196
O söylədi: «Uzun deyil mənim hekayətim. Sadəcə qəfil-
dən gözüm açıldı. Bu belə baş verdi: Günlərin bir günü sarayın
pəncərəsinin qarşısında oturmuşdum, mənim vəzirim və bir əc-
nəbi elçi isə bağda gəzişirdilər. Pəncərəmə yaxınlaşanda vəzi-
rin özü haqqında bunları dediyini eşitdim: «Mən bizim şahımız
kimiyəm; tünd şərab düşkünü və bütün qumar oyunlarının ölü-
süyəm. Şahım kimi mənim də xasiyyətim ağırdır». Bu sözlər-
dən sonra vəzir və elçi ağacların arasında gözdən itdilər. Lakin
bir neçə dəqiqədən sonra onlar qayıtdılar. Bu dəfə vəzir mənim
haqqımda danışırdı: «Mənim şahım eynən mənim kimidir: mə-
nim kimi sərrast atıcıdır, musiqini sevir və gündə üç dəfə ha-
mam
qəbul eləyir, mənim kimi».
Kiçik fasilədən sonra gənc əlavə etdi:
“Elə həmin gün əynimdəki libasdan başqa heç nə
götürməyərək sarayı tərk etdim; zira, mənim nöqsanlarımı
özünə götürən, öz məziyyətlərini isə mənə şamil edənlərin
hakimi olmaq istəmədim”.
Mən: «Həqiqətən də qəribə əhvalatdır», – dеyə söylədim.
O isə: “Qətiyyən, mənim dostum, sadəcə, sən mənim sü-
kutumun qapısını döydün və boş bir şey eşitdin, – dedi. – Zira,
meşədən ötrü şahlığı kim tərk etməz ki? Burada fəsillər fasilə-
siz olaraq nəğmə oxumaqda və rəqs etməkdədir. Çoxları, tən-
halıq və təkliyin şirin yoldaşlığından daha az dəyərli şeylərdən
ötəri şahlıqdan keçib.
O qədər qartal olub ki, yüksəkliklərdən köstəbək yuvala-
rına eniblər ki, yerin sirrini öyrənə bilsinlər. Elələri də olub кi,
arzusuzluqdan çox da uzaq düşməməк üçün arzular şahlığından
imtina ediblər. Еlələri də var ki, çılpaqlıq şahlığından imtina
edərək ruhlarının üstünü örtürlər ki, açıq həqiqətin və çılpaq