3
ƏZİZ OXUCU!
Sizlərə təqdim olunan bu kitab Azərbaycanda ilk gömrükxananın açılmasının 200 illik və müstəqil
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yaradılmasının 15 illik yubileylərinə həsr olunur.
Kitabda müxtəlif tarixi dövrlər ərzində, gömrük işi və xarici ticarət əlaqələri ilə əlaqədar ölkəmizin özünün
yürütdüyü siyasət və məcburi qəbul etdirilən siyasət barədə bilgiləri tarixi mənbələr və əlimizdə olan arxiv
materilları əsasında elmi-populyar şəkildə Sizlərə çatdırmağa çalışmışıq. Təqdim olunan kitab dərs vəsaiti kimi
nəzərdə tutulmuşdur. İnşallah dərslik variantı da bir qədər işləndikdən sonra nəşr olunacaqdır. Kitab
hazırlanarkən alimlərimizin köməyindən, arxiv materiallarından və Dövlət Gömrük Komitəsinin verdiyi
məlumatlardan istifadə olunubdur. Bakı gömrükxanasının mövcud olduğu müddətlərdə fəaliyyətini əks etdirən
sənədli materiallar hazırda Azərbaycan Respublikası Baş Dövlət Arxiv İdarəsində saxlanılır. 1809-1919-cü illəri
əhatə edən materiallar 4397 qovluqda (Fond № 202), 1920-1935-ci illəri əhatə edən materiallar isə 244
qovluqda (Fond № 363) saxlanılır. Bundan başqa Rusiya Dövlət İqtisad Arxivində (Fond 413) (əvvəllər Oktyabr
İnqilabı adına Mərkəzi Dövlət Arxivi, sonra isə SSRİ Xalq Təsərrüfatının Mərkəzi Dövlət Arxivi adlanırdı)
saxlanılan, habelə Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin materiallarından istifadə olunmuşdur.
Kitabın hazırlanması prosesində istər arxiv materiallarının əldə olunmasında, istər tarixi bilgilərin
araşdırılmasında, istər müasir gömrük tarixinin olduğu kimi yazılmasında, istər şəkillərin və digər lazımlı
sənədlərin toplanmasında, istər həmin materialların hazırlanması üçün lazım olan maliyyə dəsəyinin əldə
olunmasında və istərsə də kitabın nəşr olunmasında mənə koməklik göstərənlərin hamısına öz minnətdarlığımı
bildirirəm və onların ad və soyadlarının xüsusi qeyd olunmasını özümə borc bilirəm: Kəmaləddin Heydərov –
Fövqəladə Hallar Naziri; Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin sədri; Səfər Mehdiyev – DGK sədrinin 1
müavini; Rza Həsənəliyev – DGK sədrinin müavini; Əsgər Abdullayev – DGK sədrinin müavini; Mirqasım
Vahabov – Maliyyə-tarif və Valyuta Nəzarəti Baş İdarəsi; Arif Əliyev – Statistika və informasiya
texnologiyaları Baş İdarəsinin rəisi; Şahin Bağırov – Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi; Güloğlan
Muradlı – Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına ilə mübarizə Baş İdarəsinin rəisi; Dilavər
Fərzəliyev – Xarici əlaqələr idarəsinin rəisi; Nazim Məmmədov – İşlər İdarəsinin rəisi; Arzu Xəlilov – İşlər
İdarəsinin rəis müavini; Nərgiz Məmmədova – Kadrlar İdarəsinin rəisi; Sənan Muxtarov – Hüquq şöbəsinin
rəisi; Səlim Müslümov – Dövlət Sosial Müdafiə Fondunun sədri; Fəzail İbrahimli – Millət vəkili, tarix elmləri
doktoru; Rauf Rzayev – tarix elmləri namizədi.
4
AZƏRBAYCANIN QƏDİM DÖVRLƏRDƏN XVIII ƏSRİN ƏVVƏLLƏRİNƏ QƏDƏRKİ
XARİCİ TİCARƏT SİYASƏTİ
Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci
minilliyin ikinci yarısında yerli tayfalar Assur. Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi
aparar, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər.
Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, Zəncan, Naxçıvan, Maku və
digər şəhərlər ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə təkcə
quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük ipək yolu” vasitəsilə
Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri, İberiya, Qafqaz Albaniyası ilə ticarət əlaqələri formalaşmışdı.
Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yün məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan
istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük
vergiləri və rüsumları adlanır.
Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən
Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli
ehtiyatların olduğu göstərilirdi ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər. Şirvanda (Bakıda) neft
və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da müasir dildə mədən vergisi və aksiz vergisi kimi
dəyərləndirilir.
Mənbələrin yazdığına görə, Azərbaycan ərazisində dövlət tərəfindən gömrük vergiləri rəsmi olaraq IX
əsrin əvvəllərindən müəyyən edilməyə başlamışdır. Bəlkə IX əsrdən qabaq da bu vergilər mövcud olmuşdur,
lakin bu barədə olan məlumatlar Ərəb xilafəti dövründə yandırıldığı üçün, bu barədə ancaq mülahizə yürütmək
olar. Çünki artıq iri şəhərlərdə - Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Beyləqan, Qəbələ, Şəki, Şəmkir, Dərbənd
(Bab-əl-Əbvab), Şabran, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar “ravad” adlanırdı) yaranmışdı.
Xarici ölkələrdən Azərbaycana müxtəlif parçalar, metal məmulatları, ətriyyatlar, ədvalar, xəzlər və s.
gətirilir, ölkədən isə xam ipək, ipək parçalar, pambıq, xalçalar, boyalar, neft, mal-qara, atlar və s. ixrac edilirdi.
Ticarətə qoyulan gömrük vergi və rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi.
XI-XII əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi Azərbaycan
şəhərlərindən daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə, balıq, boyaq, ədviyyat və s. göndərilir,
Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar.
Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və mal-
pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir.
XI-XII əsrlərin vergiləri əvvəlki dövrlərin qayda - qanunlarının çoxunu mühafizə etmişdir. O dövrün
vergi sistemi haqqında ətraflı məlumat verən tarixçi Ravəndi yazırdı ki, vergilər dəftərlərdə xüsusi qeydlər
aparılmaqla həyata keçirilirdi.
Eyni zamanda Ravəndi qanunsuz vergilərdən (yəni, müasir dildə rüşvətdən) “dəstərqə” (hədiyyə kimi
qəbul edilən vergi növü), “şərab-baha” (içki üçün yığılan pul - indiki “aksiz” vergisi) və sairlərinin də adını
çəkir.
XII-XIII əsrlərdə Dərbənddən İran körfəzinə, Şərqdən Avropaya gedən beynəlxalq karvan yolları
Təbrizdə kəsişirdi.
Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali İtaliya şəhərlərinə, həmçinin Fransaya ixrac olunurdu.
Volqaboyu, Rusiya və Şərqi Avropanı İran körfəzi ilə əlaqələndirən beynəlxalq karvan yolunun
üstündə yerləşən şəhər Şamaxı idi.
XI-XIII əsrin əvvəllərində Dərbənddən sonra ikinci mühüm liman şəhəri, ağ neft və duz istehsalı
mərkəzi Bakı şəhəri idi.
Monqol əsarəti dövründə Azərbaycanda monqol vergi toplayanları (baskaklar) çox qəddarlıq edirdilər.
Məhz monqollar ilk dəfə olaraq sənətkarlar və tacirlər üçün yeni vergi növü - “tamqa” tətbiq etmişdilər (qeyd
etmək lazımdır ki, rus dilində işlənən “tomodnya” sözü də buradan götürülmüşdür). Məhz bu vergi növünün
tətbiqindən sonra XIII əsrin axırlarında Azərbaycanın xarici ticarəti tənəzzülə uğramışdır.
Azərbaycan dövlətçiliyi tarixində, məmurların özbaşınalığını məhdudlaşdırmaq, iqtisadiyyatı
yüksəltmək və xəzinəni doldurmaq üçün ilk vergi islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən
həyata keçirmişdir.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Trabzon-Yunan dövləti ilə dostluq əlaqəsi yaratmışdı. O,
Trabzon imperatorunun qızı Dəspinə (Feodra) Xatunla evlənmişdi. Uzun Həsən Trabzon şəhərində böyük bir
daş körpü saldırmışdır. Çünki Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Belə ki, bu şəhər
Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi.
Müasirlərinin “Sultani-adil” (yəni “ədalətli sultan”) adlandırdıqları Uzun Həsən ilk vergi məcəlləsini –
“Qanunnamə”ni hazırlamışdır. Maraqlıdır ki, bu “qanun” nəinki XV əsrdə, elə XVI əsrdə də, həm Səfəvilər