Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Н evdar Əlivev siynsati: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə73/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   69   70   71   72   73   74   75   76   ...   112

Н evdar Əlivev siynsati: TOLERANTLIQ
Ancaq  indi  mətbuat  azadlığıdır.  İnsanlar  qəzetlərdə  nə  istə­
yirlər -  onu yazırlar. O cümlədən Azərbaycan Prezidenti Heydər 
Əliyev  haqqında  da,  demək  olar  ki,  hər  gün  müxalifət  qəzetlə­
rində yalan, böhtan  məlumatlar yazırlar.  Bəzən İrarun da bir sıra 
qəzetlərində  Heydər Əliyev haqqında yalanlar,  böhtanlar yazır­
lar. Amma  mən nə ona, nə də buna  fikir verirəm.  Bu,  əsas deyil. 
Mən bilirəm ki, o da yalandır, bu da yalandır, o da böhtandır, bu 
da böhtandır.
Azərbaycan  demokratik,  hüquqi,  dünyəvi  dövlətdir.  Biz 
müstəqilliyimizi  əldə  edəndən  sonra  bu  yolu  tutmuşuq,  bu  yolla 
gedirik  və bu  yolla  da  gedəcəyik.  Çünki  son  iki əsrdə Azərbayca­
nın  həyatında  yaranmış  proseslər Azərbaycanı  məhz  demokratik, 
hüquqi,  dünyəvi  dövlət  kimi  inkişaf  etdirməyin  əsasını  qoymuş­
dur.  Bu,  bizim  yolumuzdur.  Biz bu  yolla gedirik.  Dünyəvi  dövlət, 
eyni  zamanda,  vicdan azadlığı;  dünyəvi  dövlət, eyni  zamanda,  İs­
lam dininin bütün mənəvi dəyərlərinin hamısından istifadə etmək 
-  bundan kim necə istəyirsə, o cür istifadə etsin -  bu yol ilə gedirik. 
Görürsünüz, nə qədər maraqlı,  gözəl  bir siyasətdir.  Biz bu siyasəti 
aparırıq və bu siyasəti də aparacağıq.
Hesab edirəm  ki, hər bir ölkə başqa ölkənin dövlət quruluşuna, 
siyasətinə,  daxili  vəziyyətinə  hörmətlə  yanaşmalıdır.  Biz  İranın 
daxili  quruluşuna  və daxili  siyasətinə  böyük  hörmətlə yanaşırıq. 
İran  da  Azərbaycanın  daxili  vəziyyətinə,  dövlət  quruluşu  prose­
sinə, dünyəvi dövlət olmasına hörmətlə yanaşır. Bu, bizim dostlu­
ğumuzun, qardaşlığımızın əsas prinsiplərindən biridir.
Bizi  daha  da  yaxınlaşdıran  odur  ki,  xalqlarımızın  qədim  ta­
rixi  köklərinin  hamısı  birdir.  Bizim  tarixi  köklərimiz  birdir.  Biz 
bir kökə,  bir tarixə  malik  insanlarıq.  Ulu babalarımız  İranda  dä, 
Azərbaycanda da bu gün bizim üçün dəyərli olan ənənələri yara­
dıblar.  İran  ilə Azərbaycan  kimi  bir-birinə  bu  qədər bənzər olan 
digər  ölkə  yoxdur.  Əvvəllər,  sovet  hakimiyyəti  vaxtında  Araz 
çayı  maneə  idi,  indi  bu  maneə də aradan  götürülüb.  İndi bu  ça­
yın  üzərində körpülər tikilir.  Hesab edirəm, yeniləri  də tikiləcək 
və bizim  əlaqələrimiz daha çox inkişaf edəcəkdir.
316
НеуЈог Əlivov siy.ısoıi: TOLERANTLIQ
Mən  bu  gün  İran  xalqına  sülh,  əmin-amanlıq  arzulayıram. 
Mən bu gün  İran  xalqına  rifah  arzulayıram.  İran xalqı demokra­
tik seçkilər əsasında  öz dövlətinin başçısını,  zati-aliləri Xatəmini 
ölkənin prezidenti seçibdir. Mən bu seçki başa çatan kimi Qərbin 
bir neçə ölkəsini təmsil edən mətbuat nümayəndələri qarşısında 
bildirdim: Siz deyirsiniz ki, İranda demokratiya yoxdur. Bundan 
artıq nə cür demokratiya  ola bilər?  Həmin seçkilərin özü  İranda 
demokratiyanın çox yüksək səviyyədə olduğunu göstərir.
Ancaq  təbiidir  ki,  hər  ölkənin  özünəməxsus  xüsusiyyəti  var. 
Mən  heç  razı  ola  bilmərəm  ki,  Azərbaycanda  hər  bir  şey  Fran­
sadakı,  İngiltərədəki,  Amerikadakı  kimi  olsun.  Mən  buna  razı 
ola bilmərəm. Mən Azərbaycanda demokratik dövlət yaradıram. 
Amma Azərbaycanın öz milli-mənəvi ənənələri vardır. İranın da 
özünün milli-mənəvi ənənələri vardır. İran İslam dövlətidir. Belə 
bir  şəraitdə  demokratik  seçkilər  keçirmək,  bir  neçə  namizədin 
içərisindən xalqın  iradəsi ilə Prezident seçmək İran İslam  İnqila­
bının on  gözəl nəticələrindən biridir.
Hesab edirəm  ki,  İran  xalqı  tərəfindən  seçilmiş  Prezident, za­
ti-aliləri Xatəmi İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf 
etməsinə  çox  böyük  diqqət  göstərir.  Mən  onunla  Tehranda  gö­
rüşüb  ətraflı  söhbət  edərkən  bunu  hiss  etdim.  Ondan  sonra  bir 
sıra məktublar vasitəsilə əlaqələrimizdən də və xüsusən son dəfə 
Azərbaycanda  səfərdə olmuş Ağayi  Əbdüləlizadə  ilə söhbətim­
dən  də bunu  hiss etdim.
Mən bu gün bir daha bəyan edirəm ki, əziz dostlar, siz də bilin 
və  İran  Prezidenti  zati-aliləri  Xatəmi  də bilsin  ki,  Azərbaycanın 
Prezidenti kimi, mən İran-Azərbaycan əlaqələrinin sağlam olma­
sı yolunda, onun  daim inkişaf etməsi  üçün çalışıram və bundan 
sonra  da çalışacağam.  Bu, bizim xalqlarımız, dövlətlərimiz üçün 
lazımdır.  Mənim bu siyasətimi  heç kəs dəyişdirə bilməz.
Bu  gün biz İslam  dininin mənəvi  dəyərlərinin  təzahürünü bir 
daha  görürük.  İslam  dininin  mənəvi  dəyərləri  ən  yüksək  qiy­
mətə malikdir.  Hər bir xalq həmişə özünün mənsub olduğu dini 
təbliğ  edir,  tərifləyir.  Amma  eyni  zamanda,  müqayisə  etməyə
317


Hcydor Əliyev siy.w ti: TOLERANTLIQ
imkan vardır. Şübhəsiz ki,  müqayisə edəndə görürsən ki, Həzrət 
Məhəmməd peyğəmbərin yaratdığı İslam dini və onun yaratdığı 
Qurani-Şərif əsrlər boyu bizim xalqlarımıza mənəvi qida olmuş­
dur  və  bundan  sonra  da  olacaqdır.  Azərbaycan  müsəlmanları 
həmişə belə olacaqlar.
Mən  İrandan  gəlmiş  qonaqlarımızı  bir  daha  salamlayıram. 
Təbrizin imam cüməsi Ayətullah Mücrondi Şəbüstərinin burada­
kı  çox dəyərli  çıxışını  məmnuniyyətlə dinlədim.  Güman  edirəm 
ki,  biz bu  cür çıxışlarla,  danışıqlarla,  təmaslarla  öz dostluğumu­
zu, qardaşlığımızı daha da  irəliyə aparacağıq.
İrandan gəlmiş bütün qonaqlara  təşəkkür edirəm.  Sizinlə gö­
rüşümdən çox məmnunam və sizi, bütün naxçıvanlıları bugünkü 
əlamətdar hadisə münasibətilə bir daha  təbrik edirəm. Sağ olun.
318
Hyydor Oliycv siyjşjii: TOLERANTLIQ
NAXÇIVANDA "KAZIM  QARABGKİR PAŞA 
M Ə SCİDİ"N İN  AÇILIŞI MƏRASİMİNDƏ NİTQ
33 oktyabr 1999-cıı il
Möhtərəm  xanımlar və cənablar!
Əziz bacılar, qardaşlar, dostlar!
Türkiyə  Cümhuriyyətindən  Azərbaycana,  Naxçıvana  gəlmiş 
çox hörmətli qonaqlarımız, dostlarımız, qardaşlarımız!
Bu günlər biz Naxçıvan Muxtar Respublikasının yaranmasının 
75-ci ildönümünü bayram edirik.  Bu, bütün Azərbaycan xalqının 
bayramıdır. Çünki Azərbaycanın gözəl bir diyarı, eyni zamanda, 
Azərbaycana düşmən olan bəzi qüvvələr tərəfindən 20-ci illərdə 
Ermənistan ərazisi  vasitəsilə Azərbaycan torpağından ərazi nöq­
teyi-nəzərindən ayrı salınmış Naxçıvanın muxtariyyət alması  və 
75 il müddətində muxtar dövlət kimi yaşaması böyük hadisədir. 
Ona görə bu bayram bütün Azərbaycan xalqının bayramıdır.
319


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə