Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə69/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   65   66   67   68   69   70   71   72   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
mək  istəyirik.  Çox  şadıq  ki,  Sizi  bu  cür  çox  sağlam  və  qüvvətli 
görürük. Cənab Prezident, çox sağ olun.
Heydər Əliyev:  Təbrikə görə  təşəkkür edirəm.  Həqiqətən  də 
özümü  yaxşı  hiss  edirəm.  Amerika  Birləşmiş  Ştatlarında  məni 
çox yaxşı müalicə ediblər.
Siz  Azərbaycanın  vəziyyəti  ilə  tanış  olmusunuz.  Bu  barədə 
geniş  söhbət  açmağa  ehtiyac  yoxdur.  Mən  çox  məmnunam  ki, 
siz Azərbaycanda  yəhudilərin  vəziyyəti  ilə  tanış  ola  bilmisiniz. 
Yəqin  gördünüz,  Azərbaycanda  milliyyətindən,  dinindən  asılı 
olmayaraq,  hər  bir  vətəndaş  bərabər  hüquqa  malikdir.  Bir  çox 
dövrlərdə,  bir çox  yerlərdə yəhudilərə müxtəlif məhdudiyyətlər 
qoyulduğuna,  onlar  sıxıntılar  keçirdiklərinə  görə  biz  Azərbay­
canda yəhudilərə daim xüsusi münasibət göstərmişik və bu  gün 
də göstəririk.
Güman  edirəm  ki,  bizim  əsas  problemimizlə,  yəni  Ermənis­
tan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizin torpaqlarının 
20  faizinin  işğal  edilməsi,  bir  milyondan  artıq  azərbaycanlının 
yerindən-yurdundan  didərgin  düşməsi,  köçkün,  qaçqın  vəziy­
yətində yaşaması  ilə də tanış olmusunuz.
Şübhəsiz ki, dünyanın müxtəlif yerlərində ayrı-ayrı insanlara, 
qruplara,  millətlərə  cürbəcür  işgəncələr  verilir,  onlara  müxtəlif 
təzyiqlər göstərilir.  Amma güman  edirəm, öz ölkəsində bir mil­
yondan  artıq  qaçqının,  köçkünün  çadırlarda  yaşadığı  Azərbay­
can  kimi  bir  ölkə  dünyanın  heç  bir  yerində  yoxdur.  Bu,  Azər­
baycanın  bugünkü  reallığıdır.  Biz  həmişə  arzu  edirik  ki,  Azər­
baycanın bu  reallığı da  dünyada, hər yerdə yayılsın.  Bilsinlər ki, 
Azərbaycan nə qədər ağır vəziyyətdədir.
Sizə  məlumdur  ki,  biz  münaqişəni  sülh  yolu  ilə  həll  etmək 
istəyirik və bu  istiqamətdə öz işimizi  aparırıq. Bilirsiniz ki,  yed­
di  il  bundan  əvvəl  Amerika  Birləşmiş  Ştatlarının  Konqresində 
Azərbaycana qarşı 907-ci maddə deyilən bir məhdudiyyət qoyu­
lubdur.  Biz son  illər nə qədər çalışırıq, amma  həmin  məhdudiy­
yəti  aradan  götürə  bilmirik.  Təbii  ki,  bu,  Amerika  Konqresinin 
ədalətsiz bir qərarıdır.
298
Hcydar Əliyev siyasoti; TOLERANTLIQ
Biz çox çətin bir vəziyyətdəyik və böyük problemlərlə  rastla­
şaraq münaqişənin  sülh yolu  ilə həll  olunmasına  çalışırıq.  Mən 
Amerikada da, Azərbaycanda  da  keçirdiyim görüşlərdə yəhudi 
təşkilatlarının nümayəndələrinə üz tutaraq  demişəm  ki, Ameri­
kada  sizin  imkanlarınız  çoxdur,  ədalətin  bərpa  olunması  üçün 
Azərbaycana yardım edin.  Bu sözləri sizə də deyirəm.
Amerika  Birləşmiş Ştatları  ilə Azərbaycan  arasında  çox gözəl 
tərəfdaşlıq,  dostluq  əlaqələri  yaranıbdır.  Biz  bunu  yüksək  qiy­
mətləndiririk və bütün sahələrdə əməkdaşlığımızı  genişləndiri­
rik.  Ancaq  lazımdır  ki,  bizim  də  problemlərimiz  həll  olunsun. 
Amerika  Birləşmiş  Ştatlarında  yəhudi  təşkilatlarının  təsiri  bö­
yükdür. Biz çox arzu edərdik ki, siz öz təsirinizdən bu istiqamət­
də də istifadə edəsiniz.
Barri  G eykobs:  Cənab  Prezident,  Sizə  məlum  olduğu  kimi, 
bütün  yəhudi  təşkilatları,  xüsusilə nümayəndələri  bugünkü gö­
rüşdə iştirak edən yəhudi təşkilatları -  Amerika Yəhudi Komitəsi 
və sovet yəhudiləri ilə iş üzrə Milli Konfrans Təşkilatı Vaşinqton­
da  çox  möhkəm  çalışırıq  ki,  Azərbaycanı  dəstəkləyək.  Əlbəttə, 
biz ölkənizin düşdüyü vəziyyəti və bir milyon qaçqının vəziyyə­
tini çox yaxşı anlayırıq.  Biz bu dəfə Azərbaycanda olarkən onları 
da görə bilmişik.
Yəhudilər  özləri  tarix boyu bir çox hallarda  qaçqın olmuşlar. 
Ona  görə  də  onlar bu  vəziyyəti  hamıdan  yaxşı  dərk  edirlər  və 
əhalinin  bu  təbəqəsinə böyük  rəğbətlə  yanaşırlar.  Bütün  bunla­
rın hamısından əlavə, biz Sizin göstərdiyiniz səylərə öz töhfəmi­
zi  verməyə  çalışırıq.  Biz  çalışırıq  ki,  Ermənistan  ilə Azərbaycan 
arasında sülh olsun.
Hazırda  biz  Cənubi Qafqazın  hər üç ölkəsinə səfərimizi  başa 
çatdırmaq üzrəyik. Biz müşahidələr aparmışıq, vəziyyətlə müəy­
yən qədər tanış olmuşuq. Aydındır ki, bu regionda inkişaf yalnız 
sülh bərqərar ediləndən sonra  mümkündür.  Bizim Azərbaycan­
dan başqa, digər iki ölkədə də apardığımız müşahidələr haqqın­
da  fikirlərimiz vardır.
299


Hevdər Əliyev siyasəti: TOLERANTLIQ
ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ
Hörmətli Şeyxülislam!
Sizi  -  Qafqaz müsəlmanlarının  dini  rəhbərini,  Azərbaycanın 
tanınmış ictimai xadimini 50 illik yubileyiniz münasibətilə səmi­
mi qəlbdən təbrik edirəm.
Müqəddəs  dinimiz  olan  İslamın  gözəl  ənənələrinin  ölkəmiz­
də,  eləcə  də  bütün  Qafqaz  bölgəsində  qorunub  saxlanılması  və 
möhkəmləndirilməsində sizin xüsusi xidmətləriniz vardır. Qafqaz 
Müsəlmanları İdarəsinə rəhbərlik etdiyiniz iyirmi il ərzində bu dini 
qurum  İslam  dəyərlərinin  geniş  təbliğ  olunması,  müsəlmanların 
dmi-mənəvi  birliyinin  möhkəmləndirilməsi,  onlann  cəmiyyətin 
həyatında fəallığının artınlması işində böyük rol oynayan mühüm 
mərkəzlərdən birinə çevrilmişdir.
Azərbaycan  xalqının  azadlıq  uğrunda  mübarizəsində  tutdu­
ğunuz əsl vətəndaş mövqeyi ölkədə cərəyan edən mürəkkəb icti­
mai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış prob­
lemlərin  həllində  dini  amilin  gücündən  düzgün  istifadə  etmək 
bacarığınızı nümayiş etdirdi.
Respublikamızda müxtəlif konfessiyalar arasmda dini dözüm­
lülük,  dostluq  və  əməkdaşlıq  ab-havasının  hökm  sürməsində də 
sizin əməyiniz vardır. Bu  sahədə gördüyünüz işlər,  digər konfes­
siyaların rəhbərləri ilə birgə fəaliyyətiniz Azərbaycanda ictimai-si­
yasi sabitliyin bərqərar olmasına xidmət edir.
Siz dini-ictimai  xadim  kimi, beynəlxalq aləmdə də böyük nü­
fuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə 
çatdırılması,  Qafqazda  sülhün  və  əmin-amanlığın  möhkəmlən­
dirilməsi  ilə bağlı  fəaliyyətiniz  təqdirəlayiqdir.  Qurani-Kərimin 
təbliğ etdiyi  haqq,  ədalət və humanizm ideyaları İslam aləminin 
taleyüklü  problemlərinin həlli  yolunda atdığınız addımlarda öz 
əksini  tapmışdır.
300
Hcydar Əliyev siyasali: TOLERANTLIQ
Əminəm ki, müstəqil Azərbaycan Respublikasının qarşısında 
duran  mühüm  vəzifələrin  yerinə  yetirilməsi  üçün  ölkə  dindar­
larının  səfərbər  olunması  və  cəmiyyətin  dini-mənəvi  birliyinin 
möhkəmləndirilməsi yolunda bundan sonra  da əlinizdən gələni 
əsirgəməyəcəksiniz.
Sizə  cansağlığı  və  xoşbəxtlik,  bütün  işlərinizdə  yeni  uğurlar 
arzulayıram.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şdhəri, 26 avqust  1999-cu il
301


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə