Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

181
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini XXVII Yay Olim-
piya  Oyunlarında  ən  yüksək  nəticələr  göstərməyə  həvəsləndirmək  məqsədilə 
qərara alıram:
1. XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan 
Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qay-
dada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 225 milyon manat, onun məşqçisinə isə 
115 milyon manat məbləğində;
- ikinci yeri tutan hər bir idmançıya 135 milyon manat, onun məşqçisinə isə 65 
milyon manat məbləğində;
- üçüncü yeri tutan hər bir idmançıya 70 milyon manat, onun məşqçisinə isə 
35 milyon manat məbləğində.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 avqust 2000-ci il

Azərbaycan Respublikası idmançılarının 
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  idmanının  inkişafındakı  xidmətlərinə  görə  və  XXVII  Yay  Olimpi-
ya  Oyunlarında  göstərdikləri  yüksək  nailiyyətlərə  görə  aşağıda  adları  çəkilən 
Azərbaycan idmançıları və məşqçiləri “Şöhrət” ordeni ilə təltif edilsinlər:
Abdullayev Namiq Yadulla oğlu
Meftəhəddinova Zemfira Əli qızı
Cəfərov Hafiz Yusif oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Məmmədov Yaqub Əkbər oğlu
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 oktyabr 2000-ci il
   •
V.M.Ələkbərovun və R.Q.Məmmədovun 
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
XXVII Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə Vüqar 
Mürsəl oğlu Ələkbərov və Rəşid Qafar oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif 
edilsinlər.
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


182
10 il öncə başlanan yol
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 oktyabr 2000-ci il

K.Ə.Tuayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Kazbek Əliyeviç Tuayev 
“Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2000-ci il

XI Yay Paralimpiya Oyunlarında əldə edilmiş nəticələrə görə
mükafatların müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci il oktyabrın 18-29-da Avstraliyanın Sidney şəhərində XI Yay Para-
limpiya Oyunları keçirilmişdir. Oyunlarda Azərbaycanın yeddi əlil idmançısı işti-
rak  etmiş  və  yüksək  idman  nəticələri  göstərmişlər.  İdmançılarımızdan  Gündüz 
İsmayılov ağırlıqqaldırma üzrə qızıl medala, Yelena Taranova güllə atıcılığı üzrə 
gümüş  medala  layiq  görülmüş,  qalan  idmançılarımız  -  Mehman  Ramazanov, 
Aleksandr Antofiy, Zeyniddin Bilalov, Sərxan Əsədov və Fuad Tarıverdiyev çıxış 
etdikləri idman növləri üzrə birinci onluğa daxil olmuşlar. Nəticədə Azərbaycan 
yığma  komandası  XI  Yay  Paralimpiya  Oyunlarında  iştirak  etmiş  125  ölkə  ara-
sında  47-ci  yeri  tutmuşdur.  Azərbaycan  Respublikasının  əlil  idmançılarının  və 
onların  məşqçilərinin  Avstraliyanın  Sidney  şəhərində  keçirilən  XI  Yay  Paralim-
piya  oyunlarında  göstərdikləri  nəticələrə  görə  mükafatlandırılması  məqsədi  ilə 
qərara alıram:
1. XI Yay Paralimpiya Oyunlarında iştirak edərək yüksək nəticələr göstərmiş 
əlil idmançılar və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən 
edilsin:
-  Birinci  yeri  tutaraq  qızıl  medal  almış  idmançıya  əlli  milyon  manat,  onun 
məşqçisinə isə on milyon manat məbləğində;
- İkinci yeri tutaraq gümüş medal almış idmançıya otuz milyon manat, onun 
məşqçisinə isə on milyon manat məbləğində;
- Çıxış etdikləri idman növləri üzrə birinci onluğa daxil olmuş hər bir idmançıya 
on milyon manat məbləğində.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2000-ci il


183

“Bədən tərbiyəsi və idman haqqında” 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi 
qərara alır:
I. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanu-
nunun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, N 18, maddə 
814; 1994-cü il, N 15, maddə 177; 1995-ci il, N 22, maddə 354; Azərbaycan 
Respublikasının  qanunvericilik toplusu, 1997-ci il, N 6, maddələr 453, 494; 1998-
ci il, N 1, maddə 10; 1999-cu il, N 5, maddə 284; 2000-ci il, N 6, maddə 379; 
Azərbaycan Respublikasının 2001-ci il 1 fevral tarixli, 70-IIQD nömrəli Qanunu) 
6-cı  maddəsinin  ikinci  hissəsində  “Olimpiya  və  Dünya  çempionlarının”  sözləri 
“Olimpiya  oyunları  mükafatçılarının,  eləcə  də  iki  dəfədən  artıq  olimpiya  növləri 
üzrə dünya və qitə çempionatlarının qaliblərinin” sözləri ilə əvəz olunsun.
II. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiya və sosial müdafiəsi haqqın-
da” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin 
məlumatı, 1992-ci il, N 16, maddə 697; 1994-cü il, N 15, maddə 176; 1995-ci 
il, N 17-18, maddə 285; Azərbaycan Respublikasının qanunları, 1996-cı il, N 1; 
Azərbaycan Respublikası qanunvericilik toplusu, 1997-ci il, N 2, maddə 81; N 5, 
maddələr 356, 378, N 6, maddə 452, 1998-ci il, N 1, maddə 16; 1999-cu il, N 4, 
maddə 217, N 7, maddə 395) 11-ci maddəsinə aşağıdakı redaksiyada ikinci hissə 
əlavə edilsin:
“Əlillərin bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qa-
nunvericilik aktları ilə tənzimlənir”.
III. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan 
Respublikası  Ali  Sovetinin  məlumatı,  1995-ci  il,  N  22,  maddə  352,  Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, N 12, maddə 742; 1999-cu il, 
N 4, maddə 225) 34-cü maddəsinə aşağıdakı redaksiyada “i” yarımbəndi əlavə 
edilsin:
“i)  yığma  komandaların  hazırlığı  ilə  bağlı  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları”.
IV.  “Reklam  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, N 1, maddə 12; 1999-cu il, N 4. 
maddə 225; 2000-ci il, N 8, maddə 587) 17-ci maddəsinə aşağıdakı əlavələr və 
dəyişikliklər edilsin:
1.  1-ci  bəndin  on  birinci  abzasında  “idman  müəssisələrində”  sözləri  “idman 
obyektlərində” sözləri ilə əvəz edilsin.
2. 1-ci bəndə aşağıdakı redaksiyada on ikinci abzas əlavə edilsin:
“spirtli içki və tütün məmulatlarının idman yarışlarının radio-teleyayımı zamanı 
reklam yayımına”.
V.  Azərbaycan  Respublikasının  1997-ci  il  3  dekabr  tarixli  Qanunu  ilə  təsdiq 
edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə (Azərbaycan Respublikası-
nın qanunvericilik toplusu, 1998-ci il, N 1, maddə 14) aşağıdakı redaksiyada 25-
1-ci bənd əlavə edilsin:
“25-1. Hərbi qulluqçuların fiziki hazırlığı Azərbaycan Respublikasının müvafiq 
qanunvericilik aktları ilə tənzimlənir”.
Heydər Əliyev,
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə