202
o deyil, əslində, çaydı, dənizə axır və bizi də, tiri də özü ilə
aparır”, – söylədi.
Üçüncü qurbağa da öz sözünü deməyə tələsdi: “Hərəkət
edən nə tir, nə də çaydır. Hərəkət bizim təfəkkürümüzdədir.
Zira, fikirsiz heç nə hərəkət etmir”.
Üç qurbağa həqiqətdə nəyin hərəkət etməsi barədə
mübahisə açdılar. Mübahisə qızışsa da, bir-birinin üstünə
qışqıran qurbağalar razılığa gələ bilmədilər.
Onda onlar bayaqdan sükutunu qoruyaraq yalnız diqqətlə
qulaq asan dördüncü qurbağaya müraciət etdilər ki, öz fikrini
bildirsin.
Dördüncü qurbağa söylədi: “Hər biriniz haqlısınız və heç
biriniz də səhv demirsiniz. Hərəkət həm tirdə, həm suda, həm
də bizim təfəkkürümüzdədir”.
Üç qurbağa bundan bərk qəzəbləndi. Zira, onlardan heç
biri bu fikirlə razılaşa bilməzdi ki, o, tam haqlı, qalan ikisi isə
tam yalnış deyil.
Bundan sonra qəribə bir şey baş verdi: üç qurbağa sözü
bir yerə qoyaraq dördüncünü tirin üstündən suya itələdilər.
203
«DƏLİ.
ONUN ŞEİR VƏ HEKAYƏTLƏRİ»
kitabından
Soruşursan, necə oldu ki, mən dəli oldum? Bu belə baş
verdi:
Çox-çox əvvəllər, allahların bir çoxu hələ doğulmamış,
günlərin günü yuxudan oyanaraq anladım ki, mənim bütün
maskalarım oğurlanmışdır. Yeddi maskanın yeddisi də. Özüm
düzəltmişdim onları və geyinirdim yeddi həyatımda.
Mən maskasız halda adamlarla dolu olan küçələrə
çıxaraq qışqırmağa başladım: “Oğrular, oğrular, rəzil oğrular!”
Məni görən kişi və qadınlar gülüşür, bəziləri isə hətta
məndən qorxaraq evlərində gizlənirdilər.
Mən bazar meydanına yetişəndə dama çıxmış bir oğlan
qışqırdı: “Ay camaat dəliyə baxın!” Mən baxışlarımı ona tərəf
qaldırdım və günəş birinci dəfə mənim yalın üzümdən öpdü.
Birinci dəfə mənim yalın üzümdən öpdü və mənim ruhum gü-
nəşə qarşı məhəbbətdən alovlandı. Və bir daha maska taxmaq
istəmədim. Vəcdə gələrək qışqırdım: “Eşq olsun! Eşq olsun,
mənim maskalarımı oğurlayan oğrulara!”
Beləcə mən dəli oldum.
204
Dəlilikdə mən özümçün tənhalıq azadlığı və anlaşılmaz-
lıq təhlükəsizliyi tapdım, zira, hər bizi anlayan adam, içimizdə
nəyisə qula çevirmiş olur.
Lakin təhlükəsizliyimlə öyünməyimə dəyməz. Həbsxana-
dakı Oğrunun da digər oğrudan qorxacağı yoxdur.
Dostum
Dostum, mən sənə göründüyüm kimi deyiləm. Görüntüm
– geydiyim paltardan başqa bir şey deyil. Bu paltar səbrlə toxu-
nub və məni sənin sorğularından, səni isə mənim laqeydliyim-
dən qoruyur.
Dostum, içimdəki “mən” sükut evində yaşayır və orada
da qalacaqdır, dərkolunmaz və əlçatmaz olaraq.
Mən istəmirəm ki, sən mənim sözlərimə bağlanıb əməllə-
rimə inanasan; zira, mənim sözlərim sənin səslə ifadə olunan
fikirlərindən, əməllərim isə sənin həyata keçən ümidlərindən
başqa bir şey deyildir.
Sən deyəndə ki, “Külək Şərqə tərəf əsir”, mən də
deyirəm: “Hə, külək Şərqə əsir”; zira, istəmirəm biləsən ki,
fikrim küləyin yox, dənizin yanındadır.
Sən mənim dənizdə üzən fikirlərimi anlaya bilməzsən.
Və mən heç istəmirəm də ki, sən onları anlayasan. Tək qalmaq
istəyirəm dənizdə.
Sənin üçün gündüz olanda, mənim üçün gecədir; lakin
onda da mən təpələrdə oynayan günortadan və vadi boyu
sürüşən bənövşəyi kölgədən danışacam, zira, sən mənim
qaranlığımın nəğmələrini eşitmək, qanadlarımın ulduzlara necə
205
çırpıldığını isə görmək iqtidarında deyilsən. Və mən gecə ilə
tək qalmaq istəyirəm.
Sən öz Cənnətinə yüksələndə mən öz Cəhənnəmimə eni-
rəm – hətta sən keçilməz uçurumun o tayından məni “Rəfiqim,
Yoldaşım!” – deyə haylayanda belə mən: “Yoldaşım, Rəfi-
qim!” – deyə cavab verirəm sənə. Zira, istəmirəm ki, mənim
Cəhənnəmimi görəsən – onun alovu gözlərini qarsıda bilər, tüs-
tüsü isə boğar səni. Və bundan başqa mən öz Cəhənnəmimi o
qədər sevirəm ki, qısqanıram sənə. Cəhənnəmdə tək qalmaq
istəyirəm.
Sən Həqiqəti, Gözəlliyi və Ədaləti sevirsən; və mən də
sənin xətrinə bunun yaxşı iş olduğunu deyir və özümü onları
sevən göstərirəm. Ürəyimdə isə sənin sevginə gülürəm. Lakin
istəmirəm ki, sən mənim güldüyümü görəsən. Tək gülmək
istəyirəm.
Dostum, sən xeyirxah, ehtiyatlı və müdriksən, hətta de-
yərdim ki, kamilliyin özüsən; və səninlə ünsiyyətdə mən də
müdrik və ehtiyatlı danışmağa çalışıram. Əslində isə mən dəli-
yəm. Sadəcə dəliliyimi maska altında gizlədirəm. Dəliliyimdə
tək qalmaq istəyirəm.
Dostum, əslində sən mənim dostum deyilsən, lakin bunu
sənə necə anladım? Cığırlarımız ayrıdır bizim, əl-ələ addımla-
saq da.
Uyuq
Bir gün uyuğa dedim: “Bu tənha tarlada durmaq yəqin ki,
çox yorucu olar səninçün”.
206
O isə cavabında: “Qorxutmaq – bundan böyük və bundan
dərin sevincmi var? Heç vaxt bezmərəm bu işdən”, – söylədi.
Bir dəqiqə düşündükdən sonra: “Düz deyirsən; bu sevinc
mənə də tanışdır”, – söylədim.
O isə: “Bunu yalnız o kəs anlaya bilər ki, içi samanla
dolmuş olsun”, – söylədi.
Sonra mən ayrıldım ondan. Və başa düşmədim, bununla
o mənə tərif demək istəyirdi, ya təhqir etmək.
Bir il keçdi və uyuq bu vaxt ərzində filosofa çevrildi.
Və mən bir də onun yanından keçəndə iki qarğanın onun
papağında yuva qurduğunun şahidi oldum.
Tülkü
Sübh vaxtı kölgəsinə baxan tülkü dedi: “Bu gün nahara
dəvə yeyəcəyəm”.
Bütün səhəri dəvədən ötrü ora – bura vurnuxdu. Günorta
bir daha gözü kölgəsinə sataşanda: “Heç siçan da bəd deyil”, –
dedi.
İki qəfəs
Atamın bağında iki qəfəs var. Birində atamın tapşırığı ilə
qulların Nineviya səhrasından tutduqları aslan, digərində isə
adi, mahnı oxuya bilməyən sərçə.
Və hər gün sübh çağı sərçə aslanı salamlayır: “Sabahın
xeyir, məhbəs yoldaşım!”
Dostları ilə paylaş: |