Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

198
10 il öncə başlanan yol
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2006-cı il

R.S.Hacıyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” 
fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Daxili  işlər  orqanlarının  şəxsi  heyətinin  fiziki  və  döyüş  hazırlığının  inkişafın-
da  xidmətlərinə  görə  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  İdman 
Cəmiyyətinin sədri polis polkovniki Rafiq Soltan oğlu Hacıyevə “Əməkdar bədən 
tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2006-cı il

XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pe-
kin şəhərində keçiriləcəkdir. Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət 
mərkəzində olan ən möhtəşəm və mühüm idman tədbiridir. Müasir dövrdə hər 
bir dövlətin Olimpiya Hərəkatındakı iştirakı, onu təmsil edən idmançıların Olimpiya 
Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını 
deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir 
göstərir.  Milyonlarla  insanı  bir  araya  gətirən  Olimpiya  Oyunları  xalqlar  arasında 
dostluğu,  qarşılıqlı  anlaşmanı,  sülhü  möhkəmləndirən  güclü  vasitədir.  Olimpiya 
Hərəkatının böyük əhəmiyyətini qəbul edən dünya ölkələri ildən-ilə bu hərəkata 
daha fəal qoşulurlar. Əgər 1896-cı ildə I Olimpiya Oyunlarında cəmi 14 ölkə iştirak 
edirdisə, 2004-cü il oyunlarına 202 ölkə qatılmışdır. Növbəti Pekin olimpiadasında 
isə iştirakçı ölkələrin sayının daha da artacağı gözlənilir.
Azərbaycan idmançıları Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilədək SSRİ-
nin, 1992-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində 
çıxış etməli olmuşlar. Bu dövr ərzində idmançılarımız on olimpiadada iştirak etmiş, 
14 qızıl, 11 gümüş və 8 bürünc medala layiq görülmüşlər.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkənin Olimpiya Hərəkatında 
iştirakının yeni dövrü başlanmışdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli Olim-
piya Komitəsi 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və 
Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ildə Atlanta Olimpiya Oyunların-
da təmsil olunmuşdur. Həmin dövrdən idmançılarımız Azərbaycan bayrağı altında 
üç Qış və üç Yay Olimpiya Oyunlarında iştirak etmişlər.
Ümummilli  liderimiz  Heydər  Əliyev  Azərbaycanda  idmanın  tərəqqisinə  və 
ölkəmizin  Olimpiya  Hərəkatında  iştirakına  həmişə  xüsusi  əhəmiyyət  vermişdir. 
Onun  böyük  diqqət  və  qayğısı,  tövsiyə  və  göstərişləri  sayəsində  Azərbaycan 
Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmuş, ölkədə idman ahəngdar inkişaf et-


199
mişdir. Azərbaycan Respublikası Prezidentinin “Sidney Olimpiya Oyunlarına hazırlıq 
haqqında” 20 fevral 1998-ci il və “Afina Olimpiya Oyunlarına hazırlıq haqqında” 5 
iyun 2003-cü il tarixli sərəncamları Milli Olimpiya Komitəsinin daha məqsədyönlü 
iş aparması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidenti-
nin 26 avqust 2000-ci il tarixli Sərəncamı ilə idmançılarımızı və onların məşqçilərini 
Olimpiya Oyunlarında yüksək nəticələrə həvəsləndirmək məqsədi ilə mükafatla-
rın təyin edilməsi isə atletlərimizin yarışlara daha yaxşı hazırlaşmasına yeni stimul 
vermiş,  nəticələrin  olimpiadadan  olimpiadaya  yaxşılaşmasına  gətirib  çıxarmışdır. 
Əgər 1996-cı ildə 197 ölkənin iştirak etdiyi Atlanta Oyunlarında Azərbaycan bir 
gümüş medalla 61-ci yeri tutmuşdursa, 2000-ci ildə XXVII Yay Olimpiya Oyunla-
rında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, 199 ölkənin qatıldığı 
bu  oyunlarda  ölkəmiz  üçün  34-cü  yeri,  Avropa  ölkələri  arasında  isə  23-cü  yeri 
təmin etmişlər. 2004-cü ildə Afinada idmançılarımız 1 qızıl, 4 bürünc medalla təltif 
edilmişlər ki, bu da Azərbaycan idmanının sürətlə irəli getdiyini bir daha nümayiş 
etdirir.
Ölkədə Olimpiya Hərəkatı və idmanın inkişafı gündən-günə geniş vüsət alır. 
Son  onillik  beynəlxalq  idman  qurumları  ilə  əlaqələrin  qurulması,  Milli  Olimpiya 
Komitəsinin  dünya  miqyasında  nüfuzunun  artması,  beynəlxalq  yarışların  res-
publikamızda  keçirilməsi,  idmanın  maddi-texniki  bazasının  yaradılması  sahəsində 
görülən  böyük  işlərlə  əlamətdardır.  2000-ci  ildən  başlayaraq  Bakıda,  paytaxtın 
Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qu-
bada, Şamaxıda, Zaqatalada müasir tipli idman kompleksləri tikilib istifadəyə veril-
mişdir. İndi respublikamızın, demək olar ki, bütün rayonlarında belə komplekslərin 
tikintisi davam edir. Ötən dövrdə bir sıra idman növləri üzrə ixtisaslaşdırılmış idman 
qurğuları inşa olunmuşdur. Stend Atıcılığı Mərkəzi, Taekvondo Sarayı, Yaxt-klub, 
Otüstü  Hokkey  Mərkəzi,  ABU-Arena  Həndbol  kompleksi,  Naxçıvan  Üzgüçülük 
Mərkəzi belə idman obyektlərindəndir.
Yeni müasir idman qurğularının tikilib istifadəyə verilməsi, eləcə də həyata ke-
çirilmiş  irimiqyaslı  işlər  nəticəsində  Azərbaycan  dünyanın  idman  mərkəzlərindən 
birinə  çevrilmişdir.  Hazırda  Azərbaycan  təkcə  müəyyən  kateqoriyalı  beynəlxalq 
yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. 
Beynəlxalq  yarışların  regionlarda  təşkili  sahəsində  də  böyük  nailiyyətlər  qazanıl-
mışdır.
2008-ci  il  Pekin  Olimpiadasının  daha  gərgin  mübarizə  şəraitində  keçəcəyi 
gözlənilir. Azərbaycan idmançıları Sidney və Afinada əldə edilmiş nəticələri təkrar 
etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda mübarizə 
aparmalıdırlar. Bu məqsəd naminə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Na-
zirliyi,  həmçinin  bütün  milli  idman  federasiyaları  öz  səylərini  birləşdirməlidir.  Son 
iki  ildə  idmançılarımızın  qazandıqları  uğurlar  olimpiya  yarışlarına  hazırlığın  lazımi 
səviyyədə getdiyini göstərir. Bununla yanaşı, aparılan işlər və qalan müddət ərzində 
həyata  keçirilməsi  nəzərdə  tutulan  tədbirlər  Azərbaycanın  Pekin  Olimpiadasına 
daha yüksək səviyyədə hazırlığını təmin etməli, qarşıda qoyulmuş məqsədlərə çat-
maq imkanı yaratmalıdır.
Azərbaycanın  milli  olimpiya  komandasının  2008-ci  ildə  Pekin  şəhərində 
keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına daha yüksək səviyyədə hazırlanmasını, 
bu mərhələdə onların rəsmi beynəlxalq yarışlarda iştirak etməsini, Olimpiya Oyun-
larına  lisenziyaların  qazanılması  və  idmançıların  oyunlara  tam  hazırlığını  təmin 
etmək məqsədi ilə 
qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
- Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xü-
susi proqramlara əsasən milli yığma komandaların XXIX Yay Olimpiya Oyunlarına 
hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi 
beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini və nəzərdə tu-
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə