tuf-
konqlomeratlarından təşkil olunmuş, aşınma və de-
nudasiya proseslərinə müxtəlif dərəcədə məruz qa-
lan süxur qat və laylarını uzunluğayaxın (meridio-
nal) istiqamətdə kəsib-keçən tektonik çat (qırılma) 
boyu həmin süxurları kəsmiş çay dərəsində əmələ 
gəlmişdir. Burada şəlalələr ərazini təşkil edən sü-
xurların laylı olması ilə yanaşı, Şəmkir günbəzvarı 
massivini,  o  cümlədən  də  Abdal  çayı  dərəsini 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
88                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ümumqafqaz  (enliyəyaxın)  istiqamətdə  kəsib-ke-
çən tektonik çatlar boyu həmin süxur qatları blok-
larının  pilləvarı  gömülməsi  nəticəsində  formalaş-
mışdır. 
Abdal  şəlalə-
ləri kaskadı müx-
təlif  hündürlüklü 
8  şəlalədən  iba-
rətdir,  lakin  on-
lardan yalnız iki-
si daha hündür və 
estetik  baxımdan 
daha 
cəlbedici-
dir. Çayaxarı isti-
qamətdə  yuxarı-
dan  birinci  şəla-
lənin  hündürlüyü 
təxminən  20,  so-
nuncununku  isə 
15  metrdir.  Bu 
şəlalələr  1:100000  miqyaslı  topoqrafik  xəritədə 
qeyd olunmayıb, lakin 1:25000 miqyaslı  xəritədə 
birinci şəlalə əks olunsa da, hündürlüyü cəmi 3 m 
qeyd  edilib  ki,  bu  da  onun  ancaq  başlanğıc  his-
səsinə aiddir. 
Şəlalələr adsızdır, lakin onları ictimaiyyətə ilk 
dəfə  açıqlayan  C.Qasımov  birinci  şəlaləni  “Cəla-
ləddin”,  sonuncunu  isə  “Soltan”  adlandırmışdır. 
Bununla  yanaşı,  coğrafi  obyektlərə  adların  veril-
məsi 2007-ci ildə  qəbul edilmiş “Coğrafi obyekt-
lərin adları haqqında” Azərbaycan Respublikasının 
Qanunu  ilə  tənzimləndiyindən  oradakı  prosedur 
qaydalarının nəzərə alınması məqsədəuyğun hesab 
edilir. 
Şəlalələrin  ətraf-
larında  çoxlu  sayda 
müxtəlif təbiət və ta-
rixi-memarlıq  abidə-
lərinin  mövcudluğu 
və  eləcə  də  ərazinin 
təbii  şəraitrinin  xeyli 
əlverişli  olması  və 
zənginliyi 
burada 
rekreasiya-turizm  sə-
nayesinin  inkişafına 
mühüm  zəmin  yara-
dır.  Bunları  nəzərə 
alaraq,  həmin  şəlalə-
lərin təbiət abidəsi ki-
mi  Ekologiya  və  Tə-
bii  Sərvətlər  Nazirli-
yi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu 
yerlərə eko- və geoturizm  üzrə marşrutların salın-
ması  məqsədəuyğun olardı. 
Bu əsrarəngiz şəlalələrin geniş ictimaiyyət üçün 
açıqlanması  yalnız  Tovuz  rayonunun  deyil,  eləcə 
də Azərbaycan coğrafiyasının və turizm potensialı-
nın inkişafına dəyərli bir töhfədir.  
 
 
 
 
Hüseyn Xəlilov 
coğrafiya elmləri doktoru
Rəşid Fətəliyev 
geologiya-mineralogiya elmləri namizədi
Cəlaləddin Qasımov 
tarixçi-araşdırmaçı. 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə