Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əlivov siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

Heydor Əlivov siyasəti: TOLERANTLIQ
Hesab  edirik  ki,  yəhudilərin  aqibəti  təkcə  Avropanı  deyil, 
dünyanın  bir  çox  ölkələrini  əhatə edibdir.  Biz Sizinlə  tamamilə 
razıyıq ki, "Holokost"u -  yəhudi soyqırımını dərk etmək demok­
ratik  dəyərlərin,  azadlıq  amallarının  inkişafı,  çiçəklənməsi  işinə 
vardımçı olmaq üçün  hər birimizə  lazımdır və gərəklidir.  İcazə­
nizlə,  bu  kitabı  Sizə  təqdim  edim.  "Dünya  gərək  unutmasın" 
adlanan  bu  kitabda,  muzeydə gördüyünüz  kimi,  "Holokost"un 
tarixindən  bəhs  olunur.  Ümidvarıq  ki,  kitab  tarixin  bu  mühüm 
anmı yad etməkdə Sizə həmişə yardımçı  olacaqdır.
Sizə bir daha  təşəkkürümüzü  bildirir və xahiş edirik  ki, Azər­
baycan xalqına bizim salamlarımızı yetirəsiniz.
Heydər Əliyev: Təşəkkür edirəm.
Muzeyin  xatirə kitabın a  iirək sözləri:
"Holokost" muzeyini ziyarət edərkən yəhudi xalqının keçirdi­
yi  faciəni,  iztirabları  ürəkdən  təsəvvür etdim.
Yəhudi  xalqı  ilə  iki  əsrdən  artıq  soyqırım  siyasətinə  məruz 
qalmış  Azərbaycan  xalqının  həyatında  oxşarlıq  çoxdur.  Özləri­
nin  keçmişini  unutmayan  xalqlarımız  həm  tarixi  həqiqəti  bərpa 
etmək, həm də üzləşdikləri  iztirabların hazırda və gələcəkdə baş 
verməməsi üçün birgə səylər göstərməlidirlər.
Öz  adımdan,  eləcə  də  Azərbaycan  xalqı  adından  dərin  kədər 
hissimi  bildirərək  bütün  tərəqqipərvər  bəşəriyyəti  "Holokost" 
faciəsini  unutmamağa və hər hansı bir zorakılığa qarşı  mübarizə 
aparmağa  çağırıram".
292
Hı'ytlor Əliyev siy.ıs,ıli: TOLERANTLIQ
BAKININ  SURAXANI  RAYONUNDA 
“HEYDƏR  MƏSCİDP’NİN AÇILIŞI 
MƏRASİMİNDƏ SÖHBƏT
Yeni Suraxanı qəsəbəsi,  10 iyul  1999-aı il
Heydər  Əliyev:  Bu  yeni  dini  ocaqla  yaxından  tanış  oldum. 
Bura toplaşan dindarları səmimi-qəlbdən təbrik edirəm. Bu, yeni 
bir Allah evidir və böyük hadisədir.  Bizim həyatımızın belə ağır, 
çətin bir dövründə zəhmət çəkib bu cür binalar tikmək böyük bir 
şücaət tələb edir.  Bunu yaratmısınız,  tikmisiniz.
Mən  də  bunu  himayə  etmişəm.  Allah  bu  məscidə  çox  ıızun 
ömür  versin  və  bizim  dindarlara  da  bu  məsciddə  Allaha,  dinə, 
Qurana itaət etmək üçün daha da güc versin, daha da iradə versin.
Hacıbala  Abutalıbov  (Suraxanı  Rayon  İcra Hakimiyyətinin baş­
çısı): Cənab prezident, 3500 il bundan qabaq burada Atəşgah mə-
293


Hcvdor Olivov jiyaso№ TOLERANTLIQ
/
bodgahı  olub.  Makedoniyalı  İsgəndərin  yürüşü  zamanı  o  Atəş­
gah  məbədgahı  sökülüb  dağıdılıbdır.  Ondan  sonra  Suraxanı 
qəsəbəsinin  yerli  camaatı  həmin  atəşgahı  bir də  bərpa  edibdir. 
Ərəb  xəlifələrinin  yürüşü  zamanı  bu  atəşgah  bir  də  dağıdılıb. 
Sonra Suraxanı qəsəbəsinin əhalisi bu  məbədgahı yenə də bərpa 
edib.  O  vaxtdan bu  qəsəbədə  məscid  olmayıbdır.  Bu  ilk məscid­
dir.  Bu, Suraxanı  qəsəbəsi  sakinlərinin  təşəbbüsü  ilə,  cənab  pre­
zident, Sizə olan sevgini və məhəbbəti göstərmək xatirinə tikilən 
böyük bir Allah evidir.
Arif Babayev (Sıırnxaiu maşınqayırma zavodunun direktoru): Cə­
nab  prezident,  mən  fərəh  hissi  ilə  deyə  bilərəm  ki,  Allah-Təala 
elə qismət edib  ki,  bu gün  bizim  prezidentimizin adına  məscidi­
miz vardır.  Biz bununla  fəxr edirik və fərəh  hissi  keçiririk.
294
U m la r Əliyev siy.ls.Mi: TOLERANTLIQ
295


ABŞ-ın YƏHUDİ TƏŞKİLATLARININ  NÜMAYƏNDƏ 
HEYƏTİ  İLƏ GÖRÜŞDƏKİ  SÖHBƏT
Hı'vd.ır Əliyev sıv.b.'ti  TOLERANTLIQ
Prezident şaraı/t,  14 iyul  1999-сч il
Heydər Əliyev:  Mən sizi  salamlayıram, Azərbaycana xoş gəl­
misiniz.  Amerika  Birləşmiş Ştatlarında  yaşayan yəhudilərin  təş­
kilatları  ilə biz artıq yaxşı dostluq  əlaqələri  yaratmışıq. Şübhəsiz 
ki, bu dostluq əlaqələri hər iki tərəfin arzusu və istəyi ilə olubdur.
Mən  Amerika  Birləşmiş  Ştatlarında  1997-ci  ildə  rəsmi  səfər­
də  olarkən  yəhudi  təşkilatları  konfranslarının  prezidentləri  ilə 
Nyu-Yorkda  çox  əhəmiyyətli  bir  görüş  keçirdim.  Mən  bu  ilin 
aprel  ayında  Vaşinqtonda  olarkən  "Holokost"  muzeyini  ziyarət 
etdim,  orada  da  görüşlər  keçirdim.  Yəhudi  təşkilatlarının  nü­
mayəndələri də vaxtaşırı olaraq Azərbaycana gəlirlər. Mən bunu 
birinci  növbədə Azərbaycan-Amerika  Birləşmiş Ştatları  əlaqələ­
rini,  Azərbaycan-İsrail  əlaqələrini  daha  da  genişləndirmək  və 
bununla  bərabər,  yəhudi  təşkilatları  ilə  daha  sıx  əməkdaşlıq  et­
mək iiçün çox əhəmiyyətli  hesab edirəm.
296
Heyd.tr Olıyev siyas^i; TOLERANTLIQ
Eşitdiyimə görə, sizin  bu  səfəriniz də çox səmərəli  keçir.  Mən 
bundan çox məmnunam.
Barri  Geykobs  (Aınerika  Yəhudi  Komitəsinin  hökumət  və  bey­
nəlxalq  məsələlər  üzrə  ıniidir  müavini):  Cənab  Prezident,  səmimi 
sözlərə görə Sizə minnətdarlığımı bildirirəm, çox sağ olun.
Azərbaycanda  bizə  göstərilən  qayğıya  və  hərarətli  görüşlərə 
görə hər birimizin adından, o cümlədən şəxsən öz adımdan Sizə 
minnətdarlığımı bildirmək istəyirəm.
Əlbəttə  ki,  bizim  Azərbaycana  səfərimiz  bir  növ  rəmzi  xa­
rakter  daşıyır.  Bu  səfər Amerika  Birləşmiş Ştatlarındakı  Yəhudi 
Komitəsi  ilə Azərbaycan  arasında  dostluğun  nə qədər möhkəm 
olduğunu göstərir.  Bu, eyni  zamanda,  Azərbaycan  ilə  İsrail ara­
sında  sağlam,  isti  münasibətlər  olduğunu  göstərir.  Səfərimizin 
digər  məqsədi  isə  Azərbaycanda  yaşayan  həmmillətlərimizi  -  
yəhudiləri görməkdir.
Biz  eşitmişik  ki, Azərbaycanda  yaşayan  yəhudi  icmasına  çox 
geniş  azadlıqlar  verilibdir.  Onlar  respublikanın  digər  vətəndaş­
ları ilə bərabər vəziyyətdə yaşayırlar. Biz indi bunun hamısını öz 
gözlərimizlə gördük.
Cənab Pıezident, bir neçə ay bundan əvvəlki xəstəlikdən son­
ra  belə  tez  sağalmağınız  münasibətilə  Sizə  təbriklərimizi  yetir­
297


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə