164
10 il öncə başlanan yol
Yəni, bilirsiniz, Olimpiya Oyunlarını keçirmək istəyən çoxlu ölkələr var, şəhərlər
var, hansılar ki, artıq bir neçə dəfə belə müraciətlər etmişlər, ancaq buna nail ola
bilməmişlər. Yəni biz bu məsələyə real yanaşmalıyıq. Amma biz Azərbaycanda
nəinki 2016-cı ildə, indi də Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirməyə
qadirik. Bu, ölkəmizin potensialını, bizim iqtisadi gücümüzü göstərir.” Qeyd edək
ki, artıq namizədliyi qeydə alınmış Bakı, bu mübarizədə qalib gəlmək üçün dünya-
nın ən böyük və nüfuzlu şəhərləri ilə mübarizə aparmalıdır.
Bu gün isə ölkəmiz ilbəil daha nüfuzlu beynəlxalq yarışların təşkilatçısına
çevrilməklə bu sahədə təcrubəsini artırır. İndiyədək ölkəmizdə təşkil edilmiş
beynəlxalq yarışların və digər tədbirlərin xronoloji ardıcıllığını diqqətinizə çatdı-
rırıq:
1997-ci il
5-22 fevral: Dama üzrə kişilər və qadınlar arasında dünya çempionatı.
1 may: Sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında Avropa çempionatı.
20-21 sentyabr: General Həzi Aslanovun xatirəsinə cüdo üzrə ənənəvi 22-ci
beynəlxalq turnir.
18-22 oktyabr: Boks üzrə AİBA prezidenti Ə.Çoudrinin kuboku uğrunda beynəlxalq
turnir.
1998-ci il
28 iyun: Bakıda Beynəlxalq qaçış günü.
24-27 sentyabr: General Həzi Aslanovun xatirəsinə cüdo üzrə ənənəvi 23-cü
beynəlxalq turnir.
17-23 dekabr: Boks üzrə AİBA prezidenti Ə.Çoudrinin kuboku uğrunda beynəlxalq
turnir.
MOK prezidenti İlham Əliyev yeniyetmə
boksçuların ilk dünya çempionatının qalibləri
Emil Məhərrəmov və Aslan Bayramovla