190
O vaxtdan bu günə qədər bu kəndin hər bir fəllahı
əziyyətlə başa gətirdiyi məhsulu yığmağa sevinclə girişir.
Çünki şumladıqları torpaq, qulluq etdikləri üzümlüklər indi
onların mülkiyyətinə çevrilmişdi.
O vaxtdan yarım əsr keçdi və livanlılar, nəhayət ki,
ayıldılar.
Livanın Müqəddəs Kedrlərinə doğru gedən yolda
yolçunun diqqətini vadinin kənarında gəlin kimi dayanmış
tənha kəndin gözəlliyi cəlb edir. Miskin daxmalar indi
məhsuldar tarlalar və çiçəklənən bağlarla əhatələnmiş rahat
evlərə çevrilmişdi. Əgər kənd əhalisindən kimdənsə şeyx
Abbasın tarixçəsini soruşsanız, uçmuş divar və daş qalaqlarını
göstərib deyəcək:
– Budur şeyxin sarayı. Həyat tarixçəsi də elə bundan
ibarətdir.
Lakin siz Xəlil haqqında soruşsanız, o, əlini göyə
tutaraq deyəcəkdir:
– Oradadır indi bizim sevimli Xəlilimiz və onun həyat
tarixçəsini Allah parlaq həflərlə bizim ürəklərimizə elə
yazmışdır ki, əsrlər onu silmək iqtidarında deyillər.
191
«MÜJDƏÇİ»
kitabından
I
Sən özün özünün müjdəçinsən. Və ucaltdığın qalalar da
sənin böyük məninin təməlindən başqa bir şey deyil. Və bu
mənin özü də təmələ çevriləcək.
Mən də özümə müjdəçiyəm, zira, sübh çağı qarşımda
uzanan kölgəm günortaya yaxın ayaqlarımın altına yığılacaq-
dır. Başqa bir səhər qabağımca başqa bir kölgə uzadası olsa be-
lə, o da başqa bir günortada hökmən yığılacaqdır.
Biz həmişə özümüzün müjdəçimiz olmuşuq, həmişə də
olacağıq. Və bütün yığdıqlarımız və yığacaqlarımız hələ şum-
lanmamış tarlalar üçün toxumdan başqa bir şey olmayacaqdır.
Biz həm tarlalarıq, həm əkinçi, həm yığanlarıq, həm yığılan.
Sən duman içrə həsrətlə gəzəndə, mən də orda həsrətlə
gəzirdim. Sonra biz bir-birimizi tapdıq və yuxular doğuldu
vüsalımızdan. Yuxular sərhədsiz zaman və ölçüsüz məkan idi.
Sən həyatın həsrətli dodaqlarında lal bir söz olduğun
zaman, mən də orda başqa bir lal söz idim. Sonra həyat bizi
səsləndirdi və biz dünənin xatirələri və sabahın həsrəti ilə
192
döyünən illərə calandıq, zira, ötən gün məğlub olmuş ölüm,
sabah isə gözlənilən doğumdur.
İndi isə biz Allahın əllərindəyik. Sən Onun sağ əlindəki
günəş, mənsə Onun sol əlində yerəm. İşıqlandıran – sən,
işıqlanan – mən olsam da, səndən az işıqlı deyiləm.
Biz – günəş və yer – daha böyük günəşin və daha böyük
yerin başlanğıcıyıq. Və həmişə də başlanğıc olaraq qalacağıq.
***
Sən özün özünün müjdəçinsən, – mənim bağımın
qapılarının yanından ötən yolçusan.
Mən də özümə müjdəçiyəm, baxmayaraq ki, ağacların
kölgəsində oturmuşam və hərəkətsiz görünürəm.
2
Günlərin bir günü Şariya adlı böyük bir şəhərə səhradan
bir qərib gəldi; onun əynindəki libasdan və əlindəki əsadan
başqa heç nəyi yox idi.
O, küçələri gəzə-gəzə məbədlərə, qalalara və saraylara
böyük bir heyranlıqla tamaşa edirdi. Zira, Şariya həqiqətən də
gözəl şəhər idi. O dönə-dönə yanından ötənləri saxlayıb
gördükləri barədə onları sorğu-suala tuturdu. Lakin nə onlar
onun dilini anlayır, nə də o onların danışığını başa düşürdü.
Günorta saatında o, iri bir yeməkxananın qabağında
dayandı. Bina sarı mərmərdən tikilmişdi və insanlar maneəsiz
olaraq bu binaya girib çıxırdılar.
«Bura yəqin ziyarətgahdır», – deyə öz-özünə düşünən
qərib içəri daxil oldu. Və böyük zalda çoxlu masaların
193
ətrafında xeyli kişi və qadınların oturduğunu görüncə çox
təəccübləndi. Onlar yeyir, içir və musiqiçilərə qulaq asırdılar.
«Yox, bu səcdəyə oxşamır», – deyə qərib öz-özünə
söylədi, – bu, yəqin qonaqlıqdı, şahzadə hansısa böyük bir
hadisənin şərəfinə təşkil edib.
Bu zaman şahzadənin nökəri sandığı bir adam
yaxınlaşaraq onu masaların birinə dəvət etdi. Ona ət, şərab və
ən ləziz şirniyyatlar gətirdilər.
Yeyib doyandan sonra qərib ayağa durdu ki, getsin.
Qapıda onu qeyri-adi paltar geymiş cüssəli bir kişi saxladı.
«Yəqin bu, şahzadənin özüdür», – qərib ürəyində söylədi
və baş əyərək ona təşəkkürünü bildirdi.
Cüssəli kişi isə öz şəhərinin dilində: «Ağa, yeməyin
pulunu verməmisən», – dedi.
Qərib onun nə dediyini anlamayaraq bir daha ürəkdən tə-
şəkkür etdi. Cüssəli kişi müəmmalı ifadə ilə qəribi diqqətlə nə-
zərdən keçirdi. Onun əcnəbi, geyimindən isə yoxsul olduğunu
görüncə başa düşdü ki, bu adamın yeməyin haqqını ödəməyə
pulu yoxdu. Cüssəli kişi əlini əlinə vurub adamları çağırdı və
içəri dörd nəfər şəhər gözətçisi daxil oldu. Onlar cüssəli kişini
dinləyəndən sonra qəribi nəzarət altına aldılar. İkisi onun sağ,
ikisi də sol tərəfində durdu. Onların xüsusi geyimdə olmasına
və səlis hərəkətlərinə diqqət yetirən qəribin ağzı açıla qalmışdı.
«Onlar yəqin əsilzadələrdir », – deyə qərib düşündü.
Onlar birlikdə məhkəmə binasına yollanaraq ora daxil
oldular. Qərib qarşısında taxtda oturmuş dalğalı saqqallı və
qeyri-adi paltar geyinmiş ahıl bir kişi gördü. Onu padşah sanan
qərib bu şərəfə layiq görüldüyünə əməlli-başlı sevindi.
Dostları ilə paylaş: |