Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   54   55   56   57   58   59   60   61   62

229
lar.  Lakin  onların  mənsub  olduqları  etnosların,  millətin,  ya  yaşadığı  ölkənin 
adı belə yarışların gedişində, yekun və qimətləndirilməsində çəkilmir, ya da 
ki,  son  yerlərdə  qərar  tutur.  Çünki  onlar  öz  tarixi  vətənlərinin  deyil,  başqa 
dövlətlərin vətəndaşlarıdır və həmin dövlətlərdə də idman zəif inkişaf edib. 
Bu isə iki halda baş verir: ya ölkə ümumi inkişafca geridə qalır, idmançı ye-
tişdirib,  beynəlxalq  yarışlara  göndərməyə  maliyyə-iqtisadi  imkanları  çatmır, 
ya da orada idmanın inkişafına o qədər də əhəmiyyət verilmir, bu sahəyə 
rəhbərlik zəif olur. Belə dövlətlər, belə hallar o qədər də az olmur. Üzdəniraq 
qonşumuz Ermənistan kimi. Bir qayda olaraq, bu ölkə dünya çempionatla-
rında,  xüsusən  Olimpiya  Oyunlarında  çox  zəif  iştirak  edir  və  yekunda  axır 
yerlərdən birini tutur. Afina Olimpiadasında Ermənistan idmançıları heç bir 
əyarda tək bircə medal belə qazana bilmədilər. (Hərçənd ki, biz də bu və 
digər sahələrdə erməniləri özümüzlə bir cərgəyə qoymaq istəməzdik amma, 
nəticələr baxımından məcbur oluruq.) O olimpiadada ki, Azərbaycan idman-
çıları oradan vətənə 5 medalla döndülər. 
On  il  əvvəl  nəinki  BOK-da,  AOK-da,  digər  beynəlxalq  idman  qurumla-
rında,  bəlkə  elə  Azərbaycanın  özündə  də  çətin  ki,  kiminsə  ağlına,  fikrinə 
dünyanın lazımınca tanımadığı bu Şərq-Qərb diyarında nə vaxtsa nüfuzlu bir 
beynəlxalq idman tədbiri keçiriləcəyi gələydi. Axı, bunun üçün ilk əsas məsələ 
o idi ki, ölkəni idman ölkəsi kimi tanıdasan və bundan ötrü münasib, çağdaş 
dünya  tələblərinə  cavab  verən  idman  qurğuları,  stadionları  yaradasan.  O 
vaxt Azərbaycanda bunun üçün nə iqtisadi, nə də maliyyə baxımından şərait 
yox idi. Ölkə ağır durumda idi. Onun adı ümumiyyətlə, idman ölkələri sıra-
sında az-az çəkilirdi. Belədə qitə, dünya idman qurumları nə münasibətlə öz 
toplantı və yığıncaqlarını buraya sala bilərdi ki? O şəraitdə burada olimpiya 
lisenziya  yarışları  nədi,  heç  adi  beynəlxalq  turnirlərin  keçirilməsindən  belə 
söhbət gedə bilməzdi. Lakin ulu öndərin uzaqgörən siyasi, iqtisadi strategi-
yası bir neçə ilə hər şeyi kökündən dəyişdi.
İlham  Əliyev  MOK  prezidentliyini  qəbul  edəndə  gerçək  vəziyyət 
beləydi.  İlk  baxışda  nə  qədər  inanılmaz  görünsə  də,  bütün  bu  ağır  mira-
sa son qoymaq, idmanımızı bu sahədə dünyaya öncüllük edən dövlətlərin 
Sərbəst güləşçi Arif Abdullayev 
dünya çempionu adını qazandı
MOK rəhbərliyindən ölkə prezidentliyinə


230
10 il öncə başlanan yol
səviyyəsinə qaldırmaq üçün ona cəmi 8-10 il kifayət etdi. Bir neçə ilə Bakı 
artıq  beynəlxalq  idman  qurumlarının  ayaq  açdığı,  heyrət  dolu  bir  maraqla 
izlədiyi, hətta beynəlxalq yarışların keçirilməsinə razılıq verdiyi dünya paytaxt-
larından  birinə  çevrildi;  ilk  ciddi  uğurlarımızı  təqdir  etdilər.  Daha  bir  qədər 
keçmiş, belə tədbirlər Azərbaycan üçün az qala adi, gündəlik tədbirlər sayıl-
mağa başlandı. On il əvvələcən bu məmləkəti az qala tanımayan, ya da ki, 
məkrli qonşuların əks-təbliğatı nəticəsində səhv istiqamətdən tanıyan dünya 
idman ictimaiyyəti indi Vətənimizin çağdaş dünya idman mərkəzlərindən biri 
olması  faktını  məmnuniyyətlə  qəbul  edirlər.  İndi  Azərbaycanda  beynəlxalq 
yarışlar, o sırada olimpiya oyunlarının təsnifat, qitə və dünya çempionatla-
rının seçmə, mərhələ yarışları və hətta belə çempionat özü, beynəlxalq qu-
rumların seminar və forumları keçirilir. Ən fərəh doğuranı da, bir çox halda, 
belə təşəbbüslərin sözügedən qurumların özündən gəlməsidir. Aydındır ki, 
belə kəskin mövqe, münasibət dönüşü heç də, adi dillə demiş olsaq, “qara 
qaşımıza-gözümüzə vurulmaqdan” yaranmayıb, köklü səbəblərə söykənir: 
1) bu ölkədə idmanın sürətlə inkişafından, dünya şöhrətli idmançılarımızın 
qibtə doğuran say artımından; 
2) beynəlxaq yarış və toplantılar keçirmək üçün çox qısa zamanda yara-
dılmış normal şəraitdən, müasir, çoxsaylı idman qurğuları və komplekslərin 
inşa olunub işə salınmasından; 
3) dövlətin idmana, idmançılara yüksək diqqət və qayğısından; 
4)  bu  sahəyə  bacarıqlı,  səriştəli,  qətiyyətli,  yorulmaz  insanların  başçılıq 
etməsindən.
İdman  mütəxəssisləri  yaxşı  xatırlayarlar,  İlham  Əliyev  MOK  prezidenti 
seçiləndən az sonra, yeni İcraiyyə Komitəsinin birinci iclasından çıxanda “İd-
man”  qəzetinin  əməkdaşı  ondan  bu  vəziyyətdə  ilk  müsahibəsini  almış  və 
qəzetin 7-13 avqust 1997-ci il tarixli sayında dərc edilmişdi. O vaxt, MOK pre-
zidenti seçilməsinə görə - “Özünüzü qalib sayırsınızmı?” sualına İlham Əliyev: 
“Əsla!” - deyə cavabı vermişdi. Bilirsinizmi, nə mənada? Özü izah etmişdi: 
“Özümü o zaman qalib sayacağam ki, heç olmasa bir Azərbaycan idmançısı 
gələn olimpiadada qızıl medal qazansın. Özümü, Sidneydə Azərbaycan him-
Dünya çempionu Ağası Məmmədovun 
uğurlarında məşqçisi Vaqif Kazımovun da
xüsusi xidmətləri var


231
ni səslənərsə qalib sayacağam”.
Bu cavab bizi elə o vaxt tutmuşdu. Nəyi ilə? Hər şeydən öncə, ağır tutumu-
sanbalı, ölçülü-biçili olması ilə. Halbuki sual, çox güman, əvvəlcədən hazırlan-
sa da, cavab, necə deyərlər, bədahətən verilmişdi, qəlbdə, düşüncədə olan 
hissdən,  fikirdən  gələn  bir  cavab  idi.  Yəni  təbii  idi.  Çoxları  seçilməsindən, 
həm də dəvət yolu ilə seçimindən qürurlanar və elə qürurla da suala birbaşa 
müsbət cavab verərdi. Onun kimi cavab vermək üçün isə gərək insanda bö-
yük təvazökarlıqla bərabər, yüksək məsuliyyət hissi, sözün ağırlığını daşımaq 
duyğusu-mədəniyyəti  olsun.  Çalışacağı  sahədəki  vəziyyəti  və  ümumiyyətlə, 
durumu ağır olan istənilən işi yoluna qoymağın çətinliyini yaxşı bilsin. Bir də 
ki, cana-qana hopmuş dərin, heç nə ilə sarsılmayan reallıq hissinə malik ol-
maq gərəkdir.
Hadisələrin  sonrakı  gedişi  yeni  prezidentdə  bütün  bu  keyfiyyətlərin 
ölçüyəgəlməz  dərəcədə  qədərindən  qat-qat  çox  olduğunu  göstərdi.  An-
caq, etiraf edək ki, o cavabda bizim üçün daha önəmlisi, daha çox rəğbət 
doğuranı başqa bir cəhət oldu - səmimi, sirayətedici, boğazdan yuxarı olma-
yan milli şərəf və təəssübkeşlik hissi: “Özümü, Sidneydə Azərbaycan himni 
səslənsə qalib sayacağam”! Rusların ifadəsi ilə desək, şərhə ehtiyac yoxdur.
Bu cəhət onun söhbət və çıxışlarında həmişə çox önəmli yer tutur, bəzən 
də ana xətt təşkil edir: “Bizə sağlam millət lazımdır!” Həm bu gün, həm də 
daha çox - gələcək üçün. Çağdaş, qabaqcıl dünya ilə ayaqlaşa bilməkdən ötrü. 
Qabaqcıl, qloballaşan dünyaya inteqrasiya olunarkən, onun içərisində qarışıb 
- yox olmamaq və avanqard ön cərgələrdə olmaq üçün. O, Azərbaycanın 
cənub bölgəsində - Lənkəranda Olimpiya Kompleksinin açılış mərasimindəki 
çıxışında deyirdi: “Azərbaycanın hər yerində, hər bir bölgəsində istedadlı id-
mançılar, gənclər vardır. Onlar idmanla məşğul olmalıdırlar. İdmanla məşğul 
olan insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağ-
lam xalq lazımdır, sağlam millət lazımdır, sağlam gənc nəsil lazımdır”. İlham 
Əliyev, xüsusən, idman kadrları məsələsində bu cəhətə üstünlük verir, hər 
bir gözəgəlimli kadr yetişdiyini böyük fərəh və qürur hissi ilə qarşılayır, onlara 
xüsusi qayğı ilə yanaşır. “İdmanın davamlı inkişafını təmin etmək üçün yeni 
Ağırlıqqaldıran Nizami Paşayev 
dünya zirvəsində 
MOK rəhbərliyindən ölkə prezidentliyinə


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə