Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 57 
 
aparılmışdır. Ümumilikdə mineral və termal su eh-
tiyatlarının ərazi təşkili bərabər şəkildə olmasa da, 
demək olar ki, bütün ölkə boyu paylanmışdır. Xü-
susilə  “mineral  sular  muzeyi”  adlandırılan  Nax-
çıvan MR-də Narzan tipli Badamlı, Sirab, Böyrək 
suyu,  Vayxır,  Darıdağ,  Tivi,  Kəlbəcərdə  Karlovı 
Varı tipli Yuxarı və Aşağı İstisu, Şabranda Naftu-
siya tipli Qalaaltı, Gədəbəydə Slavyanka, Abşeron-
da Bilgəh, Şıx, Suraxanı, Qala termal suları, Lən-
kəran-Astara  zonasında  müxtəlif  termal  suların 
əsasında fəaliyyət göstərən İstisu və Yanardağ mü-
alicə  ocaqları,  uroloji  və  mədə-bağırsaq  sistemi 
xəstəliklərinin  müalicəsində  faydalı  olan  Qax  mi-
neral suyu, Quba-Xaçmaz zonasında Xaltan və Xa-
şı  suları  əsasında  qurulmuş  müalicəvi  vannaları 
qeyd edilməlidir [3, s. 67].  
Azərbaycanda dövlət müstəqilliyinin bərpasın-
dan sonra görülən işlərə iqtisadiyyatın əksər sahə-
ləri ilə yanaşı, regionların sosial-iqtisadi inkişafı ilə 
bağlı həyata keçirilən Dövlət Proqramları da aiddir. 
İstər  ölkə  rəhbərliyi,  istərsə  də  bu  sahəyə  marağı 
olan insanların səyləri nəticəsində turizmdə də az 
müddət ərzində  nəzərə çarpan xüsusi  əhəmiyyətli 
irəliləyişlərə nail olunmuşdur. Təbii rekreasiya eh-
tiyatlarının zəngin olmasına baxmayaraq, bu ehti-
yatlardan  istifadə  turizmin  ölkəmizdə  hələ  “yeni 
canlanan  bir  sahə”  olması  ilə  yanaşı,  onun  təşkili 
və inkişafı hələ də qənaətbəxş səviyyədə deyildir. 
Müalicə  turizminin  özəyini,  bir  tərəfdən,  təbii 
resurslar,  digər  tərəfdən,  bu  resurslardan  istifadə 
etməyə imkan verən sanatoriya-kurort turizm mər-
kəzləri, eləcə də müasir standartlara cavab verən və 
tam peşəkar kadrlarla təmin edilmiş klinik turizm 
mərkəzləri təşkil edir. Ölkəmizdə müalicəvi turiz-
min iki növü arasında klinik turizm deyil, kurort-
turizm imkanları daha geniş və perspektivlidir. La-
kin buna baxmayaraq, həmin imkanların, yəni sö-
zügedən təbii turizm-rekreasiya ehtiyatlarının cəmi 
5-10%-i  kurort  müəssisə  və  ya  mərkəzlərində  is-
tifadə edilir. Bunların əsasını isə artıq adlarını qeyd 
etdiyimiz Duzdağ Fizioterapiya Mərkəzi və Nafta-
landa yaradılmış kurort mərkəzləri təşkil edir.  
 
 
 
 
Şəkil. Azərbaycanda müalicə turizm obyektlərinin yerləşməsi 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
58                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Bununla yanaşı, respublikamızda fəaliyyət gös-
tərən  “Kurort”  Səhmdar  Cəmiyyətinin  tərkibində 
sanatoriya-kurort  müəssisələri  mövcuddur.  SSRİ 
dövründən fəaliyyət göstərən bu cəmiyyətin tərki-
bində hazırda 6 sanatoriya fəaliyyət göstərir. Bu sa-
natoriyalar  Naftalan,  Bilgəh,  Günəşli,  Qaranquş, 
Abşeron və Şıx sanatoriyalarıdır. Özəl sanatoriya-
lar isə 2006-cı ildən etibarən yaradılmağa başlan-
mışdır ki, bunlardan ilk olanı İstisu kurortunun tər-
kibində qurulan Fatimeyi Zəhra pansionatıdır. Da-
ha sonra isə Qalaaltı və Naftalanda özəl sanatoriya 
xidmətləri formalaşmışdır.  
Ölkədə müalicə xidmətləri ilə yanaşı, SPA xid-
mətləri də təklif edən 
ilk müəssisə
 isə 
“Yengicə”
 sa-
natoriyası olmuşdur. 2007-ci ildən fəaliyyətə baş-
lamış bu sanatoriya hazırda fərqlənən müalicə tu-
rizm obyektlərindən biridir. Adları qeyd edilən sa-
natoriya-kurort mərkəzləri ilə yanaşı, ölkədə daha 
bir  neçə  müəssisənin  fəaliyyət  göstərməsinə  bax-
mayaraq, ümumilikdə onlar sayca azlıq təşkil edir. 
Digər  tərəfdən,  bu  müəssisələrin  əksəriyyətində 
göstərilən xidmətlər də buraya gələn insanlar tərə-
findən tam  məmnunluqla  qəbul edilmir.  Buna  sə-
bəb müəssisələrdə peşəkar kadrların azlıq təşkil et-
məsi, həmin müəssisələrin marketinq və reklam fə-
aliyyətinin  yaxşı  səviyyədə  qurulmaması,  müştəri 
kontingentinin tələbatının tam müəyyənləşməməsi, 
ən əsası, sadə görünsə də, müəssisə əməkdaşlarının 
işlərinə  professional  yanaşmamaları  ola  bilər.  Bu 
problemlərin  həlli  baxımından  aşağıdakı  tədbirlə-
rin həyata keçirilməsi zəruridir: 

 
Müalicə  turizmindən  istifadə  edənlərin 
göstəricilərini ifadə edən rəqəmlər, demək olar ki, 
yoxdur. Müalicə və sağlamlıq turizminin inkişafı-
nın təkcə turizm baxımından deyil, eləcə də təbii 
rekreasiya  ehtiyatlarının  səmərəli  istifadəsi,  regi-
onların inkişafı nöqteyi-nəzərdən də faydalı oldu-
ğunu nəzərə alaraq, mövcud infrastrukturun geniş-
ləndirilməsi və müasir standartlara uyğun yeni sa-
natoriya-kurort  mərkəzlərinin  yaradılması  məqsə-
dəuyğun hesab edilə bilər; 

 
Mineral və termal suların az hissəsinin təd-
qiq və istifadə edilməsini, onların əsasında sanato-
riya-kurort mərkəzlərinin az sayda olmasını nəzərə 
alaraq,  ilk  növbədə,  mütəxəssislər  tərəfindən  hə-
min faydalı suların tədqiqi prosesinin sürətləndiril-
məsi, bu ehtiyatların bazasında kurort və SPA mər-
kəzlərinin yaradılması mümkün ola bilər

 
Mövcud sanatoriya-kurort müəssisələrinin 
təkmilləşdirilməsindən  və  ya  yenilərinin  yaradıl-
masından öncə, yaxşı olardı ki,  bu turizm sahəsin-
də ixtisaslaşmış ölkələrdən və ya turizm obyektlə-
rindən  mütəxəssislər  cəlb  edilsin  və  onlar  öz  təc-
rübələrini burada təlimlər təşkil etməklə yerli mü-
təxəssislərə  tanış  etsin.  Sanatoriya-kurort  müəssi-
sələrini  dünya  əhəmiyyətli  brend  mərkəzləri  kimi 
formalaşdırmaq yolunda bu, vacib amildir

 
Sanatoriya-kurort mərkəzlərində xidmətlə-
rin  səviyyəsinin  və  keyfiyyətinin  artırılması  məq-
sədilə müştərilərin fikrinin daimi öyrənilməsi, tələ-
batın müəyyənləşdirilməsi vacibdir. Müasir texno-
logiyaların limitsiz imkanlarına nümunə üçün on-
layn  sorğuların  keçirilməsini  göstərmək  olar.  Bu 
sorğuların  nəticəsi  müəssisənin  imkanları  yetdiyi 
qədər mütləq şəkildə tətbiq edilməlidir ki, müştəri 
məmnuniyyəti təmin edilsin; 

 
Reklam  və  təbliğat  işinin  gücləndirilməsi 
məqsədilə  bu  sahədə  ixtisaslaşmış  müəssisələrin 
təcrübəsindən yararlanmaq və  ya bu xidməti gös-
tərən müəssisələrlə əməkdaşlıq etmək, reklama çə-
kilən xərcləri artırmaq zəruridir

 
Dünya təcrübəsi göstərir ki, turizmin istə-
nilən bir destinasiyada inkişafı üçün təbii ehtiyat-
lar,  infrastruktur  şəbəkəsi  və  dövlətin  bu  sahəyə 
dəstəyi  ilə  yanaşı,  yerli  əhalinin  də  payı  olduqca 
yüksəkdir. Bu baxımdan yerli əhalinin turisti “qə-
bul  etməsi”  üçün  onların  turizmə  münasibətinin 
müsbət istiqamətə dəyişməsi məqsədilə regionlar-
da təbliğat işləri və ya müxtəlif layihələr keçirmək-
lə turizmin müsbət təsirlərinin izahı həyata keçirilə 
bilər. 
Nəticə.  Nəticə  etibarilə  qeyd  olunmalıdır  ki, 
respublikanın əvəzsiz təbii müalicə ehtiyatlarından 
düzgün strategiya ilə istifadə edilməsi, xidmət və 
infrastrukturun çoxaldılması, bu sahədə mütəxəssis 
rəylərinin nəzərə alınması, dövlət tərəfindən bu sa-
hədə atılan addımların artırılması və yerli əhalinin 
dəstəyi ilə Azərbaycanda müalicə-sağlamlıq turiz-
minin inkişafı təmin olacaqdır. Bu baxımdan irəli 
sürülən  təkliflərin  də  nəzərə  alınması  bu  sahədə 
olan problemlərin praktik olaraq həllinə öz müsbət 
təsirini göstərəcəkdir.  
 
ƏDƏBİYYAT 
1.
 
AR Mədəniyyət və Turizm Nazirliyi, Naftalan 
kurort şəhəri, Bakı, 2015, 101 s. 
2.
 
Dərgahov  V.S.  Azərbaycanda  kurort-müalicə 
turizmi:  inkişaf  tarixi,  müasir  vəziyyət,  problemlər  və 
perspektivlər.  Coğrafiya  cəmiyyətinin  əsasərləri,  XVII 
cild. Bakı 2011, səh. 182-193. 
3.
 
Dərgahov  V.S.  Rekreasiya-turizm  ehtiyatları,  
Bakı: MBM, 2008, 209 s. 
4.
 
Əliyev  Ü.,  “Naftalan    dünya  səviyyəli  kurort 
şəhərinə çevrilib”, Bakı, 2016. 
5.
 
Qurbanov  F.İ.  Azərbaycanda  turizmin  inkişaf 
problemləri, Bakı, 2007, 344 s. 
6.
 
Sultanova H., Azərbaycan Respublikasında tu-
rizm və onun inkişafı, Bakı 2015, 475 s. 
7.
 
Бабкин А. В.  Специальные виды туризма, 
Ростов-на-Дону: Феникс, 2008, 252 s. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə