Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


НеччЈог Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   63   64   65   66   67   68   69   70   ...   112

НеччЈог Əliyev siyasəti: TOLERANTLIQ
siyasi  və  hüquqi  qiymətini  alacaqdır.  Yaşadıqları  oxşar  tale  və 
düçar edildikləri  faciəli  müsibətlər yəhudi  və  Azərbaycan  xalq­
larını  bir-birinə daha  da  yaxınlaşdırır.  Bu  hüznlü  gündə yəhudi 
xalqının  kədərinə  şərik  olduğumu  bildirir  və  dünyanın  bütün 
mütərəqqi  qüvvələrini  insanlığa  zidd  olan  hər  cür  zorakılığa, 
milli, dini və irqi avrı-seçkiliyə qarşı  mübarizəyə səsləyirəm.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şılıari,  12 aprel  1999-cu il
288
YƏHUDİ  XALQININ  SOYQIRIM TARİXİNİ 
ƏKS  ETDİRƏN  “HOLOKOST”
XATİRƏ  MUZEYİNDƏ ÇIXIŞ
Vaşinqton, 22 aprel  1999-cu il
----------------------------------------------------------------------------- Heydar Əliyev siyasjli: TOLERANTLIQ
Hörmətli  xanımlar və cənablar!
"Holokost"  muzeyini  ziyarət  etmək  çox  əhəmiyyətlidir.  An­
caq,  eyni  zamanda,  bu  ziyarət  ağır  hissiyyat  doğurur.  Alman 
faşistlərinin  yəhudilərə  qarşı  həyata  keçirdiyi  soyqırım  bəşər 
tarixində  ən  dəhşətli,  ən  faciəli  hadisələrdən  biridir.  Biz  Azər­
baycanda  soyqırımın  nə  olduğunu  bilirik.  XX  əsrdə  bizim  də 
xalqımıza  qarşı  bir neçə dəfə soyqırım  siyasəti  həyata  keçirilmiş 
və azərbaycanlılar  dəhşətli  faciələrə düçar olmuş,  məhv  olmuş­
lar.  Bunları görərək,  xalqımız bu  faciələrin  şahidi  olaraq, biz yə­
hudilərin  dünyada  nə  qədər faciələrlə  rastlaşdığını  da  bilirik  və 
bunu  öz faciəmiz kimi  qəbul edirik.
Alman faşistlərinin yəhudilərə qarşı həyata keçirdiyi soyqırım 
siyasəti  dünyada  misli  görünməmiş,  dəhşətli  şəkildə  olubdur. 
"Holokost"  muzeyi  bunu  əyani  şəkildə  göstərir.  Doğrusu,  bu 
faciələri  bilməyimizə,  ayrı-ayrı  kinofilmlərdə  bunları  gördüyü­
müzə baxmayaraq, bu gün "Holokost"  muzeyindəki eksponatla­
rı görmək,  müşahidə etmək çox ağır və çətindir.  Bəzən  təsəvvür 
etmək  mümkün  deyil  ki,  insan  insana  qarşı  bu  qədər  vəhşilik 
edərmi?  Ancaq  bu  həqiqətdir.  Yəhudilərə qarşı  belə  vəhşiliklər 
edilmişdir,  bunu  alman  faşistləri etmişlər.
Yəhudi  xalqı  tarix  boyu  çox  böyük  sınaqlara  çəkilmiş  və  çox 
böyük çətinliklərlə üzləşmişdir.  Ancaq bunlara  baxmayaraq, yə­
hudi  xalqı  bütün  bu  sınaqlardan  keçərək  öz qədim,  zəngin  mə­
dəniyyətini,  öz  mənliyini  qoruyub  saxlamışdır.  Yəhudi  xalqını 
tamamilə  məhv  etməyə  çalışmışlar.  Ancaq  heç  kəs  buna  nail 
ola  bilməmişdir.  Ona  görə nail  ola  bilməmişdir ki,  yəhudi  xalqı 
bəşər  mədəniyyətini  zənginləşdirmiş  və  bəşər  tarixində  böyük
289


Heydor Əlivov siyasəti: TOLERANTLIQ
izlər qoymuş bir xalqdır. Tarix sübut etmişdir ki,  bu  xalqı  məhv 
etmək mümkün deyildir.
"Holokost"  muzeyi  yəhudilərin  başına  gəlmiş  bəlaları,  mü­
sibəti,  faciəni  çox  əyani  şəkildə  göstərir.  Bu  muzeyi  yaradanlar, 
eksponatları  buraya  toplayanlar,  bəşəriyyətə  yüksək  səviyyədə 
təqdim  edənlər  tarixi  missiyanı  həyata  keçirirlər.  Alman  faşiz­
minin, nasizmin bəşəriyyətə qarşı etdiyi  vəhşiliyi dünyaya -  bu­
günkü  və  gələcək  nəsillərə  göstərmək  lazımdır.  Bəşəriyyət  bir 
daha  belə  hallara  yol  verməməlidir.  Ona  görə  də  "Holokost" 
muzeyi  çox  böyük əhəmiyyət  kəsb  edir.  Muzey  həm  bu  faciəni 
əks etdirir, eyni  zamanda,  insanları  daha  da sayıq olmağa dəvət 
edir,  insanları  belə faciələrə qarşı mütəşəkkil olmağa dəvət edir.
Muzeyin  yaradıcıları  və  bu  eksponatları  buraya  toplayanlar 
böyük xeyirxah iş görmüşlər.  Mən bu gün burada,  muzeydə ya­
nan  əbədi  məşəl  önündə,  həlak  olmuşların  xatirəsi  qarşısında 
baş  əydim.  Bu  muzeyi  yaradanların  və  onu  dünyaya  nümayiş 
etdirənlərin xidmətləri qarşısında da baş əyirəm.
Bu  muzey  təkcə yəhudilər üçün  yox,  dünyanın bütün xalqlan 
üçün  lazımlıdır.  Hər bir  insan  bu  muzeylə  tanış olarkən,  ekspo­
natları  seyr edərkən  özü  üçün  nəticə  çıxarmalıdır.  Yeganə  nəticə 
ondan  ibarətdir  ki,  bəşəriyyət  bundan  sonra  heç  yerdə,  heç  bir 
xalqa qarşı soyqırıma  yol verməməlidir.  Dünya  Birliyi müharibə 
alovlarını söndürməli, münaqişələri ləğv etməli, dünyada sülhün, 
əmin-amanlığın  yaranması  üçün  daha  çox  səylər  göstərməlidir. 
Bunlar muzeyə baxarkən çıxarılan nəticədir.
Mən sizə təşəkkür edirəm. Çox sağ olun,  bizə çox geniş məlu­
matlar verdiniz.
Azərbaycanda  yəhudilər qədim zamanlardan  yaşayıblar.  On­
lara Azərbaycan xalqı tərəfindən heç vaxt ayrı-seçkilik edilməyib­
dir. Yəhudilər Azərbaycanda həmişə bərabər hüquqa malik olub­
lar.  İkinci  Dünya  müharibəsi  zamanı  alman  faşizminin  Sovetlər 
İttifaqına  hücum  etməsi  nəticəsində  işğal  olunmuş  torpaqlardan 
60  minə yaxın yəhudi Azərbaycan ərazisinə köçürülmüşdü.  Mü­
haribə illərində Azərbaycanın  daxilində olan  çətinliklərə baxma­
290
Heydor Əliyev siyas.ıH  TOLERANTI  Ю
yaraq,  yəhudilərə  böyük  qayğı  göstərilib,  onlar  yerləşdirilib  və 
yaşamaları üçün lazımi şərait yaradılıbdır.
Yəhudilər  əvvəllər  də  -   20-ci  illərdə  Ukraynadan,  Rusiyadan 
Azərbaycana  köçürülüblər,  Azərbaycanda  özlərinə  vətən  tapıb­
lar,  doğma  vətənləri  kimi  Azərbaycanda  yaşayıb,  qurub,  çalışıb­
lar.  İndi  müstəqil Azərbaycanda  yəhudilər  tam  bərabərhüquqlu 
insanlar, vətəndaşlar kimi yaşayır,  işləyir, ölkəmizin  ictimai-siya­
si  həyatında  iştirak edirlər. Azərbaycanda  müsəlman, İslam  kon­
fessiyası  ilə yanaşı,  xristian  və yəhudi  konfessiyaları  da  fəaliyyət 
göstərir.  Bunlar  müstəqil  Azərbaycanın  bugünkü  reallığıdır.  Biz 
yəhudi  xalqına öz həyatını  qurmaqda və öz arzularına çatmaqda 
uğurlar arzulayırıq.
Mən  sizin  muzeyə  20-ci  illərdə Azərbaycana  köçürülmüş yə­
hudilər  haqqında  da  bəzi  arxiv  materialları  təqdim  etmək  istə­
yirəm.  Bu  materiallarla  tanış  olarkən  görəcəksiniz  ki, Azərbay­
cana  köçürülmüş yəhudilərə o vaxt nə qədər böyük qayğı göstə­
rilibdir. Güman edirəm  ki, bu materiallar sizin üçün əhəmiyyətli 
olar. Sizə bir daha  təşəkkür edirəm.
Bu  arxiv  materiallarını  təqdim  edərkən  onu  da  bildirim  ki, 
vaxtilə  Azərbaycanın  böyük  heykəltəraşı,  rəssamı  Sabsay  çox 
gözəl  fikirlər söyləyibdir. Bu materiallar arasında onun yazısı da 
var. Bunlar sizin üçün əhəmiyyətli olar.
Mən  muzeyə  kitablar  və  İsrailin  Baş naziri  Benyamin  Netan- 
yahunun Bakıya səfəri barədə albom da bağışlayıram.
Muzeyin  nümayəndəsi:  Cənab  Prezident,  çox  gərgin  səfər 
cədvəlinizdən  vaxt  ayırıb  muzeyimizi  ziyarət  etdiyinizə  görə 
Sizə  təşəkkürümüzü  bildiririk.  Yəhudilərə  qarşı  törədilmiş 
soyqırımın yad edilməsi  üçün  ictimaiyyət qarşısında  verdiyiniz 
bəyanata  görə  Sizə  təşəkkür edirik.  Salonları  gəzib  muzeyimiz­
lə  tanış  olarkən  keçirdiyiniz  kədər  hisslərini  anlayır  və  hesab 
edirik ki,  muzeyimiz insanlarda məhz bu  cür hisslər doğurmaq 
üçün  yaradılmışdır.  Muzeyimizə  verdiyiniz  hədiyyəyə  görə  də 
Sizə  təşəkkürümüzü  bildiririk.  Bu  sənədlər  yəhudilərin  başına 
gəlmiş hadisələrin ictimaiyyətə daha  ətraflı şəkildə çatdırılması 
üçün bizə yardımçı olacaqdır.
291


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə