Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

187
Rıskalın,  həndbolçular  Rəfiqə  Şabanovanın  və  Lyudmila  Şubinanın,  qılıncoynadan 
İlqar  Məmmədovun,  futbolçu  İqor  Ponomaryovun  və  başqalarının  uğurlu  çıxışları 
Azərbaycan idmanının nüfuzunu artırdı.
1992-ci  il  Barselona  Olimpiadasında  Azərbaycan  idmanı  Müstəqil  Dövlətlər 
Birliyinin yığma komandasında cəmi 5 nəfərlə təmsil olunsa da, idmançılarımızdan 
ikisi - cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belinki qızıl medal alaraq, Olim-
piya çempionu adına layiq görüldülər.
1992-ci  ildə  Milli  Olimpiya  Komitəsinin  yaradılması  ilə  ölkəmizin  Olimpiya 
Hərəkatında  yeni  bir  dövr  başlayır.  Artıq  Azərbaycan  Müstəqil  bir  dövlət  kimi 
Beynəlxalq  Olimpiya  Hərəkatına  qoşularaq,  öz  idman  potensialını  tam  nümayiş 
etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpia-
dasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan 
Respublikasının  üçrəngli  bayrağı  altında  çıxış  etdi.  197  ölkənin  iştirak  etdiyi  bu 
oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yer tutması idmanımızın uğuru 
sayıla bilər. Sərbəst üsulla güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı 
gümüş medal isə müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi 
kimi qiymətlidir.
Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  1997-ci  il  iyulun  31-də  keçirilmiş  Baş 
Məclisində təşkilat məsələlərinə baxılaraq, onun yeni heyətinin seçilməsi  komitənin 
fəaliyyətində  müsbət  istiqamətdə  əsaslı  dönüş  yarada  bilmiş,  ölkəmizdə  Olimpiya 
Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Hərəkatına 
fəal  qoşulmasını  təmin  etmişdir.  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  ölkəmizdə 
Olimpiya  Hərəkatının  və  idmanın  inkişafı  ilə  bağlı  məqsədyönlü,  ardıcıl  fəaliyyət 
göstərərək,  qısa  müddət  ərzində  uğurlu  göstəricilər  əldə  etmişdir.  İdmançılarımızı 
Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə ha-
zırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin 
etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1998-ci il tarixli 
sərəncamı ilə Milli Olimpiya Komitəsinin daha məqsədyönlü iş aparması üçün geniş 
imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması 
öz müsbət nəticələrini verdi. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan id-
mançılarından 31 nəfər 10 idman növü üzrə 2000-ci il XXVII Yay Olimpiya Oyunla-
rına vəsiqə qazandı və Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi Oyunlarda iştirak 
etdi.
2000-ci  il  sentyabrın  15-də  Sidney  şəhərində  başlanmış  bu  yarışlarda 
Azərbaycan idmançıları yüksək idman nəticələri göstərdilər. Stend atıcısı Zemfira 
Meftəhəddinova və güləşçi Namiq Abdullayev qızıl, 19 yaşlı gənc boksçu Vüqar 
Ələkbərov bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiada-
sında Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması id-
manımızın böyük qələbəsi idi. Bu Milli Olimpiya Komitəsinin rəhbərliyi altında apa-
rılmış gərgin, planlı, məqsədyönlü işin parlaq nəticəsi kimi qiymətləndirilməlidir.
Milli  Olimpiya  Komitəsi  Azərbaycanda  Olimpiya  Hərəkatının  daha  da 
genişlənməsi,  onun  maddi-texniki  bazasının  möhkəmləndirilməsi,  idmançılarımı-
zın  hazırlıq  səviyyəsinin  yüksəldilməsi  üçün  onların  beynəlxalq  yarışlarda  iştirakı-
nın təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Xüsusilə qeyd edilməlidir 
ki, Milli Olimpiya Komitəsi bu mühüm vəzifələrin həyata keçirilməsi üçün ölkənin 
müxtəlif dövlət və ictimai qurumları ilə, habelə dünyanın ayrı-ayrı olimpiya və idman 
təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri yarada bilmişdir. Milli Olimpiya Komitəsinin bu 
təqdirəlayiq fəaliyyəti ümid verir ki, Azərbaycan xalqı idmançılarımızdan 2004-cü il 
Afina Olimpiadasında daha böyük qələbələr gözləsin, müstəqil Azərbaycanımızın 
üçrəngli bayrağı, himnimizin sədaları qədim yunan torpağında daha tez-tez göylərə 
qalxsın. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək 
və  onun  onillik  yubileyinin  ölkəmizin  ictimai-mədəni  həyatı  üçün  əhəmiyyətini 
nəzərə alaraq, Azərbaycanda Olimpiya Hərəkatının daha da möhkəmləndirilməsi 
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


188
10 il öncə başlanan yol
məqsədi ilə 
qərara alıram:
1.  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  yaradılmasının  onillik  yubileyi 
ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
-  Milli  Olimpiya  Komitəsi  ilə  birlikdə  yubiley  tədbirləri  planı  hazırlayıb  həyata 
keçirsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2001-ci il

Azərbaycan idmançılarının təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  yaradılmasının  10  illiyi  münasibətilə 
Azərbaycanın aşağıdakı idmançıları və məşqçiləri bədən tərbiyəsi və idmanın inki-
şafındakı xidmətlərinə görə təltif edilsin:
“Şöhrət” ordeni ilə
Axundzadə Ağayar Əbdüləzim oğlu
İsayev Xəzər Ağəli oğlu
Məmmədov Yaşar Əzizağa oğlu
Rıskal İnna Valeryanovna
Şabanova Rəfiqə Mahmud qızı
Şubina Lyudmila Yeqorovna
“Tərəqqi” medalı ilə
Abdullayev Arif Yədulla oğlu
Abdullayev Nəriman Sadıx oğlu
Aşumova İradə Süleyman qızı
Babanlı Tofiq Xanlar oğlu
Dərvişov Əli İsa oğlu
Əlicanov Nazim Nəzir oğlu
Hacıəhmədov Hacıağa Səmədağa oğlu
Həsənova Alla Anatolyevna
Hüseynov Oqtay Qulam oğlu
İsmayılov Elçin Mehdi oğlu
Qarayev Faiq Əli oğlu
Mənsurov Fərid Salman oğlu
Mursaqulov Saridan Ramiz oğlu
Nərimanov Elşad Əhməd oğlu
Paşayev Niyaməddin Vaqif oğlu
Paşayev Nizami Xanəli oğlu
Vahabzadə Asmila Hacı qızı
Jemayeva Yelena Viktorovna
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə