Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 97 
 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitu-
tunun direktoru, akademik R.M.Məmmədov “Aka-
demik H.Ə.Əliyevin elmi və ictimai fəaliyyəti haq-
qında” mövzusunda geniş məruzə ilə çıxış edərək, 
alimin  Azərbaycan təbiəti, torpağı və suyunun mü-
hafızəsi sahəsində əvəzsiz xidmətlərindən danışdı. 
O,  həmçinin  bildirdi  ki,  Coğrafiya  İnstitutuna 
rəhbərlik etdiyi 19 ildə bu elm sahəsi daha da in-
kişaf etmiş, elmi kadr potensialı artmış, elmin xalq 
təsərrüfatına  xidməti  təmin  olunmuşdur.  Həsən 
Əliyevin institutda yaratdığı elmi ənənələr indi də 
böyük ehtiramla davam etdirilir. 
Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. Ənvər 
Əliyev məruzəsində akademik H. Əliyevi həm elmi 
rəhbəri, həm şöbə müdiri, həm də institut direktoru 
kimi xarakterizə edərək onu əsil insan, alim, haqq-
ədalət simvoluna çevrilmiş bir dağ, bir azərbaycan-
lı kişisi adlandırdı. Məruzəçi bildirdi ki, H. Əliyev 
bütün elmi və ictimai fəaliyyəti ilə  mükəmməl təd-
qiqatçı olmaqla yanaşı, böyük hörmət sahibi, el ağ-
saqqalı, vətənini, xalqını  ürəkdən sevən əsil azər-
baycanlı olduğunu sübut etmişdir. 
 
İnstitutun Torpaq ehtiyatları coğrafiyası şöbəsi-
nin müdiri, a.e.ü.f.d. İsmayıl Quliyev “Akademik 
H.Ə.Əliyev  görkəmli  ekoloq  kimi”  mövzusunda 
məruzə etdi, özünün müəllimi adlandırdığı  torpaq-
şünas alimin elmi tədqiqat işlərindən, nəşr fəaliy-
yətindən, Azərbaycanın torpaq xəritəsinin tərtibin-
dəki  əməyindən  və  s.  söhbət  açdı.  İ.Quluyev  Şa-
maxı şəhərindəki görüşdə öz çıxışını bu şəhərə həsr 
etdiyi  və  şamaxılıların  böyük  maraq  və  fəxr hissi 
ilə dinlədikləri şeirlə bitirdi. 
Daha  sonra  institutun  əməkdaşları  –  coğrafiya 
üzrə  fəlsəfə  doktorları  Habil  Haqverdiyev  və  Ta-
hirə Salmanova çıxış edərək Həsən Əliyevin insani 
keyfiyyətlərindən,  təbiətə,  insanlara,  vətəninə, 
dövlətinə olan sevgisindən və bağlılığından,  qay-
ğısından və sadəliyindən danışdılar, xatirələrini bö-
lüşdülər. 
 
Şamaxı  rayon  Ağsaqqallar  Şurasının  sədri, 
i.ü.f.d.  Mail  Aslanov,  icra  hakimiyyətinin  nüma-
yəndəsi, a.e..ü.f.d. Gümrah Müsayev, Qəbələ rayon 
sakini, Cİ-nin keçmiş əməkdaşı, c.ü.f.d. Ağasəf Ta-
hirov da mövzu ilə bağlı çıxışlar etdilər, akademik 
Həsən Əliyevin kadr hazırlığından, cavan alimlərə 
qayğısından,  Böyük  Vətən  müharibəsində  iştira-
kından, coğrafiya elminə verdiyi töhfələrdən söh-
bət açdılar.  
 
Tədbirin gedişi boyu Coğrafiya İnstitutunun ha-
zırladığı Həsən Əliyevin fəaliyyətinə həsr olunmuş 
videoçarx nümayiş etdirildi. Sonda akademik Ra-
miz Məmmədov Coğrafiya İnstitutunun nəşri olan 
kitabları  və  atlası  Şamaxı Mədəniyyət  Mərkəzinə 
və Qəbələ Arxeoloji Mərkəzinin kitabxanasına hə-
diyyə etdi.   
Tədbirdən  sonra  iştirakçıların  Qəbələ  Dövlət 
Tarix-Bədii Qoruğuna, Tufandağ Yay-Qış İstirahət 
Kompleksinə, Gilan Holdingin şirə və kartof emalı 
zavoduna gəzintilər təşkil edildi. 
 
 
ACC-nin mətbuat katibi,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
 Xanım Rzazadə 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
98                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
EKOTURLAR 
Azərbaycan Coğrafiya Cəmiyyətinin preziden-
ti,  akademik  Ramiz  Məmmədovun  təşəbbüsü  ilə 
Azərbaycanı  daha  yaxından  və  dərindən  tanımaq 
və tanıtmaq məqsədilə ölkəmizin müxtəlif guşələ-
rinə səfərlər davam etdirilir. Azərbaycan Coğrafiya 
Cəmiyyətinin  təşkilatçılığı  ilə  növbəti  ekotur  7 
may 2017-ci il tarixində Hirkan Milli Parkına baş 
tutdu.  Turda  Coğrafiya  İnstitutunun  əməkdaşları, 
BDU və ADPU-nun müəllim-tələbələri, coğrafiya-
çı magistr  və digər təbiətsevərlər iştirak edirdilər. 
Bakıdan Lənkərana gələn səfər iştirakçıları ilk 
olaraq milli parkın inzibati binası ilə tanış oldular. 
Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Sə-
fərov  qonaqları  gülərüzlə  qarşılayıb,  milli  park 
haqqında ətraflı məlumat verdi və maraq doğuran 
sualları cavablandırdı. Daha sonra tur iştirakçıları 
Xanbulançay su anbarına baş çəkdilər. Göl və ətraf 
ərazilərlə tanış olduqdan sonra sahilyanı zonada tə-
mizlik işləri apardılar. 
 
Səfərin növbəti ünvanı
 
dəniz səviyyəsindən 21 m
 
aşağıda yerləşən Moskva meşəsi oldu. Meşəyə qə-
dər olan bir neçə km-lik məsafə Hacıağa müəllimin 
bələdçiliyi  ilə  yürüşlə  qət  edildi.  Tur  iştirakçıları 
meşədə çoxusunun adı Azərbaycanın “Qırmızı Ki-
tab”ına  daxil  edilmiş  müxtəlif  relikt  və  endemik 
ağac növləri - şabalıdyarpaq palıd, dəmirağac, ipək 
akasiyası, Hirkan  ənciri, Qafqaz xurması və s. ilə 
əyani tanış olub haqlarında ətraflı məlumat aldılar. 
O  da  məlum  oldu  ki,  Hirkan  meşələrinin 
YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs 
Siyahısına  daxil  edilməsi  üçün  sənədlər  hazırlan-
mış və aidiyyəti təşkilatlara təqdim edilmişdir. 
Növbəti belə ekotur iyunun 11-də Quba rayo-
nuna təşkil olundu. İlk olaraq dağ yəhudilərinin ya-
şadığı Qırmızı Qəsəbəyə gələn iştirakçılar burada 
yerli  əhali  barədə  ətraflı  məlumat  aldılar.  XVIII 
əsrdə Dağıstandan köçərək burada məskən salmış 
yəhudilər Quba xanı Hüseynəli xanın təşəbbüsü ilə 
Qubanı özlərinə vətən seçmişlər. Hazırda qəsəbədə 
3 sinaqoq və bir rusdilli məktəb fəaliyyət göstərir. 
Daha  sonra  iştirakçılar  qəsəbəni  Quba  şəhəri  ilə 
birləşdirən, mühüm tarixi-memarlıq əhəmiyyətinə 
malik, XIX əsrə aid Tağlı körpüdə oldular. Səfərin 
növbəti  məkanı  Quba  Soyqırımı  Memorial  Kom-
pleksi  oldu.  2013-cü  ildən  fəaliyyət  göstərən  bu 
kompleks 1918-ci ildə erməni silahlı quldur dəstə-
lərinin Azərbaycan torpaqlarında həyata keçirdik-
ləri kütləvi qırğınlar nəticəsində həlak olan on min-
lərlə azərbaycanlının xatirəsinə ucaldılmışdır. Qu-
ba kütləvi məzarlığı 2007-ci ildə təsadüf nəticəsin-
də aşkar edilmişdir. Elə həmin ildən də ərazidə ge-
niş arxeoloji tədqiqat işləri aparıldı və bununla da 
mənfur düşmənin törətdiyi cinayətlər bir daha işıq 
üzünə çıxarıldı. Kompleksin bələdçiləri iştirakçıla-
ra soyqrım zamanı baş verən hadisələr barədə geniş 
məlumatlar verdilər.  
Ziyarət başa çatdıqdan sonra iştirakçılar Təngə-
altı  kəndinə  baş  çəkdilər.  Vəlvələçayın  sahilində, 
Təngə  dərəsində  yerləşən  bu  kəndin  landşaftı  və 
xüsusən cənubda yerləşən "qoşa qaya" öz əzəməti 
ilə iştirakçıların marağına səbəb oldu. 
Səfərin növbəti ünvanı ölkəmizin məşhur təbiət 
abidələrindən biri sayılan Afurca şəlaləsi oldu. Yan 
silsilənin ətəklərində, əhəngdaşlı süxurların üzərin-
dən, 60 m hündürlükdən tökülən şəlalə öz bənzər-
sizliyi və xüsusi görünüşü ilə səyahətçiləri heyrətə 
saldı. 
Sonda İkinci Nügədi gəndində yerləşən Çənli-
bel  gölünə  baş  çəkən  ekotur  iştirakçıları  təbiətin 
gözəlliyindən bir daha zövq almış və xoş təəssürat-
larla geriyə qayıtmışlar. 
 
Növbəti səfər 2017-ci il mayın 27-də “Abşero-
nun tarixinə və bu gününə səyahət” devizi ilə Ba-
kıətrafı qəsəbələrə təşkil olundu. Səyahətdə Coğra-
fiya  İnstitutunun  əməkdaşları ilə  yanaşı,  müxtəlif 
peşə sahibləri, tələbələr, məktəblilər – coğrafiyase-
vərlər iştirak edirdilər. 
Səfərdə bələdçilərimiz Coğrafiya İnstitutun De-
moqrafiya və əhali coğrafiyası şöbəsinin böyük el-
mi işçisi, c.ü.f.d. Etibar Bədəlov və Memarlıq və 
İncəsənət İnstitunun Memarlıq abidələrinin qorun-
ması  və  bərpası  problemləri  şöbəsinin  müdiri, 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə