Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

177
tirakını təmin etmək məqsədilə əlavə maliyyələşdirmə mənbələri yaratsın və Milli 
Olimpiya  Komitəsinin  tədqiq  etdiyi  xüsusi  proqramlara  əsasən  nəzərdə  tutulan 
tədbirlərin maliyyələşdirilməsini həyata keçirsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 1998-ci il

Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar 
Həşimova dövlət qayğısının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın uşaq şahmatçıları Avropa çempionu, dünya çempionatının gü-
müş mükafatçısı, on bir yaşlı Teymur Rəcəbov, Avropa və dünya çempionatlarının 
gümüş mükafatçısı, on iki yaşlı Vüqar Həşimov dövlətimizi beynəlxalq yarışlarda 
ləyaqətlə təmsil etmiş və yüksək nəticələr əldə etmişlər. Beynəlxalq Şahmat Fe-
derasiyasının  1997-ci  ilin  yekunlarına  görə  dərc  etdirdiyi  reytinq-siyahıda  hər  iki 
şahmatçımız öz yaşıdları arasında lider olmuşdur.
Teymur Rəcəbov və Vüqar Həşimovun öz ustalıqlarını daha da artırmasını və 
beynəlxalq  yarışlarda  iştirakını  lazımi  səviyyədə  təmin  etmək  məqsədilə 
qərara 
alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov üçün 
hazırlanmış xüsusi proqramın 1998-ci ildə həyata keçirilməsi üçün 120 (yüz iyirmi) 
milyon manat (hər birinə 60 milyon manat) məbləğində vəsait ayrılsın.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 22 fevral 1998-ci il

Azərbaycan uşaq şahmatçılarına 
dövlət qayğısının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın  uşaq  şahmatçıları  Teymur  Rəcəbov  və  Vüqar  Həşimov  son  
illərdə dövlətimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmiş və yüksək nəticələr 
əldə etmişlər.
Bu müddət ərzində Teymur Rəcəbov üçqat Avropa çempionu, dünya çempi-
onatlarının bürünc, gümüş və qızıl mükafatçısı olmuşdur. Vüqar Həşimov Avropa 
çempionatlarında  iki  dəfə  gümüş  medala,  dünya  çempionatlarında  gümüş  mü-
kafata və fəxri yerə layiq görülmüşdür. Hər iki şahmatçı artıq 1996-cı ildə FİDE 
ustaları olmuşlar.
Azərbaycan  Respublikasının  Prezidentinin  “Azərbaycanın  uşaq  şahmatçıları 
Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” 22 
fevral  1998-ci  il  tarixli  Sərəncamı  bu  iki  gənc  şahmatçı  üçün  hazırlanmış  xüsu-
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


178
10 il öncə başlanan yol
si  proqramın  -  müasir  kompüter  və  kompüter  proqramı,  şahmat  ədəbiyyatı  və 
məcmuələr almaq, dünya şöhrətli mütəxəssislərin açıq dərslərində iştirak etmək, 
beynəlxalq  turnirlərə,  Avropa  və  dünya  çempionatlarına  yüksək  səviyyədə  ha-
zırlaşmaq üçün xarici dövlətlərdə təlim-məşq toplanışı keçirmək və sairənin tam 
şəkildə həyata keçirilməsini təmin etmişdir. Teymur Rəcəbov və Vüqar Həşimov 
Avropa,  dünya  çempionatlarında  mühüm  qələbələr  qazanmış,  beynəlxalq  usta 
balı normalarını yerinə yetirərək şahmat üzrə dünyanın ən gənc beynəlxalq usta-
ları olmuşlar.
1998-ci  ilin  yekunlarına  görə  Beynəlxalq  Şahmat  Federasiyasının  reytinq-
siyahısında  Teymur  Rəcəbov  və  Vüqar  Həşimovla  yanaşı,  gənc  şahmatçılarımız 
Qədir Hüseynov və Rauf Məmmədov da öz yaş qruplarında lider mövqelərini əldə 
etmişlər.
FİDE ustası Qədir Hüseynov Avropa çempionatlarında qızıl, gümüş və bürünc 
medallara,  dünya  çempionatlarında  isə  bürünc  medala  layiq  görülmüşdür.  On 
yaşlı Rauf Məmmədov Avropa və dünya çempionatlarında stabil nəticə göstərərək 
mükafata  layiq  yerləri  bölüşdürmüşdür.  Məhz  bu  gənc  şahmatçıların  səyləri 
nəticəsində  Azərbaycanın  yığma  komandası  1998-ci  ilin  noyabrında  İspaniyada 
85 ölkənin iştirakı ilə keçirilmiş dünya çempionatlarında dördüncü yeri tutmuşdur.
Azərbaycanın  gənc  şahmatçılarının  1998-ci  ilin  beynəlxalq  yarışlarında  əldə 
etdikləri yüksək nəticələri respublikada şahmatın inkişafı yolunda mühüm mərhələ 
sayaraq, onların öz ustalıqlarını daha da artırmasını və beynəlxalq yarışlarda iştira-
kını lazımi səviyyədə təmin etmək məqsədilə 
qərara alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir 
Hüseynov  və  Rauf  Məmmədovun  xüsusi  hazırlıq  proqramlarının  1999-cu  ildə 
həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası dövlət büdcəsinin ehtiyat 
fondundan 160 (yüz altmış) milyon manat (hər şahmatçıya 40 milyon manat) 
məbləğində vəsait ayrılsın.
2. Gənclər və İdman Nazirliyinə və Təhsil Nazirliyinə tapşırılsın ki, Azərbaycan 
Şahmat Federasiyası ilə birlikdə respublikada uşaq şahmatının inkişafı üçün lazımi 
tədbirlər planı hazırlayıb həyata keçirsinlər.
3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 dekabr 1998-ci il

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə 
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
-  qüvvədə  olan  müvafiq  qanunvericilik  aktlarının  “Bədən  tərbiyəsi  və  idman 
haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-  “Bədən  tərbiyəsi  və  idman  haqqında”  Azərbaycan  Respublikası  Qanunu-
nun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə