CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

48 

 

Ötən müddət  ərzində gömrük siyasətinin  əsas istiqamətindən biri kimi fiskal sahədə dönüş yarandı. 



Gömrük nəzarətinin və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük orqanlarının maddi-texniki 

bazasının, habelə maliyyə intizamının möhkəmləndirilməsi sahəsində görülən işlər büdcə  gəlirlərinin 

formalaşmasında Dövlət Gömrük Komitəsinin rolunu xeyli artırdı. 

Bazar iqtisadiyyatına keçid şəraitində büdcə kəsiri olan bir ölkənin büdcə gəlirlərində gömrük vergi və 

rüsumlarının xüsusi çəkisi 1994-cü ildəki 3,2 faizdən 2001-ci ildə 24,0 faiz, 2005-ci ildə 18,3 faiz və 2006-cı 

ildə 13,3 faiz təşkil etmişdir. Mütləq rəqəmlə 3,5 milyon manatdan 2006-cı ildə 515,8 milyon manata çatmışdır. 

Azərbaycan Neft Konsorsiumuna idxal olunan avadanlıq və  əmlakın gömrük rəsmiləşdirilməsini 

operativ təşkil etmək üçün "Sahil", neft ixracı və tranzitin həyata keçirilməsi üçün "Dübəndi", "Liman" gömrük 

postları, beynəlxalq statusa malik "Şirvanovka" keçid məntəqəsi tikilib istifadəyə verilmişdi. Aksizli malların 

idxalına nəzarəti gücləndirmək üçün Aksiz gömrük postu yaradıldı və sonradan idarə statusu verilmişdi.  

Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Avtonəqliyyat gömrük 

idarəsi və digər ixtisaslaşdırılmış gömrük postu və idarələri yaradılmışdı. 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanununun qüvvəyə 

minməsi ilə gömrük qanunvericiliyinə dair normativ-hüquqi sənədlər yenidən işlənildi, maliyyə intizamını 

möhkəmləndirmək, gömrük nəzarətini və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək üçün əsas hüquqi-

normativ aktlar qəbul olundu. 

On beş illik xidməti fəaliyyətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və onun 

strukturları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş funksiyalarını  uğurla həyata 

keçirmişdi. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi 

ötən dövr ərzində funksiya və  vəzifələrinə dair nəzərdə tutulmuş  işlərin öhtəsindən layiqincə  gəlmişdi. Ötən 

müddət ərzində Baş İdarənin tərkibində iki idarə (Yol vergiləri və Gömrük ödənişləri idarələri), habelə yeddi 

şöbə və bir bölmə (Maliyyə, Audit, Gömrük tariflərinin tənzimlənməsi, Gömrük dəyəri, Aksiz, Risk analizləri, 

Valyuta Nəzarəti şöbələri və Pensiya ödənişi bölməsi) fəaliyyət göstərir. 

Baş idarə ilk növbədə "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun 

olaraq Dövlət Gömrük Komitəsi üçün müəyyən edilmiş büdcə proqnozunun gömrük orqanları arasında 

bölüşdürülməsi və aylar üzrə yerinə yetirilməsinə nəzarəti həyata keçirir.  

Bununla yanaşı ötən 15 illik xidməti fəaliyyətində Baş  İdarənin struktur bölmələri təsdiq olunmuş 

əsasnaməyə uyğun olaraq funksiya və vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı xarici-iqtisadi fəaliyyətdə 

gömrük tarif tənzimlənməsinin, valyuta nəzarətinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin 

təkmilləşdirilməsi, hazırda Azərbaycan Respublikasının "Gömrük Məcəlləsinin yeni layihəsi, gömrük-vergi 

qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. 

Bu istiqamətdə son dövrlərdə  işin daha da operativ təşkil olunması  təmin edilmişdir. Belə ki, 

"Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası 

Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.5. bəndinin icrasını təmin etmək məqsədilə idxal 

mallarına münasibətdə gömrük tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi, 

güzəştlərin konkret sahəni və dövrü əhatə etməsi, daxili bazarın qorunması, yerli istehsalın genişləndirilməsi və 

ixraca əlverişli şəraitin yaradılması məqsədilə, həmçinin Beynəlxalq Təşkilatların Azərbaycan Respublikasında 

hazırda tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemindən (0%, 0,5%, 1%, 3%, 5%, 10%, 

15%)azpilləli sisteminə (0%,5% və 15%) keçirilməsi ilə bağlı tövsiyələrini nəzərə alaraq, Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük 

rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 2001-ci il 12 

aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə 

təsdiq edilmiş "Azərbaycan Respublikası  ərazisinə  gətirilən mallar üzrə gömrük idxal rüsumlarının 

dərəcələri"ndə  bəzi mallar üzrə  əlavə  və  dəyişikliklərin Siyahısı hazırlanmış  və Azərbaycan Respublikası 

Nazirlər Kabinetinə  təqdim edilmiş son variantı razılaşdırmaq üçün aidiyyəti mərkəzi icra hakimiyyəti 

orqanlarının ekspertlərinin iştirakı ilə müzakirə olunmuş və təsdiqə təqdim olunmuşdur. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli Qərarının 

2-ci bəndinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 28 fevral 2006-cı il tarixli 023 

saylı  əmrinin 2-ci və 3-cü bəndlərinin icrasının təmin etmək məqsədilə, kimyəvi silahların yaradılmasında və 

ozon təbəqəsinin dağıdılmasında istifadə edilə bilən maddələrin yeni kodlarına uyğunlaşdırılmış, gömrük idxal 

rüsumlarının dərəcələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2003-cü il tarixli 161 

nömrəli Qərarı ilə  təsdiq edilmiş "Azərbaycan Respublikasının  ərazisinə  gətirilən mallar üzrə gömrük idxal 

rüsumlarının dərəcələri"nə  əlavə edilməsi barədə "Kimyəvi Silahların hazırlanması, istehsalı, ehtiyyatları  və 

istifadəsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya çərçivəsində  nəzarətə alınmış 

maddələr üzrə gömrük idxal rüsumlarının dərəcələri" və "Ozon Təbəqəsini dağıdan maddələr haqqında Monreal 

Protokoluna  əlavə  və düzəlişlər çərçivəsində  nəzarətə alınmış maddələr üzrə gömrük idxal rüsumlarının 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə