Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 83 
 
neçə ailədə ənənəvi sahə kimi davam etdirilir. Kən-
din tibb məntəqəsi yoxdur. 1 ümumi orta məktəbi 
vardır. Kəndin ərazisində bərpa edilməsinə ehtiyac 
olan qədim məscidin və dəyirmanın qalıqları öz ya-
şam növbələrini gözləməkdədirlər.  
XX əsrin 60-cı illərinə qədər Zarat adlanan Sə-
falı kəndi müxtəlif dövrlərdə baş verən təbii fəla-
kətlərdən,  xüsusilə  də  sellərdən  mütəmadi  olaraq 
ciddi ziyan çəkmişdir. 1963-cü ildə Pirsaatçayın öz 
məcrasından çıxması nəticəsində kənddə sel və sü-
rüşmə hadisələri baş vermiş, 100-dən artıq yaşayış 
evi təbii fəlakətə məruz qalaraq dağılmışdır. Kəndə 
təqribən 100 min ABŞ dolları məbləğində zərər də-
ymişdir. Həmin dövrdə 600 nəfərə qədər kənd sa-
kini Şamaxı rayonunun ətraf kəndlərinə köçürülsə 
də, 1965-ci ildən sonra əhalinin bir qismi yenidən 
doğma yurda qayıtmış və evlərini bərpa etmişlər. 
Kəndin ərazisində sel və sürüşmə hadisəsinin baş-
vermə ehtimalı yenə də qalmaqdadır. Bu səbəbdən 
təbii fəlakət başvermədən öncə əhalinin təhlükəsiz 
yerlərə, əsasən də yaxın kəndlərə köçürülməsi in-
sanların daimi qorxu içərisində yaşamalarının qar-
şısını  almış  olar.  Əks  təqdirdə,  müəyyən  edilmiş 
plana uyğun olaraq müvafiq tədbirlərin görülməsi 
məqsədəuyğundur (cədvəl 1). 
 
Şəkil 6. Səfalı kəndi 
Tədqiqat  ərazisinə  daxil  olan  Zarat-Xeybəri 
kəndi Şamaxının ən ucqar kənd yaşayış məntəqəsi-
dir (şəkil 7). Pirsaatçayın sol sahilində, rayon mər-
kəzindən 45 km uzaqlıqda yerləşir. Dəniz səviyyə-
sindən hündürlüyü 1740 m-dir. Kəndin ətraf ərazi-
ləri əsasən yaylaqlardır. Əhalisi isə tamamilə tatlar-
dan  ibarətdir.  Kənddə  təqribən  40  ailə  məskun-
laşmışdır. Kəndin bir ümumi orta məktəbi vardır. 
Əhalinin  əsas  məşğuliyyəti  heyvandarlıqdır.  Qış 
aylarında  əhalinin  bir  qismi  mal-qara  ilə  birlikdə 
qışlaq zonalarına - Aran rayonlarına köç edir. Kən-
din toxuculuq sənəti  də inkişaf etmişdir  ki,  bu  da 
əhalinin ənənəvi məşğuliyyət sahələrindəndir. Bu-
rada  müxtəlif  növ  xalçalar  və  paltarlar  hazırlanır 
(şəkil 8). Kənddə geniş yayılmış ovçuluq fəaliyyəti 
əhalinin ənənəvi məşğuliyyət növlərindəndir. Kən-
din infrastrukturu yaxşı vəziyyətdə deyil. Qazla tə-
minat  yoxdur.  Elektrik  enerjisi  verilsə  də,  kəndə 
çəkilən  xəttin  dirəkləri  nasaz  vəziyyətdədir.  Orta 
gücdə küləyin əsməsi dirəklərin aşmasına və yaxud 
elektrik naqillərinin qırılmasına səbəb olur. Bu da 
kənddə enerjinin mütəmadi olaraq kəsilməsi ilə nə-
ticələnir.  Əhali  yanacaq  kimi  gərmədən  istifadə 
edir. Kənddə içməli su yaxınlıqda yerləşən bulaq-
lardan əldə edilir ki, bu da dövlətin maliyyə dəstəyi 
ilə deyil, kənd sakinlərinin vəsaitləri hesabına çə-
kilmişdir.  Kəndin  yolu  da  yararsız  vəziyyətdədir, 
xüsusilə yağış və qar yağanda yollar keçilməz və-
ziyyətə düşür. Pirsaatçayın üzərində körpü olmadı-
ğından  çayın  səviyyəsi  qalxanda  kəndlə  əlaqə  ta-
mamilə  kəsilir.  Kənddə  ictimai  nəqliyyat  vasitəsi 
isə yoxdur. Yalnız Niva markalı və ofroder tipli av-
tomobillərlə rayon mərkəzinə getmək mümkündür. 
2014-cü ilə qədər kənd və kəndətrafı ərazilərdə te-
lekommunikasiya  ötürücüsü  olmadığından  əhali 
tamamilə  təcrid  vəziyyətdə  yaşamağa  məcbur  ol-
muşdur. 
 
Şəkil 7. Zarat-Xeybəri kəndində yaşayış evləri
 
 
Şəkil 8. Zarat-Xeybəri kəndində əl sənəti 
nümunısi 
Ekoturizm  potensialı.  Dayanıqlı  inkişafın  gös-
təricilərindən biri də ərazinin turizm imkanlarının 
olmasıdır. Bu baxımdan turizm üçün geniş imkan-
lara malik olan inzibati ərazi dairəsinin ekoturizm 
potensialının qiymətləndirilməsi və turizm zonala-
rının yol  xəritələrinin hazırlanması olduqca vacib-


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
84                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dir. Ərazidə istər landşaft, istərsə də təbii və mə-
dəni  abidələrin  müxtəlifliyi  ərazinin  dayanıqlı  in-
kişafında bu resurslardan səmərəli istifadəsinə yerli 
əhalinin gəlir mənbəyi kimi turizm  mərkəzlərinin 
yaradılmasını labüd edir. Buna nümunə olaraq böl-
gədə elmi məqsədlər üçün yaradılmış, həmçinin ən 
böyük turizm obyekti kimi Şamaxı Astrofizika Rə-
sədxanasını  göstərmək  olar.  Rəsədxananın  ərazi-
sində səma cisimlərini müşahidə etmək üçün təşkil 
olunmuş  teleskoplar  muzeyi  ziyarətçilərin  ixtiya-
rındadır. Hər il, xüsusən yay aylarında buraya yüz-
lərlə turist təşrif buyurur.  
İnzibati ərazi dairəsində əsas turizm zonası Şah-
dağ Milli Parkının cənub hissəsini, Y.Məmmədəli-
yev  qəsəbəsi  və  Avaxıl  kəndinin  ətraf  ərazilərini 
əhatə  edir.  Burada  xüsusən  qiymətli  ağac  növləri 
ilə yanaşı, zəngin meşə kompleksləri də mühafizə 
olunur. Milli parkın imkanlarından səmərəli istifa-
də  ərazidə  aktiv  turizmin  inkişaf  etdirilməsində 
mühüm rol oynayar.  
Tədqiqat zamanı coğrafi, mədəni-tarixi, ekoloji, 
məskunlaşma və s. kimi amillər nəzərə alınmaqla 
ərazidə 3 turizm marşrutu müəyyən edilərək xəritə-
ləşdirilmişdir (şəkil 11). 
Birinci marşrut, milli parkın ərazisi də daxil ol-
maqla, Y.Məmmədəliyev qəsəbəsi və Avaxıl kənd-
lərini 
əhatə edir. Marşrutun ümumi uzunluğu
 12 km-
dir.  1  günlük  yürüş  üçün  nəzərdə  tutulmuşdur. 
Marşrutboyu 1 otel və 10-a qədər istirahət mərkəzi 
fəaliyyət göstərir (şəkil 10).  
İkinci turizm marşrutu Y.Məmmədəliyev qəsə-
bəsindən başlayaraq Dəmirçi kəndinə qədər davam 
edir. Dəmirçi palçıq vulkanı da daxil olmaqla, bir 
istiqamətdə  marşrutun  uzunluğu  10  km-dir.  Mar-
şrutun  5-ci  kilometrliyində  yaradılan  ovçuluq  tə-
sərrüfatı zonası ərazidə turizmin imkanlarını geniş-
ləndirən amillərdəndir. Dəmirçi kəndində ənənəvi 
dəmirçilik sənəti nümunələri buraya turistlərin cəlb 
edilməsində  vacib rol oynayır. Buradan Lahıc qə-
səbəsinə  qədər  yeni əlavə yolun  asfaltlaşdırılması 
turizm marşrutunun uzadılmasına səbəb ola bilər. 
Üçüncü marşrut Pirsaat çayı boyunca Dəmirçi, 
Səfalı və Zarat-Xeybəri kəndlərini əhatə edir. Mar-
şrutun bir istiqamətdə uzunluğu 9 km-dir. Burada 
dağ  zonasında  ovçuluqla məşğul  olmaq  üçün  po-
tensial imkanlar vardır. Həmçinin Dəmirçi kəndi-
nin yaxınlığında 2016-cı ildə aşkar edilən son an-
tik-erkən orta əsrlər dövrünə aid nekropol nümunə-
ləri də turistlərin marağına səbəb ola bilər. Kəndin 
ətrafında  qış  turizm  kompleksinin  yaradılması 
məqsədəuyğundur.  2016-cı  ildə  təsdiq  edilmiş 
"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm 
sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"n-
də  regionun  turizminin inkişaf  etdirilməsi  məqsə-
dilə Şamaxı Safari Parkının yaradılması da nəzərdə 
tutulmuşdur [2]. 
   
 
Şəkil 9. Dəmirçi kəndində XVII əsrə aid məscid 
 
Şəkil 10. Avaxıl istirahət mərkəzi 
 
Şəkil 11. Ərazinin tarixi-mədəni və  ekoturizm 
potensialı 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə