200
Bu sözlərdən sonra şah yerə yıxılıb acı–acı ağladı. Çılpaq
adam ona baxdı, yerdən tacı qaldıraraq ehtiyatla şahın aşağı
sallanmış başına qoydu. Və şəfqətli baxışlarını şahdan ayırma-
yaraq güzgüyə daxil oldu. Ayağa qalxan şah ilk növbədə güz-
güyə baxdı. Və orada özündən – başında tac olan şahdan başqa
heç kimi görmədi.
7
İşananın çarı əyanları ilə bir yerdə Qanadlı Öküzlər
zalında nəfəslərini içlərinə çəkərək nəticəni gözləyirdilər: çarın
arvadı doğurdu.
Günün sonuna yaxın çapar təngnəfəs saraya daxil olaraq
çarın qarşısında səcdə etdi və söylədi: “Mən, əlahəzrət Çarı,
çarlığı və çarın qullarını sevindirəcək xəbər gətirmişəm. Əla-
həzrətin qatı düşməni, Betrunun çarı – Əzazil Mihrab öldü”.
Bu xəbəri eşidəndə, çar və onun əyanları hamısı birdən
ayağa qalxaraq sevinclərindən çığırmağa başladılar; zira, bir az
daha yaşasa idi, qüdrətli Mihrab hökmən İşananı fəth
edəcək və
onun əhalisini isə əsir aparacaqdı.
Bu məqamda Qanadlı Öküzlər zalına bir dəstə mama-
çanın müşayiəti ilə saray həkimi daxil oldu və çarın qarşısında
səcdə edərək söylədi: “Əlahəzrət Çarım əbədi yaşayacaq və
saysız-hesabsız nəsillərlə İşana xalqının hakimi olacaqdır. Zira,
elə indicə Çarımızın oğlu və varisi dünyaya gəlmişdir”.
Sevincdən çarın ruhu vəcdə gəldi: qatı düşməninin ölümü
və çar nəslinin davamçısının doğulması eyni bir vaxta təsadüf
etmişdi.