CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
68
Saleh oğlu Şeyxzamanlı 
(1880-1920), onun müavini isə “Hümmət” 
Partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Lakin 
M.Şeyxzamanlı Milli Məclisin üzvü olduğuna 
(o, parlamentdə aqrar 
komissiyada fəaliyyət göstərirdi – C.Q.) görə avqustun 20-də öz 
ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuş və onun yerinə 
qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi. N.Şeyxzamanlı 
yazır ki, Nəsib bəy Yusifbəyli mənə müraciətlə bildirdi: 
“Nağı bəy, 
Əksinqilabla Mübarizə Təşkilatını 
qurduq. Səni bu idarəyə rəis təyin 
etmək istəyirəm. Razısanmı?” 
Mən işlərimə heç kimin müdaxilə 
etməməsi şərti ilə razılıq verdim”.
71
 
Həmin söhbət zamanı Nəsib bəy 
Yusifbəyli bu təşkilatın Daxili İşlər 
Nazirliyinə deyil, Baş nazirə tabe 
olacağını bildirmişdi. 
Bu təşkilatın rəis müavini 
hümmətçi Mirfəttah Musəvi 1919-
cu il sentyabrın 5-də qətlə yetirildi 
və onun yerinə noyabrın 15-də 
Mahmud Səfikürdiski təyin olundu.
Denikinçilərin 1919-cu ilin 
payızında həm şimaldan, həm 
də dənizdən ehtimal olunan 
hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək 
üçün S.Mehmandarovun təklifi ilə DMK 13 sentyabr 1919-cu ildə 
keçirdiyi iclasında böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı 
İstehkamat hissəsini 
(Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunu) 
yaratdı. DMK-nın qəbul etdiyi qərara əsasən, Bakı Möhkəmləndirilmiş 
Müdafiə Rayonunun rəisi vəzifəsi təsis olundu, şəhərin hərbi general-
qubernatoru vəzifəsi ona birləşdi və Bakı rəisliyi ərazisi ona tabe edildi
72

1919-cu il  oktyabrın 26-da ƏMT də Bakı Möhkəmləndirilmiş Müdafiə 
Rayonuna tabe edildi. 
71   Nağı Şeyxzamanlının xatirələri. Bakı, 1997, s. 171-172.
72   Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 21, v. 53.
Əksinqilabla Mübarizə 
Təşkilatının rəisi 
Məmmədbağır Şeyxzamanlı


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
69
DMK-nın işlər müdiri Q.Qasımbəyov ƏMT-yə göndərdiyi 
məktubunda bildirirdi ki, bütün yerli orqanlar, keşikçi və axtarış polisi, 
eyni zamanda ƏMT Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna 
tabe olmalıdır.
73
 Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun 
rəisi isə Murad Girey Tlexas təyin edildi. Beləliklə də, ƏMT Bakı 
Möhkəmləndirilmiş Müdafiə Rayonunun tabeçiliyi altında fəaliyyətini 
davam etdirdi. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun 
struktur bölmələri yalnız denikinçilərə deyil, eyni zamanda erməni-
bolşevik təcavüzünə qarşı da mübarizə aparırdı. General-mayor Tlexas 
28 fevral 1920-ci ildə göstərirdi ki, siyasi mənsubiyyətindən asılı 
olmayaraq dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin 
şəhərdən çıxarılması məqsədi ilə qətiyyətli tədbirlər görülür
74

Əksinqilabla Mübarizə Təşkilatının 1919-cu ilin oktyabr 
ayından  sonrakı aparat strukturu
73   “Azərbaycan” qəzeti, 30 oktyabr 1919-cu il.
74   Azərbaycan Respublikası MAİ, f. 894, siy. 7, iş 18, v. 11.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
70
Dövlətin təhlükəsizliyi ilə məşğul olan belə bir qurumda (ƏMT-
də) müxtəlif partiyaların, xüsusilə də hakimiyyətdə iddialı olan 
hümmətçilərin və müxtəlif əqidə sahiblərinin təmsil olunması doğru 
hal hesab edilə bilməzdi. Elə bu səbəbdən də bolşevik istilasının 
gücləndiyi dövrdə bu təşkilat onun ağrısını yaşamalı oldu. Bütün 
bunlara baxmayaraq, ƏMT-nin əməkdaşlarının böyük əksəriyyəti 
Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, 
düşmən qüvvələrin aşkarlanması, xarici təhdidlərin qarşısının alınması 
istiqamətində xeyli işlər gördü.
II.2. Əksinqilabla Mübarizə Təşkilatının fəaliyyət istiqamətləri
ƏMT-nin fəaliyyət istiqamətləri müxtəlif sahələrdə olmuş və bu 
özünün hüquqi əsasını “Azərbaycan Respublikasının əks-kəşfiyyat 
xidmətinin məmurlarının hüquq və vəzifələri barədə Əsasnamə”də 
tapmışdı. Bu əsasnamə ƏMT Bakı Möhkəmləndirilmiş Müdafiə 
Rayonuna tabe etdirildikdən sonra qəbul edilmişdi. Təşkilatın 
əməkdaşları casusların və onların təşkilatlarının, həmçinin öz fəaliyyəti 
ilə Azərbaycana düşmənçilik mövqeyində duran, dövlət hakimiyyətinə 
qarşı qiyamda, xəyanətdə iştirak edən, vəzifəli şəxslərin həyat və 
azadlıqlarına qəsd edən, hakimiyyətə, eləcə də hərbi vəzifəlilərə, 
hərbi qurumlara, hərbi hissələrə hücum edən və ya silahlı müqavimət 
göstərən şəxslərin aşkarlanması, sərnişin gəmilərinin qəbulu, sənədlərin 
yoxlanılması, şübhəli şəxslərin saxlanılması, ictimai-siyasi vəziyyətə 
nəzarət və s. bu kimi digər funksiyaları yerinə yetirirdi. 
Sonralar Azərbaycan Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən ƏMT-
nin əməkdaşı olmaqda təqsirli hesab edilərək həbs olunan Sadıqov 
Mirzəbaba Kəlbəli oğlu 1932-ci il iyulun 5-də verdiyi ifadəsində ƏMT-
dəki işini belə xarakterizə edirdi: 
“Müsavat” əks-kəşfiyyatına 1919-cu 
ildə daxil olmuşam. Məni kiçik agent vəzifəsinə təyin etmişdilər. 
Mənim vəzifəmə sərnişin gəmilərinin qəbulu, sənədlərin 
yoxlanılması, qaçaqmalın müsadirə edilməsi, məktubların 
alınması, şübhəli şəxslərin saxlanılması və s. daxil idi”.
75
 
Yeri gəlmişkən qeyd edək ki, Bakıda 1919-cu il sentyabrın 1-də hərbi 
liman yaradılmışdı. Gediş-gəlişə nəzarət – sənədlərin yoxlanılması, 
qaçaqmalçılıqla mübarizə, şübhəli şəxslərin saxlanılması, məktubların 
75   DTX-nin arxivi. M.Sadıqovun istintaq qovluğu, PR-39509.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə