CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
60
Azərbaycanın düşməni sayıram”.
59
Hərbi Nazirliyin, eləcə də onun Kəşfiyyat və əks-kəşfiyyat 
bölməsinin həyata keçirdiyi tədbirlərə baxmayaraq, Azərbaycanda 
ictimai-siyasi vəziyyət yenə də gərgin olaraq qalmaqda idi. Bu vəziyyət 
Azərbaycan hökumətindən ciddi tədbirlərin həyata keçirilməsini 
tələb edirdi. Azərbaycan hökuməti, eləcə də Hərbi Nazirliyin 
rəhbərləri mövcud vəziyyətdən çıxış yolunu daha çox Hərbi Nazirliyin 
struktur bölmələrində dəyişikliklər aparmaqda, ordu quruculuğunu 
gücləndirməkdə görürdülər. Belə struktur dəyişiklikləri Baş 
Qərargah İdarəsində də aparılırdı. Belə ki, S.Mehmandarovun 1920-
ci il 17 fevral tarixli 105 saylı əmri ilə M.Sulkeviç tutduğu vəzifədən 
(bütövlükdə isə ordu sıralarından) uzaqlaşdırıldı və onun vəzifəsi 
general-mayor Həbib bəy Səlimova həvalə edildi. H.Səlimov milli 
ordunun struktur bölmələrinə yenidən baxdı və ciddi dəyişikliklərlə 
yeni bir layihə hazırlayıb Nazirlər Şurasına təqdim etdi. 1920-ci il mart 
ayının 1-dən etibarən həmin layihənin həyata keçirilməsinə Nazirlər 
Şurası razılıq verdi. Hərbi nazirin martın 2-də   imzaladığı əmrlə 
təsdiq edilmiş strukturun icrasına başlanıldı. Həmin əmrə əsasən, 
Ümumi Qərargahla Ərkani-hərb bir qərargah adı altında birləşərək 
“Azərbaycan ordusunun qərargahı ümumisi” adlandırıldı və bu 
quruma rəhbərlik general-mayor Həbib bəy Səlimova həvalə olundu. 
“Azərbaycan ordusunun qərargahı ümumisi”nə bir neçə idarə daxil idi. 
Bunlardan biri də General-kvartirmeyster idarəsi adlanırdı. Bu idarəyə 
polkovnik Karqaleteli rəhbərlik edirdi. Karqaletelinin rəhbərlik etdiyi 
idarədə aşağıdakı bölmələr fəaliyyət göstərirdi:
1.   Əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski). 
2.  Səfərbərlik bölməsi və məhəlli qoşunlar şöbəsi 
       
(rəisi polkovnik Seyfulin).
3.   Nizami və ümumi bölmə (rəisi polkovnik-leytenant Maqrubov). 
4.  Hərbi əlaqələr (daşınmalar) bölməsi (rəisi rotmistr Xudaverdov). 
5.   Rabitə komandası.
60
 Hərbi Nazirlikdə struktur dəyişikliklərinin və işdə müəyyən 
önəmli nəticələrin əldə edilməsinə baxmayaraq, bolşevik çevrilişi 
bu nazirliyin, o cümlədən Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin də 
fəaliyyətinə son qoydu. 
59   Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998, s. 264.
60   Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 39, v. 109-112.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
61
II FƏSİL. 
Əksinqilabla Mübarizə Təşkilatı 
Azərbaycan Xalq Cümhuriyyətinin 
müstəqil təhlükəsizlik 
orqanı kimi


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
62


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
63
II.1. Əksinqilabla Mübarizə Təşkilatının yaradılması  
və  onun kadr siyasəti
Ölkədəki ictimai-siyasi vəziyyətin gərginliyini nəzərə alaraq 
tərkibinə Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə 
nazirləri daxil olmaqla 1919-cu il iyunun 9-da Dövlət Müdafiə 
Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi. Xüsusi 
səlahiyyətlərə malik olan DMK ölkədə ümumi hərbi səfərbərlik 
keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü 
dəstələr yaratmaq, ölkənin 
təhlükəsizliyi ilə bağlı məsələlərin 
müzakirəsini aparmaq, müvafiq 
qərarlar qəbul etmək, qarşıya 
qoyulmuş vəzifələrin layiqincə 
yerinə yetirilməsi məqsədi ilə yeni 
strukturlar yaratmaq və s. hüquqlara 
malik olan bir qurum idi.
61
 DMK 
ortaya çıxan fövqəladə məsələləri həll 
etməli və qəbul edilmiş qərarların 
icrasını təmin etməli idi. DMK-
nın iclasları onun üzvlərindən üç 
nəfərin iştirak etdiyi şəraitdə hüquqi 
səlahiyyətli hesab olunurdu. İclasa 
rəhbərliyi Nazirlər Şurasının sədri 
edirdi. O, iclasda iştirak etmədiyi 
təqdirdə DMK-nın istənilən üzvünə 
sədrlik səlahiyyəti tapşırıla bilərdi.
62
1919-cu il iyunun 11-də DMK Azərbaycanın bütün ərazisində hərbi 
vəziyyət elan etdi və aşağıdakı məzmunda qərar verdi: 
“…Azərbaycan 
dövlətinə qarşı qiyam, dövləti xəyanət, parlament və hökumət 
üzvlərinin hə yatına qəsd, hərbi hissələrə basqın, hakimiyyət 
orqanlarına silahlı müqavimət, vəzifəli şəxslər öz xidməti 
vəzifələrini yerinə yetirərkən onlara sui-qəsd, dəmir yollarının, 
61   Azərbaycan Respublikası MAİ, f. 970, siy. 1, iş 166, v. 24.
62   Yenə orada, f. 2894, siy. 1, iş 35, v. 32.
Əksinqilabla Mübarizə 
Təşkilatının rəisi 
Nağı bəy Şeyxzamanlı


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
64
körpülərin və bu kimi mühüm dövlət əhəmiyyəti olan tikili və 
qurğuların xarab edilməsi, hərbi xidmətdə olan rütbəli şəxslər 
haqqında açıq şəkildə təbliğat və ədəbiyyatların yayılmasında 
günahkar bilinənlər müharibə dövrünün qanunlarına uyğun 
olaraq cəzalandırılmalıdır. Xüsusi icazə olmadan siyasi xarakterli 
kütləvi mitinq və küçə yürüşləri təşkil etmək, odlu silah, hərbi 
sursat saxlamaq, satmaq və gəzdirmək qadağandır. Şaiyələr yayan, 
millətlərarası ədavəti qızışdıran, ərzaq və ilkin tələbat mallarını 
artıq qiymətə satan və digər bu kimi təxribat xarakterli hərəkətlər 
edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır”.
63
Ölkədə hərbi, ictimai-siyasi vəziyyətin gərgin və kənar müdaxilənin 
real olduğu, Denikin ordularının, erməni separatçılarının, riyakar 
ingilislərin, eyni zamanda bolşeviklərin Azərbaycanın əleyhinə 
işlədiyi bir vaxtda müstəqil təhlükəsizlik orqanına xüsusi eh ti yac 
duyulurdu. Bunu nəzərə alan Azərbaycan par la menti 1919-cu il 
iyunun 11-də DMK yanında Əks in-
qilabla Mübarizə Təşkilatının 
(ƏMT) 
ya ra dıl ması barədə qərar qəbul etdi. 
DMK-nın sədri Nəsib bəy Yusifbəyli 
tərəfindən 1919-cu il iyunun 13-də 
imzalanmış  bir  sə nəd də  gös tə ri lirdi: 
“Mirfəttah  Musəvi  cə nab larına! 
Döv lət  Mü da fiə  Komitəsinin  sənə 
cariyə haziranın  (iyun ayı nəzərdə 
tutulur – C.Q.)  11-ci günü vaqe 
olan iclasında zati aliniz müqabil 
kəşfiyyat müdirliyinə təyin edilmiş 
Məhəmmədbağır Şeyxzamanlı 
cənablarına müavin təyin 
olunursunuz. Məzkur komitənin qərardadı bərai-məlumat şərh 
edilir, əfəndim. Dövlət Müdafiə Komitəsinin sədri Yusifbəyli”
64

Vaxtilə ƏMT-nin rəisi olmuş Nağı bəy Şeyxzamanlı 
(1883-
1967) 1964-cü ildə İstanbulda çap etdirdiyi “Azərbaycanın istiqlal 
63   Yenə orada, f. 1051, siy. 1, iş 2, v. 39-40.
64   Yenə orada, f. 2894, siy. 1, iş 26, v. 3-5.
Əksinqilabla Mübarizə 
Təşkilatının möhürü


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə